Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: subsidiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(106)-254/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə rayonun Qarabucaq kəndində Qarabucaq-1 X2na 110,66 hektar torpaq sahəsi verilmişdir. 2. xx.xx.1997-ci il tarixli, JN-0076 (Kod ********) nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110,66 ha torpaq sahəsi İddiaçı KFT-nin istifadəsinə verilmişdir.
3. Kürdəmir rayon Qa rabucaq qəsəbə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Nümayəndə 110,66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün (əkin təyinatlı) daimi istifadəsinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi hər il təyinatı üzrə Nümayəndə tərəfindən istifadə olunur.
4. X3 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarixi üzrə 82,516 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir.
5. X3 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarix i üzrə 28,1422 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. 6. 04.01.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC ilə Nümayəndə arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 101948,52 AZN, ümumi sığorta haqqı 1508,84 AZN müəyyən edilmişdir.
7. İddiaçı subsidiyanın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmiş dir ki, 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil etdiyi 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən payızlıq buğda əkininə görə ona subsidiya hesablanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 1996-cı il 15 noyabr tarixli, 325 nömrəli Sərəncamı ilə İddiaçı X2na kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0076 (Kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar q azılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda, torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alırdı. Sonuncu dəfə isə subsidiya üçün elektron qaydada müraciət etdikdə, iddiaçının rəhbərinin mobil nömrəsinə “2024-cü il üçün əkin subsidiyasına müraciəti torpağa istifadə hüququnun müəyyən edilmədiyi üçün təsdiq edilmir” məzmununda SMS göndərilmişdir. Sözügedən torpağa dair hüququ 00076 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı ilə təsdiqlənir. Göründüyü kimi, cavabdehin imtinası tamamilə əsassızdır.
10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X3 İnformasiya Sistemi üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənb əyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Belə ki, 2023-2024-cü əkin ilində İddiaçı kəndli (fermer) təsərrüfatının 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədi (JN-0076 (Kod ********) nömrəli) barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün torpaq sənədləri təsdiqlənməmiş və subsidiya hesablanmamışdır. Həmçinin 110,66 ha torpaq sahəsinin aqrokimyəvi analizlərin verilib-verilməməsinin Aqrar Xidmətlər Agentliyi ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı aqrokimyə vi analizlərin verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri, o cümlədən İddiaçı X1 rəhbəri Nümayəndə tərəfindən qanunvericiliyin tələbləri pozularaq hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməməlidir. Bundan əlavə, İddiaçı KFT-nin torpaq sənədi (JN-0076 (Kod ********) nömrəli dövlət aktı) EKTİS-də hüquqi şəxsin adına qeydiyyatdan keçməli olduğu halda, təsərrüfatın rəhbəri Nümayəndə adına qeydiyyatdan keçirilmiş və əkin bəyanı verilmişdir. İddiaçı KFT-nin EKTİS-də qeydiyyatı və əkin bəyanı yoxdur.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) 13 dekabr 2024-cü il tarixli, 2-1(120)-3375/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2023- 2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci maddəsinin tələbinə görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. İş üzrə iddiaçı tərəfindən qeyd edilən sənəd qismində dövlət aktı çıxış etmişdir və qeyd edilən sənədin inzibati orqana təqdim olunduğu müəyyən edilir. Çıxarış ilə bağlı isə tələblərin 2027-ci il yanvarın 1-dən etibarən həyata keçiriləcəyi müəyyən edilir. Belə olan halda, inzibati orqan iddiaçının müvafiq “çıxarış”ı təqdim etməməsi barədə imtinası qanunvericiliyə zidd olmuş və müəssisənin hüququnun pozulması ilə nəticələnmişdir. İmtina üçün digər arqument qeydiyyat və əkin bəyanının Nümayəndə adına qeydə alınması ilə bağlı olmuşdur ki, həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, sənədlərə baxış zamanı torpaq sahəsinin ölçüləri, əkinlə bağlı məlumatlar və sorğu cavabları qeyd edilən 2023-2024-cü il üzrə əməliyyatların İddiaçı X2 adından həmin müəssisənin rəhbəri Nümayəndə tərəfindən aparıldığı müəyyən edilir. Eləcə də, xx.xx.1997-ci il tarixli, JN-0076 (Kod ********) nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktında Nümayəndə da adı qeyd edilmişdir. Torpaq sahəsi üzrə əməliyyatların İddiaçı X2 tərəfindən həyata keçirildiyi və hüquqi maraqlarının müəssisənin subsidiya ödənişinin alması ilə bağlı olduğu müəyyən edilir. Qeyd edilən qeydiyyat və bəyanın İ ddiaçı X2 yerinə müəssisənin rəhbəri Nümayəndə adına qeydə alınması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qər ar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və H.X.Bəhmənov) 02 aprel 2025ci il tarixli, 2-1(106)-254/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 15.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci maddəsinin tələbinə görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. Təqdim edilmiş və həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Nümayəndə İddiaçı X1 rəhbəridir və KFT-na müvafiq subsidiya verilməsi məqsədilə həmin təsərrüfatın ist ifadəsinə verilmiş torpaq sahəsinə dair müvafiq sənədlə qeydiyyatdan keçmişdir. Cavabdehin ilkin imtinası “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (JN 0076, kod ********) barədə məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilməməsi ilə bağlı olsa da, sonradan məhkəmə araşdırması gedişində əlavə arqumentlər də irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi, qeydiyyatdan keçirilmiş sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunması tələbinin 2027-ci il tarixdən sonrakı müraciətlərə tətbiq edilməsi nəzərdə tutulmuşdur. 15.2. Həmçinin qeyd edilməlidir ki, subsidiya ödənilməsi məqsəd ilə qeydiyyatdan fiziki şəxs olaraq Nümayəndə keçsə də, həm qeydiyyat üçün, həm də müvafiq sığorta müqaviləsinin bağlanması üçün təqdim edilmiş sənədlərdən görünür ki, həmin şəxs hüquqi şəxsin mənafeyi üçün hərəkət etmişdir. Qeyd olunan hal formal olaraq subsidiyanın verilməsindən imtina üçün əsas vermiş olsa da belə, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş vəzifələrə uyğun hərəkət etməli olduğu halda mümkün çıxış yolu kimi yuxarıda qeyd olunan əsaslara istinad etmişdir.
16. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a ) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qayda da əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbü sü ilə əlavə sübutlar toplamağa borcludur.
20. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:... 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torp ağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı);...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. A li Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi ilə bağlı lazımi qaydada a raşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna ə saslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(106)-254/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.