Məhkəmə qərarları › İş №2-1(102)-2011/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2011/2022

07.12.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2011/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1963-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2-1(103)942/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək ali təhsil almış, keçmiş Alüminium yayma zavodunda, indiki "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək məftilçəkən, xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək metal əridən sexində usta, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 4 nömrəli əridici sexində rəis vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhər İstehsalat İdarəsi Maştağa X2 usta vəzifəsində, “X11” MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən hal-hazıradək Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-də çalışır. 2. "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 16 №-li güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək məftil çəkən sexində məftilçəkən vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən siyahı İİ bölmə Vİİİ kod 2092304a-11487, xx.xx.1985 -ci il tarixdən xx.xx.1994-cu il tarixədək metal əridici sexində usta vəzifəsində işləmişdir. Vəzifəsinin adı usta siyahı İ bölmə Vİİ kod 1072101b-23187. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı həmin işədə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ATİİİ ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. 3. “X11” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 200/A nömrəli araşdırıcı arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsində, 16 aprel 2007-ci il tarixdən 26 mart 2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqad ir vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 18 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi filiala təqdim edilən 8 sentyabr 1985ci il tarixli, İ4T-İ ******* nömrəli əmək kitab çada qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (21 il 8 ay 23 gün) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 8 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi metal əridən sexində usta vəzifəsi və “X11” MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə (Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) Rəhbərlər və mütəxəssislər - ustalar, böyük ustalar- ******* b—23187; Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması - b) rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və bö yük ustalar 1030200b—23187), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə (7.18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) mütəxəssislər: ustalar, böyük ustalar; 3.2. Polad və ferroərintilər istehsalatı - b) mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. xx.xx.2006-cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı, 12 ildən çox isə xüsusi sığorta stajı vardır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçı ya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-3422/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının X11 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2001-ci ildən xx.xx.2009cu ilədək işlədiyi poladəritmə sexində usta və briqadir vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısına deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş (3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndi ndə) vəzifəyə uyğun olması göstərilmişdir. Belə olan halda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajı 20 ildən artıq (21 il 8 ay 15 gün) olsa da güzəştli iş stajı tələb olunan 10 ildən az olmaqla 8 il 2 ay 17 gün təşkil etdiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 12. “X11” MMC tərəfindən 20 iyul 2022-ci il tarixli X-Y-1543 saylı sorğuya cavab məktubuna əlavə edilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı “X11” MMC-də 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il t arixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsində, 16 aprel 2007-ci il tarixdən 26 mart 2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. Qeyd edilmiş həmin sahə və peşələr hal-hazırda “X11” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) bəndində rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşələrinə uyğundur.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2-1(103)-942/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul ed ilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və müraciət etdiyi vaxtdan əvvəlki 3 il üzrə hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - iddiaçının keçmiş Bakı Alüminium yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işlədiyi dövrlə bağlı təqdim edilmiş arayışda iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi vəzifənin, yəni metaləridici sexində usta vəzifəsinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısı ilə müəyyən edilmiş vəzifəyə (siyahı İ bölmə Vİİ kod 1072101b-23187) uyğun olduğu qeyd edilmiş, həmin müddət 8 il 2 ay 17 gün təşkil etmişdir. Həmçinin, iddiaçının “X11 ” QSC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) bəndində rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187) peşəsinə uyğun olması göstərilmişdir. Həmin müddət isə 4 il 6 ay olmaqla 1 yanvar 2006-cı ilədək iddiaçının güzəştli iş stajı 1 nömrəli Siyahıdakı peşələrə uyğun gəlməklə 12 ildən çox təşkil etmişdir. - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin hallar ı, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlər də güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağı dakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı polad və ferroərintilər istehsalatı - metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187)

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “M əzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzə rə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia tələbinə etirazda da qeyd etdiyi kimi iddiaçının iş materialları ilə müəyyən edilmiş xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi sığorta stajı mövcud olmuşdur.

29. Bundan başqa, iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə k eçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur

30. Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, keçmiş Bakı Alüminium yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işlədiyi dövrlə bağlı təqdim edilmiş arayışda iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi vəzifənin, yəni metaləridici sexində usta vəzifəsinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısı ilə müəyyən edilmiş vəzifəyə (siyahı İ bölmə Vİİ kod 1072101b23187) uyğun olduğu qeyd edilmiş, həmin müddət 8 il 2 ay 17 gün təşk il etmişdir.

31. Bundan başqa, iddiaçının “X11” QSC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2006cı il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) bəndində rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187) peşəs inə uyğun olması göstərilmişdir. Həmin müddət isə 4 il 6 ay olmaqla 1 yanvar 2006-cı ilədək iddiaçının güzəştli iş stajı 1 nömrəli Siyahıdakı peşələrə uyğun gəlməklə 12 ildən çox təşkil etmişdir.

32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və 20 ildən çox ümumi iş stajının və 10 ildən çox xüsusi iş stajının mövcud olmasına görə iddiaçının 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 21(103)-942/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar