Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2038/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin po zulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)-349/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq sənaye avadanlıqlarının idxalı və topdansatışı ilə məşğul olmuşdur.
2. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********191783 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgü nlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********193343 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
3. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2016-2018-ci illər üzrə ümumilikdə 10667,79 (2444,09+3428,10+4795,60) manat azaldılması; əlavə dəyər vergisinin 2018-2019-cu illər üzrə ümumilikdə 8445,33 (995,84+7449,49) manat azaldılması, eləcə də 2016-cı və 2018-2019-cu illər üzrə ümumilikdə 1413,64 (14,84+1299,80+99) manat artıq hesablanması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sözügedən vergilərin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə ni sbətən azaldılmasına görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Həmçinin qeyd edilmişdir ki, yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə 21000 manat vəsaitin nağd qaydada xərcləndiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10 faizi miqdarında, yəni 2800 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasın ın nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********193343 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı xx.xx.2020-ci il tarixli, **********198459 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında”, həmçinin xx.xx.2020-ci il tarixli, **********97173 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” qərarlar qəbul edilmiş, lakin həmin qərarlar, eləcə də səyyar vergi yoxlaması aktını tərtib etmiş vəzifəli şəxslərin adları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Cavabdeh aktda qeyd etdiyi və dövriyyədən gizlədildiyini iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203,65 manatlıq malın siyahısını həmin aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/e-qaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq, vergi orqanı 41203,65 manatlıq ma lın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh, özünün iddia etdiyi 41203,65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda, onu da keçirməmişdir. Həmçinin yoxlama zamanı hesablanmış ƏDV-nin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyi ilə əsaslandırılmamışdır. Cavabdehin dövriyyədən gizlədildiyini iddia etdiyi 41203,65 manatlıq məbləğ tamamilə əsassızdır, VHF, e-qaimə, alqı-satqı müqaviləsi sənədləri ilə bu malların satıldığı açıq-aşkar görünür. Həmin dövr üçün cəmi, 2500 manat civarında mal qalığı mövcuddur. Aktda təqdim olunan cədvəldə 2017-ci ilin ƏDV vergisi üçün kənarlaşma göstərilmədiyi halda, həmin aktın mətnində 2017-ci ildə alınan malın da dövriyyədən gizlədildiyi bildirilir. Qeyd olunanlarla yanaşı, yoxlama zamanı 2016-cı il üçün mənfəət vergisi üzrə 2444,49 manat büdcəyə əlavə vergi hesablanmışdır. Bu dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və bu dövr üzrə maliyyə sanksiyası tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 56, 83.3 və 85.4-cü maddələri vergi orqanlarına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il sonra vergi, faiz və maliyyə sanksiyasının hesablanmasını qadağan edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan v ergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Beləliklə, 2016-cı il üçün mənfəət vergisinin hesablanması, həmçinin hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün müəyyən edilmiş müddət müvafiq olaraq, 2020-ci ilin 31 mart tarixində başa çatmışdır. Bu səbəbdən də, həmin dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və maliyyə sanksiyası tətbiq oluna bilməz. Yoxlama zamanı 2017-ci il üzrə mənfəət vergisi hesablanarkən həmin ilə aid yeganə YGB-nin dəyəri sənədin üzərindəki məbləğdən az götürülmüş və təkzib olunmaz hüquqi qüvvəsi olan sənədlərə istinad edən digər 16000 manatlıq xərc də nəzərə alınmamışdır. 16000 manatlıq xərci təsdiq edən müqavilə, qa imə və digər sənədlər mövcuddur. Vergi orqanı əsassız olaraq 16000 manatlıq və YGB-dəki xərci nəzərə almamışdır. Yoxlama zamanı 2018-ci il üçün şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş hüquqi əsas olmamışdır. Belə ki, 2018-ci il üzrə bütün gəlir və xərclər hüquqi qüvvəsi olan sənədlərə istinad edir və heç bir mübahisəli xərc mövcud deyil. Həmçinin, aktda vergi ödəyicisi tərəfindən 2018-ci il üçün mənfəət vergisi bəyannaməsinin boş təqdim olunduğu və ya təqdim olunmadığı qeyd olunub. Bu tamamilə əsassızdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üçün vergi orqanı tərəfindən kameral hesablama ilə vergi hesablanmış və vergi ödəyicisi bununla razı laşmayaraq şikayət etmiş, şikayət Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən təmin edilmişdir (xx.xx.2019-cu il tarixli qərar) və vergi ödəyicisinin 2018ci ili zərərlə başa vurduğu qəbul olunmuşdur. Yoxlama zamanı isə heç bir əlavə mütəxəssis, ekspert rəyi və digər əsas olmadan vergi orqanı 2018-ci il üçün əlavə vergi hesablayaraq yuxarı orqanın mövcud inzibati praktikasına zidd hərəkət etməklə etimad hüququnun qorunması prinsipini pozmuşdur. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının yoxlama zamanı dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi və yoxlayıcı X4 barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmaması barədə iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassızdır. Səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın tələblərinə əməl olunmuşdur. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş yoxlama xx.xx.2019-cu il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçirilmiş (KY191395489; xx.xx.2019-cu il), yoxlamanın keçirilməsi haqqında qərar, bildiriş və yoxlamanın qeydiyyata alınmasına dair “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi X3 alınmasını təsdiq edən üsulla təqdim edilmişdir. Yoxlama ilə bağlı tələb olunan bü tün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar, eyni zamanda yoxlayıcı X4 barədə məlumat da reyestrə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri qeyd olunmuşdur. Yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı bəndinə əsasən reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur. Dayandırılmış (təxirə salınmış) yoxlamaların bə rpa edilməsi barədə məlumatların reyestrə daxil edilməsi həmin Əsasnamədə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na əsasən səyyar vergi yoxlamasının obyektiv və tam keçirilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması ilə bağlı tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əş yaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********194908 nömrəli qərar çıxarılmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə isə vergi ödəyicisi tərəfindən sənədlərin bir hissəsi təqdim edildiyindən xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ünvan 1 ünvanına baxış keçirilməsinə icazə verilm əmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesabları üzrə hərəkəti barədə hesablarının yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyic isi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə xx.xx.2016-cı il tarixli **********106 nömrəli yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən (444,42-429,58=14,84) 14,84 manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ƏDV-yə cəlb olunan dövriyyənin 2018-ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olunmuşdur. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olundu. Əlavə olaraq da vergi ödəyicisi tərəfindən əldə olunmuş HU987563 nömrəli EVHF üzrə Vergi Məcəlləsinin 175- ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş və yoxlama tərəfindən qeyd olunan faktura 2018-ci ilin oktyabr ayında təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən 2017-ci, 2018-ci və 2019-cu illər ərzində cəmi 113353,12 manat məbləğində mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manat məbləğində mallar alınmışdır. Lakin yoxlama ilə qeyd olunan dövrlərdə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vergi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (117702,1276498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203 65*18%) əlavə vergi hesablanmışdır. Beləliklə, yoxlama ilə əlavə dəyər vergisinin 1413,63 manat artıq 8445,33 manat isə azaldılması aşkar edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla, 2004,54 manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə aparılmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal, iş, xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı resurslarının idarə edilməsinin planlaşdırılması və s.) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 (VÖEN: **********)) aldığı həmin xidmət, yoxlama zamanı iddiaçının fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta iddiaçının rəhbəri nə əməkhaqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda, 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə həmin maddədə (58.7-1.1-58.7-1.8) göstərilən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı iddiaçı tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10%-i miqdarında, yəni 2800 (28000*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yoxlama zamanı iddiaçı tərəfindən mənfəət vergisinin 10667,79 manat, ƏDV-nin 8445,33 manat azaldılması və ƏDV-nin 1413,64 manat artıq hesablanması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********193343 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə ümumilikdə 17700 manat əlavə vergi hesablanmış və 11134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının rəhbəri R.Məlikovun keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyy ətə cəlb edilməsi haqqında” **********138804 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-cı il tarixli, **********464800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi barədə R.Məlikovun inzibati şikayətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında onun nümayəndəsi Nadir Məlikovun iştirakı ilə baxılmış və qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 19 nömrəli ilə R.Məlikovun inzibati şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliy yətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslıdır.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sözügedən qərarda göstərilən mənfəət, əlavə dəyər vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğin düzgün müəyyən edilib-edilmədiyi, həmin vergilər üzrə tətbiq edilən maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi, səyyar vergi yoxlaması aktında istinad olunan xərc və əvvəlki illərin zərər məbləğləri nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi məbləğinin müəyyən edi lməsi, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərcinin müəyyən edilib-edilmədiyi, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərcinin öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığı barədə suallar qoyulmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8083 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçı tərəfindən aparılan əməliyyatlara görə təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğləri müəyyən olunmamış, iddiaçının xərc sənədlərinə müvafiq olaraq həmin sənədlərin hə r birinin növünün, adının, rekvizitlərinin və nömrəsinin təqdim edildiyi və iş materiallarında öz əksini tapdığı, o cümlədən həmin sənədlərin ciddi hesabat sənədləri olduğu və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərclər nəzərə alınmaqla vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid Mədətli) 18 iyul 2022-ci il tarixli, 21(112)-779/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, iddiaçıya ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli hissəsi istisna olmaqla, qalan hiss ədə ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli, **********193343 nömrəli aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunmuşdur. Belə ki, iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlamasının başlanması tarixinin xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixinin xx.xx.2020-ci il, aktın tərtib olunma tarixinin xx.xx.2020-ci il və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın tarixinin xx.xx.2020-ci il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə dair də hesablanma aparılmış və həmin tələblərin gözlənilməməsi n əticəsində yoxlanma ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 2444,09 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
12. Bundan əlavə, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203,65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203,65*18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir. Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu təqdirdə, o da aparılmamışdır.
13. Göstərilənlərdən əlavə, qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində mü əssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manatlıq, 2018-ci il üzrə isə 88000 manatlıq müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Həmçinin aktda yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istinad olunan müqavilələrin 1-ci bəndlərində səyyar vergi yoxlaması aktında göstərilən xidmətlərlə yanaşı (yəni şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) konsultantın xidmətləri, şirkətin strateji inkişaf planı, bazar araşdırılması, təchizatçıların seçilməsi və təchizat zəncirinin planlaşdırılması, hüquqi məsləhət və rəy verilməsi, şirkətin fəaliyyətinin vergi qanunvericiliyinə uyğun təşkili, vergi hesabatlarının hazırlanması, vergi uçotunun və vergi kargüzarlığının aparılması, marketinq strategiyasının hazırlanması, maliyyə planlaması sahələrinin, sənədlərin və müqavilələrin tərtibi və şirkətin bütün digər biznes proseslərini əhatə etdiyi göstərilmişdir.
14. Bundan başqa, səyyar vergi yoxlaması aktında aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə uyğun olaraq təchizat zəncirinin planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alınmışdır ki, bu da, iş materialları əsasında müəyyən edilməkdədir.
15. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000) artıq 7000 manat, dekabr ayında isə 21000 manat vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergilər Məcəlləsinin 58.7-1-ci maddəsinə uyğun olaraq 10%, yəni 2800 manat maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı olmuşdur.
16. Beləliklə, yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış vergilərin məbləğlərinin düzgünlüyü müəyyən olunmamış, o cümlədən aparılan ekspertiza tədqiqatında da vergi ödəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin olması müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələb ləri nəzərə alınmaqla yoxlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış vergi və maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd xərclərin limitdən artıq xərcləndiyinə əsasən tətbiq edilmiş 2800 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə qərar əsassız olmuşdur.
17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olu nan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 01 fevral 2023cü il tarixli, 2-1(103)-624/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində bir inci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 01 iyun 2023-cü il tarixli, 2-1(102)-1177/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları m əhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir. Belə ki, cavabdeh etiraz və şikayətinin dəlillərində qeyd edir ki, müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s.) alındığı göstərilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənf əət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 88000 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s.) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 (VÖEN: **********)) aldığı həmin xidmət, yoxlama zamanı iddiaçının fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta iddiaçının rəhbərinə əməkhaqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınm amışdır.
23. Məhkəmə kollegiyası razılaşır ki, “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə öhdəliklərin icrasının təsdiq olunduğu halda belə, həmin xidmətlər üzrə çəkilmiş xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq həqiqətən də gəlirin əldə edilməsi məqsədlərinə xidmət etdiyi müəyyən edilməlidir. Bundan başqa, cavabdehin təkrarlanan digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ümumi dəyəri 11530 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada iddiaçının rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzər ə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, araşdırma aparmamış, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 12 mart 2024-cü il tarixli, 2-1(103)-349/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır.
25. Apellyasiya in stansiyası məhkəməsi qeyd etmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ünvan 1 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli, **********194903 nömrəli akt tərtib edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicis inin bank hesabları üzrə hərəkəti barədə hesabların yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən 14,84 (444,42-429,58) manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. ƏDV-yə cəlb olunan dövriyyənin 2018-ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olundu. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olunmuşdur ( VM 166). HU987563 nömrəli EVHF üzrə ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş, nəticədə isə ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir (VM 175). Eyni zamanda müəssisə tərəfindən 2017, 2018 və 2019-cu illər ərzində cəmi 113353,12 manatlıq mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manatlıq mallar alınmışdır. Elektron qaimə faktura və elektron vergi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (113353,12+4349-76498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda, vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama il ə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203,65x18%) əlavə vergi hesablanmışdır. Yoxlama zamanı əlavə dəyər vergisinin 1413,63 manat ((4750,68+2470,43+550)x18%+14,84) artıq ödənilməsi, 8445,33 manat ((4750,68+182,38+389)x18%+70,7+7416,65) isə azaldılması aşkar edilmişdir.
26. Həmçinin yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər/ xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla, 2004,54 manat mənfəət vergisi hesablanmışdır. Qeyd etmək lazımdır ki, 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə aparılmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal, iş, xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 37893 manat, o cümlədən müəssisə tərəfindən idxal edilmiş malların cəmi dəyərinin 37323 manat, bank xidmətləri üzrə xərcin isə 570 manat müəyyən edilməsi nəticəsində vergiyə cəlb olunan mənfəət 22243,17 manat olmaqla 4448,63 (22243,17*20%=4448,63) manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə yoxlama zamanı büd cəyə əlavə olaraq 2444,09 (4448,63-2004,54) manat mənfəət vergisi hesablanmışdır.
27. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ümumi dəyəri 11530 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada iddiaçının rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzərə alınmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s.) alındığı göstərilmişdir. Yoxlama zamanı iddiaçının fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlinmiş və nəzərə alınmamışdır. 28. 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 26178 manat, o cümlədən: malların təqdim edilməsindən 26178 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 26123,76 manat, o cümlədən: bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 26123,76 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 54,24 manat olmaqla, 10, 85 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı 2017-ci il ərzində elektron qaimə faktura əsasında təqdim edilmiş malların dəyərinin 26178 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 8983,24 manat, o cümlədən təqdim olunmuş malların gömrük dəyərinin 8643,24 manat, bank xidmətləri üzrə xərc isə 340 manat müəyyən edilərək vergiyə cəlb olunan mənfəət 17194,76 manat olmaqla, 3438,95 (17194,76*20%=3438,95) manat mənfəət vergisi hesablanmışdır. 2017-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 3428,1 (3438,95-10,85) manat məbləğində mənfəət vergisi hesablanmışdır.
29. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 88000 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 (VÖEN: **********)) aldığı həmin xidmət, yoxlama zamanı iddiaçının fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta iddiaçının rəhbərinə əməkhaqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda, 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmi şdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır.
30. Bundan əlavə, 41203,65 manat dəyərində malın inventarizasiyasının aparılmaması dəlilinə münasibətdə qeyd edilməlidir ki, 41203,65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənədlər olmamış, vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması və vergi ödəyicisinin ünvan 1 ünvanına baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmamış, yoxlama dövrünün əvvəlinə və sonuna mal qalığı barədə vergi ödəyicisi tərəfindən məlumat verilmə miş, eyni zamanda 2016-cı ilin təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna mal qalığının olmadığı göstərilmişdir.
31. Yoxlama ilə 2017-ci ildən yoxlanılan dövrün sonuna qədər olan dövrlərdə vergi ödəyicisi tərəfindən idxal edilmiş mallar invoys sənədləri vasitəsi ilə müəyyən edilərək, elektron vergi hesab-faktura və elektron qaimə-faktura ilə təqdim olunmuş mallarla üzləşdirilmiş, nəticədə cəmiyyət tərəfindən əldə olunmuş və malların üzləşdirilməsi nəticəsində 41203,64 manat dəyərində (2017-ci il ərzində 1878,63 manat, 2018-ci il üzrə 17943,47 manat və 2019-cu il üzrə 21381,54 manat) malların mühasibat və vergi sənədlərinə əsasən qalıqda olmadığı, bununla yanaşı cəmiyyətin vergi orqanında anbar və ya saxlanc yeri ilə bağlı təsərrüfat subyekti olmadığı üçün həmin mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 7416,65 manat (41203.65*18%) əlavə vergi məbləği hesablanmışdır. Bu da Vergi Məcəlləsinin tələblərinə tamamilə uyğundur.
32. Həmçinin qeyd edilməlidir ki, muzdlu işçisi olmayan və tək rəhbərdən ibarət olub, həm də əməkhaqqı almayan işçidən ibarət olan iddiaçının təchizat zəncirinin planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alması ağlabatan deyildir. Eyni zamanda, müqavilənin şərtlərinə uyğun olaraq muzdlu işçisi olmayan iddiaçıya şirkətin təşkilati struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s xidmətlərin göstərilməsi mümkün deyildir. İddiaçı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə xərclə rin gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid olunmasını sübut edə bilməmişdir. İddiaçı ilə bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrə diqqət etdikdə ağlabatan olmayan ciddi ziddiyyətlər müəyyən edilir. Belə ki, 2017-ci il üzrə bağlanmış müqavilə ilə 2018-ci ildə bağlanmış müqavilə arasında xidmətlər baxımından heç bir fərq olmasa da, 2017-ci il üzrə müqavilədə xidmət haqqı 16000 manat, 2018-ci il üzrə müqavilədə isə 88000 manat müəyyən olunmuşdur.
33. Qeyd olunduğu kimi, yoxlama ilə əhatə olunan 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisinin hesablanması şərti rentabellik əsasında həyata keçirilməmiş, ümumi qaydada müəyyən olunmuş gəlir və xərclər əsasında mənfəət vergisi hesabİanmışdır. Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən madd ədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanının mülahizəsinə buraxılmışdır. Belə ki, mənfəət vergisinin hesablanması üçün yuxarıda qeyd edildiyi kimi konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edilmişdir.
34. İş üzrə ekspertiza rəyinə münasibətdə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində əks olunmuş 3 illik müddətin hesablanması düzgün həyata keçirilməmiş, sadəcə illər qeyd olunmuş, həmin müddətin axımının başlandığı və bitdiyi anlar düzgün müəyyən edilməmişdir.
35. Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tətbiqi ilə bağlı qeyd edilməlidir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191783 nömrəli qərara əsasən iddiaçının fəaliyyəti üzrə vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla səyyar vergi yoxlaması keçirilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətlər gözlənilməklə aparılmış, vergilərin azaldılması halları aşkar edilmiş və Vergi Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə vergi məbləğləri hesablanmışdır.
36. İddiaçı kassasiya şik ayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
37. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesa blanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamas ının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olma ması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq ol unan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatl ar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meya rlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vu rmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 85.4 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna mal ikdirlər.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırm a zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
44. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının iddiaçıya 2016-cı və 2018-ci illər üzrə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalıdır.
46. Məhkəmə kollegiyası sözügedən hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
47. Hazırkı kassasiya icraatının predmetini təşkil etməsi baxımından iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının ona ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2 800 manat maliyyə sanksiyasının tətbiq edilməli hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, hazırda iddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tarixli qərarı 2016-2018-ci illər üzrə mənfəət vergisinin və 2018-2019-cu illər üzrə əlavə dəyər vergisinin hesablanması hissəsində mübahisələndirilir.
48. Hazırkı mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlaması xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə etmiş və xx.xx.2020-ci il tarixdə qərar qəbul olunmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin yoxlama dövrü zamanı qüvvədə olan redaksiyasına görə, 2016-cı il üçün hesablanmış 2444,09 manat mənfəət vergisi üzrə 3 illik hesablama müddəti başa çatmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi yanlış olaraq cavabdehin Vergi Məcəlləsinin 85.4-cü maddəsindəki müddətləri gözlədiyini qeyd etmişdir. Halbuki, qərar qəbul olunan zaman (xx.xx.2020-ci il tarixdə) 3 illik hesablama müddəti 2016-cı ilə münasibətdə başa çatmışdır. 51. 2017-ci il üzrə 3428,1 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Hesablamanın aparılmasına əsas xərclərin nəzərə alınmamasıdır. İddiaçı tərəfindən 26123,76 manat xərc göstərilmiş, cavabdeh isə onun yalnız 8983,24 manat hissəsini nəzərə almışdır. İddiaçı tərəfindən 16000 manat məbləğində konsaltinq xidməti alınmasına baxmayaraq, cavabdeh bu xərci gəlirin əldə olunması ilə bağlı olmadığı əsası ilə xərclərdən silmişdir.
52. İddiaçı tərəfindən 2018-ci il üzrə isə konsaltinq xidməti olaraq 88000 manat məbləğində xərclər göstərilmiş, cavabdeh isə bu xərci gəlirin əldə olunması ilə bağlı olmadığını əsas gətirərək nəzərə almamışdır. Bundan başqa, 37359,98 manat məbləğində alışı olmayan mal təqdim edilmişdir. Cavabdeh bu əsasla 2018-ci il üzrə birbaşa şərti rentabellik norması tətbiq etmişdir: 143868,2 / 6 = 23978,02 x 20 %= 4795,6.
53. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyə n edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məl umatlar.
54. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçının rəsmi idxal etdiyi və alış aktları ilə aldığı mallar mövcuddur və qeyd olunan məlumatlar sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunması üçün yetərlidir.
55. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan ver gi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
56. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur.
57. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəll əsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh 2018-ci il üzrə mənfəət vergisini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamı şdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.
58. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardı cıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
59. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.
60. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Odur ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabde h tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır.
61. İddiaçının yoxlama dövründə 113353,12 manat məbləğində mal idxal etdiyi qeyd olunsa da, iş materialında icmal şəkildə idxal sənədləri mövcud olmadığından həmin dəyərin invoys, yoxsa gömrük (statistik) dəyəri ilə əks olunduğunu müəyyən etmək mümkün deyil. Həmçinin, iddiaçı 4349 manat dəyərində elektron vergi hesab faktura ilə mal almışdır. Yoxlama dövründə 76498,47 manat məbləğində mal satıldığını nəzərə alan cavabdeh qalan hissəni təqdimetmə kimi qiymətləndirərək vergiyə cəlb etmişdir (113353,12 + 4349 = 117702,12 – 76498,47 = 41203,65 x 18% = 7416,65).
62. Lakin qeyd olunduğu kimi, 113353,12 manat məbləğin hansı dəyərlə əks olunması müəyyən olunmadığından, hesablamanın da düzgünlüyünü müəyyənl əşdirmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd olunan halı araşdırmamış, iddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir.
63. Həmçinin, iddiaçının 2017-ci ildə 16000 manat, 2018-ci ildə 88000 manat konsaltinq xidməti üzrə xərclərini nəzərə almayan apellyasiya instansiyası məhkəməsi həmin xərclərin gəlirin əldə olunması ilə bağlı olduğunu iddiaçının sübut edə bilmədiyini qeyd etmişdir. Halbuki, həmin xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığını cavabdeh sübuta yetirməlidir.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
65. Hazırkı kassasiya şikayətinin predmeti baxımından iddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən vergi qərarının qalan hissədə ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşd ırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
66. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının iddiaçıya 2016-cı və 2018-ci illər üzrə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni q ərar qəbul edilərək iddia təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-349/2024 nömrəli qərarı qismən, yəni cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarının iddiaçıya 2016-cı və 2018-ci illər üzrə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilir. Ca vabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138804 nömrəli qərarı İddiaçı MMC-yə 2016-cı və 2018-ci illər üzrə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.