Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2050/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi kimi uçotun ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu-məruzəçi, Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçotun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-2075/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən İddiaçı bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin Məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən VM-in 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir.
2. İddiaçı vergi ödəyicisi kimi qanunsuz qeydiyyatının ləğv edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********299300 saylı məktubu ilə ərizənin təmin edilməsindən imti na edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin X2 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, onun vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı onun tərəfindən ərizə təqdim edilməmişdir. Beləliklə, onun uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. Lakin bildirişin mətnindən də göründüyü kimi iddia çının vergi ödəyicisi kimi uçota alınmalı olduğu cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış, bununla bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğu göstərilməmişdir. İmtina məktubunun göndərilməsinə dair zərfin üzərindəki ştempeldən görünür ki, zərf iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində vergi uçotuna alınması üçün heç bir əsasın olmadığını qeyd etmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X1 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və yük avtomobilləri, yarım yedək və yəhərli dartıcı) idx al etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaç ı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Qeyd edilənlər nəzərə alınaraq vergi orqanı tərəfindən İddiaçı vergi uçotuna alınması barədə xx.xx.2019-cu il tarixli **********283800 nömrəli bildiriş göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindənasılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda adıçəkilən Plenum Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibatiProsessual Məcəllədə nə zərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaç ıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da aydın olduğu kimi məcburetmə haqqında iddia iddiaçı arzuladığı inzibati aktı cavabdehin imtina etdiyi və ya cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda irəli sürülə bilər. Həmçinin məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim ediliyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin indiki halda iddiaçı tərəfi ndən müvafiq formalı ərizə ilə vergi orqanına müraciət edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir..
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1958/2022 saylı, 2 fevral 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınma z əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmir, lakin əldə etdiyi əsas vəsaiti, daşınar və daşınmaz əmlakı təqdim edərək gəlir əldə etməsi artıq sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir ki, buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün vergi orqanlarında uçota durmaq (VÖEN almaq) öhdəliyi yaranmış olur. iddiaçının eyni vaxtlara təsadüf edən, bir istehlakçının tələbatına uyğunolmayan 5 ədəd eyni (və ya oxşar) markalı avtomobilləri idxal etməsi, idxal etdikdən qısa zaman ərzində həmin avtomobilləri əvəzli qaydada alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi gəlir əldə edilməsi ilə nəticələnən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirildiyindən hesab edilir ki, iddiaçının vergi ödəyicisi qismində uçota alınması ilə bağlı cavabdehin hərəkətləri yuxarıda qeyd olunan qanunvericilik normalarının izahlı təhlilinə əsasən qanunazidd deyildir və bu əsasdan vergi uçota alınma ləğv edilə bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P. Oruczadə-məruzəçi, X.A. Cəmilova və M.N.Tağızadə) 23 iyun 2022-ci il tarixli, 2-1(103)2075/2022 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiy a şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi qanunsuz qeydiyyatının ləğv edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********299300 sayli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmisdir. İddiaçı vergi uçotunun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.
13. Apellyasiya məhkəməsi eynilə birinci instansiya məhkəməsi kimi iş materiallarında olan gömrük sənədlərinə istinad edərək qeyd etmişdir ki, iddiaçi xx.xx.2018ci il tarixli, **********078 nömrəli bəyən namə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER, xx.xx.2018-ci il tarixli, **********356 nömrəli bəyənnamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT, xx.xx.2018-ci il tarixli, **********980 **********356 nömrəli bəyənnamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT, xx.xx.2018-ci il tarixli, **********984 nömrəli bəyənnamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY, xx.xx.2018-ci il tarixli, **********970 nömrəli bəyənnamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY markali avtomobilləri idxal etmiş, həmin avtomobilləri ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə satmışdır.
14. Bununla məhkəmə hesab etmişdir ki, iddiaçi həmin avtomobilləri özgəninkiləşdirməklə iddiaçının vergi ödəyicisi qismində uçota alınması üçün vergi orq anına müraciət etmək öhdəliyi yaranmışdır. Apellyasiya məhkəməsi tərəfindən AR VMnin 13.2.37, 32.1, 32.4, 33.1, 33.3, 33.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, sadalanan normaların tələblərindən müəyyən olunur ki, vergi orqanlarının vergi nəzarətini həyata köçürmə formalarından birincisi vergi ödəyiciləri uçota almaqdır. Fiziki şəxslərə münasibətdə uçota alınmanın əsas şərti həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyənnamə verməli rezident olmasıdır.
15. Lakin, həmin normalarda, vergi orqanı tərəfindən fiziki şəxs ərizə vermədən onun uçota alınmasını müəyyən edən müddəa yoxdur. İş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının uçota durmadan sahibkarliq fəaliyyəti göstərməsinə görə onun vergi məsuliyyətinə cəlb edilməs i barədə qərar yoxdur.
16. Azərbaycan Respublikasının qanunvericiliyində, fiziki şəxs tərəfindən idxal edilə biləcək nəqliyyat vasitələrinin, onun mülkiyyətində olan nəqliyyat vasitələrinin sayını məhdudlaşdıran hər hansi norma yoxdur.
17. Göstərilən nəqliyyat vasitələrinin Azərbaycana idxal edilməsi və Azərbaycanda özgəninkiləşdirilməsi zamanı iddiaçının gəlir əldə etməsi də iş materiallarında olan, məhkəmənin sorğusu əsasında toplanmış sənədlərdən görünmür. Beləliklə, məhkəmə yalnız ehtimal əsasında iddiaçının gəlir əldə etdiyi qənaitinə gəlmişdir.
18. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)2075/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barəs ində qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-2075/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu madd əyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın v ə ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan R espublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Ve rgi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 21. “Fiziki şəxslərin uçota alınması, yenidən u çota alınması və uçotdan çıxarılması Qaydaları: 2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2 Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3 Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4 Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bi r ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir.
22. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiy a qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğvi tələb olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin X2 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir.
27. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 üzrə Baş İdarəsi tərəfindən İddiaçı bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin Məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən VM-in 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir.
28. İddiaçının qənaətinə görə o, vergi ödəyicisi olmadığı üçün VM-də vergi ödəyiciləri üçün müəyyənləşdirilmiş vəzifələr ona şamil olunmur. Onun vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı onun tərəfindən ərizə təqdim edilməmişdir. Beləliklə, onun uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir.
29. Cavabdeh orqanın iddiaya verdiyi yazılı etirazında bildirilir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X1 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və yük avtomobilləri, yarım yedək və yəhərli dartıcı) idxal etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiy ə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır.
30. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırki inzibati mübahisənin yaranması səbəbi tərəflərin sözügedən məsələyə fərqli mövqelərdən yanaşmasıdır. Belə ki, iddiaçı hesab edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmaq məqsədi ilə könüllü şəkildə müraciət etmədiyindən, onun cavabdeh tərəfindən məcburi şəkildə VÖEN qeydiyyat nömrəsi verilməsi vergi ödəyicisi kimi qeydiyyata alınması qanuna uyğun deyil, cavabdeh işə əks mövqelərdən çıxış edir və hesab edir ki, iddiaçı xaricdən 5 (beş) avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasına idxal edərək onları qısa müddət ərzində başqa şəxslərə satdığından və bundan gəlir əldə etdiyindən mütləq (məcburi) qaydada vergi ödəyicisi kimi vergi qeydiyyatına alınmalıdır.
31. Apellyasiya məhkəməsi cavabdehin hazırki mübahisə ilə əlaqədar cavabdehin hüquqi mövqeyini qanuni və əsaslı hesab edərək 23 iyun 2022-ci il tarixli qərarında göstərmişdir ki, fiziki şəxsin vergi uçotuna alınmasının VM-nin normalarından göründüyü kimi əsas qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır.
32. Yuxarıda sadalanan qanunvericilik normalarının birgə təhlilindən görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. İnzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
33. Daha sonra apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır”.
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, avtonəqliyyat vasitələrinin iki fiziki şəxs arasında alqı-satqısının həyata keçirilməsi nə Vergi Məcəlləsində, nədə ki, digər hər han sı bir qanunda sahibkarlıq fəaliyyəti kimi müəyyən edilməmişdir.
35. Digər tərəfdən apellyasiya məhkəməsi hazırki inzibati mübahisəni həll edərkən Vergi Məcəlləsinin 33.3, 33.4, 33.5 və 34.2-ci maddələrini eləcədə “fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları”nın 2.1, 2.2, 2.3, 2.6, və 2.9-cu bəndlərini yanlış təfsir etmişdir.
36. Belə ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
37. Həmçinin yuxarıda adıçəkilən qaydaların 2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslə r uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royalitidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. -2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir.
38. Beləliklə bütün qeyd edilmiş maddi hüquq normalarından birmənalı şəkildə göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi lazımdır, yəni apellyasiya məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarında göstərdiyi kimi “vergi ödəyicisi qismində uçota alınmanın ikinci qay dası mövcuddur və bu ərizə vermədən yəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır” deyilən anlayış, başqa sözlə vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası yoxdur. Belə ki, sözügedən məsələ Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
39. Müqayisə üçün Vergi Məcəlləsinin “X3” adlanan 11-ci fəslində yer almış 155.1-ci maddəsinin müddəalarını göstərmək zəruridir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməy ə borcludur.
40. Lakin, fiziki şəxsin vergi orqanlarında uçota alınması üçün elə bir məcburi göstəriş Vergi Məcəlləsində yoxdur yəni sözügedən məsələ fiziki şəxsin könüllü şəkildə vergi orqanlarına verdiyi ərizə əsasında öz həllini tapmalıdır.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli iddiaçının iddiası təmin edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-2075/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin, İddiaçı iddiası təmi n edilsin. İddiaçı vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərar qətidir.