Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2061/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməməsinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh və üçüncü şəxslər Fikrət Quliyev, Orxan Mamedovun öhdəliklərini yerinə yetirərək təzə açılmış hallar üzrə araşdırma aparılması, məhkəmənin qərarlarının icra edilməsi, ekspertiza baxışının keçirilməsi və Baş Prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-3817/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadı iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. İddiaçı həmin tarixidə məhkəməyə ərizə ilə müraciət edərək, işləmədiyindən və aztəminatlı şəxs olduğundan vəkillə təmin olunmağa maddi imkanı çatmadığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassa siya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizəni rədd etmişdir.
6. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunmasını zəruri edən halların mövcudluğu müəyyən edilmir. Birincisi, elektron məhkəmə informasiya sistemi ilə müəyyən olunmuşdur ki, iddiaçının eyni iddia tələbi ilə dəfələrlə həmin orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hər dəfə onun iddiaları üzrə inzibati məhkəmə icraatı mübahisələndirlən məsələ cinayət-prosessual fəaliyyətinə aid olduğundan mümkün sayılmamış, həmin işlər üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş şikayətləri də təmin olunmamış, yekun q ərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı keçmiş məhkəmə qərarlarından nəticə çıxarmayaraq, prosessual hüquqlarından istifadə edərək həmin məhkəmə qərarlarını mübahisələndirmək üçün hər dəfə dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar isə, yəni onun perspektivi olmadığı halda, məhkəmə tərəfindən vəkillə təmin olunması dövlət vəsaitinin, təyinatdan kənar və əsassız yerə xərclənməsinə gətirib çıxarması ilə nəticələnir. Bundan əlavə, idddiaçı tərəfindən məhkəməyə onun ərizəsinə əlavə etdiyi, adına əmək müqaviləsi olmaması barədə 1 saylı DOST Mərkəzindən əldə etdiyi 23 sentyabr 2023-cü il tarixli arayışın alındığı vaxtdan ötən 6 ay müddətində işləyib-işləmədiyinə, habelə, əmək pensiyası alıbalmadığına dair sübutlar da təqdim olunmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinin təmin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.
7. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmələr öz qərarlarını əsaslandırmamışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 0 6 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəz əriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan suiistifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya ş ikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından suiistifadə etməməlidir. Həmçinin, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
11. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində ye ni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrartəkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayətə bənzədiyi; və buna bənzər digər hallarda tətbiq etmişdir (Miroļubovs və başqaları Latviyaya qarşı, №798/05, §§ 62-65, 15 sentyabr 2009; və S.A.S. Fransaya qarşı [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).
12. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan suiistifadə edilən hallar müxtəlif ol a bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-is tifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
13. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
14. Sui-isti fadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan suiistifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
15. Hazırkı işdə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi mümkün sayılmamış şikayətlərə və ərizələrə bənzər olanlarını təkrar-təkrar Məhkəməyə təqdim etməklə şikayət hüququndan sui-istifadə etmişdir.
16. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
17. Məhkəmə kollegiyası müəyyən et mişdir ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilməmişdir.
18. Nəticədə, Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-1082/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi-N.İ.Rəsulbəyova, hakimlər-İ.K.Hüseynov və K.N.Bədəlov) İddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etməsini bildirilmiş, dövlət vəsaiti hesabına vəkillə təmin olunma sından imtina edilmiş, onun kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. https://emehkeme.gov.az/signed/ShowPdf?guid=be6b189e573a4bafb50fe4497e5e483f
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə təkrar-təkrar Məhkəməyə göndərməsi, o cümlədən, Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-1082/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçının prosessual qanunla ona verilmiş şikayət hüququndan suiistifadə etməsini təsbit etməsi, dövlət vəsaiti hesabına vəkillə təmin olunmasından imtina etməsinə baxmayaraq, iddiaçının eyni şikayətlə - dövlət vəsaiti hesabına vəkillə təmin olunması barəsində şikayətlə Məhkəməyə müraciət etməsi, şikayət hüququnun məqsədlərinə aşkar zidd olmuşdur yən i, iddiaçının məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə zərərli istifadə etməsi görünür, eləcə də, iddiaçının açıqaşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən və gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımı qaydada baxmağa əngəl törədir. Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çoxlu sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, hər dəfə kassasiya şikayəti verilməsi üçün işsiz kimi qeydiyyatda olduğuna, aktiv əmək müqaviləsinin olmadığına dair rəsmi məlumatlara istinadla dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələrlə müraciət etməklə iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etmişdir.
20. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir, belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa kassasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaqdır. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, Məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
21. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələ blərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.