Məhkəmə qərarları › İş №2-1(102)-201/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-201/2021

10.03.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-201/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın müddət keçdiyinə görə mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)892/2020 nömrəli qərarından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54/128 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Qaradağ RİH başçısının xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54 nömrəli qərarı, iddiaçının və həyat yoldaşının şəxsi ərizəsi əsasında, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsinin ayrılması hissədə etibarsız hesab edilmiş, həmin torpaq sahəsi üçüncü şəxsə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Bir inci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1687 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon XDS-nin İK-nin xx.xx.1991 -ci il tarixli, 54 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Lökbatan qəsəbəsi, 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu günlərdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1687 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli, 54 nömrəli qərarı etibarsız hesab edilmişdir və həmin torpaq sahəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, 4-cü massiv, 5-c i keçid, 13 nömrəli evdə yaşayan X2 adına rəsmiləşdirilmişdir. Həmin sərəncamın əsası kimi iddiaçının və arvadının bu barədə ərizə verməsi göstərilmişdir. Halbuki nə iddiaçı, nə də iddiaçının arvadı bu torpaq sahəsinə dair sərəncamın etibarsız edilməsi barədə ərizə verməmişlər.

5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2019 saylı 20 may 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 istifadəsində olan torpaq sahəsi ilə Nəsrəddin İsayevin mülkiyyətində olan torpaq sahəsi eyni torpaq sahələri deyildir. Cavabdeh Qaradağ rayon İH isə məhkəmədə iddiaçıya yalnız bir dəfə Qara dağ rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli, 54 nömrəli qərarı ilə torpaq ayrılmasını, başqa bir torpaq sahəsinin ayrılmadığını göstərmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçının ləğv edilməsini tələb etdiyi həmin sərəncamın qanunauyğun olmasını o hal da təsdiq edir ki, üçüncü şəxsin ləğv edilməsi tələb olunan sərəncam əsasında Nəsrəddin İsayevin 1993-cü ildən həmin torpaq sahəsindən istifadə etməsinə, yaşayış evi inşa edərək orda yaşamasına baxmayaraq bu halla bağlı iddiaçı cavabdehə müraciət etməmiş, eyni zamanda üçüncü şəxsə qarşı torpaqla bağlı iddia qaldırmamışdır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

09. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2-1(103)1956/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi) Ü.Mayılov və K.Abiyeva) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1164/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1956/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov) iddiaçı tərəfindən veril miş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1956/19 saylı qərarı ləğv edilmiş iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən torpaq sahəsinə dövlət çıxarışının mövcud olması faktını göstərdiyi halda, sözügedən torpaq sahəsinin və üçüncü şəxsin torpaq sahəsinin müxtəlif torpaq sahələrinin olması qənaətinə gəlir. Halbuki, iddiaçının məhz mübahisələndirdiyi Cavabdeh xx xxxxxx 1993-cü il tarixli sərəncamla sözügedən torpaq sahəsinin ondan alınaraq üçüncü şəxsə verilməsi qərara alınmışdır. Digər tərəfdən iddiaçının cavabdehin mübahisələndirdiyi x x xxxxxx 1993-cü il tarixli, 1687 saylı sərəncamından konkret şəkildə nə zaman məlumat alması da aydınlaşdırılmamış, halbuki həmin məsələnin iddianın İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkünlüyü baxımından da son dərəcə böyük əhəmiyyəti vardır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, məhkəmənin bu qərarı qanunvericliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində bir çox faktlara istinad etmişdir ki, onların heç biri inzibati işin materilları ilə sübuta yetirilmir. Əvvəla, məhkəmə qəbul etdiyi qərarda guya ki, iddiaçının mübahisə predmeti olan sərəncamla ayrılmış torpaq sahəsinin inzibati işdə 3-cü şəxs kimi cəlb edilmiş X2 istifadəsində olan torpaq sahəsi olması ilə razılaşmış və bunu qəbul etmişdir. İnzibati işin materiallarında onun belə bir ifadəsi olmadığı halda məhkəmənin nəyə istinad edərək belə qənaətə gəlməsi anlaşılan deyildir. O, bu sərəncamla ona ayrılmış torpaq sahəsi ilə 3-cü şəxs X2 istifadəsində olan torpaq sahəsinin başqa yerlərdə yerləşdiyini ərizəsində göstərmişdir. Lakin mübahisə predmeti olan sərəncamla ayrılmış torpaq sahəsinin N.İsayevin istifadəsində olan torpaq sahəsi olmasını heç vaxt deməmişdir. Məhkəmə qəbul etdiyi qərarın “əsaslandırıcı” hissəsində bu mübahisənin yarandığı zaman maddi hüquq normalarına istinad etməyin zəruri olduğunu göstərmiş və həmin vaxt qüvvədə olan Topaq Məcəlləsinin 32-ci maddəsinə istinad etmişdir. Torpaq Məcəlləsinin 32-ci maddəsində də torpaq sahəsinə və onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xita m verilməsinin əsaslarından biri kimi torpaq sahəsi ayrılmış şəxsin həmin torpaq sahəsindən könüllü imtina etməsi və ya torpaq mülkiyyətçisinin onu başqasına satması göstərilir. Yəni, həmin vaxt qüvvədə olan müvafiq hüquq normalarında da bu torpaq sahəsinin sahibinin ondan imtinası əsasları göstərilmişdir. Lakin inzibati işin materiallarından da açıq-aydın görünür ki, nə onun, nə də həyat yoldaşının bu torpaq sahəsindən imtina etmələri barədə hər hansı bir sübut yoxdur. Bu halda da məhkəmənin həmin vaxt qüvvədə olan müvafiq hüquq normalarına istinad edərək cavabdehin düzgün inzibati akt qəbul etməsi qənaətinə gəlməsi əsassızdır. İnzibati işin sənədlərindən də görünür ki, cavabdeh orqan onun və həyat yoldaşının bu torpaq sahəsindən imtina etməsi barədə ərizələrin arxivdə saxlanılmaması və h əmin sərəncam qəbul edildikdən 3 il sonra məhv edilməsi əsasına görə məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Lakin hesab edir ki, cavabdehin bu arqumenti də tamamilə əsassızdır. Əgər həqiqətən iddiaçının adına verilmiş bu sərəncam ləğv edilsəydi, qanunvericiliyin tələb etdiyi qaydada bu barədə ona məlumat verilməli və onda olan sərəncamın əsli cavabdeh orqan tərəfindən geri alınmalı idi. Lakin inzibati işin sənədlərindən də görünür ki, ona ayrılmış torpaq sahəsi həmin vaxtdan onun istifadəsində olmuş və sonradan özəlləşdirilərək başqa şəxslərə satılmışdır. Təbii ki, bu sərəncamın ləğv edilməsindən və 3-cü şəxsin adına keçirilməsindən yalnız 3-cü şəxsin ona qarşı 2018-ci ildə Qaradağ məhkəməsinə verdiyi iddia ərizəsindən sonra xəbər tutmuşdur. Həmçinin məhkəmənin DƏDRX-nin Bakı şəhər i Ərazi İdarəsi tərəfindən 3-cü şəxs Nəsrəddin İsayevə ünvanlanmış məktuba istinad edərək mübahisə predmeti olan sərəncamla ayrılmış torpaq sahəsinin N.İsayevin istifadəsində olması qənaətinə gəlməsi də əsassızdır. İnzibati işin materiallarından da görünür ki, N.İsayevə 1993-cü ildə torpaq sahəsi barədə sərəncam verilərkən həmin torpaq sahəsinin harada yerləşməsini göstərən sxem-xəritə ona təqdim edilməmişdir. Bu bir daha təsdiq edir ki, həmin mübahisə edilən sərəncamla ayrılmış torpaq sahəsinin N.İsayevin istifadəsində olan torpaq sahəsi olması qənaətinə gəlinməsi əsassızdır. b. Kassasiya şikayətinə qarşı etiraz

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Üçüncü şəxs N.İsayev məhkəmə iclasına vəkilsiz gəldiyinə görə onu n izahatı dinlənilməmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflər iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun: Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət v ermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; Maddə

35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdı rsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. 2000-ci ilin 1 sentyabr tarixədək qüvvədə olmuş 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

235. Məhkəmə tərəfindən baxılan, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər Məhkəmə aşağıdakı işlərə baxır:... 2) cərimə qoyulması ilı ilə əlaqədar inzibati orqanların hərəkətlərindən verilən şikayətlər üzrə işlərə; qanunla nəzərdə tutulan hallarda, vəzifəli şəxslərin qanunu pozmaqla, səlahiyyət həddini aşmaqla vətəndaşların hüquqlarını məhdudlaşdırılan hərəkətlərindən verilən şikayətlər üzrə işlərə. Maddə

240. Məhkəmə tərəfindən baxılan, inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkələrindən şikayətlər üzrə işlər. Məhkəmə, qanunla nəzərdə tutulan hallarla, inzibati qaydada cərimə qoymaq hüququ verilmiş inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən vətəndaşların və vəzifəli şəxslərin şikayətlərinə bu fəsildə müəyyən edilən qaydada baxılır. Maddə

241. Vətəndaşlar və ya vəzifəli şəxslər inzibati qaydada cərimə qoyulması və alınması haqqında inzibati orqanların və ya vəzifəli şəxslərin qərarların təqdim edildiyi gündən on gün müddətində inzibati orqanların və ya vəzifəli şəxslərin müvafiq hərəkətlərindən öz yaşadıqları yerin məhkəməsinə şikayət verməyə haqlıdırlar.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 201 5-ci il tarixli 5 nömrəli qərarı. 8.6-cı bənd. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilmədiyinə görə qərar ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

26. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1993-cü ildə qəbul edilmiş sərəncamı 2018-ci ildə mübahisələndirən iddiaçının belə bir hüquqi marağı ümumiyyətlə olmamış, üçüncü şəxs ona qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində 2013-cü il verilmiş çıxarışın etibarsız sayılması tələbinə dair iddia qaldırdıqdan sonra bu zərurət doğmuşdur.

27. Məhkəmə daha sonra göstərmişdir ki, iddiaçı hazırkı iddianın 2018-ci ildə qaldırılmasını üçüncü şəxsin ona qarşı qaldırdığı iddiaya Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən ilk dəfə xx.xx.1993-cü il tarixli sərəncam barədə məlumatlı olması ilə izah edir ki, bu da ağlabatan və inandırıcı deyil. Çü nki, üçüncü şəxs xx.xx.1993cü il tarixli sərəncamla ona ayrılmış torpaqda 1994-cü ildə fərdi yaşayış evi tikdiyini, hazıradək orada yaşadığını bildirir, onun ən geci 2004-cü ildən elektrik enerjisi (**********50000) və 2012-ci ildən təbii qaz abunəsi (**********00000) olması iş materilları ilə təsdiq olunur. İddiaçı isə üçüncü şəxsin mübahisəli torpaq sahəsində ev tikib, 20 ildən çox orada yaşamasını təkzib etmir, əksinə, bununla razılaşaraq, Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsin hazırda istifadəsində olmaqla, yaşadığı torpaq sahəsinin ayrı torpaq sahələri olmasını və birbirindən aralı yerləşmələrini qəbul edir.

28. Məhkəmənin daha sonra göstərmişdir ki, iddiaçının irəli sürdüyü ən əsas dəlil odur ki, onun özəlləşdirib, sa tdığı torpaq sahəsi məhz xx.xx.1991-ci il tarixli qərarla ona ayrılmış torpaq sahəsidir ki, bu fakt da iş materialları ilə təkzib olunur. Belə ki, üçüncü şəxsə Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsin ev tikdiyi torpaq sahəsinin və Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, yəni hər üç torpaq sahəsinin eyni (bir) torpaq sahəsi olması cavabdehin üçüncü şəxsə ünvanlandığı xx.xx.2017-ci il tarixli **********90 nömrəli məktubu və həmin məktuba əlavə olunan torpaq sahəsinin yerləşmə cizgisi və mərzçəkmə planının tərtib olunması barədə aktla, həmçinin xx.xx.2017-ci il tarixli **********95 nömrəli bildirişi ilə tam sübuta yetirilir. Odur ki,iddiaçının özəlləşdirib satdığı torpaq sahəsi Qar adağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılan və Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə etibarsız sayılan torpaq sahəsi ilə eyni olmayıb, faktiki olaraq başqa ərazidə yerləşir. Bu da o deməkdir ki, iddiaçı etibarsız hesab edilən qərara istinadən torpaq sahəsinin həmin qərarla ona ayrılmış torpaq sahəsi olmadığını bilirdi yaxud bilməli idi. Əks halda onun üçüncü şəxsin eyni torpaqda ev tikib, yaşamasını görməsi və buna etiraz etməsi labüd idi. Bu səbəbdən, iddiaçının mülahizələri səmimilik baxımından tənqidi münasibət formalaşdırır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar iddianın müddətlərə görə mümkün sayılmamasını şərtləndirir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsi rinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həm çinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

31. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

32. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddia inzibati orqanın xx.xx.1993-cü ildə verilmiş sərəncamının etibarsız hesab olunmasından ibarətdir. Bu iddia, İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında mübahisələndirmə haqqında iddiadır.

33. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

34. Azərbaycan Respublikası İPM-də mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmuşdur. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati orqanın mübahisələndirilən sərəncamı 1993-cü ildə verilmişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 1 1 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu.

35. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi.

36. İddiaçı müddətin buraxılmadığını bildirir və mövqeyinı onunla izah edir ki, mübahisələndirilən sərəncam barədə 2018-ci ildə, yəni 3-cü şəxsin ona qarşı 2018-ci ildə Qaradağ məhkəməsinə verdiyi iddia ərizəsindən sonra xəbər tutmuş, ona sərəncamın surəti təqdim edilməmiş, bu barədə ona məlumat da verilməmişdir.

37. İddiaçının sözügedən sərəncamın ona təqdim olunmasını müəyyən etmək üçün 27 il əvvələ aid təqdimetmə sənədinin (məktubun, poçt göndərişi qəbzinin və ya təqdimetmə bar ədə tərtib olunmuş hər hansı sənədin) üzə çıxarılması vacibdir. İddiaçı özü bu barədə sübut təqdim etmir. İddiaçı tərəfin mövqeyinə uyğun olaraq, bu sübutun cavabdehdən tələb olunması üçünsə, cavabdehin bu sübutu 27 il saxlamağa vəzifəli olubolmaması araşdırılmalıdır.

38. Cavabdeh isə bu cür vəzifə daşımır. Çünki Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”in 3.3-cü bəndinə əsasən, sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun a parılır. Siyahıda saxlanma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilməlidir. Daimi saxlanma müddətli sənədlərin dövlət mühafizəsinə qanunla müəyyən olunmuş müddətdə təhvil verilməsinə idarə məsuliyyət daşıyır. Sənədlərin idarələrdə saxlanmasının son müddətləri «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il müəyyən edilmişdir (3.3.2). 39. “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda da bu cür məktubların uzun müddət saxlanması barədə göstəriş yoxdur.

40. İddiaçının mübahisəl əndirilən sərəncamdan “məlumatının olmaması” barədə dəlillə bağlı qeyd olunmalıdır ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır).

41. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olu nduğu kimi inzibati orqanın mübahisələndirilən qərarları qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı.

42. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

43. İddiaçının hüquqları olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 25 ildən də çox müddətdə maraqlanmaması da ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-892/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar