Məhkəmə qərarları › İş №2-1(102)-2061/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2061/2021

15.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2061/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) iş üzrə QƏRARİ Açar sözlər: (mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi, çıxarış verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X2 adına verilmiş 12.03.1996-cı il tarixli, MH seriyalı, 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyinin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2-1(103)-1262/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X4r. 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.07.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və X16r. İddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı, 01.06.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı, 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X2 adına ver ilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə dair mərhum atası X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunmasının qanunsuz hesab edilərək, mənzilin atasının adına qeydiyyatda olması haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il təvəllüdlüdür. Ona məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X4r. 01.07.2017-ci il tarixli qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.07.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və X16r. İddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona ünvanlanmış **********62 saylı, 01.06.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Belə ki, məlum olmuşdur ki, Mədəniyyət Nazirliyinin X21 Muzeyi tərəfindən Bakı şəhər Mülkiyyət Hüq uqlarının Texniki İnventarlaşdırma və Qeydiyyatı İdarəsinə 3 saylı 24.01.1997-ci il tarixli məktubla müraciət edilmiş və N.Nərimanovun «uşaq otağının» qeyri-qanuni özəlləşdirilməsi nəzərə alınaraq 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi xahiş olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 31.01.1997-ci il tarixli, 102 saylı məktubla Bakı şəhər Mülkiyyət Hüquqlarının Texniki İnventarlaşdırma və Qeydiyyatı İdarəsinə müraciət olunaraq B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinin vətəndaş X2 adına özəlləşdirilməsinin və onun adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunmasına sərəncam verilməsi xahiş edilmişdir. Həmin müraciət məktubları nəzərə alınaraq mübahisəli 38 saylı mənzilə dair X2 adına v erilmiş 12.03.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bundan sonradan xəbər tutmuş və cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edərək “mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2018-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 24.05.2019-cu il tarixli qərardadla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X2 adına verilmiş 12.03.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının İdarəyə müraciəti iddia tələbindən fərqli olaraq Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin, 38 saylı mənzilinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yük lülüyünə) dair arayışın alınması ilə əlaqədar olmuşdur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.06.2018-ci il tarixli **********62 saylı cavab məktubu ünvanlanmışdır. 13.07.1989-cu il tarixli dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Əliyev Ş.İ-yə məxsus olan Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil X5 məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzili ilə dəyişdirilmişdir. Belə ki, Mədəniyyət Nazirliyinin Nəriman X15 24.01.1997-ci il tarixli 3 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdiriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda bildirilmişdi ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı" vardır. İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyinin Nəriman X15 24.01.1997-ci il tarixli, 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin 31.01.1997-ci il tarixli, 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bundan əlavə Bakı şəhəri, Şərifzad ə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə münasibətdə bildirilmişdir ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X3 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən 11.05.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə dair Əliyev Ş.İ-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan 13.07.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil 6 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X2 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı və X9 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra AN-İ № 0732271, 16.11.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı və X23 həmin mənzili X6 adına özgəninkiləşdirmişdir və X6 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil X7 adınadır. Belə ki, X17 ilə X18 arasında bağlanan AN-İ № 0588244, 15.04.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-477/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı (hakim Tahirə Əsədova) ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X2 adına verilmiş 12.03.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin və Mədəniyyət Nazirliyinin X1pıları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin eyni dəhlizinə çıxırlar, girişləri ayrıdır, mübahisəli mənzil iddiaçının istifadəsindədir və Muzeylə heç bir əlaqəsi yoxdur.

11. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil dövlət fondunda olan mənzil olmuş, mübahisəli mənzil iddiaçının atasının adına özəlləşdirilərkən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun hər hansı bir müddəası, eləcə də hər hansı şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri pozulmamışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh, eləcə də üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apelyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı (hakimlər Mİrzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Valeh Ağayev) ilə apelyasiya şikayətlərinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, sadalanan normalara əsasən hazırki iddia üzrə cavabdeh və üçüncü şəxs iddiaçının mülkiyyət hüquqları ilə bağlı qeydlərin ləğvini tələb edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, bi rinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır.

15. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. Şikayətlərdə apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)147/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin e dilməsi, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qənaətinə görə, iddiaçının mərhum atası X11 ilə Əliyeva Ş.İ. arasında mənzillərin dəyişməsinə dair order kserosürətdir və məhkəmə tərəfindən əsli tələb edilməmişdir. Arxiv sənədlərində də orderlə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Bakı X22 İcraiyyə Komitəsinin 6/229 saylı, 1989-cu il tarixli qərarının başlığında “şəhərlərarası mənzil dəyişməsinə icazə verilməsi və yaşayış sahəsinin dəyişdirilməsi” qeyd edilmişdir. Qərarın qəbul edilməsinə əsas olan 50 saylı protokoldan çıxarışda isə dəyişmə müqaviləs inin tərəfləri kimi “Soltanov S.K və Əliyeva Ş.İ” qeyd edilmiş, həmçinin nə qərarda, nə də protokolda dəyişən mənzillərin ünvanı barədə hər hansı məlumat qeyd edilməmişdir. Apelyasiya instansiya məhkəməsi isə bu ziddiyyətli hallara - dəyişmə müqaviləsində göstərilən mənzillərin eyni şəhərdə yerləşməsinə, iddiaçının mərhum atasının adı olmasına baxmayaraq protokolda Soltanov S.K. yazılmasına qiymət verməmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin Şərifzadə küçəsi 73, mənzil 22 ünvanında yerləşən 3 otaqlı mənzilin Əliyeva Ş.İ. tərəfindən deyil, iddiaçının mərhum babası, yəni Soltanov Tərlanın atası tərəfindən özəlləşdirilməsinin əsaslarını araşdırmamış və aydınlaşdırmamışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-1262/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərarı (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Aidə Hüseyn və Azər Hüseynov) ilə apelyasiya şikayətlərinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə dair X2 adına verilmiş 12.03.1996-cı il tarixli, seriya MH 000909 saylı qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 saylı qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.

20. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul edilməsi xahiş etmişlər. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı, 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.06.2018-ci il tarixli, **********62 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan SSR X28 İcraiyyə Komitəsi tərəfindən verilmiş 13.07.1989-cu il tarixli, 095903 saylı dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Əliyev Ş.İyə məxsus olan Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil X5 məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli ev, 38 saylı mənzil ilə dəyişdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 2, 38 nömrəli mənzil X2 adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 000909 nömrəli, 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mədəniyyət Nazirliyi “X21 Muzeyi”nin 24.01.1997-ci il tarixli, 3 nömrəl i məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzilinin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda qeyd olunmuşdur ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı” vardır. Göstərilən səbəblərdən İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi “X21 Muzeyi”nin 24.01.1997-ci il tarixli, 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin 31.01.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq, X2 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə münasibətdə bildirilmişdi ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X3 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən 11.05.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə dair Əliyev Ş.İ-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan 13.07.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil 6 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X2 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınmışdır. Daha sonra 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ½ hissə İddiaçı və ½ hissə X9 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, AN-İ № 0732271, 16.11.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı və X23 həmin mənzili X6 adına özgəninkiləşdirmiş və X6 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil X7 adınadır. Belə ki, X17 ilə X18 arasında bağlanan AN-İ № 0588244, 15.04.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamışdır.

22. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin də daxil olduğu Nikolayevsk küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən evdə görkəmli Azərbaycan ədibi və dövlət xadimi Nəriman Nərimanov ailəsi ilə birlikdə yaşamışdır. O, 1922-ci ildə ailəsi ilə birlikdə Moskva şəhərinə köçmüş və yuxarıda qeyd edilən ev yaşaması və istifadəsi üçün bir neftçi ailəsinə verilmişdir. Sonraki dövrlərdə ev böyük olduğu üçün bir neçə ailə orada yaşamışdır. X21 muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 286 nömrəli qərarı ilə İstiqlaliyyət 35 ünvanında yerləşən N.Nərimanovun şəxsi evində yaradılmış, 06 noyabr 1977-ci il tarixdə həmin ünvanda ulu öndər Heydər Əliyevin iştir akı ilə X21 muzeyi açılmış və fəaliyyətə başlamışdır. Muzeyin açılışından əvvəl həmin evdə yaşayan ailələr başqa mənzillə təmin olunmuş, ev boşaldılmış, lakin mübahisə edilən sonuncu “uşaq otağı”nda yaşayan yaşlı insan oradan köçürülməmişdir. Səbail rayonu, B.Sərdarov 38 ünvanında qeyd edilən mübahisə predmeti olan mənzil muzeyin yerləşdiyi evin “uşaq otağı’dır. Həmin “uşaq otağı”nın boşaldılmaması və muzeyə təhvil verilməməsi məsələsi muzeyin açılışından bəri baş tutmamış və sonrakı mərhələdə muzeyin təmirinə və fəaliyyətinə mane olmuşdur. Bunu keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun cənab Prezidentə müraciəti, Nazirliyə muzey tərəfindən edilən müraciətlər və verilən arayışlar da sübut edir. Bütün bu illər ərzində həmin “uşaq otağı” müxtəlif qurumların məsələyə biganə yanaşması nətic əsində boşaldılmamış, əvəzində iddiaçının atası Soltanov Tərlan qanunsuz olaraq həmin mənzilə dair 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əldə etmişdir. İstiqlaliyyət küç.55 ünvanında yerləşən ev bütövlükdə muzeyin balansına verilməli olduğu halda, müxtəlif səbəblərdən həmin evin “uşaq otağı”nın muzeyin balansına verilməsi mümkün olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir 25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə yol verilir. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə

12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

26. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Az ərbaycan Respublikası Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dö vlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. [2] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Kassasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Kasasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır və təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı mübahisə iddiaçının mərhum atası X2 adına verilmiş Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə dair 12.03.1996-cı il tarixli, MH seriyalı, 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.

33. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın 17.03.1995-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şərifzadə küçəsi, 73 saylı evin 22 saylı mənzili iddiaçının babası X3 xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzilin xüsusi mülkiyyətə qəbul edilməsi barədə "xxxx" Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyası ilə X12 arasında 17.04.1995-ci il tarixli müvafiq müqavilə bağlanmışdır.

34. İşə əlavə olunmuş 26 Bakı Komis sarı adına Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin 88/7621 saylı, 21 may 1971-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, B.Sərdarov küçəsi 2, 38 saylı mənzilin əsas icarədarı olmuş Əliyev X14 16.12.1970-ci ildə vəfat etdikdən sonra, arvadı X19 həmin mənzilin onun adına keçirilməsini xahiş etmişdir. Həmin qərarla 38 saylı mənzilin X8 adına keçirilməsi qərara alınmışdır. 110816 saylı, 06.07.2010-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 17.01.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilində qeydiyyatda olan X4r (iddiaçının atasıdır). Bakı şəhər X22 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderin təsdiq olunmuş surətindən görünür ki, X11 ünvan 8 ünvanınd a yerləşən 22 saylı mənzilini X13 məxsus mübahisəli Bakı şəhəri, B.Sərdarov küçəsi 2 saylı evin 38 saylı mənzili ilə dəyişdirmişdir. Həmin order Bakı şəhər X22 İcraiyyə Komitəsinin 06.07.1989-cu il tarixli, 50 saylı protokoluna əsasən qəbul edilmiş 14.07.1989-cu il tarixli 6/229 saylı qərar əsasında verilmişdir.

35. Yuxarıda istinad olunan normaların müddəalarına görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin normalarla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin normalara əsasən “dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evl ərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nəzərdə tutulur) tərəfindən həyata keçirilir. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunan normaların tələbinə görə mənzili (evi) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə (evə) öz mülahizəsinə görə sahiblik edir, ondan istifadə edir və onun barəsində sərəncam verir. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

36. Həmçinin yuxarıda istinad olunan normaların müddəalarına görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, o rder və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan normalara və işin müəyyən olunmuş faktiki hallarına əsasən, dövlət mənzil fondunda olmuş mübahisəli 38 saylı mənzilin 12.03.1996-cı ildə iddiaçının atasının adına özəlləşdirilməsi və onun adına qeydiyyat vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

38. Nəzərə almaq lazımdır ki, sözügedən qeydiyyat vəsiqəsi sonradan, Mədəniyyət Nazirliyinin X21 Muzeyi və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Mülkiyyət Hüquqlarının Texniki İnventarlaşdırma və Qeydiyyat İdarəsinə ünvanlanmış məktublar əsa sında ləğv edilmişdir. Halbuki daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin məktub əsasında ləğvi ilə bağlı qanunvericilikdə hər hansı müddəa öz əksini tapmamışdır.

39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat vəsiqəsinin verilməsinin əsasında durmuş hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilmədən həmin vəsiqənin ləğv olunması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin sənədlər etibarlı sayılır və hüquqi qüvvəsini saxlayır. Müxtəlif qurumların, o cümlədən dövlət qurumlarının məktubu əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qanunsuz sayılmalı və şəxsin əmlak hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin belə davranışı həm də mülki dövriyyənin sabitliyi və təhlükəsizliyi baxımından yolverilməzdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı mərhum atası X2 adına verilmiş qeydiyyat vəsiqəsinin və reyestr kitabında müvafiq qeydin bərpa edilməsini tələb etməkdə haqlı sayılmalıdır.

41. Beləliklə, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 20 21-ci il tarixli, 21(103)-1262/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar