Məhkəmə qərarları › İş №2-1(102)-2033/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2033/2024

11.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2033/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)-303/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri X2 Departamentinin xx.xx.2019-cu il tarixli **********0558 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan Aynur gözəllik salonu adlanan, ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır.

2. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfində n xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək obyektdə aparılan xronometraj müşahidəsi zamanı iş və xidmətlərin ümumi xidmət dövriyyəsi NKA-nın fiskal hesabatına əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir. - 6 mart – 1785 manat - 7 mart – 4035 manat - 8 mart – 5267 manat - 9 mart – 4710 manat - 10 mart – 6578 manat - 11 mart – 1850 manat

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv.m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə vergi orqanına müraciət edilmişdir.

4. Yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. 5. xx.xx.2020-ci il tarixli **********612500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.341,18 manat, əvvəlki kameral yoxlama ilə mü əyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.476,70 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.135,52 manat təşkil edir. 6. xx.xx.2020-ci il tarixli **********040700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 963,29 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 19.092,59 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.129,30 manat təşkil edir. 7. xx.xx.2020-ci il tarixli **********975300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin aprel ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 11.187,90 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.476,70 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 7.288,80 manat təşkil edir. 8. xx.xx.2020-ci il tarixli **********986700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını n hesablanması barədə” qərarına əsasən 2019-cu ilin iyul ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.079,10 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.079,45 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.000,35 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********612500 saylı, xx.xx.2020-ci i l tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı qərarların ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində idarənin xx.xx.2020-ci il tarixli qərarları ilə 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476.70 manat və iyul ayı üzrə 3079.45 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçı 2017-ci ildə ünvan 2 ünvanında yerləşən “Aynur” Gözəllik Salonunda fəaliyyət göstərirdi. 2019-cu ilin mart ayında obyektdə xronometraj üsulu ilə nəzarət tədbiri həyata keçirildi. Onlar həmin obyektdə iddi açının vergi uçotu ilə bir neçə şəxs olaraq fəaliyyət göstərirdilər. Bundan sonra hər bir tərəf öz payını bölmüş və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən o həmin obyektin 70 kv.m-ni "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.mni "xxxx" MMC-yə (VÖEN: **********) vermişdir. Həmin icarə müqavilələri vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Lakin sonradan vergi orqanı tərəfindən onlara uyğunsuzluq məktubu gəlməyə başlamış və onlar vergi orqanında olan uçot baza və icarə müqavilələri əsasında vəziyyəti izah etmişlər. Eyni zamanda, xx.xx.2019-cu il tarixdə baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə rəsmi müraciət etmişlər. Onların müraciətlərini nəzərə alıb hesablama apa rmadılar, lakin müşahidə də həyata keçirmədilər. Lakin sonrada məlum oldu ki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM əsas götürülərək xx.xx.2019-cıı il tarixdə onu ƏDV qeydiyyatına almışlar və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Bu qeydiyyatın nəticəsində də 2020-ci ilin may ayında qeyd edilən hesablamalar aparılmışdır. Qeyd edilən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM-dən sonra onun satış dövriyyəsi dəyişmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni XMM keçirilməsini tələb etmişdir. Cavabdehin etirazları:

11. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyun və iyul aylarının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 73342,90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (121125,0 manat) məbləğdən 47782,10 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi or qanına təqdim edilməsi bildirilmişdir. Lakin, İddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin aprel ayı ƏDV bəyannaməsi üzrə 7288,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə İddiaçıya xx.xx.2020-ci il tarixli **********975300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin "301.ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 6314,89 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (125162,5 manat) məbləğdən 118847,61 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddə lərinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin may ayı ƏDV bəyannaməsi üzrə 18129,3 manat əlavə vergi məbləği hesablanmış, bu barədə İddiaçıya xx.xx.2020-ci il tarixli **********040700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 8792,18 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (121125,0 manat) məbləğdən 112332,82 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **** ******973600 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 17135, 52 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********612500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin “Dövriyyə məbləği" (ƏDV daxil) sütununda olan 7074,10 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (20187,5 manat) məbləğdən 13113,40 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun t ərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyul ayı ƏDV bəyannaməsi üzrə 2000,35 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********986700 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(112)-3582/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2020-ci il tarixli **********612500 saylı, xx.xx.2020-ci il tarixli **********040700 saylı və xx.xx.2020- ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilmişdir.

13. Məhkəmə qeyd etmişdi ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Bayram ərəfəsi və bayram günlərində aparılmış müşahidə nəticəsində əldə edilən məlumatlar isə satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Hazırkı halda iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X1” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Cavabdeh nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müşahidə aparmamış, nə də bu barədə vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-303/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi «İnzibati icraat haqqında» Qanunun 67.1, 67.2, 67.3-cü, Vergi Məcəlləsinin 3.8, 3.11, 50-1.1, 50-1.2, 50-1.3, 50-1.4, 50-1.5, 50-1.6, 53.3, 67.1, 70.1, 70.2, 83.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının dəqiqləşmiş vergi bəyannamələrinə əsasən qəbul edilmiş qərarlar (22 və 25 dekabr 2020-ci il tarixli) məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-7978/2021 saylı qərarından çox əvvəl qəbul edilmişdir. Lakin iddiaçı məhkəmədə iddiasını dəqiqləşdirərək yeni qərarla rın ləğvi ilə bağlı müraciət etməmişdir. Odur ki, həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Həmçinin qeyd etmək lazımdır ki, hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli **********612500, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar iddiaçı tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə oxunmuşdur. 19. məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının obyektinin bir hissəsini icarəyə verilməsi onun dövrəsinin ta m azalmasına (0) səbəb olmuşdur. Belə ki məhkəmə hesab etmişdir ki, iddiaçının vergi orqanına 2019-cu ilin 1-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 0 manat real dövriyyəni göstərir və bəyannamə əsaslıdır. Məhkəmənin bu mövqeyi haqlı səbəb olaraq qəbul edilə bilməz, obyektin bir hissəsini icarəyə verilməsi dövriyyənin tam azalması, daha doğrusu 0,0 manat olması mümkün deyildir. Belə ki, iddiaçının orta günlük xidmət dövriyyəsi 4.037,5 manat təşkil etdiyi halda anidən rüb (3 ay) müddətində 0 manat hesab edirik real deyildir. Həmçinin, iddiaçı mart ayında real NKA mədaxil olunan 24.225 manat məbləğin vergisini bəyan etməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının göstərdiyi xidmət növü adətən daim müştərilərə göstərilən xidmət növüdür və xidmət göstərilən xidmə t sahəsinin bir hissəsi icarəyə verilməsi dövriyyənin tam azalmasına (0) səbəb ola bilməz.

20. Bundan başqa, məhkəmə belə qənaətə gəlmişdir ki cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə edərək xronometraj metodu ilə müşahidəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparması və bunun nəticəsində qəbul etdiyi qərarlar iddiaçıya qarşı qərəzli olmuşdur. Məhkəmənin iddiaçının vergilərin yayındırılmasına yönələn hərəkətlərini araşdırmadan, cavabdehin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmasını qərəzli olması kimi yanaşması anlaşılan deyildir. Belə ki, iddiaçının obyektində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərilən xidmət dövriyyəsi fiskal hesabata əsasən 24.225 m anat (NKA fiskal yaddaşında olan dövriyyə) təşkil etdiyi müəyyən edildiyi halda vergi orqanına 2019-cu ilin 1-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğinin 0 manat göstərməsini iddiaçının hərəkətinin qərəzli vergidən yayınma olaraq qəbul etməmişdir.

21. Bundan başqa, “X1”ndə bayram ərəfəsi hesab edirik yoxdur, yani bayram tək mart ayının 8-ci günüdür. Həmçinin, obyektə xronometraj metodu ilə müşahidə tək mart ayının 8-ci günü deyil 6-10 arasında aparılmışdır və dövriyyə tək 8-ci günün yox, orta günlük müəyyən edilmişdir. Həmçinin, xüsusilə vurğulamaq istəyirik ki, iddiaçının tək mart ayının 10-da (fiskal) dövriyyəsi 6578,0 manat olmuşdur ki, həmin gün bayram günü deyildir.

22. Cavabdeh Vergi Məcəlləsinin 23.1.3, 37.5, 50-1.2, 50-1.6-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş xronometraj metodu ilə 13 nömrəli qərarı ilə təsdiq edilmiş xronometraj metodu ilə müşahidə aparılması qaydalarının 2.17-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli ola n bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəll ə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlarda n istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımınd an mübahisələndirilən kameral vergi qərarlarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin kameral qaydada ona əlavə verginin hesablanması barədə qərarlarının ləğv edilməsinə yönəlmişdir.

34. İşin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus olan Aynur gözəllik salonu adlanan, ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək obyektdə aparılan xronometraj müşahidəsi zamanı iş və xidmətlərin ümumi xidmət dövriyyəsi NKA-nın fiskal hesabatına əsasən 24225 manat, orta gü nlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir.

35. Sonra xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən iddiaçı ona məxsus obyektin 70 kv.m-ni "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə vermiş və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 2930 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışlar.

36. Bundan sonra iddiaçı yenidən cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət edərək baş vermiş dəyişiklikləri nəzərə alaraq yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılmasını xahiş etmişdir. Lakin cavabdeh həmin müraciətə münasibət bildirməmişdir.

37. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri əsasında kameral vergi yoxlaması keçirilmiş və iddiaçı barəsində xx.xx.2020-ci il tarixli **********088000 saylı, **********84200 saylı, **********093200 saylı, **********080400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar qəbul edilmişdir.

38. Həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdır. Qeyd edilən inzibati iş Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında olduğu zaman cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarların onlar tərəfindən ləğv edilməsi bildirilmişdir. Bundan sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisə predmetini təşkil edən əlavə vergi məbləğinin hesablanması barədə qərarlar artıq mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir. 39. xx.xx.2020-ci il tarixli qərarlar inzibati məhkəmə icraatında mübahisələndirilərkən cavabdeh orqan sözügedən qərarların ləğv edildiyini və həmin qərarlar əsasında dekabr 2020-ci il tarixli qərarların qüvvədə olduğunu bildirmədiyindən məhkəmə kollegiyası iddiaçı tərəfindən 30 günlük iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilini əsaslı hesab etmir.

40. Qeyd edilən iş üzrə elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehin kassasiya şikayəti ilə tanışlıq zamanı qüvvədə olan qərarlar barədə iddiaçının məlumatlı olduğu qəbul edilərsə belə nə qədər ki, inzibati iş məhkəmənin icraatında olmuş və kassasiya şikayəti ilə tanış olduqdan sonra iddiaçının həmin qərarlar barədə məhk əmə icraatının sonlanmasını gözləmək hüququ olmuşdur və bu halda kassasiya instansiyası məhkəməsinin mövqeyini müəyyən etmədən həmin qərarların ləğvi ilə bağlı məhkəmədə yeni iddia qaldırmaq imkanı da istisna olmuşdur.

41. İşin xüsusi halları ilə bağlı məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj m etodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun.

43. Bayram ərəfəsi və bayram günlərində aparılmış müşahidə nəticəsində əldə edilən məlumatlar isə satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Belə ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdiri lməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Hazırki halda iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X1” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır.

44. Bundan başqa, vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək bayram ərəfəsində yalnız İddiaçı fəaliyyəti üzrə deyil, xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır.

45. Vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. İddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən bayram ərəfəsindən öncə və qeyri-yaşayış sahəsi iddiaçı ilə yanaşı digər vergi ödəyiciləri tərəfindən icarəyə götürülüb, müvafiq kassa-nəzarət aparatları ilə təchiz edildikdən sonra iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fə rq olmuşdur.

46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, habelə vergi ödəyicisi tərəfindən işlədiyi obyektin icarəyə verilməsi barədə və yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməsinə baxmayaraq, xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur.

47. Beləliklə, hazırkı qərarın 24-25a bəndlərində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə görə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanma sı barədə" qərarları əsaslı sayıla bilməz.

48. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-303/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar