Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2027/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xronometraj metodu ilə müşahidənin aparılması, həftəsonu aparılmış xronometraj müşahidənin nəticələrinə görə dövriyyənin müəyyən edilməsi və bunun nəticəsində ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmənin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 21(107)-99/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8048 nömrəli Qərarına əsasən vergi ödəyicisi olan iddiaçıya məxsus ünvan 1i ünvanda yerləşən "Okean” şadlıq sarayında 2022 oktyabr 2022-ci il tarixlərdə xronometraj metodu ilə müşahidə keçirilmişdir.
2. Yoxlamanın nəticəsinə əsasən 20 oktyab r 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 günlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən hesablanan illik dövriyyə 200000 manatı ötdüyü üçün vergi ödəyicisi xx.xx.2023-cü il tarixdən **********998300 nömrəli qərarla ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yerləşən “Okean” şadlıq sarayının sahibidir və fərdi sahibkardır. Cavabdeh, 10 saylı ərazi vergilər idarəsi onun vergi ödəmə fəaliyyətinin vergi qanunvericiliyinə uyğun olub-olmamasını, ödədiyi verginin təqdim etdiyi vergi bəyannamələrində göstərdiyi dövriyyəyə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün operativ vergi nəzarəti qaydasında xronometraj metodu ilə müşahidə aparmaq qərarına gələrək, 20-22 oktyabr 2022-ci il tarixlərdə “Okean” şadlıq sarayında xronometraj müşahidə aparmışlar. 2022-ci ilin oktyabr ayının 20-də dövriyyə sıfır olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə keçirilən toy şənliyində 1710 manat, 22 oktyabr 2022-ci il tarixli toy şənliyində isə 1650 manat mədaxil olmuşdur. Yəni, 3 gündə dövriyyə 3360 manat olmuşdur. Bu məbləğ 3 günə bölünərək gündəlik dövriyyə 1120 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının 2022-ci il üçün gündəlik dövriyyəsini 1120 manatdan götürərək illik dövriyyəni əsassız olaraq 200 000 manatdan artıq hesablayaraq iddiaçını sadələşdirilmiş vergi ödəyicisindən, X2 ödəyicisi kimi qeydiyyata almışlar. Bu barədə **********9 №-li bildiriş göndərilmişdir. Bildirişdə göstərilir ki, qeydiyyatın aparılmasına əsas **********998300; qeydiyyatın qüvvəyə mindiyi tarix xx.xx.2023 qeydiyyata alınma tarixi: xx.xx.2023. İddiaçı aparılmış xronometrajın düzgün aparılmadığını, ona görə də yeni xronometraj aparılmasını tələb edərək cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış, lakin təmin edilməmişd ir. Bundan sonra o, xx.xx.2023-cü ildə cavabdehin qərarından yuxarı inzibati orqana şikayət etmişdir. X1 Xidmətinin İnzibati Şikayətlərə Baxılması Baş idarəsi tərəfindən baxılmış,xx.xx.2023-cü il tarixli **********640900 №-li qərarla şikayəti təmin edilməmişdir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xronometraj metodu ilə müşahidənin aparılması Vergi Məcəlləsi ilə vergi orqanının hüquqlarına aid edilmişdir və VM-nin 50-1.3-cü maddəsində qeyd edilmişdir ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günüdən çox olmayan müddətdə ap arılmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquq pozuntusuna yol verməmiş, vergi ödəyicisinin obyektində 3 iş günü ərzində xronometraj metodu ilə müşahidə aparılmaqla müşahidənin nəticəsi aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzası ilə təsdiqləmişdir. Xronometraj metodu ilə müşahidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli KY221830698 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarışa əsəsən Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərara əsasən qanunauyğun şəkildə həyata keçirilmişdir. Xronometrajın nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəti cəsi 1650 manat olmaqla, 3 günlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200.000 manatı ötdüyü üçün vergi ödəyicisi X2 məqsədləri üçün özü ərizə vermədiyi üçün idarə tərəfidən xx.xx.2023-cü il tarixli **********326800 nömrəli vergi ödəyicisinə göndərilmiş “X2 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişə əsasən xx.xx.2023-cü il tarixdən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İddiaçı ərizəsində cavabdehə xx.xx.2023-cü il tarixdə təkrar xronometraj metodu keçirilməsinə ərizə ilə müraciət etdiyini, müraciətin təmin edilmədiyini bildirmişdir. Bildiririk ki, vergi ödəyicisi “Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına ərizə ilə müraciət etməklə fəaliyyətini xx.xx.2023-cü il tarixdən x x.xx.2098-ci il tarixədək dayandırmışdır. Göründüyü kimi ödəyicinin ərizə ilə təkrar xronometrajla bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun fəaliyyəti passiv olmuşdur. 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart ayı hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzərində yaranmış elektron və elektrondan kənar uyğunsuzluqlar əsasında kameral vergi yoxlaması aparılaraq 12130,17 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Belə ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart ayları hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzərində aşağıdakı məzmunlu elektron və elektrondan kənar uyğunsuzluqlar aşkar olunmuşd ur. Vergi orqanı xronometraj metodu ilə müşahidəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə aparmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-434/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi təmin edilərək cavabdehin iddiaçı barəsində X2 ödəyicisi hesab edilməsinə dair xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, iddiaçı barəsində mübahisələndirilən qərar xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Aparılmış xronometraj müşahidəsi qısa müddətli olmaqla bərabər toy-nişan m ərasimlərinin adətən təşkil edildiyi həftənin cümə və şənbə günlərində aparılmışdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə iddiaçının dövriyyəsi digər aylarda və günlərdə tamamilə əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. İddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən həftəsonunu seçməsi iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fərq olmuşdur. Cavabdeh sonradan nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müş ahidə aparmamış, nə də iddiaçının belə müraciətini təmin etməmişdir. Təqdim edilmiş dövriyyə barədə məlumata əsasən də müəyyən edilir ki, iddiaçının xx.xx.2021-xx.xx.2022-ci illərdə sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən dövriyyəsi 120100 (yüz iyirmi min yüz) manat olmuşdur. Göründüyü kimi mübahisələndirilən qərara əsasən iddiaçının dövriyyəsi 200 min manatdan artıq hesab edilir ki, bu da əvvəlki ilin məlumatından ən azı 80 min manat artıq olmasını göstərir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 21(107)-99/2025 nömrəli qəra rı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, Z.Tahirov və T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv ed ilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Vergi Məcəlləsinin 50-1.3-cü maddəsində qeyd edilmişdir ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cımaddələrində nəzərdə tutulan qaydalar tətbiq edilmələ 15 iş günüdən çox olmayan müddətdə aparılmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquq pozuntusuna yol verməmiş, vergi ödəyicisinin obyektində 3 iş günü ərzində xronometraj metodu ilə müşahidə aparılmaqla müşahidənin nəticəsi aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imza sı ilə təsdiqləmişdir. Xronometraj metodu ilə müşahidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli KY221830698 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışa əsəsən Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərara əsasən qanunauyğun şəkildə həyata keçirilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 gönlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200000 manatı ötdüyü üçün vergi ödəyicisi X2 məqsədləri üçün özü əri zə vermədiyi üçün cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********326800 nömrəli vergi ödəyicisinə göndərilmiş “X2 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişə əsasən xx.xx.2023cü il tarixdən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İddiaçı ərizəsində cavabdehə xx.xx.2023-cü il tarixdə təkrar xronometraj metodu keçrilməsinə ərizə ilə müraciət etdiyini, müraciətin təmin edilmədiyini bildirmişdir. Bildiririk ki, vergi ödəyicisi “Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına ərizə ilə müraciət etməklə fəaliyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2098-ci il tarixədək dayandırmışdır. Göründüyü kimi ödəyicinin ərizə ilə təkrar xronometrajla bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun fəaliyyəti passiv olmuşdur. b. Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutu lmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qərarın ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ a pellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır
21. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun X2 ödəyicisi hesab edilməsinə dair xx.xx.2 023-cü il tarixli, **********998300 nömrəli qərarın ləğv edilməsinə yönəlmişdir.
24. İşin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus “Okean” şadlıq sarayında 2022 oktyabr 2022-ci il tarixlərdə xronometraj metodu ilə müşahidə aparılmış və həmin yoxlamanın nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 günlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200000 manatı ötdüyü üçün vergi ödəyicisi xx.xx.2023-cü ildən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür.
25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Vergi Məcəlləsinin 50-1-ci maddəsində xr onometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qa ydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun.
27. Başqa sözlə, inzibati orqan həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Hazırki halda iddiaçı şadlıq sarayının sahibidir və aparılmış xronometraj müşahidəsi qısa müddətli olmaqla bərabər toy-nişan mərasimlərinin adətən təşkil edildiyi həftənin cümə və şənbə günlərinə təsadüf etmiş və tədbir keçirilməyən həftənin digər günlərində vergi orqanı tərəfindən müşahidə aparılmamışdır. Xronometraj metodu ilə müşahidə digər günlərdə aparılsa idi onda iddiaçının günlük dövriyyəsi həmin mə bləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır.
28. Məhkəmə kollegiyası hesab edir ki, belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni faktiki dövriyyə ilə bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən xronometraj metodu ilə aparılmış müşahidənin nəticələrinə əsaslanmaqla iddiaçının dövriyyəsinin müəyyən edilməsi və bunun nəticəsində onun ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınması barədə qərarın qəbulu qanunsuz və əsassız hesab edilməlidir.
29. Beləliklə, apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilməli, ka ssasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 2-1(107)99/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.