Məhkəmə qərarları › İş №2-1(102)-2008/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2008/2024

07.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2008/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması, bərabərlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-692/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə maliyyə və kredit ixtisası üzrə daxil olmuş, təhsil qiyabi formada aparılmış, 2009-cu ildə oranı bitirmişdir. Diplomun dublikatı 27 sentyabr 2019-cu il tarixdə verilmişdir. Diplom 01 noyabr 2019-cu ildə apostil olunmuşdur.

2. İddiaçı diplom üzrə ixtisasın tanınması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sah əsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndinə istinad etməklə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması, diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən bu g ünədək, yəni 25 ilə yaxın bir müddətdə ixtisası üzrə bank sektorunda, müxtəlif mötəbər təşkilatlarda çalışmış, bilik, bacarıq, təcrübəsi ilə həm işlədiyi qurumların etimadını qazanmış, həm də öz peşə bacarığını, təcrübəsini artıraraq vəzifələrdə irəli çəkilmişdir. O, 2002-ci il sentyabrın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində bağlanmış Əməkdaşlıq protokolu və Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil sənədləri, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Sazişi, ölkə başçısının təhsil sahəsində apardığı uğurlu, köklü islahatlar nəticəsində ali məktəblərdə yaranan şəffaf mühiti nəzərə alaraq, 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir (Protokol №20, xx.xx.2009-cu il). 6. 2011-ci ildə Universitetin adı dəyişdirilərək Rusiya Dövlət Sosial Universiteti adlandırılmışdır. İddiaçı həm Kollec, həm də Universitet diplomu ilə öz əmək fəaliyyətini davam etdirmiş, işində əldə etdiyi bilik, bacarıq, təcrübəsi ilə müəyyən uğurlar qazanmışdır. 2 il öncə xarici dövlət tərəfindən verilmiş diplomların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»na əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərə findən təsdiq edilməsinin zəruriliyini bildikdən sonra o, Agentliyə müraciət etmiş və müəyyən olunmuş bütün prosedurlardan, o cümlədən, yazılı və şifahi müsahibələrdən müvəffəqiyyətlə keçmişdir. Diplomunun apostil olunması üçün isə, 2019- cu ildə Moskva Şəhər Təhsil və Elm Departamentinə müraciət etmişdir. 3-4 ay ərzində ciddi araşdırmalar apararaq iddiaçının həqiqətən də qeyd olunan Universitetdə təhsil almasını, eləcə də, təhsil ocağını bitirməsi haqqında ona diplom verilməsi faktını müəyyən etdikdən sonra diploma 2019-cu il noyabr ayının 7-də həmin Departament tərəfindən apostil vurulmuşdur. Departamentlə razılıq əsasında Universitet rəhbərliyi həmin təhsil ocağının adı 2011-ci ildə dəyişdirildiyindən, gələcəkdə problemlə üzləşməmək, çətinliklər yaşamamaq üçün iddiaçıya 2009-cu ildə B akıda təqdim olunmuş köhnə diplom əvəzinə yeni diplom – dublikat verilmişdir (Rusiya Federasiyası Dövlət Sosial Universiteti mütəxəssis diplomu № 107724 11778851, qeydiyyat nömrəsi 1266, verilmə tarixi 27 sentyabr 2019-cu il). Bununla belə, iddiaçıya diplomun Universitetin 2009-cu il 20 fevral tarixli 20 nömrəli protokoluna əsasən verilməsi də diplomda öz əksini tapmışdır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndi əsas götürülərək, iddiaçının təhsil illərində heç bir zaman Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) olmaması və bununla da diploma əlavədə qeyd olunan tədris yükünü guya yerinə yetirməsinin qeyri-mümkünlüyü səbəbindən diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə cavab olaraq 11 fevral 2021-ci il tarixdə imtina qərarı qəbul olunmuşdur. Yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndində diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün təhsil aldığın xarici ölkədə olmaqla bağlı hər hansı bir müddəa mövcud deyil. Digər tərəfdən, bir daha vurğulanmalıdır ki, iddiaçı Rusiya Federasiyasında deyil, Rusiya Federasiyası Dövlət Sosial Universitetinin Bakıda fəaliyyət göstərən filialında təhsil almışdır. Bunun üçün vaxtilə Moskvaya getməsi ilə bağlı hər hansı bir ehtiyac olmamışdır. Bunu, onunla bir yerdə təhsil alan tələbə yoldaşları da təsdiq edə bilər.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentlik İddiaçı müraciətinə baxaraq, həmin ölkədə ümumiyyətlə olmadığından onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, təqdim edilmiş diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir.

8. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilmişdir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən – qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lise nziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim tərbiyə müəssisələrinin fəal iyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş «Avropa regionu üzrə tanınma Təlimatı»nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəaları nəzərə alınaraq, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

9. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ilə (hakim X7) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X20 Universitetinin Bakı filialında 2004 – 2009-cu illərdə təhsil alsa da, həmin filial təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd qiymətləndirilə bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X4 və X5) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1555/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etm işdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni vaxtda və eyni qaydada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıbtanınmamasına dair, habelə analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla araşdırma aparmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-692/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X10) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-811/2022 saylı qərarı ləğv edi lmiş, iddia təmin edilərək cavabdehin imtinası əsassız sayılmış, diplom üzrə ixtisasın tanınması və iddiaçıya ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Agentliyin elektron bazasına yenidən verilmiş sorğuya əsasən Moskva Dövlət Sosial Universiteti üzrə inzibati icraat yekunlaşmış ümumilikdə 126 nəfərə tanınma haqqında şəhadətnamələr, 114 nəfərin müraciəti haqqında isə imtina qərarı verilmişdir ki, bu imtina qərarlarının da hamısında səbəb təhsilalanın qanunsuz filialda tədris prosesində iştirakı olmamışdır. Yeni apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202 2-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarında analoji mübahisə üzrə işin faktiki halları ilə eynilik təşkil edir. Məhkəmə Kollegiyası işin bu halını, məhkəmə sorğusuna cavabdehinxx.xx.2024-cü il tarixli, 2-1(103)-692/24 saylı cavabını və ona əlavə olunmuş sənədləri (siyahı) nəzərə almaqla “İnzibati İcraat haqqında” Qanunun 12.1, 12.2-ci maddələrinin tələblərindən çıxış edərək hesab edir ki, həmin təcrübə iddiaçıya da tətbiq edilməlidir.

19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.

21. Kassator bildirmişdir ki, Azərbaycan Respublikası təhsil qanunvericiliyində “səyyar” təhsilalma forması mövcud deyil və iddiaçının təhsilalma forması onun özünün təqdim etdiyi diplom əlavəsinə əsasən qiyabi təhsilalma formasıdır.

22. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2-1(102)882/2023 saylı qərarına istinad etsə də qeyd etmək lazımdır ki, həmin iş üzrə iddiaçı təhsil müəssisəsini xx.xx.2005-ci il tarixdə bitirmişdir. İddiaçı isə xx.xx.2009-cu il tarixində məzun olmuşdur. İddiaçının təhsil aldığı müəssisisə 2006-cı ildən fəaliyyətini dayandırmışdır.

23. Həmçinin qeyd edilmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialı heç vaxt Azərbaycan Respublikasında akkreditasiyadan keçməmiş, habelə 1 saylı Yerli iqtisad Məhkəməsinin 2007-ci il tarixli akkreditasiyasız Bakı filialları ilə bağlı qətnamələrində bu müəssisə barədə məlumat əks olunmamış, əlavə olaraq iddiaçının adıçəkilən filialdan təhsil prosesinə qoşulduğunu iddia etdiyi dövr 2007-ci ildən 2010-cu ilə qədər yəni filialların fəaliyyətinə xitam verən qüvvəyə minmiş məhkəmə qətnamələrinin tarixindən sonrakı iki ili əhatə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

25. Bərabərlik hüququ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qə bul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə

13. Et imad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları": Maddə 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə o lmasının təsdiqi başa düşülür. Maddə 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Maddə 1.6 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azə rbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəl lənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Bununla belə məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ətraflı münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

34. Şikayətdə qeyd edilir ki, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialı heç vaxt Azərbaycan Respublikasında akkreditasiyadan keçməmiş, habelə 1 saylı Yerli iqtisad Məhkəməsinin 2007-ci il tarixli akkreditasiyasız bəzi ali məktəblərin Bakı filialları ilə bağlı qətnamələrində bu müəssisə barədə məlumat əks olunmamış, əlavə olaraq iddiaçının adıçəkilən filialda təhsil prosesinə qoşulduğunu iddia etdiyi dövr 2007-ci ildən 2010-cu ilə qədər, yəni filialların fəaliyyətinə xitam verən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin tarixindən sonrakı iki ili əhatə etmişdir.

35. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, cavabdehin istinad etdiyi qətnamələr iddiaçının bitirdiyi təhsil müəssisəsi ilə bağlı olmamışdır. İddiaçının təhsil aldığı dövrdə və o ndan əvvəl təhsil aldığı ali məktəbin fəaliyyətinin qanunsuz olmasına dair hər hansı məhkəmə aktı mövcud olmamışdır. Bu hala istinad etməklə iddiaçının təhsil aldığı müəssisə tərəfindən verilmiş ali təhsil haqqında diplomun tanınmamasından imtina edilməsi əsaslı sayıla bilməz.

36. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya verilmiş diplomu tanımaqdan imtina edərkən həm Konstitusiyanın, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

37. Belə ki, iş materiallarında cavabdehin özü tərəfindən təqdim edilmiş siyahı mövcuddur. Həmin siyahıda Rusiya Dövlət Sosial Universitetində müxtəlif illərdə təhsil alan və bitirən şəxslərin diplomları cavabdeh tərəfindən tanınmışdır.

38. Göründüyü kimi cavabdeh iddiaçının təhsil aldığı universitet tərəfindən verilmi ş diplomlarla bağlı mövqeyi əksər hallarda şəxsə münasibətdə müsbət olmuşdur. Lakin hazırkı iş üzrə iddiaçıya münasibətdə qəbul edilmiş yanaşmadan fərqli (iddiaçının ziyanına) mövqe sərgilənməsi qəbul edilən sayıla bilməz.

39. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 40. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə müna sibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

41. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üz rə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

42. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

43. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbu luna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

45. Bəhs olununlara əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qiymətləndirmə aparmağı zəruri hesab etmir.

46. Məhkəmə kollegiyası bərabərlik və etimadın qorunması prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edil mədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-692/2024 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar