Məhkəmə qərarları › İş №2-1(102)-2056/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2056/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2056/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmə k pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-308/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2008ci ildən xx.xx.2013-cü ilə kimi hakim vəzifəsində işlədiyinə görə pensiya təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22 noyabr 2023-cü il tarixli “Sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qan ununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun hakim vəzifəsində iş stajı 15 ildən az (5 il xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də, ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlərin stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə, hakimlik səlahi yyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı 2 aylıq əmək haqqı, müalicə ilə bağlı 2 aylıq əmək haqqı miqdarında müavinətlər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması, qeyd edilən əlavələr də nəzərə alınmaqla orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyanın hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetiri lməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-c ı ildə Bakı “Elektorştamp” zavodunda başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. Yenidən xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək həmin zavodda işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər “Fərid” Kooperativində hüquq məsləhətçisi, xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixə kimi "xxxx" Firmasının nəzdində fəaliyyət göstərən “Bilik” Hüquq Məsləhətxanasında hüquq məsləhətçisi, xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Hüquq Məsləhətxanasında vəkil işləmişdir. xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər Gəncə şəhər Nizami Rayon Məhkəməsində hakim vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən indiyə kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunda vəkil kimi işləmişdir. Ona xx.xx.2023-cü ildən yaşa görə 463 manat əmək pensiyası təyin edilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə kimi hakim vəzifəsində işlədiyinə görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə hakim kimi pensiya təyin etməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının hakim vəzifəsində iş stajı 15 ildən az (5 il (xx.xx.2008-xx.xx.2013-cü il tarixləri ar asındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina məktubunu xx.xx.2023-cü ildə almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı hakim təyin edilən zaman qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən azı 5 (beş) il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim işlədiyi müddətdən asılı olaraq 5 (beş) il hakim işləmiş və pensiya yaşına çatmış hakimlər hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45%-i miqdarında pensiya təyin edilməlidir. Eyni zamanda həmin Qanuna əsasən hakimlər dövlət tibbi xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların 2 aylıq əmək haqqı məbləğində müvafiq i cra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Əmək haqqı artımlarındakı sonraki dəyişikliklər pensiya mələğinə şamil edilir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci ilə tarixə qədər qüvvədə olan redaksiyaya görə də 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45%-i miqdarında pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına qeyd edilir ki, rayon (şəhər) məhkəməsi hakimlərinin maaşı xx.xx.2022-ci il tarixdən 1988,00 manat təşkil edir. Eyni zamanda «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%, 10 ilinə görə 30%, 15 ilinə görə 45% həcm ində əlavə haqq ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2022-ci il tarixədək hakimlərə müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4508/2024 nömrəli 04 iyun 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı s abiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 noyabr 2023-cü il tarixli 3-16-8/2=1121/23 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi dövrdə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb ol unduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-308/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Məmmədov və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarı qismən - «sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq» hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı beş il müddətində hakim vəzifəsində çalışmışdır. Qanunda nəzərdə tutulmuş hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq 5 il tamam olduqdan sonra verilməyə başlayır. İddiaçı hakim vəzifəsində işləyərkən həmin əlavə haqqı almamışdır. Bundan başqa, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi ilə bağlı norma “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı maddəsinə xx.xx.2019-c u ildə əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmişdir. İddiaçı hakim vəzifəsində işləyərkən həmin əlavəni də almamışdır. Qeyd olunan əlavələri iddiaçı hakim vəzifəsində işləyərkən almadığı üçün həmin əlavələr pensiya məbləği hesablanarkən nəzərə alına bilməz. 11.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı hakim vəzifəsində çalışdığı iş stajı 15 il az olmaqla xx.xx.2008 – xx.xx.2013-cü illəri əhatə edir. Göründüyü kimi, ona “Əmək pensiyaları haqqında” Qanunun tələbləri tətbiq edilməklə sabiq hakim kimi pensiya təyin edilə bi lməz. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını, yəni “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7.1-ci maddələrinin tələblərini pozmuş, İddiaçı qanunvericiliklə tələb edilən 15 il hakimlik stajının olmamasına baxmayaraq, bu hallara hüquqi qiymət vermədən iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddənin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsaslanmışdır. İddiaçı 5 il hakim işləmiş sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi məsələsinə gəldikdə isə bildirir ki, onun tətbiq edilməsini tələb etdiyi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək q üvvədə olan redaksiyasına müvafiq olaraq qanunla tələb edilən yaş həddinə malik deyildir. Belə ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri ona münasibətdə tətbiq edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 14.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. (xx.xx.2017-ci ilədək olan redaksiyası – 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı ə mək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki i ş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). 15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 106 1-ci hissə. hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir (12 iyul 2019-cu il tarixli 1 647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən). 106-cı maddəsinin ikinci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Maddə 106 3-cü hissə. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında verg ilərdən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2019-cu il tarixədək olan qüvvədə olan redaksiyası). Hazırda qüvvədə olan redaksiyası - Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Maddə 107. 1-ci hissə. hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2019-cu il tarixədək olan qüvvədə olan redaksiyası). Maddə 109. dördüncü hissə. hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tar ixədək qüvvədə olan redaksiyası). 109. beşinci hissə. hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (hazırda qüvvədə olan redaksiyası). 109. beşinci hissə. azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası). 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSAS İYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh qurum tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Hazırkı işdə iddiaçıya xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər Gəncə şəhər Nizami Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. 23.Hazırda iddiaçının hüquqi marağı sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləği ndə müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsindən ibarətdir. 24.İşi hərtərəfli araşdıran apelyasiya məhkəməsi iddiaçının sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqı almaq hüququ istisna edilməklə, digər tələblərinin qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından əsaslı olduğuna istinad edərək həmin tələblərin təmin edilməsi qənaətinə gəlmişdir. 25.Qanunvericiliyin yuxarıda i stinad olunan normaları baxımından iddiaçının hakim işlədiyi (2008-2013) dövrdə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı, hansı ki sonradan Qanuna edilmiş dəyişikliklərə görə bu vəzifə maaşının 25 faizini təşkil etmişdir, həmçinin məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi ilə bağlı məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbə rlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 26.Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27.Cavabdeh kassasiya şikayətinin dəlillərində bildirmişdir ki, “iddiaçının hakim vəzifəsində çalışdığı iş stajı 15 ildən az olmaqla xx.xx.2008 – xx.xx.2013-cü illəri əhatə edir. Göründüyü kimi ona “Əmək pensiyaları haqqında” Qanunun tələbləri tətbiq edilməklə sabiq hakim kimi pensiya təyin edilə bilməz. Həmçinin tətbiq edilməsini tələb etdiyi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına müvafiq olaraq qanunla tələb edilən yaş həddinə malik deyildir. Belə ki, İddiaçı xx.xx.1958ci il təvəllüdlüdür. Onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri ona münasibətdə tətbiq edilə bilməz.”

28. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözlə ri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.” Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir. Lakin həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. 29.Buna görə də iddiaçı xx.xx.2008-ci il tarixdə hakim tə yin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Deməli, iddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaranmışdır. 30.Eyni zamanda məhkəmə kollegiyası kasasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qanunvericilikdə məhz 5 il hakim işləmiş sabiq hakimlərin hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavəni almaq hüququ nəzərdə tutulmuş, lakin sonradan 2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən bu staj 15 il müəyyən edilmişdir. Bu baxımdan Kollegiya nəzərə alır ki, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi deyil, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan müvafiq normalar tətb iq edilməli və ona 5 il hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə əmək haqqına müvafiq əlavələr də hesablanmalıdır. 31.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassızdır. 32.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə iddia təmin edildiyi hissələrdə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 33.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, ape llyasiya məhkəməsinin qərarı isə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-308/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərarı mübahisələndirilən- iddia tələblərinin təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar