Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2069/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (kvalifikasiyanın tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2023 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1795/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİ N HALLARİ
1. X4 Dəniz Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı “Dənizçilik İşi üzrə” ixtisası müvəffəqiyyətlə bitirmiş və ona magistr ixtisas dərəcəsi verilmişdir.
2. İddiaçı magistratura təhsilinə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən isə ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, magistr diplomunun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonrada iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Dünya Dəniz Universiteti tərəfindən iddiaçıya verilmiş 03 noyabr 2019-cu il tarixli magistratura təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Dənizçilik Universiteti tərəfindən verilmiş diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olunmamasına istinad etsə də, bu hal iddiaçının iradə ifadəs indən asılı olmamışdır. Həmçinin, hazırda həmin təhsil müəssisəsi aidiyyəti qurum tərəfindən də akkreditasiya olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun təhsil hüququnun pozulmasına səbəb olur
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, iddiaçı diplom üzrə aldığı ixtisasların ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq X4 Dənizçilik Universitetinin İsveç Krallığının Milli Akademik Tanınma Mərkəzinin təqdim etdiyi məlumata, eyni zamanda www.eric-naric.net saytının İsveç bölməsində yer almadığından iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə xx.xx.2021-ci il tarixində imtina etmişdir və bu barədə ərizəçinin elektron kabinetində yerləşdirilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10928/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, Dünya Dəniz Universiteti tərəfindən İddiaçı verilmiş 03 noyabr 2019-cu il tarixli magistratura təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Dünya Dəniz Universiteti (WMU) müstəqil özəl ali təhsil müəssisəsi kimi Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X3 (İMO) tərəfindən 1983-cü ildə yaradıldığından, həmçinin ali təhsil müəssisəsinin magistr pilləsi üzrə proqramları 2014-cü ildən akkreditasiya olunduğundan, o cümlədən hazırki mərhələd ə universitetin özü də akkreditasiya olduğundan, iddiaçıya verilmiş diplom həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanıdığından, diplomun tanınmasından imtina üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulan əsasların hər hansı biri olmadığından, cavabdehin imtinası əsassız hesab olunur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1795 /2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və iyul məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tanınma üçün təqdim etdiyi sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının təhsil aldığı dövrdə Dünya Dənizçilik Universiteti İsveç Krall ığının səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunmamışdır. Lakin bütün bunlara baxmayaraq məhkəmə qərarında prosessual hüquq normalarını kobud şəkildə pozaraq təqdim edilmiş sübutları qiymətləndirməmiş, habelə ali təhsil müəssisəsinin akkreditasiya edilməsinin onun sonraki fəaliyyətinə nisbətdə akkreditasiyalı müəssisə sayılması barədə beynəlxalq təcrübə və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarını nəzərə almadan, tamamilə öz şəxsi mülahizəsinə əsaslanan yanaşma ilə qərar qəbul etmişdir.
15. Şikayətin hüququ cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 2.2-ci bəndi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”(bundan sonraQaydalar)nın 3.2, 3.8-ci bəndlərinə və İPM-in 12.1, 14.3, 58.7, 73.3.1, 73.3.2, 90, 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbayca n Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
18. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndiril məsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. 19. “Avr opa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”: Maddə 1.2 Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Maddə 6. “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
20. Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: Bənd 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifik asiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təh silin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).
21. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının: Maddə
1. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) nota-rial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).
2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.
3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 4. 3-cü maddənin birinc i abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlum atlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdir də, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları ye tərli hesab olunur.
28. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işdə mübahisə cavabdeh iddiaçının magistr pilləsi üzrə təhsil aldığı X4 Dənizçilik Universitetin 2018-2019-cu illərdə akkreditasiya şəhadətnaməsinə malik olmadığı ilə bağlıdır.
30. Apellyasiya məhkəməsinin vurğuladığı kimi, İsveçrədə dövlət ali təhsil müəssisələri ilə yanaşı çoxlu sayda özəl ali məktəblər də fəaliyyət göstərir. Özəl təhsil müəssisələrinin bəziləri yalnız ölkə vətəndaşlarına xidmət etdiyi üçün onlar dövlətdən subsidiyalar alır. Digər özəl təhsil müəssisələrində isə həm yerli, həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə özəl ali məktəblərə dövlət maliyyə vəsaiti ayırmır. Ona görə də, ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dö vlətdən subsidiyalar alan özəl ali təhsil müəssisələrindən xüsusi icazə tələb olunmur. Bunun belə, təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir.
31. İddiaçının magistratura təhsili aldığı Dünya Dəniz Universiteti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X3 (İMO) çərçivəsində 1983-cü ildə yaradılmış universitetdir. WMU beynəlxalq universitet hesab olunur və ona ev sahibliyi edən ölkə İsveç hökuməti tərəfindən BMT qurumu statusu verilmişdir. Bir çox millətdən olan insanların tədris və öyrənmədə iştirak etmələri üçün bir mərkəz kimi xidmət edən WMU, beynəlxalq dəniz problemlərini həll etmək və beynəlxalq fəaliyyəti əlaqələndirmək üçün beynəlxalq əməkdaşlığı təşviq edir.
32. Göründüyü k imi, Dünya Dəniz Universiteti İsveçrədə müstəqil özəl ali təhsil müəssisəsi olduğuna və dövlətdən subsidiya almadığına görə ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur.
33. Nəzərə alınmalıdır ki, Central Evaluation and X2 (ZEva) 1995-ci ildən Almaniya, Avropa və onun hüdudlarından kənarda ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyi ali təhsildə keyfiyyətin təminatı sahəsində fəaliyyət göstərən, 2000-ci ildən ZEva universitetlərdə, tətbiqi elmlər universitetlərində və kooperativ təhsil universitetlərində 3000-dən çox təhsil proqramını akkreditə edən qurumdur. Odur ki, Dünya Dəniz Universitetinin magistr pilləsi üzrə proqramların akreditə olunması ilə bağlı məlumatın həm ali təhsil müəssisəsinin rəsmi internet https://www.wmu.se/about/documents saytından, həmçinin Central Evaluation and X2 (ZEva) https://www.ZEva.org. saytından əldə etmək mümkündür.
34. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsi 2018-2019-cu illərdə institusional akkreditasiyadan keçməsə də, hazırda ali təhsil müəssisənin təkcə proqramları deyil, ümumiyyətlə universitetin özü də akkreditasiyadan keçmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hər bir halda iddiaçının oxuduğu dövrdə universitet dövlət tərəfindən akkreditasiya olunmasa belə X3 (BDT) tərəfindən yaradılmış və fəaliyyət göstərmişdir ki, həmin dövr ərzində üzv olduğumuz beynəlxalq təşkilatın nəzdnində aparılmış tədris fəaliyyətinin qanunsuzluğu mübahisə oluna bilməz.
36. O da nəzərə alınmalıdır ki, iddiaçıya məxs us diplom İsveçin aidiyyəti orqanı tərəfindən apostil olunmuşdur.
37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının magistratura təhsilinə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi əsassızdır. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-1795/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.