Məhkəmə qərarları › İş №2-1(102)-2041/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2041/2025

17.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2041/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçunun xüsusi rütbəli şəxs kimi işlədiyinə görə əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-189/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 10 noyabr 2001-ci il tarixdən hərbi qulluqçu kimi ehtiyata buraxılmış və ona xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. İddiaçı ehtiyata buraxıldıqdan sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentinin İstintaq şöbəsində 2001-ci ilin noyabr ayından xx.xx.2024-cü ilədək müstən tiq vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 26 may 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə m əlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanları nəzərə alaraq, xidmət keçdiyi orqandan tərxis olunduqdan sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilərsə, ona sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona daxili işlər orqanlarında xidmət dövrü dövlət qulluğu stajına daxil edilməklə pensiya məqsədləri üçün dövlət qulluqçusu kimi aldığı son 24 ayın (iyun 2016-cı il – may 2018-ci il) orta əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 80% miqdarında dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci ilədək daxili işlər orqanlarında xidmət etmiş və ona 26 il 10 ay 09 gün imtiyazlı (18 il 1 ay 23 gün təqvimi) xidmət illərinə görə xx.xx.2001-ci il tarixdən DİN tərəfindən pensiya təyin edilmiş və xx.xx.2007-ci ildən əmək pensiyası cavabdeh tərəfindən ödənilir. xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə o, dövlət qulluğu vəzifəsində - Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində (VCİABİ) əmək müqaviləsi əsasında dövlət qulluqçusu kimi fasiləsiz, 16 il 6 ay müddətində müxtəlif vəzifələrdə işləmiş və aldığı əmək haqqından dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, Vergilər Naz irliyinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) adı həmin Qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının sırasına əlavə edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 37.3, 37.3.1-ci maddəsinə görə, 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pen siyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. İddiaçı cavabdehə müraciət edərək, pensiya təyin olunduqdan sonra işlədiyi müddətdə yığılmış pensiya sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını xahiş etmiş və onun pensiyası 2022-ci ilin aprel ayında yenidən hesablanaraq 1109,70 (2423,30 + 866,49) manat məbləğində müəyyən edilmiş, cəmi 3 ay müddətində (aprel, may və iyun ayları) ödənilmiş və səbəb göstərilmədən dayandırılmışdır. Bununla əlaqədar cavabdehə təkrarən müraciət etdikdə, ona xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh tərəfindən imtina edilməsi onunla əsaslandırılmışdır ki, digər sahələrdə əmək fəaliyyətini deyil, hərbi xidməti davam etdirdiyindən, Qanunun 37.3.1-ci maddəsinə əsasən sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması mümkünsüz hesab edilir. Cavabdehin imtinası qanunsuzdur və cavabdehin üzərinə 2022-ci ilin iyun ayından pensiya sığorta kapitalına görə əmək pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3, 37.3.1-ci maddəsinə görə, işləyən əmək pensiyaçılarına əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. İddiaçı hərbi xidmətdən pensiyaya çıxdıqdan sonra, yəni xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə mülki sahədə (hərbi xidmətdə deyil, digər sahədə) dövlət qulluğu vəzifəsində Azərbaycan Respublikası Vergilər Nazirliyində əmək müqaviləsi əsasında dövlət qulluqçusu kimi fasiləsiz, 16 il 6 a y müddətində işləmiş və aldığı əmək haqqından dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir, habelə bu dövrdə yığılmış pensiya kapitalına görə əlavə hesablama aparılmamışdır. Vergi orqanlarının fəaliyyət sahəsi ilə daxili işlər orqanlarının fəaliyyət sahəsi tam fərqlidir və həmin təşkilatlarda xidmətkeçmə də müvafiq sahəvi qanunvericiliklə tənzimlənir. Yalnız 22 may 2018-ci il tarixil 85 nömrəli Fərmanla VCİABİ-nin əməkdaşları Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər sırasına daxil edilmişlər. Odur ki, 16 il 6 ay müddətində digər sahədə işlədiyindən, müraciət etdiyi 2022-ci ilin aprel ayından yığılmış pensiya sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

7. Daha sonra iddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yığılmış sığorta kapitalına görə əmək pensiyasının 2022-ci ilin mart ayından yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1535/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1535/2024 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı pensiya təyin edildikdən sonra işlədiyi illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasını n 2022-ci il mart ayından yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2 məruzəçi, X5 və X3) 2-1(103)-189/2025 nömrəli 12 fevral 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1535/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələrinə istinad edərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Bas İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-5/2-3310/2024 nömrəli məktuba əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı məxsus “Əmək pensiyası təyinatı üçü n hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan” məlumat vərəqi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim olunmuşdur. Qeyd olunanlara əsasən hazırki iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş və xx.xx.2024-cü il tarixli 3-171/3-3- 19925/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hazırki pensiya məbləği 832,98 manatdan 1359,73 manata çatdırılmışdır. (Vəzifə maaşı 540 manat, rütbə maaşı 42 manat, xidmət illərinə görə 30 faiz əlavə 162 manat, ərzaq payı 64 manat, 1520 nömrəli fərmanı ilə vəzifə maaşına əlavə 100 faiz 540 manat) Bununla bağlı olaraq cavabdeh inzibati orqan tərəfindən apellyasiya instansiya məhkəməsinə iş üzrə icraata xitam v erilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-1/2-315693/2024 nömrəli vəsatət təqdim edilmişdir. Qeyd olunanlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş müvafiq Qərarda cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş icraata xitam verilməsi barədə vəsatətə münasibət bildirilməmiş, həmçinin vəsatətin məhkəmə kollegiyası tərəfindən təmin edilib-edilməməsi barədə ayrıca bir qərardad qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun m əqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; … 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyat a keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığo rta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 13 1.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi yığılmış sığorta kapitalına görə əmək pensiyasının 2022-ci ilin mart ayından yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir.

23. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının hüq uqi marağını əsaslı hesab edərək iddia tələbinin təminin olunması istiqamətində qərar qəbul etmişlər.

24. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən cavabdeh bildirmişdir ki, iddiaçının tələbi qanunvericiliyin müddəalarına zidd olduğundan təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası iddia tələbinin əsası və apellyasiya instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq bildirir ki, məhkəmələr tərəfindən iddia təmin edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd olunmalıdır. Gəlmiş olduğu nəticəni məhkəmə kollegiyası aşağıdakı hallarla əsaslandırmağı məqsədə müvafiq hesab edir.

26. Qüvvədə olan “Əmək pensiyaları h aqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular dedikdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.4-cü maddənin tələbinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər xüsusi rütbəli şəxslər kateqoriyasına aiddir. Həmin Qanunun 3.3-cü maddəsinin tələbinə əsasən 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.

27. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2001-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü bəndində qeyd edi lən subyektlər kateqoriyasına aid olmuş, 2001-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra vergi orqanlarında 2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xüsusi rütbəli şəxs hesab edilmişdir. Qanunun yuxarıda qeyd edilən normasının tələbinə görə xüsusi rütbəli şəxslərlə hərbi rütbəli şəxslərin pensiya təminatı eyni cür tənzimlənir. Bu səbəbdən də iddiaçının pensiyası hesablanarkən normativ hüquqi əsas qismində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilə bilməz. 28. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 fevral 2022-ci il tarixli Plenum qərarında əks edilmiş hüquqi yanaşmaya əsasən yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.

29. Başqa sözlə, iddiaçı 2001-ci il tarixədək hərbi rütbəli şəxs kimi pensiyaya çıxdıqdan sonra digər sahədə əmək fəaliyyətini davam etdirmiş olduğu təqdirdə ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilə bilərdi. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı hərbi rütbəli şəxs kimi pensiyaya çıxadıqdan sonra xüsusi rütbəli şəxs kimi əmək fəaliyy ətini davam etdirdiyindən və bu müddət 72 aydan çox olduğudnan onu pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsi tətbiq edilməlidir. 30. “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinin tələbinə görə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətə yenidən qəbul edilmiş pensiyaçıların, hərbi xidmətə qəbul edildiyi tarixdən sonra ən azı 72 ay xidmət etdikdə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilir.

31. Cavabdehin təqdim etdiyi sənədlərdən də göründüyü kimi iddiaçıya təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinə əsasən göndərilən məlumat vərəqi əsasında yenidən hesablanmışdır.

32. Bəhs olunanlara əsasən iddia əsaslı olmadığından cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(103)-189/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” təl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar