Məhkəmə qərarları › İş №2-1(102)-2032/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2032/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2032/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərara izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının Sum qayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərarına izah verilməsi barədə ərizəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)-143/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mərhum əri X1 01 sentyabr 1966-cı ildən 01 oktyabr 1990-cı ilə kimi Dmanisi bələdiyyəsinin Qızılacılı İctimai Məktəbində rus dili müəllimi vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajı kimi müəyyən edilərək İddiaçı ailə başçısının itirilməsinə görə əmə k pensiyası təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

2. Qərar icra olunması üçün xx.xx.2018-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə göndərilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, **********2 nömrəli məktubunda X3 xx.xx.2018-ci il tarixli, 22 nömrəli protokola əsasən ailə başçısını itirməyə görə 134,86 (bir yüz otuz dörd manat 86 qəpik) manat pensiya təyin edildiyi qeyd olunmuşdur.

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və qərarın məcburi icraya yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi X5 təkrar ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və qərarın məcburi icraya yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli məktubu ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 oktyabr 2015-ci tarixli, 2-1(85)1578/2015 nömrəli qərarının icra edilib-edilməməsi, hazırda pensiya ödənişinin həyata keçirilib-keçirilməməsi, ödənilmədiyi təqdirdə səbəbi barədə məlumat verilməsi məzmununda Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional Ərazi Filialına sorğu ünvanlanmışdır.

7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2 017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 32.1-1-ci maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərarının icrası ilə əlaqədar olaraq, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun keçmiş Qobustan rayon şöbəsi tərəfindən 159,03 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmi şdir. İddiaçının əmək pensiyasının məbləği pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən 134,86 manat olmaqla müəyyən edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ötən dövr üzrə hesablanan əmək pensiyasının ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilmiş və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuş ərizəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası cavabdeh orqana ilkin müraciətindən 3 il əvvələ hesablanmaqla xx.xx.2014-cü il tarixdən təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləği (928,08 manat) xx.xx.2022-ci il tarixindən etibarən ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.

9. Ərizəçi ərizəsində bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əri X1 1991-ci ildə vəfat etməsi ilə əlaqədar ailə başçısının itirilməsinə görə ona əmək pensiyası təyin edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin üzərinə qoyulmuşdur. Dəfələrlə həm o vaxtkı Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə, həm də hazırda həmin şöbənin səlahiyyətlərini həyata keçirən Dövlət Sosial Müdafi ə Fondunun Şamaxıdakı 11 saylı Regional Ərazi Filialına, Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsinə baxmayaraq, 28 avqust 2008-ci ildən ödənilməli olan pensiya tam əsassız və qanunsuz olaraq ödənilmir və beləliklə də, onun hüquqları kobud surətdə pozulur. Cavabdeh pensiyanı 2015-ci ildən təyin etməklə qərarı faktiki olaraq icra etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2008-ci il tarixdə qüvvədə olan 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Sonradan qanunvericiliyə edilmiş dəyşikliyə əsasən 31.1-ci maddədə n “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: A.O.Axundova) 17 oktyabr 2024-cü il tarixli, 2-1(85)-3559/2017 nömrəli qərardadı ilə qərara izah verilməsi barədə ərizə təmin edilməmişdir.

11. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, məhkəmə qərarında məhkəmə mövqeyini kifayət qədər aydın ifadə etmiş və qərarın əsaslandırıcı hissəsində iddiaçının pensiya hüququnun xx.xx.2008-ci il tarixdə yarandığı dəqiq göstərilmişdir. Odur ki, bununla bağlı qərara izah verilməsinə zərurət yaranmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını, qərarın mahiyyətinə və əsaslandırma hissəsinə uyğun olara q X4 ailə başçısını itirməyə görə əmək pensiyasının 28 avqust 2008-ci ildən ödənilməli olması kimi izah verilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (V.E.Əzizova (sədrlik edən və məruzəçi/ hakimlər G.İ.Cabbarova və İ.R.Quliyev) 19 fevral 2025-ci il tarixli, 21(105)-143/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, bu növ mübahisələrin həlli zamanı vətəndaşın əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana xx.xx.2017-ci il tarixdən əvvəl və ya sonra müraciət etməsi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası araşdırmanın tam aparılması və iddiaçının cavabdeh orqana ilkin müra ciəti tarixinin müəyyən edilməsi məqsədi ilə pensiya işinin surətini tələb etmişdir. Pensiya işinin materiallarında iddiaçının ilkin müraciəti mövcud deyildir. Lakin cavabdehin apardığı araşdırma materialları, o cümlədən iddiaçının mərhum ərinin sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı araşdırmanın aparılması üçün DSMF-nin Qobustan rayon şöbəsinin DSMF-nin Aparatının Sosial Sığorta Şöbəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli məktubları artıq həmin vaxt iddiaçının pensiyanın təyin edilməsi ilə bağlı müraciətinin olduğuna dəlalət edir. Bundan başqa, cavabdeh inzibati orqan özünün xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, İddiaçı aid 110394 nömrəli pensiya işi materiallarında onun 2017-ci il və daha əvvəlki illər üzrə olan müraciəti aşkar e dilməmişdir. Pensiya işində 2016-cı ilə aid əmək stajının araşdırılmasına dair inzibati icraat materialları olsa da, vətəndaşın Fondun keçmiş Qobustan rayon şöbəsinə hansı tarixdə müraciət etməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2017-ci il tarixdən əvvəl müraciət etməsi öz təsdiqini tapır. Lakin cavabdeh həmin müraciətlərin aşkar edilməməsini əsas gətirərək və özünün xx.xx.2017-ci il tarixli imtina məktubunu rəhbər tutaraq əsassız olaraq iddiaçının müraciət tarixini həmin tarixdən hesablayır və pensiyanın ödənilməsini həmin tarixdən hesablamağa başlamışdır. Məhkəmə kollegiyası iddiaçının ərizənin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində ç ıxış etməmişdir. Belə ki, iddiaçının ərizədə istinad etdiyi halların məzmunundan görünür ki, həmin hallar məhkəmə qərarının qeyri-müəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz qərarın icrası ilə bağlı olan hallardan ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək hesab edir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmişdir, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, məhkəmə qərarının düzgün və qanuni şəkildə icra olunmasını tələb etmək hüququna malikdir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmi n olunaraq “X2 əri X1 1991-ci ildə vəfat etməsi ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının 28 avqust 2008-ci ildən ödənilməli olması kimi” izah verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə ərizədəki dəlillərlə oxşarlıq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən e dilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir.... K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)143/2025 nömrəli qərardadı ləğv edilməli, qərara izah verilməsinə dair ərizə təmin edilməlidir. Bu, aşağıdakı əsaslardan irəli gəlir.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə ailə başçısını itirməyə görə pensiyanın ödənişinin nə vaxtdan ödənilməsi ilə bağlıdır.

22. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)3559/2017 nömrəli qərarı ilə iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi qərara alınsa da, qərarın nəticə hissəsində əmək p ensiyasının hansı vaxtdan təyin edilməsi və pensiya ödənişinin hansı tarixdən aparılmalı olması ilə bağlı məlumat qeyd edilməmişdir. Bununla yanaşı, məhkəmə qərarının əsaslandırmasında qeyd edilmişdir ki, “iş materiallarında olan AZE seriyalı 03820077 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, iddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci və 14.1.2-ci maddələrinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2008-ci il (28 avqust 1951 + 57 yaş = 28 avqust 2008) tarixdə yaranmışdır.

23. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı tarixlə bağlı məhkəmə qərarında aydın mövqe vardır. Lakin nəzərə alınmalıdır ki, həm iddiaçının pensiya hüququnun yaran dığı an cavabdeh tərəfindən mübahisələndirilmir, həm də iddiaçının pensiya hüququnun yarandığı dövrdə, həm də pensiya təyini ilə bağlı müraciət etdiyi dövrdə, eyni zamanda iddia tələbinə məhkəmə icraatında baxıldığı dövrdə pensiya qanunvericiliyində pensiya hüququnun təyin edilməsi ilə bağlı ümumi müddəada dəyişiklik edilməmişdir. Belə ki, qanunvericiliyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. Lakin əvvəlki dövr üçün pensiya ödənişinin nə vaxtdan edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2017-ci ilədək pensiyanın təyin edilməsi üçün nə vaxtdan müraciət edilməsindən asılı olmayaraq, əvvəlki dövr üçün pensiya ödənişi hər hansı məhdudiyyət olmadan verilirdi. Lakin xx.xx.2017 -ci il tarixdən pensiya ödənişi pensiya təyini ilə bağlı müraciətdən ən çoxu əvvəlki üç il üçün ödənilir.

24. Buna baxmayaraq, məhkəmə qərarının məzmununda keçmiş dövr üçün ödənişin hansı qaydada aparılmalı olması ilə bağlı mövqe yoxdur.

25. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “...hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3 2.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir”. Həmin qərardadla sonda o hüquqi nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

26. Bundan əlavə, “”Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Reespublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münas ibətdə də tətbiq edilməli olmasına dair hüquqi mövqe ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki: “...göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.”

27. Cavabdeh iddiaçının xx.xx.2017-ci il tarixdən sonra cavabdehə müraciət etməsinə istinad edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq etməklə əvvəlki 3 illik dövr üçün ödənişi həyata keçirsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən öncə də cavabdehə müvafiq tələblə müraciət etmişdir. Bundan əlavə, yuxarıda qeyd olunanlara əsasən, formalaşmış məhkəmə təcrübəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 202 0-ci il tarixli qərardadının qəbulunadək pensiya hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yaranan şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyası tətbiq edilmirdi.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında qərarın hansı qaydada icra edilməli olması ilə bağlı fikir ayrılığı olduğundan, hazırkı iş üzrə keçmiş dövr üçün pensiya ödənişinin ödənilməsi məsələsi izah tələb edir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinin tələblərindən aydın olduğu kimi, apellyasiya məhkəməsi tərəfindən ləğv olunmamış, habelə icra olunmamış məhkəmə qərarlarının məzmunu dəyişdirilmədən həmin qərarı qəbul etmiş hakim tərəfindən izah verilə bilər. 30. “M əhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.

31. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsində əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda, məhkəmə qətnamənin məzmununu dəyişdirmədən ona izah verə bilər.

32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)-143/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2-1(85)3559/2017 nömrəli qərarına aşağıdakı məzmunda izah verilsin: X2 əri X1 1991-ci ildə vəfat etməsi ilə əlaqədar ailə başçısının itirilməsinə görə əmək pensiyası 28 avqust 2008-ci ildən ödənilməlidir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar