Məhkəmə qərarları › İş №2-1(102)-2023/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2023/2025

12.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2023/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Daxili İşlər Nazirliyi) “əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 21(105)-217/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1982-ci ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir.

2. İddiaçı 18 iyun 2007-ci il tarixdə həbs edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 204.1-ci maddələri ilə təqsir li bilinmiş, CM-nin 234.4.3-cü maddəsi ilə 9 il, CM-nin 204.1-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla, əmlakı müsadirə edilmədən, qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək İddiaçı CM-nin 204.1-ci maddəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin hissədə cinayət təqibinə xitam verilmiş, CM-nin 66.3-cü maddəsinin tətbiqi və cəzaların toplanmasına dair hissə hökmdən xaric edilmiş, CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə dəyişdirilmədən sa xlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 dekabr 2009-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

5. İddiaçı 7 iyun 2010-cu il tarixdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, onun barəsində cinayət işinə baxılarkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1 və 3(c) bəndləri ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu bildirmişdir.

6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 30 yanvar 2020-ci il tarixli qərarı ilə (İddiaçı Azərbaycana qarşı, ərizə № 32370/10) Azərbaycan Respublikası Hökumətinin birtərəfli bəyannaməsini nəzərə alar aq işi baxılacaq işlər siyahısından çıxarmışdır. Qərarda Hökumətin ərizəçinin Konvensiya ilə təmin edilmiş hüquqlarının pozulmasını tanıdığı və ona dəymiş maddi və mənəvi zərərin, habelə xərclərin əvəzi olaraq 3.000 avro məbləğində kompensasiya ödəməyə hazır olduğu qeyd edilmişdir.

7. AİHM-in göstərilən qərarından sonra yeni hallar üzrə icraat qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən işə yenidən baxılmış və Plenumun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarı ilə Ali Məhkəmənin 8 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 29 may 2008-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilərək, cinayət işi həmin hissədə Sumqayıt Apellya siya Məhkəməsində yeni apellyasiya baxışına təyin edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1(105)-29/2023 saylı hökmü ilə İddiaçı CM-nin 234.4.3-cü maddəsi üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə üzrə bəraət verilmiş, habelə pozulmuş hüquqlarının bərpası və vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56–59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmişdir.

9. İddiaçı barəsində cinayət təqibi aparılması və məhkum edilməsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 14 yanvar 2008-ci il tarixli, Ə-78 ş/h nömrəli əmri ilə “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Ə sasnamə”nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduqda) 52 yaşında, yəni xidmətdə olmanın son yaş həddinə çatmasına 3 il qalmış daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin tarixə iddiaçının xidmət müddəti təqvimi hesablama ilə 27 il 02 ay 20 gün, imtiyazlı hesablama ilə isə 34 il 03 ay 20 gün təşkil etmişdir.

10. Pensiya təyinatı məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 mart 2008-ci il tarixli, 224 nömrəli məlumat vərəqi təqdim edilmişdir. Həmin məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən 1 iyul 2008-ci il tarixdən etib arən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 34 il 03 ay 20 gün xidmət müddətinə görə xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə, təminat xərcliyinin 92 faizi həcmində yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ilə iddiaçıya CM-nin 234.4.3-cü maddəsi üzrə bəraət verilməsi və həmin hökmün qanuni qüvvəyə minməsindən sonra iddiaçı 11 iyul 2023-cü il tarixdə X2 müraciət edərək 14 yanvar 2008-ci il tarixli Ə-78 ş/h nömrəli əmrin hüquqi əsasının dəyişdirilməsini, həbsdə olduğu 5 il 10 ay 8 gün müddətin xidmət stajına daxil edilməsini və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

12. X1 12 dekabr 2023-cü il tarixli, şəxsi heyət üzrə 3-13/Ə718 /2023 nömrəli əmri ilə iddiaçının daxili işlər orqanlarından xaric olunmasına dair 14 yanvar 2008-ci il tarixli əmrinə qismən dəyişiklik edilmiş, iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə 26 aprel 2013-cü il tarixdən xidmətdən xaric edilmiş hesab olunmuşdur. Həmin əmrdə 26 aprel 2013-cü il tarixə iddiaçının xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə isə 39 il 07 ay 08 gün təşkil etdiyi göstərilmiş, əmr iddiaçının pensiyasının yenidən hesablanması üçün DİN-in Maliyyə-Plan idarəsinə göndərilmişdir.

13. DİN-in Maliyyə-Plan idarəsi tərəfindən iddiaçı barədə yenilənmiş məlumatlar əsasında 26 dekabr 2023-cü il tarixl i, 224 nömrəli məlumat vərəqi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir.

14. Cavabdehin 26 yanvar 2024-cü il tarixli, 3-17-1/2-Q-19889-2024 nömrəli məktubu ilə iddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 8 yanvar 2008-ci il tarixdən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və Qanunun 9.6.1-ci maddəsinə görə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətə yenidən qəbul edilən şəxsin pensiyasının yenidən hesablanması üçün ən azı 72 ay xidmət etməsi tələb olunur. İddiaçının 26 aprel 2013-cü il tarixdə xidmətdən xaric edilməsi ilə bağlı təqdim edilmiş yeni məlumat vərəqində gös tərilən xidmət müddəti həmin 72 aylıq tələbi ödəmədiyindən, pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddia tələbi işin hallarına uyğun əsaslandırılmışdır.

17. Cavabdeh məhkəməyə 26 yanvar 2024-cü il tarixli imtina məktubuna uyğun iddia dair etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

18. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(118)-3409/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilmiş, iddiaçının 26 aprel 2013cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və i ddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vətəndaşın həbsdə olduğu müddətin iş stajına daxil edilməsi barədə işlədiyi orqanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmrinin olmasına baxmayaraq cavabdeh tərəfindən həmin dövrlərin staj olaraq nəzərə alınmaması iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirilir və sonuncunun həbsdə olduğu müddətin iş stajına daxil edilməsi iddiaçıya təyin edilmiş əmək pensiyanının yenidən hesablanması üçün əsas kimi nəzərə alınmalıdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü ildə verillmiş məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2-1(105)-217/2025 nömrəli qərarı ilə (hakimlər: V.Əzizova - sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçının 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü ildə verilmiş məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi aşağıdakıları q eyd etmişdir: – İddiaçının həbsdə olduğu 5 il 10 ay 8 gün müddət onun iş stajına daxil edilmişdir və onun əmək pensiyasının yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsi cavabdeh inzibati orqana göndərilmişdir. – Cavabdeh imtinasının dəlili kimi ona istinad edir ki, ”Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci və 9.6.1-ci maddələrinə əsasən… hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər istisna olmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Bu dəlilə münasibətdə qeyd edilmişdir ki, həmin norma hərbi xidmətə yenidən qəbul edilmiş hərbi qulluqçulara şamil edilir ki, iddiaçı bu kateq oriya hərbi qulluqçulara aid deyildir. Hazırki mübahisənin hüquqi tənzimlənməsi “Əmək pensiyaları haqında” Qanunun 9.6-cı və 9.6.2-ci maddələri ilə həyata keçirilməlidir. Həmin normada deyilir ki,.... məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər... istisna olmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Cavabdeh məhz bu normaya istinad etməklə DİN tərəfindən iddiaçıya aid verilmiş məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesbalanmasını aparmalı idi. – İddiaçının bəraət alması və bununla bağlı həbsdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsi 01 iyul 2017-ci il t arixdən sonrakı dövrə təsadüf etdiyinə və nəticə etibarı ilə bu halların onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olduğuna görə onun əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində nəzərdə tutulmuş son 3 il müddəti ilə məhdudlaşdırılmamalıdır

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlilləri iddiaya dair verilmiş etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pen siyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; … Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər … 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaql a) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərb i qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun pensiyasının yeni məlumat vərəqəsinə uyğun olaraq yenidən hesablanması və həmin vaxtd an yaranmış fərqin ödənilməsi nail olmaqdan ibarətdir.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalar ının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

38. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2-1(105)-217/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar