Məhkəmə qərarları › İş №2-1(102)-2017/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2017/2025

06.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2017/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: çimərlik üçün ayrılmış sahilboyu torpaq sahəsinə icarə hüququnun qeydə alınması, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(105)-305/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə əhaliyə çimərlik xidmətinin gö stərilməsi üçün rayonun Xəzər dənizi sahili boyu X6 fondu torpaqlarının Nabran kəndi yaxınlığındakı hissəsindən 0.05 ha torpaq sahəsi iddiaçının uzunmüddətli (99 il müddətinə) icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsi bağlanmışdır.

2. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 492 saylı, xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Xaçmaz RİH başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə vətəndaş İddiaçı uzunmüddətli icarəsinə verilmiş torpaq sahəsi üzərində onun adına icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına və yüklülük çıxarışın verilməsinə etiraz edilmir.

3. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin ölçüləri qeyd olunmamışdır.

5. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdə liyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(105)340/2023-cüil tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) 06 dekabr 2024-cü il tarixli, 2-1(118)-790/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2məruzəçi, X1 və X3) 2-1(105)-305/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(118)-790/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, elə cə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 14 Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü madd ələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox q ərarlarda (o cümlədən xx.xx.2023-cü il tarixli, 2-1(102)-1980/2023 nömrəli, xx.xx.2025-ci il tarixli, 2-1(102)-831/2025 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarının Xəzər dənizi sahili boyu X6 fondu torpaqlarının yerquruluşu xəritəsindən çıxarışa uyğun olduğu, həmin torpaq sahəsinin koordinatlarının baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə (TEKUİS) kateqoriyası ehtiyat fondu torpaqlarına aid olduğu qeyd edilmişdir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə bitişik, qonşuluğunda və ətrafında olan torpaq sahələrinin hüq uqi rejimi Xəzər dənizi sahili boyu X6 fondu torpaqlarına aid olduğu qeyd edilmişdir. Bundan başqa rəyə əlavə edilən faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaq sahəsinin ölçü-planından da müəyyən edilir ki, torpaq sahəsi yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçüyə uyğundur. Beləliklə, məhkəmə kollegiyası mütəxəssis rəyinə istinad edərək hesab edir ki, faktiki istifadədə olan torpaq sahəsi ilə yerquruluşu xəritəsindən çıxarışda göstərilən sahə arasında hər hansı uyğunsuzluq yoxdur. Cavabdeh inzibati orqanın özü tərəfindən verilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsi Xəzər dənizi sahili boyu X6 fondu torpağı kimi göstərilmişdir.

17. İddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüququ “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində, el əcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərə – rayon icra hakimiyyətinin sərəncamına və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsaslanır. Qeyd edilmiş sərəncam qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, bu sərəncam hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

18. Torpaq Məcəlləsinin 46 və 50-ci maddələrinə əsasən icra hakimiyyəti orqanının sahilboyu torpaq sahəsinin icarəyə vermək hüququ təsbit edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi i lə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları mövcud olmamışdır.

19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tə ləblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, el əcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(105)-305/2 025 saylı qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar