Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2060/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Üçüncü şəxs X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Üçüncü şəxs X9) qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun planölçünün tərtib edilməsi” tələbinə tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-119/2024 nömrəli qərardadı və qərarından iddiaçı tərəfindən, eləcə də həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı 18 iyun 2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.2 ha torpaq sahəsini mövcud vəziyyətdə künc nöqtələrini göstərməklə yeni çıxarışın və texniki pasportun verilməsi barədə göstəriş verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş və göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçdiyinə görə müraciətin təmin edilməsi qeyri-mümkündür.
3. Məhkəmə sorğusuna əsasən cavabdehin 26 noyabr 2021-ci il tarixli məktuba qoşma olaraq əlavə edilmiş iddiaçının müraciətinə 17 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şosesi ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının müəyyən edilərək plan və ölçünün verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, göstərilən torpaq sahəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərq mövcuddur. İdarənin elektron kadastr məlumatlarına əsasən hasarlaşma işləri sənədə uyğun aparılmamışdır. Belə ki, torpaq sahəsinin şimal və qərb istiqamətdən qonşu sahələr daxilində yerləşir. Bu səbəbdən plan və ölçü sənədinin tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır.
4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1,1906 ha torpaq sahəsinin koordinatları əlavə olunur: XY 1. 405560.630 4479850.990 2. 405588.600 4479872.490 3. 405604.760 4479853.450 4. 405587.930 4479798.210 5. 405573.800 4479642.420 6. 405512.010 4479753.080 7. 405508.040 4479819.630 8. 405521.200 4479834.540 9. 405547.700 4479848.000 10. 405555.450 4479850.990 Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsi ilə iddia olunan sahə üst-üstə düşmür. Qərardadın üçüncü sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən üst-üstə düşməyən, iddia olunan sahə 0,4299 ha təşkil etməklə **********172-06301 reyestr nömrəsi ilə X5 mülkiyyətindədir.
5. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 3-16-16/210/9383 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqu qi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyinə əsasən, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarış əsasında tərtib edilmiş plan və ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1,1906 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X Y 1. 405560.630 4479850.990 2. 405588.600 4479872.490 3. 405604.760 4479853.450 4. 405587.930 4479798.210 5. 405573.800 4479642.420 6. 405512.010 4479753.080 7. 405508.040 4479819.630 8. 405521.200 4479834.540 9. 405547.700 4479848.000 10. 405555.450 4479850.990 Qərardadın ikinci sualı üzrə: İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyində elektron kadastr baza məlumatlarına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsi ilə iddia olunan sahə üst-üstə düşmədiyi qeyd olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, aparılmış müqayisəli tədqiqatla İddiaçı MMC-nin adına tərtib olunmuş xx.xx.2017-ci il tarixli, **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi ilə İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarı arasında qalan, iddia olunan 0,4299 ha torpaq sahəsinin iş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Sabunçu r ayonu, Balaxanı qəsəbəsi BalaxanıBinəqədi şossesi 80 ünvanda yerləşən 4,2 hektar torpaq sahəsinə dair X6, X1 və X2 tərəfindən razılaşdırılmış Bölgü eskizində qeyd olunan ölçülərə uyğun olaraq X3 ayrılmış 1,2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarında **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşməyən, iddia olunan 0,04299 ha sahənin **********172-06301 reyestr nömrəsi ilə X5 mülkiyyətində olması müəyyən edilmişdir. Lakin mütəxəssis rəyinə həmin hissəyə dair plan-ölçü sənədinin tərtib edilib-edilməməsi, edilmişdirsə plan-ölçü sənədinin koordinatları barədə məlumat göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyu lması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində və sahibliyində olan Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 hektar torpaq sahəsini 31 iyul 2008-ci ildə “AKSON” şirkətindən İddiaçı MMC şirkəti Bakı şəhəri 42 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Alqı-satqı müqaviləsindən sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesi 80 ünvanında yerləşən 4.2 ha torpaq sahəsinin 1.2 ha torpaq sahəsinin düzgün bölünməsi və mərzlənmə nişanlarını düzgün işarələnməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən bölgü eskizi hazırlamış və bölgü eskizi 16 avqust 2008-ci ildə Bakı şəhəri 38 saylı notariat Kontorunda təsdiq edilmişdir. Tərəflər bölgünü notarial qaydada təsdiq etdikdən sonra, mişar daşından hasar hörülərək mərzlənmə nişanları çəkmişdirlər. İddiaçı MMC-nin sahibliyində və istifadəsində olan 1.19 torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xüsusi mülkiyyətə dair çıxarış verilmişdir. İddiaçı MMC 2008-ci ildən mülkiyyətində olan 1.2 ha torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyətinin davam etdirmək üçün 1863.74 kv.m əsaslı qeyri-yaşayış sahələri də inşa edilmişdir. İddiaçı MMC alqı-satqı yolu ilə mülkiyyətində olan 1.2 ha torpaq sahəsini mövcud vəziyyətdə koordinatlarını və döngə nöqtələrini qeyd etməklə həmin torpaq sahəsinə yeni texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin müraciətə hal-hazırki vaxta qədər cavab verilməmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı idarəyə xx.xx.2021ci il tarixli müraciəti zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi Balaxanı şosesi 80 ünvanda yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış sahələrinə yalnız texniki pasportun tərtib edilməsini xahiş etmişdir. İddiaçının cavabdehə müraciəti ilə iddia tələbi üs t-üstə düşməmişdir. Həmçinin, mövcud vəziyyətlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və eyni zamanda ərazidən 150 kV yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********45 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-1419/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilmə si vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə sədrlik edən, İ.Ə.Kərimli və E.C.Kazımov) 2-1(103)-2464/2022 nömrəli 7 oktyabr 2022-ci il tarixli qərar ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 mart 2022-ci il tаrixli qərarı dəyişdirmədən saxlanılmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), Z.M.Quliyev və S.Ə.Kərimov) 2-1(102)449/2023 nömrəli, 1 mart 2023-cü il tarixli, qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2464/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsin in mövcud vəziyyətdə olan torpaq sahəsi ilə eyni olub-olmaması araşdırılmamışdır. İddiaçının qeyd etdiyi mövcud vəziyyətə uyğun olan torpaq sahəsi işdə olan hər hansı sxem, plan, cizgi və koordinantla müəyyən olunmur. Ümumiyyətlə işdə olan xx.xx.2017-ci il tarixli çıxarışda qeyd olunan 1.1906 ha torpağın kordinantları ilə bağlı heç bir sübut yoxdur. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində İddiaçı MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçməsi məlum olmuşdur. Bununla bağlı İddiaçı MMC-yə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan-ölçü verilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd ed ir ki, cavabdeh tərəfindən 1.1906 ha torpağa dair tərtib edilmiş 6.6.2017-ci il tarixli plan ölçü və 7.6.2017-ci il tarixli çıxarış iş materiallarına əlavə edilmişdir (iş.v. 76-78). İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş plan ölçü sənədi imzalanmamış, möhür vurulmamış və kadastr kitabında qeydiyyata alınmamışdır. Belə olduğu təqdirdə, mübahisənin düzgün həlli baxımından iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin koordinatlarının iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi, tam üst-üstə düşməsi apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və G.M.Abbasova) 2-1(103)-119/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı qismən, üçüncü şəxs X5 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ü zərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin 0,04299 ha hissəsinin X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi 1.1906 ha torpaq sahəsinin 0,04299 ha hissəsinə münasibətdə təmin edilə bilməz. 0,04299 ha torpaq sahəsinin X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və G.M.Abbasova) 2- 1(103)-119/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs X5 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, aparılmış ekspertiza t ədqiqatının dəyəri olaraq 50 (əlli) manatın İddiaçındən, 50 (əlli) manatının isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh orqana edilmiş müraciətlərinin məzmunundan aydın olur ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış sahələri nəzərə alınmaqla mövcud mərzlənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Göründüyü kimi cavabde hin apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq iddiaçı tərəfindən cavabdehə 4,0325 ha torpaq sahəsi ilə bağlı deyil, iddia ərizəsində də qeyd etdiyi 1,1906 (təqribi 1,2 ha) torpaq sahəsi ilə bağlı müraciət olunmuşdur. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı həm əvvəlki mülkiyyətçi “Akson” şirkətinin, həm də hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, cavabdehin iddiaçıya aid torpaq sahəsi ilə bağlı plan–ölçünün verilməsindən imtinasının, qeyd edilən ərazidən 150 KV gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı əsaslandırması anlaşılan deyildir. İddia ərizəsindən və məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, iddiaçıya aid 1,1906 ha torpaq sahəsinə yeni planölçünün verilməsinə dair iddianın qaldırılmasını zəruri edən şərt, həmin sahədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı olmuşdur.
20. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixl i qərarında, 2-1(102)- 864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-119/2024 saylı 8 may 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarında yol verilən aşkar yanlışlığın düzəldilməsi, qərarın əsaslandırıcı və nəticə hissələrində iş üzrə üçüncü şəxs X5 mülkiyyətində olması müəyyən edilən torpaq sahəsinin ölçüsünün “0,04299 ha” əvəzinə “0,4299 ha” kimi oxunması qərara alınmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-119/202 4 saylı 8 may 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərardadında yol verilən aşkar yanlışlığın düzəldilməsi, qərardadın “məhkəmə icraatı iştirakçılarının izahatı”, “əsaslandırıcı” və “nəticə” hissələrində iş üzrə üçüncü şəxs X5 mülkiyyətində olması müəyyən edilən torpaq sahəsinin ölçüsünün “0,04299 ha” əvəzinə “0,4299 ha” kimi oxunması qərara alınmışdır.
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından və qərardadından, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələ ndirilən məsələdə hüquqi araşdırma hədəfi, mübahisələndirilən Bakı şəhəri, yerləşən 4,2 ha torpaq sahəsinə sahiblik və istifadə hüququnun yaranma əsasları AR MM-nin normalarına tam uyğun olmuşdur. Belə ki, hüquq tətbiq etmənin məntiqindən çıxış etsək, Sabunçu rayonu, Balaxanı – Binəqədi şossesi 80 ünvanda yerləşən torpaq sahəsinin 1,2 ha hissəsi 2008-ci ildə “Az-İnşaatın” təsisçisi Rafael Mehrəliyev tərəfindən alqı-satqı faktı olmuşdur. Həmin vaxt alqı-satqı ilə Rafael Mehrəliyevə keçən bu torpaq sahəsinə ilkin ayrıc aktı tərtib edilmiş tərəflərin imzası ilə və notarial qaydada təsdiq edilmiş bölgü sxem hazırlanmışdır. Həmin ilkin alqı-satqı sənədləri, o cümlədən bölgü sxem Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmiş və məhz bu kompleks sənədlər əsasında indiki mübahisələndirilən sa hənin ölçüsü də daxil olmaqla, 1,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları təsdiq edən çıxarış verilmişdir. Həmin hissədə Bakı Apellyasiya Məhkəməsi bu münasibətləri tənzimləyən maddi hüquq normalarını nəzərə almamışdır. Nəticədə, hüquqlarının pozulmasına səbəb olan məhkəmə qərarı qəbul edilmişdir. "xxxx" MMC-nin hazırda mülkiyyətində olan üzərində hazır tikililər inşa edilmiş 1,2 ha torpaq sahəsinin mübahisələndirilən 4299 hissəsi 2008-ci ildə yəni hazırki mübahisə aparan tərəflər olmayanda satıcı tərəfin mülkiyyət hüququnun toxunulmazlığı və şəxslərin əmlak müstəqilliyi gözlənilməklə, tərəflər arasında notarial qaydada alqı-satqı edilmiş və heç bir üçüncü şəxslərə maneələr olmamışdır. Bu əhəmiyyətli hüquqi fakt "xxxx" MMC-nin istinad etdikləri torpaq sahəsinin ilkin alqı-satqısında n başlayaraq, üzərində mülkiyyət hüquqlarının qeydiyyatı prosesində heç bir hüquqi maneə olmamış və ilkin alıcı tərəfindən də hər hansı bir satılan torpaq sahəsinin nə yerləşmə, nə koordinatları baxımından təklifi və iradı olmamışdır. Eyni zamanda Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən həmin torpağın ilkin bölgü planına sərhəd koordinatlarının müəyyən edilməsinə, Daşınmaz Əmlak tərəfindən qeyri-düzgün olması barədə təklif daxil olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının iddianın qismən təmin edilməsinin əsassızlığını müəyyən edən əlamətlərdən biri də odur ki, "xxxx" MMC 2008-ci ildə alqısatqı əsasında 1,2 ha sahəyə yiyələnmişdir. Digər tərəfin bu sahədə apardığı mübahisənin yaranma əsası isə onun 2020-ci ildə artıq ona aid olmayan digər boş hi ssəsinin satıcı tərəfindən ona satılması olmuşdur. Digər təkzibedilməz fakt odur ki, 2008-2009-cu illərdə 1,2 ha sahə ona keçdikdən sonra, gizlədilməsi mümkün olmayan qeyri-yaşayış tikliləri olmuşdur. Həmin tikilərə, ümumilikdə çıxarış verilməsi ilə bağlı Dövlət Daşınmaz Əmlak Reyestr Xidmətinə müraciəti olmuşdur. Təbii sual yaranır ki, 2020-ci ildə boş torpaq sahəsini aralarında alqı-satqı edən digər tərəflər həmin tikililərlə onun aldığı torpağın yüklülüyünü görürdü. Həm bu faktı Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti görürdü. Adi məntiqdir ki, boş torpaq sahəsini alqı-satqı edənlər arasında azad olduğunu, yüklü olmadığını müəyyən edən xüsusi forma təqdim edilir. Odur ki, alqı-satqı da aparıla bilməzdi. Açıq-aşkar bu hüquqi əhəmiyyətli faktla təsdiq edilir ki, bu alqı-satqı zamanı mülki h üquqlardan sui-istifadə edilmişdir. 1,2 ha torpaq sahəsini aldıqdan sonra sənədlərdə 3 ha olsa da azı 50 sot əksiyi olmaqla, 2,5 ha olmuşdur. Bu fakta görə məhz tərəfə mülki hüququnu təsdiq edən çıxarış verilsə də, torpaq sahəsinin ölçü-planı verilməmişdir. Onu da bildirir ki, birinci instansiya məhkəməsinin baxışında iddia predmetinin qismən dəyişdirilməsi baş verdiyindən və cavabdeh də bu dəyişdirilmə ilə tanış edildiyi üçün Daşınmaz Əmlak Reyestr Xidmətinə yenidən ilkin müraciətin dəyişdirilməsi ilə müraciət etmək zərurəti yaranmamışdır. Belə ki, Bakı İnzibati Məhkəmədə 2-1(112)-1419/2022 saylı 17 mart 2022-ci il tarixli qərarın əsasını təşkil edən iddia tələbləri cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilməsə də, hazırki məntiqlə etiraz edilməmişdir. Odur ki, AR Əmlak Xidmətin in 1 saylı Bakı ərazi xidmətinə təqdim edilən ərizə ilə məhkəmə baxışının müəyyən mərhələsində dəyişiklik edilməsi ilə yenidən verilən iddia tələbi arasında mahiyyətcə ziddiyyət olmadığı üçün cavadehin istinad etdiyi bu hal birinci instansiya məhkəmsinin qərarının ləğv edilməsi və mümkünsüzlüyünün əsası kimi qəbul edilə bilməz. Bildirir ki, Nərimanov rayon Məhkəməsində bu inzibati işdə 3-cü şəxs qismində çıxış edən X9 və 3 ha torpaq sahəsinin alqı-satqısını həyata keçirmiş ilkin alıcı arasında alqı-satqı müqaviləsinin etibarsızlığı İddiaçı MMC-nin qanunla qorunmuş maraq və mənafelərinə toxunduğu üçün mübahisələndirilmişdir. Həmin mübahisləndirmə yekunlaşana qədər, üçüncü şəxs X7 mülkiyyətində olan 0,04299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh AR İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməyə aid hissədə iddianın baxılmamış saxlanması və yaxud işin dayandırılması daha ədalətli yanaşma olardı.
25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçir. İddiaçı MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı, İddiaçı MMC-yə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan ölçü verilmişdir. Bundan başqa nəzərinizə çatdırırıq ki, həmin torpaq sahəsinin şimal və qər b hissələrində yerləşən 2.7508 ha torpaq sahəsi **********29 reyestr nömrəsi ilə Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, həmin torpaq sahəsinin hazırda 2.2508 ha hissəsi İddiaçı MMC-nin, 0.5 ha hissəsi isə X4 daimi istifadəsindədir. (ərazinin ortofotosu şikayətə əlavə edilir). İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman mülkiyyətində, daimi istifadəsində, digər ərazilər və əlavə sahələr də olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmişdir. Əlavə torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İş üzrə iddia qismən təmin edilməsinə və 0,04299 ha istisna olmaqla mövcud vəziyyətə uyğun plan və ölçünün verilməsi qərara alınsa da, mövcud vəziyyət anlayışı dəqiqləşməmiş və koordinatlar məhkəmə tərəfindən göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-119/2024 saylı qərarının nəticə hissəsində yanlışlığa yol verilib. Üst-üstə düşən hissə mütəxəssis rəyinə əsasən 0,4299 ha olmasına baxmayaraq, 0,04299 ha istisna olmaqla plan və ölçünün verilməsi qərara alınmışdır. Bu isə arada 0,39 ha-lıq bir fərq əmələ gətirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Üçüncü şəxs iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Mddə 67.1. Torpaq üzərində hüquq ların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.1. daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Madd ə
6. Cavabdeh inzibati orqan daşınmaz əmlaka dair hüquqları qeydiyyata alınarkən ona dair dair texniki sənədləri (pasport və plan ölçü) tərtib edir. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini t əsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına d air həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında ö zgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyy ən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək;
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”: Bənd 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənə dləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. Bənd 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idar əsinin qeydiyyat şöbəsinə təqdim olunur.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət k əsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesa b edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının və cavabdehin kassasiya şikayətlərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının və qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Hazırda, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.190 6 ha torpaq sahəsi üzərində mövcud vəziyyətə uyğun plan və ölçü sənədinin verilməsi ilə bağlıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini “üçüncü şəxs X5 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,4299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.
41. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tar ixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyi əsasında verilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9383 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarında **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşməyən, iddia olunan 0,04299 ha sahənin **********172-06301 reyestr nömrəsi ilə X5 mülkiyyətində olması müəyyən edilmişdir.
42. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən üst-üstə düşməyən, iddia olunan sahə 0,4299 ha təşkil etmə klə **********172-06301 reyestr nömrəsi ilə X5 mülkiyyətindədir.
43. Göründüyü kimi, mütəxəssis rəyi ilə vahid elektron kadastr baza məlumatlarında **********93 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşməyən, iddia olunan 0,4299 ha sahənin **********172-06301 reyestr nömrəsi ilə X5 mülkiyyətində olması göstərilmişdir.
44. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qər ar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
45. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Lakin iddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, iddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfində n pozulduğunu əsaslandırmamışdır.
47. Belə ki, iddia olunan torpaq sahəsinin 0,4299 ha hissəsinin X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir.
48. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
49. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, 0,4299 ha torpaq sahəsinin X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
50. Beləliklə, hazırkı işin halları ilə cavabdehin hərəkət və ya hərəkət sizliyi ilə iddiaçının hüququnun pozulması müəyyən edilməmişdir.
51. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınaraq hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
52. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır.
53. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38699/2023 saylı mütəxəssis rəyinə əsasən, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarış əsasında tərtib edilmiş plan və ölçü sənədinə əsasən İddiaçı MMC-nin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1,1906 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X Y 1. 405560.630 4479850.990 2. 405588.600 4479872.490 3. 405604.760 4479853.450 4. 405587.930 4479798.210 5. 405573.800 4479642.420 6. 405512.010 4479753.080 7. 405508.040 4479819.630 8. 405521.200 4479834.540 9. 405547.700 4479848.000 10. 405555.450 4479850.990.
54. Qeyd edilməlidir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səb əb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”
56. Eyni zamanda, iddiaçının torpaq sahəsinə h üquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir.
57. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mü hafizə zolağına düşdüyü hallarda qanunvericilikdə həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, qeyd olunan hal şəxsə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasını istisna edən hal kimi qiymətləndirilə bilməz.
58. Göründüyü kimi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs X5 mülkiyyətində olan 0,4299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsindən imtina üçün əsas ola bilməz.
59. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-119/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.