Məhkəmə qərarları › İş №2-1(102)-2053/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2053/2023

12.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2053/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, texnoloji qurğuların operatorları və əmtəə operatorları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı i l təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-1474/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1977-ci il tarixdən 1982-ci il tarixədək ali təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Serebrovski adına Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Qaz kompressor sexində (QKS) kompressor qurğusunun 5-ci dərəcəli maşinisti, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 7 nömrəli qaz kompressor stansiyasının rəisi, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1 nömrəli qaz kompressor stansiyasının rəisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək QKS-nin rəisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək usta vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneft” İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ xx.xx.1991-ci ildən “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 10-cu dərəcəli usta, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 11-ci dərəcəli usta, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 7 sayl ı qaz kompressor stansiyasında 11-ci dərəcəli mexanik, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 1 saylı qaz kompressor stansiyasında 11-ci dərəcəli mexanik, xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək 12-ci dərəcəli mexanik vəzifələrində çalışmışdır. xx.xx.2010-cu ildə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Daha sonra iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləyib xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 25 dekabr 2020-ci tarixli cavab məktubunda iddiaçıya bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından m ümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “təyin olunmuş əlilliyə görə aldığı pensiyanın xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı nəzərə alınmaqla 52 yaşdan yəni, xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmə və hesablanması inzibati orqana xx.xx.2020-ci il tarixindən müraciət etməsi nəzərə a lınaraq Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq üç il geri müddət tətbiq edilməklə, yəni xx.xx.2017-ci il tarixindən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı nəzərə alınmaqla təyinatın aparılması və yaranacaq fərqin hesablanaraq cari aylara bərabər şəkildə bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1982-c i ildə həmin İnstitutu bitirmişdir. Əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixində başlamışdır. Müxtəlif vəzifələrdə işləmişdir.xx.xx.2020-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti əsasən zərərli olmuşdur. “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında açıq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2020-ci ilədək işlədiyi müddətdə işçiyə 16 faiz zərərli iş əmsalı təyin edilmiş və iş ilinə düşən məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. Buradan açıq-aydın görünür ki, onun işlədiyi dövrün müəyyən hissəsi zərərlidir. İşlədiyi sahələr (rəis, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuşdur. “X1 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında bir mənalı olaraq qeyd edilmişdir ki, işlədiyi müddət ərzində 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyət 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi xx.xx.1983xx.xx.1989-cu il tarixləri arasındakı dövr Serebrovski adına X2 İdarəsində Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik vəzifəsində işləmişdir. İşlədiyi sahələr (rəis, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyas ı hüququ verən siyahıda nəzərdə tutulmuşdur. Hal-hazırda o, gözdən əlil kimi pensiya alır. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək xahiş etmişdir ki, təyin olunmuş əlilliyə görə aldığı pensiyanın, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən, xx.xx.2017-ci ildən (57 yaşdan) əmək kitabçasında qeyd edilən iş illəri və oxuduğu təhsil illəri sığorta stajına daxil edilməklə, xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasına keçirilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik olaraq ödənilməsində köməklik göstərilsin. Cavabdeh onun ərizəsinə cavab verməmiş və buna münasibət bildirməmişdir. O, artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz t əqdim edərək bildirmişdir ki, iddiaçı 25 dekabr 2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1982-ci il tarixli İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 01 yanvar xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arşındakı dövr ərzində usta, xx.xx.1998xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X1 Company Limited” Şirkətin in Azərbaycan Respublikasındakı nümayəndəliyində Qaz kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bu günədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.11-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 201 7-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də, tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1420/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və eləcə də, yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiy a məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən, həmçinin xx.xx.2012-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-1474/2023 nö mrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. İddiaçının xx.xx.1983 - xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində müvafiq müəssisələrdə rəis, usta, mexanik və növbə mühəndisi işlədiyi dövrlər, istər qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edi lmiş 1 nömrəli siyahıda, istərsə də qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.

14. Bu əsasla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

15. İddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda, hüquqi əsaslar da mövcud deyildir.

16. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci, 7-ci, 22-1.1-ci maddəsinə istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Ax ırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvv əyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələri n, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsus ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahı”sı 11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b—23187 - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar 1130000b—23485 - mexaniklər 1100000b—24125 - qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri 1100000b—17541 - quyularda geofiziki tədqiqatla r aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabde h apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə ba ğlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olduğu işin mübahisəsiz halıdır.

28. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə isə, iddiaçının xx.xx.2006-cı il tarixədək çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b23485, 1100000b-24125, 1100000b-17541 kodları üzrə ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.

29. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışlar təqdim edilmişdir.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoy mur.

31. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

33. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.

34. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 21(103)-1474/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar