Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2051/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)1973/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Dövlət Gömrük Komitəsində qulluğa əsassız xitam verildiyinə görə məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbi əsaslı deyil.
4. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1973/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə vakant vəzifələrin olubolmaması, eləcə də iddiaçının digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə hər hansı araşdırmanın aparılması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin, iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə yeni işçinin işə qəbul olunub-olunmaması da araşdırılmamışdır.
7. Cavabdeh apelyasiya instansi yası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş halla r ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
9. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (o n) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1973/2021 saylı qərardadı 30 avqust 2021-ci il tarixdə cavabdehə təqdim edilmiş, sonuncu isə müvafiq məhkəmə qəbzinə imza etməklə qərardadı almışdır (səh 140). Cavabdeh həmin qərardaddan 09 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
12. Cavabdeh bildirir ki, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinə 07.09.2021-ci il tarixdə təqdim olu nsa da, naməlum səbəblərdən şikayət 09.09.2021-ci il tarixdə qeydə alınmışdır.
13. Məhkəmə tərkibi vəsatətdə qeyd edilənləri əsassız hesab edərək bildirir ki, cavabdeh kassasiya şikayətinin 07 sentyabr 2021-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə təqdim edilməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti bir başa apelyasiya instansiyası məhkəməsinin dəftərxanasına təhvil verilmiş, bu səbəbdən şikayətin ilk vərəqəsinə “Qəbuldan” ştampı vurulmuş, əlavə olaraq kassasiya şikayətinin 09 sentyabr 2021-ci il tarixdə verilməsi kassasiya şikayətinin üzərində müvafiq möhürlə qeyd edilmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildir diyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
15. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
16. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apelyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 21(103)-1973/2021 nömrəli qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.