Məhkəmə qərarları › İş №2-1(102)-2025/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2025/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2025/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-202/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 253 nömrəli əmri ilə madditexniki təminat bölüyünün avtomobil tağımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 158 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

2. Hərbi hissə tərəfindən təqdim edilmiş iddiaçı barəsində arayış-məlumata əsasən iddiaçının işlədiyi N saylı hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, iddiaçı döyüş əməliyyatları zamanı hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində Tərtər rayonu Suqovuşa n qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib (şəxsi heyət və sursat daşıyıb).

3. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iştirakı müvafiq sənədlərdə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən Müharibəsi vaxtı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tar ixədək torpaqlarımızın azad olunmasında iştirak etmiş, sürücü olaraq Talış, Suqovuşan istiqamətlərində döyüş əməliyyatları gedən vaxtı şəxsi heyət, hərbi sursat, ərzaq təminatı və s. təminatlar daşımışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün N nömrəli Hərbi hissənin xx.xx.2023-cü il tarixli 1348 nömrəli sənədi əsasında Müdafiə Nazirliyinə müraciət etmiş və ona verilən cavablarla razı qalmadığı üçün yuxarı instansiyalara şikayət yazmışdır. Sonuncu dəfə yenidən Müdafiə Nazirliyinə müraciət edərək veteran adının verilməsi və vəsiqəsi ilə təmin olunmağı üçün xahiş etmiş və imtina cavabı almışdır. Verilən imtina cavabını qanunsuz və əsassız hesab edir.

6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələ rə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iştirakı müvafiq sənədlərdə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən də ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteranı adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzif əsi iddiaçının üzərinə düşür.

7. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-1454/2024 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iddiaçının iştirakının müvafiq sənədlərdə təsdiqlənməməsini bildirsə də, “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmrində iddiaçının adının hansı səbəblə olmadığını araşdırmadan əsassız imtina cavabı vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hiss ənin N nömrəli arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmri bir dəfə verildiyi üçün (xx.xx.2020- ci il tarixli 072 nömrəli əmr) 27 sentyabr 2020-ci il tarixdən sonra döyüş əməliyyatlarına cəlb edilən şəxslər barəsində əmr olmamışdır. Göründüyü kimi mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən işə qəbul edilsə də, xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunduğundan və döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma barədə əmr bir dəfə - xx.xx.2020-ci il tarixdə verildiyindən iddiaçının adı həmin əmrdə olmamışdır. Bununla belə istinad olunan arayışda onun N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xi dməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hal döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqlarının yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatla da, birbaşa sübut olunur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarını ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-202/2025 nömrəli qərarı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və A.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı, döyüş əməliyyatları aparan hərbi hissədə, yəni Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmiş mülki işçi olduğundan o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilən şəxslərin dairəsinə aiddir.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cav abdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirilmişdir, halbuki, iddiaçının döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqları Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində yerinə yetirilməsi mötəbərliyini təsdiq edən (ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa) sənədlər komissiyaya və məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin istinad etdiyi arayışməlumat mötəbər hesab edilmə bilməz. Yevlax rayonu, Aran qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbitəhsilmüəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,hərbi hissənin siyahılarındançıxarı ldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 16. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasn amə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (10cu abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuzuçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.(11-ci abzas)

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düş ür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

22. Belə ki, hazırkı işdən göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

23. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərindən birinə cavab verməlidir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 No-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasın a əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri nə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 11-ci abzasına əsasən: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücum undan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir."

25. Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növlər i üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar.

26. Göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əmə liyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmalı, bu hal iş materialları ilə təsdiq edilməlidir.

27. İddiaçının mülki sürücü kimi işlədiyi N saylı hərbi hissənin Yevlax rayonu, Aran qəsəbəsində yerləşməsi işin mübahisəsiz halıdır.

28. İş materiallarında hərbi hissənin verdiyi müvafiq arayış-məlumatda iddiaçı tərəfindən döyüş əməliyatları aparılan zaman Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi qeyd edilmişdir. İddiaçı da iddia ərizəsində, hərbi hissədə mülki sürücü vəzifəsində işləyərək, döyüş bölgəsinə silah, ərzaq və digər təminatlar daşımasını bildirmişdir. Lakin bu fakt hərbi hissənin verdiyi müvafiq arayışdan başqa, iddiaçının ezam olunması ilə bağlı hər hansı əmr, ezamiyyə vərəqəsi ilə təsdiqlənməmişdir.

29. İddiaçı tərəfindən həmin ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqlar yerinə yetirilmişdirsə, bununla bağlı müvafiq sənədlər (qaimə, göndəriş, daşıma vərəqi, təhviltəslim aktı və ya digər xidməti sənədlər) hərbi hissədə mövcud olmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən sənədlərin mövcudluğu araşdırılmamışıdır.

30. İşin digər ziddiyyətli halı ondan ibarətdir ki, N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda iddiaçı tərəfindən maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi qeyd edilsə də, apellyasiya məhkəməsi qərarında (bax həmin qərarın 36-cı bəndi) iddiaçı tərəfindən döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsini qeyd etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının döyüş bölgəsinə həqiqətən ezam olunub-olunmamasını, həmin ərazilərdə döyüş tapşırığının və ya döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib-yetirməməsini, bu fəaliyyətlərin həyata keçirilməsinə əsas olan halları, eləcə də iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli, bundan sonra işin hallarına qiymət verilərək qanuni qəraq qəbul edilməlidir.

32. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion m əhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-202/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

35. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-202/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar