Məhkəmə qərarları › İş №2-1(102)-2068/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2068/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2068/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Res publikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(104)-22/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə işə qəbul edilmişdir.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən, çöl şəraitində silah və sursat anbarında yükləmə - boşaltma işləri, həmçinin mühafizənin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə, silah və sursat anbarında yükləmə - b oşaltma işlərinin görülməsi üçün maddi - texniki təminat bölüyünün şəxsi heyətindən və hərbi hissənin mülki işçilərindən ayrılması əmr edilmişdir.

3. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktında və xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissənin maliyyə xidmətində mühasib vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir. 4. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hə min əməliyyatların arxa təminat üzrə tapşırıqlarını yerinə yetirmiş mülki işçilər barədə xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məlumata əsasən, İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, maliyyə xidmətinin mühasibi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissəyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilmiş, Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etmişdir.

5. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi zamanı N nömrəl i hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində heç bir döyüş əməliyyatlarına cəlb olunmayıb. Onun barəsində N nömrəli hərbi hissənin nizami hissəsində heç bir qeydiyyat yoxdur, hərbi hissənin döyüş əmrində adı qeyd olunmayıb. 6. 110 nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.

7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 10-cu abzasına uyğun olaraq döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığına görə, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, komissiya tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə idd ia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 44 gün davam edən müharibə zamanı Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsi, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etmişdir. Bu hal N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri, N nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 478 saylı arayış-məlumat, N nömrəli hərbi hissə koma ndirinin təsdiqlədiyi xx.xx.2023-cü il tarixli, 1785 nömrəli aktla, eləcə də N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışlarda qeyd olununlarla tam təsdiq olunur. Buna baxmayaraq, dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məruzəyə, xx.xx.2020-ci il tarixli N nömrəli nizami hissə üzrə əmrə və xx.xx.2023-cü il tarixli 1785 nömrəli akta əsasən, iddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədə mülki şəxs kimi xidmət etmiş, birbaşa döyüş əməli yyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirmişdir. Nəticədə, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciəti barədə müsbət qərar qəbul edilməmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) xx.xx.2023-cü il tarixli, 21(114)-3300/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdə liyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanunvericilik müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Tərtər rayonunun Talış, Suqovuşan kəndlərinin ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir və bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir. Hərbi hissənin mülki işçisi olsa belə, müharibə dövründə mülki şəxslərin döyüş əməliyyatları aparılan əraziyə gedib-gəlməsi, silah-sursat daşıması mümkün deyildi. İddiaçının Tərt ər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsinə silah-sursat daşıması da onun əmək müqaviləsi üzrə yerinə yetirdiyi vəzifəsi olmamışdır. İddiaçı məhz hərbi hissə komandirinin əmri əsasında döyüş əməliyyatlarının aparıldığı ərazilərə silah-sursat daşımaqla, döyüş əməliyyatlarının maddi-texniki təminatında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi. Bundan başqa, N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubunda iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində heç bir döyüş əməliyyatlarına cəlb olunmadığı, onun barəsində N nömrəli hərbi hissənin nizami hissəsində heç bir qeydiyyat olmadığı, h ərbi hissənin döyüş əmrində adının qeyd olunmadığı qeyd edilsə də, iddiaçı hərbi qulluqçu olmadığından və döyüş əməliyyatlarında döyüş təminatı üzrə iştirak etmədiyindən onun adının hərbi hissənin döyüş əmrində olmaması mümkündür. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən (bu əmr ümumi olaraq verilmiş əmr olmuşdur) döyüş əməliyyatları aparılan ərazilərdə arxa təminatda iştirak etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), A.V.Bayramov və R.Z.Mamedov) 12 fevral 2025-ci il tarixli, 2-1(104)-22/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3300/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Həmçinin, iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsinin verildiyi məhkəmə sorğusu əsasında müəyyən edilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin əmrlərindən məlum olur ki, mülki işçi X5 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə, mülki işçi X2 qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının təxliyyə manqasının sürücüsü vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən, onlarla 25 avqust 2021-ci il tarixdən bağlanmış əmək müqavilələrinə xitam verilərək işdən azad edilmişlər. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən, mülki işçi X7, qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin rəisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “a” bəndinə (müəssisə ləğv edildikdə ) əsasən, 25 avqust 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X3 və X1 “Müharibə veteranı” adı verilmişdir. Həmçinin, onlara 1 yanvar 2022-ci il (qərar tarixləri: 24 avqust 2022-ci il) tarixindən proaktiv (elektron) qaydada müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənişləri davam etdirilir (Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-1/2-Q-108420/24 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-11795/2024 nömrəli, Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin xx.xx.2024cü il tarixli, 3-17/2-8424/2024 nömrəli məktubları). Etimadın qorunması prinsipinin mahiyyətinə əsasən, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassator kassasiya şikayətində işin hallarına və iddiaya etirazındakı dəlillərə istinad edərək bildirmişdir ki, İddiaçı N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin t ərkibində birbaşa döyüş əməliyyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olduğu Goranboy rayonunun Ağcakənd kəndi ərazisində hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək, silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirmişdir. Belləiklə, iddiaçı döyüş əməliyyatlarının döyüş təminatları üzrə deyil, hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir. Lakin onun həmin təminatları yerinə yetirdiyi Ağcakənd kəndində yerləşən hərbi hissənin silah-sursat anbarı Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçının arxa cəbhə təminatı üzrə vəzifəsini icra etdiyi ərazi sözügeden Əsasnamədə qeyd olunan ərazilərə daxil edilmədiyindən, o, hazırkı tələbində haqlı deyildir. b) kassasiya şikayətinə qarşı etira zın dəlilləri

17. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərb i hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arx iv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. On a görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmamağa yönəlib. İddiaçının dəqiqləşmiş iddia tələbi isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı, Azərbaycan Respubli kasının Nazirlər Kabinetinə göndərilməsi olmuş (iş vərəqi 56), məhkəmələr də iddianı məhz bu məzmunda təmin etmişlər.

24. Bununla bağlı nəzərə alınmalıdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, Müdafiə Nazirliyi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verən orqanlardan biridir. Odur ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticə müharibə veteranı adı və vəsiqəsinin alınması ilə bağlı olduğundan, cavabdeh Müdafiə Nazirliyinə yönəlmiş tələb məhz müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi olmalıdır. Belə ki, hazırkı məzmunda tələb təmin olunsa belə, iddiaçı çatmaq istədiyi hüquqi nəticəyə tam nail ola bilmir.

25. Odur ki, işə təkrar baxan apellyasiya instansi yası məhkəməsi İPM-in 13-cü maddəsinin tələbi baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində və düzgün iddia tələbinin formalaşmasında yardım etməlidir.

26. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərinə cavab verməlidir.

28. Hazırkı halda işə baxan aşağı instansiya məhkəmələri qeyd olunan Əsasnamənin 1-ci bəndinin 10-cu abzasına istinadən işin hallarına qiymət vermişlər.

29. Həmin normaya əsasən, iddiaçının tələbinin təmin edilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmalıdır.

30. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən verilmiş əmrlərə, arayış və akta əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etmişdir.

31. Cavabdehin imtinasının əsas dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçı birbaşa döyüş əməliyyatlarına cəlb edilməmişdir, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə hərbi hissən in arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirmiş, döyüş əməliyyatlarının döyüş təminatları üzrə deyil, hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir. İddiaçının həmin təminatları yerinə yetirdiyi Goranboy rayonunun Ağcakənd kəndində yerləşən hərbi hissənin silah-sursat anbarı Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil deyildir.

32. Göründüyü kimi, iddiaçının xidmət keçdiyi hərbi hissə və onun tabe olduğu Müdafiə Nazirliyinin iddiaçının fəaliyyəti ilə bağlı mövqeyində fərqlilik və ziddiyyət var. Belə ki, iddiaçının xidmət keçdiyi hərbi hissə onun Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştira k etdiyini, Müdafiə Nazirliyi isə iddiaçının hərbi hissənin dislokasiya olunduğu ərazidə (Goranboy rayonunun Ağcakənd kəndində) arxa təminatının təşkilində iştirak etdiyini (silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirdiyini) bildirmişdir.

33. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış, işin hallarını hərtərəfli araşdırmamış, yalnız hərbi hissə tərəfindən verilmiş arayış və digər sənədlərə istinadən iddiaçının Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etdiyi nəticəsinə gələrək iddia tələbini əsaslı hesab etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin araşdırmaları iddiaçının Əsasnamənin 1-ci hissə sinin 10-cu abzasında qeyd olunan döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat tapşırıqlarının yerinə yetirməsi ilə bağlı qənaətə gəlmək üçün kifayət etmir.

35. Bundan əlavə, Əsasnamənin yuxarıda qeyd olunan müddəasına görə, iddiaçının həmin əraziyə ezam olunması halının təsdiq edilməsi üçün “ezamiyyə vəsiqəsi” olmalıdır. Lakin iş materiallarında belə bir sənədə rast gəlinməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də normanın imperativ tələbinə riayət etməyərək, yalnız hərbi hissənin verdiyi məlumat xarakterli sənədlər əsasında iddiaçının döyüş ərazilərinə ezam olunduğu nəticəsinə gəlmişdir.

36. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hərbi hissə tərəfindən verilmiş arayış və digər sənədlərin mötəbərliliyi istiqamətində hərtərəfli araşdırma apararaq, i ddiaçının “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərinə cavab verib-vermədiyi, xüsusilə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam olunması məsələsini hərtərəfli araşdırmalıdır.

37. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə (digər hərbi hissələrin mülki işçilərinə) müharibə veteranı adı və statusunun verildiyinə istinad etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması və bərabərlik hüququna bu qaydada istinad edilməsi əsaslı hesab oluna bilməz. Belə ki, hazırkı halda tərəflər arasında mübahisə, ümum iyyətlə, hərbi hissənin mülki işçisinin müharibə veteranı adı və statusu almaq hüququnun olmaması ilə bağlı deyildir, tərəflər arasında mübahisə iddiaçının Əsasnamənin tələblərinə müvafiq olaraq bu statusu qazanmaq hüququ ilə bağlıdır. Çünki qanunvericilik normalarının birmənalı tələbidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranıdır. Başqa sözlə, digər hərbi hissənin mülki işçisinə müharibə veteranı statusunun verilməsi bütün hərbi hissələrin mülki işçilərinə müharibə vet eranı statusunun verilməsi ilə bağlı nəticə yaratmır, habelə digər şəxslərdə etimadın qorunması və bərabərlik prinsipinə riayət edilməsini tələb etmək üçün də legitim gözlənti formalaşdırmır. Başqa sözlə, Əsasnamənin tələblərinə (dizpozisiya şərtlərinə) cavab verən hərbi hissənin mülki işçisi müharibə veteranı adı və statusu ala bilər. Burada önəmli olan hal isə Əsasnamənin tələblərinə (dizpozisiya şərtlərinə) cavab verilməsidir ki, hazırkı halda cavabdeh iddiaçının Əsasnamənin dizpozisiya şərtlərinə cavab verməsini (döyüş ərazilərində olmasını) mübahisələndirir.

38. Odur ki, hazırkı iş üzrə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmaqla müvafiq qərar qəbul etməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilərək, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(104)-22/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar