Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2055/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarş ı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)266/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Qobustan kəndi ərazisində 369 ailəyə 0.20 hektara qədər, cəmi 110 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşer on rayon şöbəsi tərəfindən iddiaçıya Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ayrılmış 2001.54 kv.m torpaq sahəsinə dair A 028611 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.2001 ha torpaq sahəsinin iddiaçıya Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ayrıldığı müəyyən edilmişdir. A zərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsi barəsində mübahisə olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonu, Qılıclı kəndindən olan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, Yüngül Konstruksiya Müəssisəsində ailəliklə məskunlaşmışdır. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün Abşeron rayonu, Qobustan kəndi ərazisində 0.2001 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasını Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı Kitabında xx.xx.2008-ci il tarixində 5606 nömrə ilə uçota alınnmış A 028611 nömrəli plan və ölçü sənədi təsdiq edir. İddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi onun istifadəsinə qanuni əsaslarla verilmişdir. Həmin torpaq sahəsindən 2007-ci ildən hal-hazıradək istifadə edir. Maliyyə imkanı olmadığı üçün həmin sahədə fərdi ev inşa edə bilməmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazidə yaşayan 369 ailəyə də Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi verilmişdir
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 31 may 2022-ci il tarixli, 2-1(118)-412 /2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisəsi gedən torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmışdır. Məhkəmə Abşeron rayon Dövlət Arxivinə müraciət edərək, həmin qərarın verilməsi üçün əsas olmuş sənədlərin təqdim olunmasını xahiş etmişdir. Abşeron rayon Dövlət Arxivi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə Qobustan kəndində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmiş, bu qərara adlı siyahı daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömr əli Fərmanına əsasən “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da, ölkədə aparılan islahat başa çatmışdır. Bu səbəbdən, 2007ci ildə aqrar islahat komissiyası tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Bundan başqa qeyd olunmalıdır ki, həmin qərarda ümumiyyətlə 369 nəfər vətəndaşa torpaq sahəsinin ayrılması qeyd edilmişdir, lakin vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumq ayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 14 aprel 2023-cü il tarixli, 2-1(105)-266/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ümumi qərar olmaqla, məhz qanuni istifadəsində həyətyanı torpaq sahələri olan vətəndaşların mülkiyyət hüququna dair sənədlərin verilməsi məqsədilə qəbul edilmi şdir. İddiaçı isə məcburi köçkün statusuna malik olmaqla, həmin qərar qəbul edilməzdən əvvəl onun qanuni istifadəsində hər hansı torpaq sahəsinin olduğu müəyyən edilmir. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A 028611 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə Qobustan kəndində ona fərdi yaşayış evinin tikintisi məqsədilə 2001.54 kv.m torpaq sahəsi ayrıldığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi qərara əsasən, ümumiyyətlə heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılmamış, qərarda yalnız vətəndaşların öz qa nuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarının qəbul edildiyi 2007-ci ildə aqrar islahat komissiyaları fəaliyyətdə olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7.1-ci və 7.2-ci bəndlərinə əsasən, “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 290 nömrəli və “Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 313 nömrəli Fərmanları ləğv edilmişdir. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinin Abşeron rayon Aqrar İslahat Komissiyasının hansı tarixdən ləğv edilməsi ilə bağlı sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7.1-ci bəndinə istinad edərək, “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 290 nömrəli Fərmanının ləğv edildiyini bildirmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin qeyd olunan mək tubunun məzmunundan belə anlaşılır ki, xx.xx.2005-ci il tarixli Fərmanla “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 290 nömrəli Fərmanı ləğv edilmiş və həmin tarixdən Abşeron rayon Aqrar İslahat Komissiyası da daxil olmaqla, aqrar islahat komissiyaları ləğv edilmişdir. Başqa sözlə, xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərar qəbul edilərkən Abşeron rayon Aqrar İslahat Komissiyası qanuni və faktiki olaraq fəaliyyətdə olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.
14. Bundan başqa, apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Hazırkı işdə ilk növbədə, iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq gü dməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2 və 17-ci maddələri).
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə, onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması qeyd edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı et iraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Etimad hüququnun qorunması prinsipi... 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19. “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü əyyən edilən sənədlər.... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlə nməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 20 05-ci il tarixli, 226 nömrəli Fərmanı
7. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin: 7.1. “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı; 7.2. “Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərmanı;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilm əsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında ve rilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, ş ikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını n tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə nail olmaqdır.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Qobustan kəndi ərazisində 369 ailəyə 0.20 hektara qədər, cəmi 110 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmış, lakin həmin qərara adlı siyahı daxil edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ayrılmış 2001.54 kv.m torpaq sahəsinə dair A 028611 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ümumi qərar olmaqla, bu qərar məhz qanuni isti fadəsində həyətyanı torpaq sahələri olan vətəndaşların mülkiyyət hüququna dair sənədlərin verilməsi məqsədilə qəbul edilmişdir. İddiaçı isə məcburi köçkün statusuna malik olmaqla, həmin qərar qəbul edilməzdən əvvəl onun qanuni istifadəsində hər hansı torpaq sahəsinin olduğu müəyyən edilmir. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A 028611 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə Qobustan kəndində ona fərdi yaşayış evinin tikintisi məqsədilə 2001.54 kv.m torpaq sahəsi ayrıldığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi qərara əsasən, ümumiyyətlə heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılmamış, qərarda yalnız vətəndaşların öz qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. 33. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7.1-ci və 7.2-ci bəndlərinə əsasən, “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995ci il tarixli, 290 nömrəli və “Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təs diq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 313 nömrəli Fərmanları ləğv edilmişdir. Beləliklə də, sözügedən xx.xx.2005-ci il tarixli Fərmanın verildiyi tarixdən Abşeron rayon Aqrar İslahat Komissiyası da daxil olmaqla aqrar islahat komissiyaları ləğv edilmişdir.
34. Göründüyü kimi, xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərar qəbul edilərkən Abşeron rayon Aqrar İslahat Komissiyası qanuni və faktiki olaraq fəaliyyətdə olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi nin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Hazırkı işdə ilk növbədə, iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamışdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzib ati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2 və 17-ci maddələri).
37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-266/2023 nömrəli qərarı dəyişdi