Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2017/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Süleyman oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarması tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Süleyman oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Maraqlı şəxs1, X25, X1, X7, X6, X14, X20, X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın xx.xx.2024-cü il tarixli 2-1(103)-301/2024 nömrəli qərarından iddiaçının hüquq varisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 56.9 kv m olan (1 yaşayış otağı - 13.6 kv m, keçid otağı - 13.3 kv m, giriş - 7.2 kv m, bağlı eyvan - 22.8 kv m, qaraj - 27.5 kv m, sanitar qovşağı - 3.2 kv m xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Süleyman oğlunun, ümumi sahəsi 45.4 kv m olan (1.3.5.6 saylı sahələr) X2 adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 13982 vərəqində q eydiyyata alınmışdır.
2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbə üzrə nümayəndəliyinin 41 saylı, xx.xx.2016-cı il tarixli arayışına əsasən, İddiaçı Süleyman oğlu 1978-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsindəki 25b saylı evdə qeydiyyatdadır.
3. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı Süleyman oğluna ünvanlanan xx.xx.2016-cı il tarixli, 073-4342/3A-1216 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizədə adları qeyd olunan vətəndaşlar ünvan 3 ünvana Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat vərəqəsinə və Sabunçu Rayon Məhkəməsinin qətnamələrinə əsasən qeydiyyata alınmışlar. Məlumat üçün bildirilir ki, xx.xx.2016-ci il tarixdə etdiyiniz eyniməzmunlu şikayət ərizəsi əsasında Qeydiyyat və şəxsiyyət vəsiqələrinin verilməsi şöbəsində araşdırılma aparılmış və RPİ-nin xx.xx.2016-cı il tarixli 0732896A-3216 nömrəli məktubu ilə ərizədə qeyd olunan 9 nəfərin Sabunçu rayonu, Anaşkin küçəsi 25V nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhər İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməyinizlə bağlı sizə cavab verilmişdir. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları şöbənin səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Süleyman oğlu xx.xx.2016-cı il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq üçüncü şəxslər X3, X20, X8, X1, X13, X10, X25 və X4 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsindəki 25 b saylı evdən qeydiyyatdan çıxarılmalarının Bakı şəhəri, Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)2682/16 saylı qərardadı ilə X3, X20, X8, X1, X13, X10, X25 və X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Sabunçu qəsəbəsinin 27 saylı Seçki dairəsinin 8 saylı məntəqəsində səs verməyə gedərkən seçici siyahısında Anaşkin küçəsi 25 b ünvanında adının olmadığını, əvəzində isə evinə xəbəri olmadan tanımadığı 9 nəfərin qeydiyyata alındığını bilmişdir. Onlar aşağıd akı şəxslərdən ibarətdir: X3, X21, X8, X1, X13, X10, X9, X25 və X7.
7. Bununla əlaqədar Bakı şəhər Cavabdehnə ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Həmin cavabı əsassız və qeyri-qanuni hesab edir. Belə ki, yalnız X9 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qeydiyyat vəsiqəsinə və Sabunçu rayon məhkəməsinin qətnaməsinə əsasən Sabunçu rayonu, Anaşkin küçəsi, 25 b saylı evə qeydiyyata düşmüşdür.
8. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2010-cu il tarixli Çıxarışına əsasən Sabunçu rayonu, Anaşkin küçəsi, 25 b saylı evin ümumi sahəsi -15,4 kv.m.-dən ibarət 1,3,5,6 saylı sahələri X2 şəxsi mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi siyahıda qalan 8 vətəndaş isə qeyri-qanuni olaraq cavabdeh təşkilat tərəfindən qeyd etdiyi ünvand akı evə razılığı olmadan qeydiyyata alınmış və cavabdeh təşkilata rəsmi müraciətinə baxmayaraq həmin vətəndaşlar indiyə kimi evindən qeydiyyatdan çıxarılmamışlar. Cavabdehin və üçüncü şəxslərin etirazları:
9. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)2682/2016 saylı qərarı ilə iddia təmin edilmiş, X3, X20, X8, X1, X13, X10, X25 və X4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi, 25 B saylı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh üçüncü şəxsləri iddiaçıya məxsus mənzilə qeydiyyata almaqla qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur.
12. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. - şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd( çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd)
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslər mülkiyyətçinin razılıq ərizəsi olmadan, sonuncunun xüsusi mülkiyyətində olan evə qeydiyyata düşmüşlər. Halbuki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Res publikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
14. Göründüyü kimi qanunvericilikdə vətəndaşların yalnız yaşayış sahələrinə müvafiq sənədlər əsasında qeydiyyata alınmaları nəzərdə tutulduğu halda, üçüncü şəxslərin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə qeydiyyata alınması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
15. Üçüncü şəxs Mirxaliq Həsənov və Maraqlı şəxs1 xx.xx.2018-ci il tarixdə həmin qərardan birgə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2019/2018 saylı qərarı ilə üçüncü şəxslər X8 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(82)-2682/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. c. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Üçüncü şəxs X25 apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-2682/2016 saylı qərarından apelyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxdığı müddətin bərpa e dilməsini xahiş etmişdir.
19. Üçüncü şəxs X25 həmçinin apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
20. İşdə olan ölüm şəhadətnaməsinə əsasən İddiaçı Süleyman oğlunun xx.xx.2020-ci ildə öldüyü müəyyən edildiyindən hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı ilə əvəz olunmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-301/2024 saylı qərarı ilə üçüncü şəxs X22 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(82)-2682/2016 saylı qərarı X23 münasibətdə ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının evi ilə üçüncü şəxs X22 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsi ilə qeydiyyata alındığı və yaşadığı ev başqa-başqa tikililərdir, həmin evlərin arasında 440-450 metr məsafə vardır. Bu, iş materiallarında olan fotoşəkil, CD disk, məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi Azayeva Gülşəhər Kazım qızının izahatı ilə də təsdiqini tapmışdır.
23. İddiaçının hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı isə apellyasiya şikayətini əsassız sayır ona görə ki, onun evi ilə üçüncü şəxs X22 yaşadığı ev başqabaşqa tikililər olmasına, həmin evlərin arasında 400-450 metr məsafə olmasına baxmayaraq üçüncü şəxs X22 iddiaçının (hüquqi varisin) evində qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, üçüncü şəxs X22 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alındığı nəzərə alındıqda, onun yaşadığı evə hüququ yaranıbyaranmadığını müəyyən etmək hazırkı məhkəmə icraatının predmetinə daxil deyildir.
25. Hazırkı halda üçüncü şəxs X22 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun sayıla bilməz.
26. Belə ki, həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:.......və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs X25 qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi müəyyən olunmur, üçüncü şəxs X25 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alınmışdır və bu qətnamə iddiaçının hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı tərəfindən mübahisələndirilməmişdir.
28. İddiaçı Azayeva Gülşəhər Kazım qızı apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-301/2024 saylı qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın üçüncü şəxs X23 aid hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
29. Aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin Qərarı qanunsuz və əsassız olduğundan, maddi və prosessual normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın üçüncü şəxs X23 aid hissədə təmin edilməsinə dair qərar çıxarılmalıdır.
30. İşin hallarından da görünür ki, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyət olan evin ümumi sahəsi 56,9 kv.m olan hissəsi, və 0,06527 ha torpaq sahəsi İddiaçı Süleyman oğlunun mülkiyyətində, ümumi sahəsi 45,4 kv.m olan hissəsi və 0,06527 ha torpaq sahəsi isə X5 mülkiyyətində olmuşdur. Həmin ev və həyətdə mülkiyyətçilərdən başqa heç kim yaşamamışdır və orada başqa şəxs tərəfindən hər hansı əlavə ev tikilməmişdir.
31. Üçüncü şəxs X22 mülkiyyətçilərlə hər hansı qohumluq əlaqəsi və münasibəti olmayıbdır. O, həmin ünvanda ümumiyyətlə yaşamamışdır və hər hansı bir tikili tikməmişdir. Özünün məhkəmədə dediyinə görə tikdiyi ev İddiaçı Süleyman oğlunun ünvan 5 ünvanda yerləşən evindən təxminən 400-500 metr uzaqlıqda yerləşir və arada bir neçə ev var. Üçüncü şəxsin evinin iddiaçının evindən o qədər məsafədə yerləşdiyinə görə heç bir halda onun ünvanı iddiaçının evinin ünvanı ilə eynilik təşkil edə bilməz.
32. Hətta, keçmiş Lenin (Sabunçu) rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qətnaməsində də iddiaçıya məxsus evin ünvan 7 ünvanda yerləşməsi qeyd edilmişdir. Həmin qətnamə ilə, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev bölünərək evin yan sağ hissəsi, yəni sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə 1305 kv.m olan torpaq sahəsinin yarı hissəsi İddiaçı Süleyman oğluna, evin yan sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə 1305 kv.m olan torpaq sahəsinin yarı hissəsi X15 verilmişdir. Habelə həmin dövrə aid evin texniki pasportunda da həmin ünvan göstərilmişdir. Göründüyü kimi üçüncü şəxsin pasport qeydiyyatına alındığı ev İddiaçı Süleyman oğluna məxsus evin ünvanıdır.
33. Digər tərəfdən, üçüncü şəxsin tikdiyi ev onun xüsusi mülkiyyətində deyildir və özbaşına tikilidir. Özbaşına tikili olduğu üçün onun evinin ünvanı səlahiyyətli orqan tərəfindən verilməmişdir. Üçüncü şəxsin özbaşına tikili sayılan evinin hansı əsasla ünvan 9 ünvan olması məhkəmə tərəfindən obyektiv araşdırılmamışdır.
34. Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
35. Üçüncü şəxsin evi dövlət reyestrində qeydə alınmadığından onun evinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan verilməmişdir.
36. Məhkəmə düzgün qərar qəbul etmək üçün ən azından ünvan vermək səlahiyyəti olan Əmlak Məsələləri Dövlət Xidmətindən Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi, 25B saylı ünvan barədə məlumat almış olsaydı onda həmin ünvanın iddiaçının mülkiyyəti olan evinə aid olduğu aydın olardı. Lakin məhkəmə bunu etməmişdir..
37. Məhkəmə işi obyektiv, hərtərəfli araşdırmadan, iddiaçının mülkiyyətində olmuş evə və üçüncü şəxsin evinə yerli baxış keçirmədən, iddiaçının mülkiyyəti olan evin yerləşdiyi ünvanı üçüncü şəxs X22 özbaşına tikdiyi evin ünvanı kimi qəbul edib iddianı ona aid hissədə rədd etməsi qanunun tələblərinin və iddiaçının mülkiyyət hüququnun pozulmasıdır.
38. İddiaçı ilə X22 arasında icarə və ya kirayə müqaviləsi və evə pasport qeydiyyatına alınması üçün heç bir razılıq olmayıbdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının evi ilə üçüncü şəxs X22 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnamə si ilə qeydiyyata alındığı və yaşadığı ev başqa-başqa tikililərdir, həmin evlərin arasında 440-450 metr məsafə vardır. Üçüncü şəxs X22 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alındığı nəzərə alındıqda, onun yaşadığı evə hüququ yaranıb-yaranmadığını müəyyən etmək hazırkı məhkəmə icraatının predmetinə daxil deyildir. Hazırkı halda üçüncü şəxs X22 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun sayıla bilməz. Belə ki, həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:.......və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı iş üzrə üçüncü şəxs X22 qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi müəyyən olunmur, üçüncü şəxs X25 yaşadığı evə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsi əsasında qeydiyyata alınmışdır və bu qətnamə iddiaçının hüquqi varisi Azayeva Gülşəhər Kazım qızı tərəfindən mübahisələndirilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
46. Normanın məzmunundan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi onun aid olduğu icraatın iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Hazırkı iş üzrə iddiaçı və ya onun hüquq varisi həmin icraatın iştirakçıları olmamışlar.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində də bu imkanı aradan qaldıran və ya məhdudlaşdıran hər hansı norma yoxdur.
49. Başqa sözlə, üçüncü şəxsin və apellyasiya instansiyası məhkəməsinin əsaslandıqları məhkəmə qətnaməsinin qanuni qüvvəsi (məcburiliyi) işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarını və qanunla qorunan mənafelərini digər icraatda müdafiə etmək imkanlarına təsir etmir.
50. Beləliklə, üçüncü şəxsin və apellyasiya instansiyası məhkəməsinin əsaslandıqları məhkəmə qətnaməsinin qanuni qüvvəsi iddiaçının hazırkı məzmunda tələb irəli sürməsi üçün maneə deyil və həmin qətnamə ilə müəyyən edilmiş faktlar iddiaçı tərəfindən hazırkı icraatda mübahisələndirilə bilər.
51. İddiaçının hüquqlarının hazırkı icraatda və irəli sürülən məzmunda iddia əsasında müdafiəsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçının inzibati orqandan mülkiyyətində olan evə verilmiş ünvan üzrə qeydiyyat haqqında məlumat/arayış (kağız və ya elektron daşıyıcıda) alarkən həmin sənəddə mülkiyyətçi kimi onun ailə üzvlərinə aid olmayan, onun razılığı və ya qanunda göstərilən digər əsaslar olmadan yaşayış yeri üzrə qeydiyyata alınmış şəxslər də göstərilirsə, iddiaçı onun mülkiyyət hüququna müdaxilə olunduğunu və bu müdaxilənin dövlət orqanı vasitəsi ilə baş verdiyini iddia edə bilər.
52. Cavabdehin və üçüncü şəxsin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-929 saylı qətnaməsinə istinadları isə vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, əvvəla, həmin qətnamənin hazırkı iş üzrə iddiaçı üçün qüvvəsinin olmadığı yuxarıda qeyd olunub.
53. Digər tərəfdən, həmin qətnamədə onun aid olduğu iş üzrə ərizəçinin və onun ailə üzvlərinin məhz hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan evin yerləşdiyi ünvan üzrə qeydiyyata alınmaları barədə düzünə göstəriş yoxdur. Buradan, cavabdeh və üçüncü şəxs həmin qətnamənin qüvvəsindən iddiaçıya və onun hazırkı məzmunda tələbinə qarşı istifadə edə bilməzlər.
54. İşin həqiqi halları ilə müəyyən olunan odur ki, yuxarıda qeyd olunan həmin adda ünvandan iddiaçının mülkiyyətindəki yaşayış evi ilə hər hansı bağlılığı olmayan üçüncü şəxs, həm də özbaşına tikili üzrə istifadə edir. Bu cür istifadə imkanının yaradılmasının səbəblərindən asılı olmayaraq, iddiaçının hüquqlarına müdaxilə cavabdeh inzibati orqan vasitəsilə aradan qaldırılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ka ssasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-301/2024 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə X22 (FİN: 0TY39NM) Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən, Azayeva Gülşəhər Kazım qızının mülkiyyətində olana “25b” saylı evə məxsus ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərar qətidir.