Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2050/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dürüstləşmə əsasında şəxsi hesab vərəqəyə vergi məbləğinin daxil edilməsi, inzibati aktın olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 4459,47 manat pul məbləğinin tələb edilməsinin qadağan edilməsi və şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli 2-1(103)754/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi İddiaçı 5.090,24 manat borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
2. İddiaçıya ünvanlanmış cavab məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 4.288,32 manat əsas, 921,99 manat faiz borcu olmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-952/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı vergi öhdəliyindən çəkindirilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmışdır.
6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 4459,47 manat məbləğin tələb edilməsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsini, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsinin həmin cavabdehə həvalə edilməsini, Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı Vergilər Departamentinin cəmi 4 459,47 manat tutulmasına dair sərəncamları etibarsız hesab edilmiş, həmin tutulmaya dair hərəkətləri və şikayətə baxılmasına dair hərəkətsizliyi qanunsuz hesab olunmuş, əsassız tutulmuş 4459,47 manat üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesabına qaytarılması qərara alınmışdır. Məhkəmələrin hamı üçün məcburi olan qərarlarını vergi orqanı hər vəchlə icra etməkdən yayınmağa çalışmış, müxtəlif qanunsuzluqlara əl atmaqdan belə çəkinməmiş, məhkəməyə və icra orqanına qərarın icra olunduğu barədə yalan məlumatlar vermişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 14 iyun 2018-ci il tarixli məktubu ilə məhkəməyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 21(81)-3650/2015 saylı qərarının icra olunduğu bildirilmişdir. Çoxsaylı yazılı müraciətlərdən sonra vəz iyyət dəyişməmiş, hətta icra orqanı tərəfindən icra icraatına xitam verildiyi barədə 05 noyabr 2019-cu ildə qərar çıxarılıb məhkəməyə göndərildiyi məlum olmuşdur. İcra orqanının qərarından verilmiş şikayət Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 8-1(112)-30/2021 saylı qərarı ilə təmin olunaraq icra olunması ilə bağlı icraata xitam verilməsi haqqında qərar qanunsuz hesab edilmişdir. Vergi orqanı bundan sonra da qərəzli yanaşmasını davam etdirərək qərarı icra etməkdən yayınmağa cəhdləri davam etdirmişdir. Bakı İnzibati Məhkəməsində cavabdehin cərimə olunması və icranı təmin etməsi tələbi ilə ərizəyə baxılması zamanı, nəhayət vergi orqanı icraya başlayacağını bəyan etmiş, uzun çək-çevirdən sonra 18 fevral 2023-cü ildə qərarı yalnız əsas məbləğ hissəsində icra etmiş, faizlə rin hesablanıb ödənilməsi hissəsində qərar icra olunmamışdır. Qərarın faizlərin hesablanıb icra edilməsi barədə hal hazırda Bakı İnzibati Məhkəməsində baxılan şikayət verildikdən sonra çəkindirmə məqsədi ilə 23 avqust 2023-cü il tarixli məktubla hədə-qorxu gəlməyə səy göstərilmişdir. Yuxarıda xatırladılan cavabı verdikdən sonra vergi orqanı bir müddət hərəkətsiz qalmış, faizləri qismən hesablayıb 30 dekabr 2023-cü ildə ödədikdən sonra qeyzi və qərəzkarlığı covlan edərək hərəkətə keçmiş və mənim ölkədən getmək hüququmun müvəqqəti məhdudıaşdırlması üzrə təhdidə keçmişdir. Cavabdeh tərəddüd etmədən faktları və hüquqi halları təhrif edir, məntiqsiz hesablamalar aparır və borc yaradır və borc hesab etdiyi rəqəmin mənbəyini belə göstərə bilmir. Özünün təqdim etdiyi Şəxsi hesab vərəqdən yuxarıda qeyd olunduğu kimi açıqaşkar görünür ki, 17 fevral 2023-cü ilə 171,15 manat artıq ödəmə olmuş, həmin tarixdə məhkəmə qərarının icrası qaydasında xəzinədarlıqdan bank hesabına ödənilmiş 4459,47 manatı yenidən iddiaçının borcu kimi hesablayaraq, həmin məbləğdən 171,15 manat artıq ödəməni çıxaraq 4288,32 manat qalıq yaratmış, hətta 06 aprel 2023-cü ilə 205,84 manat faiz üzrə qalıq quraşdırmışdır. Bununla bağlı heç bir bildiriş, qərar, rəy və digər sənəd təqdim olunmamışdır. Faktiki olaraq 04 aprel 2014-cü ildə 130,07 manat artıq ödəməm, bəyannamələr üzrə 2015-ci ildə 22,34, 2016-cı ildə 78,70, 2017-ci ildə 510,8, 2018- 2020ci illərdə 0 manat, yəni 2014- 2020-ci illərdə cəmi 1030,05 manat gəlir vergisi öhdəliyi olmuşdur. Lakin 2016-cı ildə 78,70, 2017-ci ildə 510,80 manat vergi orqanı tərəfind ən şəxsi hesaba bilərəkdən işlənilməmişdir. 04 aprel 2014-cü ildən 01 aprel 2021-ci ilədək vergi ödəmələri və tutulmaların məbləği 5295,97 manat təşkil etmişdir ki, bundan bəyan olunmuş və hesabda qeyd edilmiş vergi məbləğləri çıxılaraq artıq ödənilmiş məbləğ nəzərə alındıqda cəmi artıq ödənən verginin məbləği 4985,45 manat, məhkəmə qərarı əsasında geri qaytarılmış 4459,47 manat nəzərə alındıqda, nəticə etibarı ilə 525,98 manat artıq ödənmiş vergi məbləği qalmış olur.
8. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN almış, vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə vergilər üzrə 4535,54 manat artıq ödəmə məbləği olmuşdur. Daha sonra vergi ödəyicisinin 20 16-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği qalmışdır. İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ləğv edilmiş Bakı Vergilər Departamentinin 4.459,47 manatın tutulması barədə sərəncamların etibarsız hesab edilməsi, hərəkətlərinin və şikayətə baxılması üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması, əsassız tutulmuş 4.459,47 manat məbləğin üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesablarına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmi şdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci iltarixli 2-1(81 )3650/2015 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmiş, Baş İdarə tərəfindən qeyd olunan qərarın icrası ilə əlaqədar 30.11,2022-ci il tarixli **********231100 nömrəli rəy tərtib olunaraq vergi ödəyicisinin tələb etdiyi 4.459,47 manat məbləğ xx.xx.2023-cü il tarixdə ödəyicinin bank hesabına geri qaytarılmışdır. Artıq ödəmə məbləği geri qaytarıldığı üçün 2016, 2017 və 2019-cü il tarixlərdə yaranan öhdəliklər borca çevrilmiş və hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 4288,32 manat borc məbləği yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X5) e-2-1(112)-8228/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 4459,47 manat pul məbləğinin iddiaçıdan tələb edilməsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi cavabdehə həvalə edilmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmçinin Vergilərin hesablanması barədə 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarla rın da ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4, X3 və X1) 21(103)-754/2025 nömrəli 5 mart 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8228/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarları ləğv edilsin” qeyd edilməklə dəyişdirilmə dən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İşin mahiyyəti ilə bağlı bildirilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN almış, vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə vergilər üzrə 4535,54 manat artıq ödəmə məbləği olmuşdur. Daha sonra vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəli r vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği qalmışdır. Məhkəmə qərarında qeyd edir ki, cavabdehin nümayəndəsi yalnız apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vergilərin hesablanması barədə 23 may 2018-ci il tarixli və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 iyun 2020-ci il tarixli qərarları məhkəmə kollegiyasına təqdim etmişdir. Cavabdeh inzibati orqanın mövcudluğuna istinad etdiyi verg i ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat vergi öhdəliyinin olması ilə bağlı isə ümumiyyətlə qərar qəbul edilməmişdir, cavabdehin nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, 2016-cı illə bağlı qərar yoxdur, çünki vergi ödəyicisi özü də verginin məbləğini 2749,60 manat hesablamış, onlar da onu təsdiq etmişdir. İlk öncə qeyd edək ki, xx.xx.2023-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində dürüstəlşmə aparılaraq 4,457 manat bərpa edilmişdir. Həmin borcun əsasında isə 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat, 2019-cu il gəlir vergisi üzrə 636,58, manat öz əksini tapır. xx.xx.2017-ci il tarixdə iddiaçı tərəf 2016-cı ilin gəlir vergisi üzrə 2,749 manat gəlir vergisinin bəyannaməsini təqdim etmişdir; xx.xx.20218-ci il tarixdə iddiaçı tərəf 2017-ci ilin gəlir vergisi üzrə 729,26 manat gəlir vergisinin bəyannaməsini təqdim etmişdir; xx.xx.2020-ci il tarixdə 2019-cu ilin gəlir vergisinin bəyannaməsini 0 manat bəyan etmiş, xx.xx.2020-ci il tarixdə isə həmin dövrə 636,58 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Digər 2017-ci ilin gəlir vergisi üzrə 729,26 manat gəlir vergisini bəyannaməsi vergi ödəyicisi tərəfindən təqdim edilmiş, 182,48 manat hissəsi isə kameral vergi yoxlaması ilə əhatə olunmuşdur. Vergi orqanı sadəcə 2019-cu il üçün vergi ödəyicisinə 636,58 manat gəlir vergisi hesablamışdır.
16. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən qərarl ar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə 23 may 2018-ci il tarixli və 09 iyun 2020-ci il tarixli qərarlar qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş, həmçinin qərarlar və həmin qərarlar əsasında vergi borcunun aradan qaldırılması barədə tələbnamə iddiaçıya göndərilməmişdir. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında a rayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Göründüyü kimi tələbnamə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə göndə rilir, hazırkı halda isə məhkəmə kameral vergi yoxlaması ilə bağlı qərarın əsaslarını araşdırır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Göründüyü kimi vergi orqanı kameral vergi yoxlaması keçirən zaman vergi ödəyicisinə tələbnamə deyil, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq borc bildirişi göndərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında a rayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul ed ilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borc unun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə
70. Vergi ödəyiciləri ilə yazışma 70.
1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1. 1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ö dəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 19. “İnzibati icraat haqqında” Azər baycan Respublikasının Qanunu Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec a ldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 13 avqust 202 0-ci il tarixli qərardadı
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi d ərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçı tələbində şəxsi hesab vərəqəsində vergi borcu kimi əks olunan 4.459,47 manat vəsaitin silinməsini, həmin vəsaitin ondan tutulmasını cavabdehə qadağan edilməsini və cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 may 2018-ci il tarixli və 09 iyun 2020-ci il tarixli qərarlarının ləğv edilməsini arzu edir.
29. Apellyasiya məhkəməsinin araşdırmasından görünür ki, cavabdeh yaranmı ş 4.459,47 manat vəsaitin iddiaçının hansı hesabat dövrünə aid olduğunu, ümumiyyətlə həmin vəsaitin yaranma əsaslarını inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Göründüyü kimi, borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatdır. Hər nə qədər həmin borcun yaranma əsasları inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və borc kimi yarandığı iddia olunan vəsaitin mənbəyini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bil dirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Lakin cavabdeh iddia etdiyi borcun yaranma əsasını və hansı dövrə aid olduğunu sübut edə bilməmişdir”.
30. Cavabdehin nümayəndəsi yalnız apellyasiya instansiya məhkəməsində icraat zamanı ikinci məhkəmə iclasında 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 23 may 2018-ci il tarixli və 09 iyun 2020-ci il tarixli qərarları məhkəməyə təqdim etmişdir.
31. Cavabdeh inzibati orqanın mövcudluğuna istinad etdiyi vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat vergi öhdəliyinin olması ilə bağlı isə ümumiyyətlə qərar qəbul edilməmişdir, cavabdehin nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, 2016-cı illə bağlı qərar yoxdur, çünki vergi ödəyicisi özü də verginin məbləğini 2749,60 manat hesablamış, onlar da onu təsdiqləmişlər, qeyd edilən səbəbdən kameral qərarın qəbul edilməsinə ehtiyac qalmamışdır.
32. Vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə 23 may 2018-ci il tarixli və 09 iyun 2020-ci il tarixli qərarlar qəbul edərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuş, həmçinin qərarlar və həmin qərarlar əsasında vergi borcunun aradan qaldırılması barədə tələbnamə iddiaçıya göndərilməmişdir.
33. Həmçinin iş materiallarından görünür ki, vergi orq anı tərəfindən iddiaçıya qarşı irəli sürülən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddiaya mülki məhkəmə icraatı çərçivəsində baxılmış və iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsinə nəzər yetirdikdə görünür ki, apellyasiya instansiya məhkəməsi şikayətə qiymət verərkən iddiaçının (həmin iş üzrə maraqlı şəxsin) vergilərin ödənilməsindən yayılması hallarının müəyyən edilmədiyinə istinad etmiş, bununla da birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
34. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, işin hazırkı vəziyyətində cavabdeh hər hansı inzibati akt qəbul etmədən 4.459,47 manat vəsaitin iddiaçının şəxsi hesabına işləməkdə haqlı olmamışdır.
35. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 13 avqust 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki:...
48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və X6 tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edil mişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
49. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edi lməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
51. Kollegiya hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haq qında” 30 dekabr 2016-cı il tarixli, 474VQ saylı Azərbaycan Respublikası Qanununun normalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin Qanunun vergi orqanı üçün vəzifə müəyyən edən norması kifayət qədər aydın olmuş, icrasının həyata keçirilməsi üçün əlavə inzibati aktların qəbul edilməsinə lüzum olmamışdır. Vergi orqanı həmin Qanunla müəyyən edilmiş vəzifəni özünün apardığı vergiuçot sənədlərindəki məlumatları nəzərə almaqla icra etmək imkanına malik olmuşdur. Beləliklə, vergi orqanları sözügedən Qanunu faktiki xarakterli hərəkətlər etməklə icra etməli olmuşlar.
52. Kollegiya həmçinin hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun t ətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.
53. Məsələyə qiymət verilməsi üçün bu qaydada aparılmış “dürüstləşmə” əməliyyatının mahiyyəti təhlil olunmalıdır. Bu zaman müəyyən edilməli olan əsas məsələ ondan ibarətdir ki, bu əməliyyat həqiqətən yol verilmiş hansısa proqram təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün edilmişdir, yoxsa texniki xətanın düzəldilməsi adı altında faktiki olaraq vergilərin hesablanması aparılmışdır? Yuxarıda da qeyd edildiyi kimi vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmi ş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar. …
60. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur.
61. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də be lə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. 36. 13 avqust 2020-ci il tarixli qərardada istinad edən məhkəmə kollegiyası hesab edir ki, mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunmasına baxmayaraq iddiaçının şəxsi hesab vərəqində müvafiq yazılı inzibati akt qəbul edilmədən vergi məbləği hesablandığından cavabdehin hərəkəti qanuna uyğun olmam ışdır.
37. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il 2-1(103)754/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.