Məhkəmə qərarları › İş №2-1(102)-2061/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2061/2024

14.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2061/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən başlayaraq tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair i ş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-211/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatından görünür ki, “Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı rayonun Birinci Çaylı bələdiyyəsi ilə həmin kənd sakini X3 arasında bağlanmış 150 ha torpaq sahəsindən istifadəyə dair xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin saxta olması sübuta yetirilmiş və qeyd olunan torpaq sahəsinin təyinatı üzrə istifadəyə qaytarılması məqsə dilə zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəliyinə xx.xx.2019-cu il tarixli məktublar göndərilmişdir. Lakin hazırkı vaxtadək Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən İddiaçı oğlu Vüsal Gülüyevin adına qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması üsulu ilə sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadığı dövrdə sənədləşdirdiyi, faktiki istifadəsində olmaqla heyvandarlıqla məşğul olduğu 150 ha torpaq sahəsini sahibi - Birinci Çaylı bələdiyyəsinə qaytarmaqdan qərəzli surətdə yayınmışdır. İstintaq zamanı İddiaçı saxta sənədin hazırlanmasında hansı qaydada iştirak etməsi araşdırılmaqla, sonuncunun Şamaxı RİHBnın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan torpaq sahəsinin geri qaytarılması və saxta sənədin etibarsız hesab edilməsi ilə bağlı Birinci Çaylı bələdiyyəsi tərəfindən müvafiq məhkəmə instansiyalarında qaldırılmış iddialar üzrə keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin nümayəndəsi qismində iştirak etdiyi və saxtalığı sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi müəyyən edilmişdir. Bundan başqa aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi işlədiyi dövrdə 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin və qardaşı Adil Quliyevin nümayəndəsi qismində iştirak etmiş, həmin günlər ərzində xidməti vəzifələrini icra etməməklə yanaşı, xidməti ərazini tərk etməsi barədə rəhbəri olduğu qurumdan icazə və ya razılıq almamışdır.

2. İstintaq zamanı müvafiq məhkəmə instansiyalarına ünvanlanmış sorğulara cavab olaraq alınmış məktublar əsasında İddiaçı aşağıdakı tarixlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilmiş məhkəmə proseslərində iştirak etdiyi müəyyən olunmuşdur:

1. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 30 aprel 2018-ci il;

2. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 14 may 2018-ci il;

3. Azərbaycan Respublikası Ali Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kmi - 29 may 2018-ci il;

4. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 04 iyun 2018-ci il;

5. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 11 iyun 2018-ci il;

6. Bakı Apellyasiya Məhkəməsində barəsində xüsusi icraat qaydasında iş aparılan şəxsin nümayəndəsi kimi - 22 yanvar 2019-cu il;

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi - 25 yanvar 2019-cu il;

8. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi - 25 yanvar 2019-cu il;

9. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi - 28 yanvar 2019-cu il;

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi - 30 yanvar 2019-cu il.

3. Şamaxı rayon İH-dən daxil olmuş xx.xx.2019-cu il tarixli Ş-01-1253 nömrəli məktubdan görünür ki, RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı 20182019-cu illərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, qeyd olunan illər ərzində digər tarixlərdə ezamiyyətə göndərilməmiş, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciəti olmamış və ona hər hansı səbəbdən qısamüddətli icazə verilməmişdir. Bütün bunlar İddiaçı hərəkətlərinin dövlət qulluqçusu kimi tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyət kimi qəbul olunmaqla yanaşı, onun icra nümayəndəsi kimi üzərinə düşən vəzifələri layiqincə icra etməməsi, işinə laqeyd münasibət bəsləməsi, şəxsi maraqlarını xidməti vəzifələrindən üstün tutması, xidməti vəzifələrinin ona yaratdığı üstünlüklərdən və səlahiyyətlərdən şəxsi işləri ilə bağlı sui-ist ifadə hallarına yol verməsi nəticəsində baş vermişdir. İddiaçı Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi üzərinə düşən vəzifə öhdəliklərinə əsasən kənd ərazisində vətəndaşların qəbulunu həyata keçirməli, onların şikayət, ərizə və təkliflərinə baxıb lazımi tədbirlər etməli olduğu halda, əksinə olaraq yarıtmaz fəaliyyəti və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi onun özünün barəsində rayon prokurorluğuna və digər yuxarı instansiya hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlərin daxil olmasına səbəb olmuşdur. İstintaqın yekununda İddiaçı əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir, lakin istintaqın hazırkı mərhələsinədək müəyyən olunan hallar onun barəsində intizam tənbeh tədbirlərinin görülməsini zəruri edir. Odur ki, gələcəkdə də bu cür halların baş verməməsi və qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclaslarında müzakirə etməklə, Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görməyiniz məqsədəmüvafiqdir”. Daha sonra təqdimatda göstərilən bu və ya digər qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclasında müzakirə etməklə Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi, təqdimatın müzakirəsi barədə qanunla müəyyən edilmiş 1 ay müddətində rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir.

4. Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli əmri ilə iddiaçıya vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə töhmət verilmişdir.

5. İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ilə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir (əmrin verilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur).

6. Şamaxı rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə iddiaçı və onun oğlunun əməllərində Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Biri nci instansiya məhkəməsindəki birinci icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqdimat Şamaxı rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra sonuncu tərəfindən dövlət qulluğundakı fəaliyyəti araşdırılmamış, prokurorluqdan daxil olmuş təqdimatla bağlı izahatı alınmadan birtərəfli qaydada icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Bundan əlavə, Şamaxı rayon prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019- cu il tarixli qərarından görünür ki, saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsinin saxtalaşdırılmasında onun və oğlunun hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. O, saxta icarə müqaviləsindən istifadə etməmiş, iş vaxtlarında yalnız üzürlü səbəb olaraq məhkəmə iclaslarında iştirak etmiş, digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində məhkəmə çəkişmələrində iştirak etməmiş, Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iştirak etməsi ilə bağlı əvvəlcədən icra hakimiyyətinə məlumat vermiş, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını təqdim etmişdir.

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən, Şamaxı rayon İ HB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olan iddiaçının saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində dəfələlərlə öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməsi müəyyən olunmuşdur. Bu səbəbdən, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir.

10. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iy ul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) xx.xx.2021-ci il tarixli 21(116)-50/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə a lınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), H.Ç.Babayeva və İ.K.Dəmirov) xx.xx.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv olunması, iddiaçının Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilməsi və ona xx.xx.2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.Quliyev (sədrlik edən və məruzəçi), R.Nəbizadə və S.Kərimov) 2-1(102)-2334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-424/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Belə ki, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş (Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabde h Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir), iddiaçı isə iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin qərarından narazı qalaraq qərardan şikayət vermək hüququna malik olduğu halda, həmin hüquqdan istifadə edib qərardan apellyasiya şikayəti vermiş və qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının “qərara aldı” hissəsində “apellyasiya şikayəti təmin edilməsin” yazıldığı halda, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddiaçının iddia tələbi təmin edilmişdir. Halbuki yuxarıda göstərildiyi kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti ümumiyyətlə verilməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, cavabdehin kassasiya şikayətindəki ikinci dəlili olan “qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllərin iddiaçı tərəfindən dəfələrlə törədilməsinin məhkəmə tərəfindən nəzərə alınmaması”na münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məsələ apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Belə ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 20.1, 20.1.3-cü maddələrinə istinad etsə də, iddiaçının vəkil olmasını təsdiq edən sənədlər işdə yoxdur. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov (sədrlik edən və mə ruzəçi), Z.İ.Məmmədov və Z.T.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2-1(105)-248/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə istinad edərək iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. Birinci i nstansiya məhkəməsinin istinad etdiyi məsələ İnzibati Prosessual Məcəllənin 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmasın. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı həmin əmrin ləğvinə, əvvəllki vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, bərpa olunana kimi əmək haqqının ödənilməsinə yönəlmişdir ki, bu da iddianın məcburetmə növünə deyil, mübahisələndirmə növünə aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. d) birinci ins tansiya məhkəməsində ikinci icraat

19. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) xx.xx.2022-ci il tarixli 21(118)-1713/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunda intizam tənbehlərinin ardıcıllıqla seçilməsi və ya birbaşa dövlət qulluğundan azad edilməsi ilə bağlı tədbirin seçilməsinin qanunsuz olması kimi bir məhdudiyyət nəzərdə tutulmamışdır. Mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin olunmamalıdır.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının (hakimlər: L.E.Rəhimli (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.A.Mahmudov) xx.xx.2023cü il tarixli, 2-1(105)-42/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında araşdırma zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda özünün və digər şəxslərin adından nümayəndə (vəkil kimi iştirak etməmişdir) qismində məhkəmə proseslərində iştirak etmişdir. Lakin iddiaçı həmin proseslərdə iştirak etməsinə dair müvafiq qaydada rəhbərliyə müraciətini və ya bu müraciətlər əsasında verilmiş icazəni təsdiq edən hər han sı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının müvafiq hərəkətlərə (vətəndaşların nümayəndəsi olmaqla) yol verməklə, “Dövlət qulluğu haqqında” Qanunun tələblərini pozması qənaətinə gəlməkdə cavabdeh haqlı olmuşdur. Qeyd olunan əsasla iddiaçıya “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl “...dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mən afeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydalarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin iddiaçının yol verdiyi hərəkətlər (hansı ki, iddiaçı inkar etmir) həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. Odur ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur.

24. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ə) kassasiya instansiyası məhkəməsində ikinci icraat

25. Azə rbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1536/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-42/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya intizam tənbehi tətbiq edilərkən cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3 və 25.5-ci maddələrinin tələblərinə əməl edilibedilməməsini yoxlamamışdır. Belə ki, “Dö vlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Odur ki, prokurorun təqdimatı daxil olduqdan sonra cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirdikdən sonra iddiaçı barəsində intizam tənbehi tətbiq edə bilərdi. Lakin iş materiallarında cavabdeh tərəfindən istinad edilən normanın tələbinə əməl edilməsi barədə heç bir məlumat yoxdur. İşə baxan apellyasiya məhkəməsi iddiaçıya intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinin tələblərinə əməl edilibedilməməsi barədə araşdırma aparmamışdır. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həmin təqdimat cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim edilmiş dir (İİ cild: iş v.129). Digər tərəfdən, sözügedən təqdimatın məzmunundan da göründüyü kimi iddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etmişdir (oğlunun nümayəndəsi kimi). Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2019-cu il tarixli olduğundan, işə baxan apellyasiya instansiyasi məhkəməsi həmin əmrin qanuniliyini “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbləri baxımından da qiymətləndirməli idi. Bununla yanaşı, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli əmri ilə iddiaçıya vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə töhmət verilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin töhmətin verilməsinin əsasları yoxlanıl mamış, eyni əsasla iddiaçıya iki intizam tənbehinin tətbiqi məsələsinin mövcudluğu araşdırılmamış və yoxlanılmamışdır. Məhkəmə kollegiyası Şamaxı rayon prokurorunun təqdimatında qeyd olunan iddiaçının iş günlərində xidməti vəzifələrini icra etməməklə xidmət ərazisini tərk etməsi barədə rəhbər olduğu qurumdan icazə və ya razılıq almaması ilə bağlı əlavə olaraq qeyd edir ki, iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciət etməməsi, ona hər hansı səbəbdən qısamüddətli icazə verilməməsi ilə bağlı məlumatları cavabdeh inzibati orqan təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir. Qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırkı tələbi də dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, məhkəmələr tərəfindən cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların, qaydaların düzgün tətbiq edilib-edilməməsi araşdırılmalıdır ki, hazırki iş üzrə məhkəmələr tərəfindən belə bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçının dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədibiridir. İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı, dövlət qulluqçusundan yazılı izahat alınmalı, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin etməli, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilməli, eyni zamanda dövlət qulluqçularına intiza m tənbehi qanunvericilikdə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilməlidir. Göründüyü kimi, dövlət qulluğundan azad edilmə ilə bağlı qanunvericilikdən irəli gələn qeyd olunan tələblərin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə yerinə yetirilib-yetirilməməsi məhkəmələr tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Yalnız həmin məsələlər araşdırıldıqdan sonra əmrin ləğvi və iddiaçının işə bərpa edilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verilə bilər. f) apellyasiya instansiyası məhkəməsində dördüncü icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova (sədrlik edən və məruzəçi), A.M.Süleymanova və E.G.Rəhimov) xx.xx.2024-cü il tarixli, 2-1(105)-211/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Şamaxı Rayon İcra Hakimiyyəti başçısının İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında 58 nömrəli, 23 iyul 2019-cu il tarixli Əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə-Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsi üzrə dövlət qulluğuna bərpa edilməsi və 23 iyul 2019-cu il tarixdən başlayaraq həmin vəzifə üzrə dövlət qulluğuna bərpa edilənədək olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin Şamaxı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

28. Məhkəmə mövqeyini onunla əsaslandırmışd ır ki, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində dövlət qulluğundan azad olunmasına dair tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq, həmin tənbeh tədbiri cavabdeh tərəfindən iddiaçı barəsində istinad olunan əsasla bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamış, iddiaçının həmin hallara (əsaslara) dair heç bir münasibəti öyrənilməmiş, yazılı izahatı alınmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə cavabdeh inzibati orqan iddiaçı barəsində prokurorun təqdimatı olduğundan, həmin hallara dair hər hansı araşdırma aparılmasına zərurət olmamasına halına istinad etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində dövlət qulluğundan azad olunmasına dair Əmrin ve rilməsinə əsas olan hal kimi yalnız müvafiq prokurorun təqdimatına istinad edilmiş, əsas kimi Əmrin məzmununda həmin hal qeyd edilmiş, qeyd edilən Əmr məhz qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı barəsində aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamışdır. Halbuki, yuxarıda istinad edilən dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusundan yazılı izahat alınması, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsinin rəsmiləşdirilməsi imperativ norma kimi müəyyən edilmişdir. İndiki halda iddiaçıya münasibətdə müvafiq əmrin verilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.3-cü maddəsinin tələbləri pozulmuşdur.

29. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq prokurorun təqdimatı cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə təqdim edilmiş, həmin təqdimatın məzmununda da iddiaçının xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etdiyi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı məqsədilə RİH-nə müraciət etməməsi, ona hər hansı səbəbdən icazə verilməməsi ilə bağlı məlumatları cavabdeh inzibati orqan təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir. Yuxarıda istinad edilən dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçularına intizam tə nbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər, dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (Qanunun 25.5-ci maddəsi). İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasında baş vermiş pozuntu hallarına dair prokurorun xx.xx.2019-cu il tarixli təqdimatını əsas götürərək, iddiaçının dövlət qulluğundan azad olunmasına dair xx.xx.2019-cu il tarixdə Əmr vermişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq tənbeh tədbiri qanunla müəyyən edilmiş bir ay keçdikdən sonra verilmişdir. Hətta cavabdeh inzibati orqanın müvafiq əsaslar barədə məlumatı olduğu vaxtı təqdimatın ona təqdim edildiyi tarixdən hesab etdikdə belə (halbuki cavabdeh həmin məlumatlar barədə daha öncədən məlumatlı olması iş materialları ilə təsdiq olunur), qanunla müəyyən edilmiş həmin müddət ötürülmüşdür. Bununla da, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə dövlət qulluğundan azad olunması barədə tənbeh tədbiri tətbiq edilərkən “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin də tələbləri pozulmuşdur.

30. Bundan əlavə qeyd edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2019-cu il tarixli Əmr ilə ona vəzifələrini lazimi qaydada icra etməməsi səbəbindən “töhmət” növündə tənbeh tədbiri verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən tənbeh tədbirinin başqa əsas ilə bağlı verildiyini, həmin dövrdə Şamaxıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı vəzifələrini lazimi qaydada icra etməməsi ilə bağlı verildiyini, iddiaçı ilə yanaşı, başqa şəxslər barəsində də tənbeh tədbirinin tətbiq edildiyini bildirmişdir. İddiaçı tərəf bu halı qəbul etməsə də, həmin halları təkzib edən heç bir dəlilə istinad etməmişdir. Həmçinin, qeyd edilən Əmrin məzmunundan görünür ki, vəzifə öhdəliklərinin laziminca yerinə yetirilməməsinə görə adları qeyd olunan (8 nəfər) RİH başçısının qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinı töhmət verilmişdir. İndiki halda iddiaçı barəsində xx.xx.2019-cu il tarixli Əmr ilə verilmiş töhmət tənbeh tədbirinin eyni əsasa görə verilməsi hal ı müəyyən edilmədiyindən, iddiaçı barəsində eyni əsasla iki tənbeh tədbirinin tətbiq edilməsi halı aşkar edilməmişdir. Həmçinin, cavabdeh iddiaçı barəsində öz vəzifələrinin lazimi qaydada icra etmədiyini, bu səbəbdən də onun barəsində vətəndaşların çoxsaylı şikayətlərinin olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edirki, indiki halda iddiaçı barəsində dövlət qulluğundan azad olunması barədə Əmrin verilməsinə əsas olan hal kimi həmin hallar deyil, məhz prokurorun təqdimatına istinad edilmişdir. Odur ki, həmin hallar hazırki mübahisə predmeti üzrə müvafiq Əmrin qanuniliyi və əsaslılığının yoxlanılması baxımından əhəmiyyət kəsb etməmişdir. Bundan əlavə, qeyd edilən halların mövcudluğu cavabdeh inzibati orqanın dövlət qulluğundan azad etmə ilə bağlı qanunla müəyyən edilmiş norma və qaydalarının tələbinə riayət etməkdən azad etmir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan müvafiq Əmrin məzmununda iddiaçıya münasibətdə istinad etdiyi məlumatlar müvafiq cinayət işinin başlanmasının rədd olunması barədə qərar, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmununda əks olunmuş məlumatlar və digər iş materialları əsasında təkzib olunmuşdur. Bu hal özlüyündə iddiaçı barəsində qəbul edilən həmin Əmrin əsaslılığını da şübhə altına almış olur. Qeyd edilən hallara əsasən hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə dövlət qulluğundan azad etməyə dair qanunla müəyyən edilmiş norma və qaydaların tələblərinə riayət edilməmiş, nəticə etibarilə iddiaçının dövlət qulluğundan azad olunması barədə Əmr qanunsuz və əsassız olmuşdur. 3

1. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İPM birinci instansiya məhkəməsinin qərarının apellyasiya tələbi həddində dəyişdirilməsinə icazə verdiyi halda məhkəmə apellyasiya tələbi olmadan birinci instansiya məhkəməsinin qərarını tamamilə dəyişdirmişdir. Həmçinin, “Dövlət qulluğu haqqında” Qanunun tələblərinin ciddi pozuntusuna da əhəmiyyət verməmişdir. Şamaxı rayon İcra hakimiyyəti tərəfindən iddiaçı X2 törətdiyi intizam pozuntusu ilə əlaqədar izahat verməsi tələb olunsa da imtina etmiş, buna görə də onun barədə xidmət i araşdırma aparılması mümkün olmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsindən göründüyü kimi xidməti araşdırmanın aparılması yalnız zərurət olduqda dövlət orqanının rəhbərinin müvafiq qərarı ilə aparıla bilər. Qanunun normasından da göründüyü kimi xidməti araşdırmanın aparılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ norma kimi nəzərdə tutulmamışdır. Bundan başqa, Fazil Güliyevin intizam pozuntusuna yol verməsi rayon prokurorluğunda aparılmış araşdırma zamanı aşkar edilmiş və tam sübuta yetirilmiş, bu barədə rayon İcra Hakimiyyətinə məlumat verilmiş, Fazil Güliyev izahat verməkdən imtina etdiyinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsi əsas götürü lmüşdür. İddiaçı dəfələrlə izahat verməsi üçün icra hakimiyyətinə dəvət olunmuş, lakin o, bu çağırışlara məhəl qoymamış və izahat vermək üçün gəlməmişdir. Göründüyü kimi iddiaçı Şamaxı rayonunun X1 tərəf olduğu məhkəmə proseslərində oğlu Vüsal Güliyevi nümayəndəsi qismində iştirak etmiş və bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyini məlumatlandırmamış, dövlət qulluğuna yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməmiş, beləliklə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Əmək Məcəlləsinin tələblərini ciddi pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tə rəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən olunmuş forma və məzmun tələblərinə cavab vermir və cavabdeh tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna istinad edilmişdir. Cavabdehin hansı məhkəmə qərarından şikayət etməsi anlaşılmır. Şikayətin məzmununda cavabdeh inzibati orqan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-424/2021 saylı qərarının qanunsuzluğuna istinad edərək ləğv olunmalı hesab etdiyi halda, yekun hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-211/2024 saylı qərarının qanunsuzluğunu irəli sürərək ləğv edilməsi tələbini irəli sürmüşdür. Bununla da, cavabdehin tələbi və istinad etdiyi halları müəyyən etmək mümkün d eyildir. Bul hal özlüyündə kassasiya şikayətinin əsassızlığına, mümkünsüzlüyünə dəlalət edir. Cavabdeh inzibati orqanın “İnzibati Prosessual Məcəllə ilə birinci instansiya məhkəməsinin qərarının apellyasiya tələbi həddinə dəyişdirilməsinə icazə verildiyi halda məhkəmənin apellyasiya tələbi olmadan birinci instansiya məhkəməsinin qərarını tamamilə dəyişdirilməsinə” mövqeyi də iş üzrə apellyasiya məhkəməsinin sonuncu qərarı olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-211/2024 saylı qərarına uyğun gəlmir. Görünən odur ki, cavabdeh həmin qərarın məzmununa diqqət yetirməmiş, onunla bağlı şikayətinin dəlillərini formalaşdırmamış, işi süni şəkildə uzatmaq məqsədilə kassasiya şikayəti verilməsi görüntüsü yaratmaq üçün şikayəti məhkəməyə təqdi m etmişdir. Cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə istinad edərək qeyd edir ki, dövlət qulluqçusu kimi iddiaçının dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa ixtiyarı yoxdur. İnzibati işin materialları ilə təsdiq edilmişdir ki, X4 torpaq mübahisəsi ilə bağlı məhkəmə iclaslarında üçüncü şəxs kimi şəxsən öz adından iştirak etmiş, öz hüquqlarının və qanuni mənafeyinin müdafiəsini həyata keçirmişdir. Güliyevin məhkəmə prosesinə cəlb edilməsi zəruri cəlbetmə qaydasında olduğundan, məhkəmə iclasında iştirakı mütləq xarakter daşımışdır. İclaslarda iştirakla bağlı mütəmadi olaraq cavabdeh inzibati orqana məlumat vermiş, icazə əsasında məhkəmə iclasında iştirak etmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyində də göstərildiyi kimi iddiaçının yalnız rəhbərliyin rəsmi icazəsi olmadan məhkəmə proseslərində iştirakı ilə bağlı hərəkətlərinə cavabdehin tətbiq etdiyi intizam tənbehi mütənasib və qanuni hesab oluna bilməz. Cavabdeh inzibati orqanın “Dövlət qulluğu haqqında” qanunun 25.3-cü maddəsinə istinad edərək, xidməti araşdırmanın aparılmasının yalnız zərurət olduqda dövlət orqanının rəhbərinin müvafiq qərarı ilə aparıla bilməsinə dair mülahizələr irəli sürməklə, iddiaçının dövlət qulluğundan azad edilməsi barədə intizam tənbeh tədbirinin tətbiqi üçün ilk növbədə cavabdeh inzibati orqanın rahbərinin əmri ilə araşdırma aparılmalı olduğu, dövlət qulluqçusundan yazılı izahat alınmalı, izahatdan imtina edildiyi təqdirdə rəsmiləşdirilməl i olması barədə qanunvericiliyin imperativ tələblərinin kobud şəkildə pozulması faktını örtbasdır etməyə çalışmışdır. Halbuki, iş üzrə kassasiya instansiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarında müəyyən olunmuş məcburi göstəriş ondan ibarət olmuşdur ki, prokurorun təqdimatı daxil olduqdan sonra cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirdikdən sonra iddiaçı barəsində intizam tənbehi tətbiq edə bilərdi. Lakin iş materiallarında cavabdeh tərəfindən istinad edilən normanın tələbinə əməl edilməsi barədə heç bir məlumat yoxdur. İşin apellyasiya instansiyasında yenidən araşdırılması zamanı məhkəmə kollegiyası qeyd olunan məsələnin araşdırılması üçün araşdırma aparılması, iddiaçının izahatının alınması ilə bağlı sənədlərin mövcud olub-olmamasını cavabdeh inzibati orqandan sorğu etdikdə, aydın olmuşdur ki, belə sənədlər mövcud deyil, inzibati orqan hər hansı araşdırma aparmaq niyyətin olmamış, aparmamış və qanunvericiliyin tələbinə məhəl qoymadan iddiaçını dövlət qulluğundan azad etmişdir. Cavabdeh inzibati orqan şikayətində guya İddiaçı dəfələrlə izahat verməsi üçün icra hakimiyyətinə dəvət olunması, lakin iddiaçı bu çağırışlara məhəl qoymaması və izahat vermək üçün gəlməməsinə dair mövqeyi həqiqəti əks etdirmir və tamamilə iş üzrə yol vermiş olduqları kobud qanun pozuntularını ört-basdır etmək xarakteri daşıyır. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gün dən bir ay keçənədək verilə bilər. Lakin işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həmin təqdimat cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə təqdim edilmiş, həmin təqdimatın məzmununda da iddiaçının xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etdiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi Əmr xx.xx.2019-cu il tarixində qəbul olunmuşdur. Yəni qanunla müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Hətta cavabdeh inzibati orqanın müvafiq əsaslar barədə məlumatı olduğu vaxtı təqdimatın ona təqdim edildiyi tarixdən hesab etdikdə belə (halbuki cavabdehin həmin məlumatlar barədə daha öncədən məlumatl ı olması və həmin məlumatları 31 may 2019-cu il tarixli, Ş-01-1253 saylı məktubu ilə prokurorluq orqanına təqdim etməsi iş materialları ilə təsdiq olunur) qanunla müəyyən edilmiş həmin müddət ötürülmüşdür. Yəni cavabdeh inzibati orqan iddia etdiyi iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı RİHnə müraciət etməməsi, ona hər hansı bir səbəbdən icazə verilməməsi ilə bağlı məlumatları təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir. Cavabdeh inzibati orqan iddiaçının intizam pozuntusuna yol verməsi barədə prokurorluğun təqdimatının olmasına istinad etsə də, həmin təqdimatın qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyət kəsb edən qərar hesab olunmamasını, məcburi xarakter daşımamasını və prokurorluq orqanının ap ardığı araşdırmanın cinayət işinin başlanmasının rədd olunması barədə qərarla yekunlaşmasını və iddiaçı barəsində istinad olunan halların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və digər iş materialları əsasında təkzib olunmasını da məhkəmə kollegiyasının diqqətindən yayındırmağa çalışmışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası müəyyən etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə dövlət qulluğundan azad etməyə dair qanunla müəyyən edilmiş norma və qaydaların tələblərinə riayət edilməmiş, nəticə etibarilə iddiaçının dövlət qulluğundan azad olunması barədə Əmr qanunsuz və əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın kassasiya şikayəti forma və məzmun etibarilə qanunvericiliyin tələblərinə cavab vermir, ö zündə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)211/2024 saylı qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı hüquqi və faktiki halı ehtiva etmir. Ona görə də, kassasiya şikayəti təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.... Mad də 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1-33.1.6. Dövlət qulluğuna bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə xitam verilə bilər

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

39. İşin faktiki hallarına əsasən İddiaçı Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir, Şamaxı rayon İcra Hakimiyyətinin başçısının 23 iyul 2019-cu il tarixli 58 nömrəli Əmri ilə tutduğu Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir.

40. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində intizam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir.

41. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir.

42. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərini n və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, etik davranış qaydalarına əməl etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə borcludur.

43. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilər kən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur.

44. Mübahisə predmeti olan Şamaxı rayon İHB-nin iddiaçının dövlət qulluğundan azad edilməsi barədə xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin verilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur.

45. Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatından müəyyən olunur ki, İddiaçı Şamaxı RİHB-nin Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi işlədiyi dövrdə 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin və qardaşı Adil Quliyevin nümayəndəsi qismində iştirak etmiş, həmin günlər ərzində xidməti vəzifələrini icra etməməklə yanaşı, xidməti ərazini tərk etməsi barədə rəhbəri olduğu qurumdan icazə və ya razılıq almamışdır.

46. Həmçinin, İddiaçı aşağıdakı tarixlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilmiş məhkəmə proseslərində iştirak etdiyi müəyyən olunmuşdur:

1. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 30 aprel 2018ci il;

2. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 14 may 2018-ci il;

3. Azərbaycan Respublikası Ali Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kmi - 29 may 2018-ci il;

4. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 04 iyun 2018-ci il;

5. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi - 11 iyun 2018-ci il;

6. Bakı Apellyasiya Məhkəməsində barəsində xüsusi icraat qaydasında iş aparılan şəxsin nümayəndəsi kimi - 22 yanvar 2019-cu il;

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi - 25 yanvar 2019-cu il;

8. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi - 25 yanvar 2019-cu il;

9. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi - 28 yanvar 2019-cu il;

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi - 30 yanvar 2019-cu il.

47. Göründüy ü kimi iddiaçı müxtəlif vaxtlarda özünün və digər şəxslərin adından nümayəndə (vəkil kimi iştirak etməmişdir) qismində məhkəmə proseslərində iştirak etmişdir. Lakin iddiaçı həmin proseslərdə iştirak etməsinə dair müvafiq qaydada rəhbərliyə müraciəti və ya bu müraciətlər əsasında verilmiş icazəsi olmamış, habelə müraciət və icazəsinin olmasını təsdiq edən hər hansı sübutları təqdim etməmişdir.

48. Qeyd olunan təqdimatdan da görünür ki, Şamaxı rayon İH-dən daxil olmuş xx.xx.2019-cu il tarixli Ş-01-1253 nömrəli məktubda qeyd edilmişdir ki, RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı 2018-2019-cu illərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, qeyd olunan illər ərzində digər tarixlərdə ezamiyyətə göndərilməmiş, həmçinin rayon ərazisi ni tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciəti olmamış və ona hər hansı səbəbdən qısamüddətli icazə verilməmişdir. Bütün bunlar İddiaçı hərəkətlərinin dövlət qulluqçusu kimi tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyət kimi qəbul olunmaqla yanaşı, onun icra nümayəndəsi kimi üzərinə düşən vəzifələri layiqincə icra etməməsi, işinə laqeyd münasibət bəsləməsi, şəxsi maraqlarını xidməti vəzifələrindən üstün tutması, xidməti vəzifələrinin ona yaratdığı üstünlüklərdən və səlahiyyətlərdən şəxsi işləri ilə bağlı suiistifadə hallarına yol verməsi nəticəsində baş vermişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının iş günlərində xidməti vəzifələrini icra etməməklə xidmət ərazisini tərk etməsi barədə rəhbər olduğu qurumdan icazə və ya razılıq alması iş mate rialları ilə təsdiq olunmur.

50. İddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli əmrin “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının intizam pozuntusuna yol verməsi xidməti araşdırma nəticəsi olaraq deyil, rayon prokurorluğunda aparılmış araşdırma zamanı aşkar edilmişdir, göründüyü kimi tənbeh tədbirinin tətbiq edilməsi cinayət icraatı ilə əhatə olunmuşdur.

51. Göründüyü kimi “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qul luğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmişdir. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir.

52. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir.

53. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur.

54. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasi ya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-211/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar