Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2070/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(104)-222/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli N nömrəli əmrindən çıxarışa əsasən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanının 11 sentyabr 2019-cu il tarixli 091 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci S-125 N TM zenit raket divizionunun təsərrüfat manqasına sürücü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şəmkir rayonu) gəlmiş hesab edilmiş, 25 sentyabr 2019-cu il tarixdən həmin hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. 2. “Müharibə veteranı” və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumata əsasən iddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissənin N nömrəli əmri ilə xx.xx.2019-cu ildən şəxsi heyətin siyahısına daxil edilmiş, 2-ci bölmənin təsərrüfat manqasında sürücüsü vəzifəsində xidmət keçmiş, Hərbi Hava Qüvvələri Komandanının xx.x x.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi əmr edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə şəxs döyüş növbəsinə cəlb edilmişdir. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 3-cü OK istiqamətində iki ədəd PUA məhv edilib. Şəmkir, Samux rayonu ərazilərində bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində maddi-texniki təminat üzrə tapşırı qları yerinə yetirmiş, start batareyasında raketlərin daşınmasında və manevrlər zamanı fəal iştirak etmişdir.
3. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı N nömrəli hərbi hissə Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 022 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb edilib və İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli N nömrəli döyüş əmrləri ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. O, təsərrüfat manqasında sürücü vəzifəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə dövlət sərhədində hava hücumundan müdafiə tapşırıqlarını icra etdiyi üçün, İddiaçı xidmət etdiyi bölmə Şəmkir, Samux rayonları ərazisində funksional vəzifə borcunu icra etmiş, start batareyasının raketlərinin daşınmasında və manevrlər zamanı fəal iştirak etmişdir.
4. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə bundan imtina edərək bildirmişdir ki, iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə i lə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq cavabdehin imtinasını əsassız hesab etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatın 8-ci bəndlərində olan qeydlərə və xidmət etdiyi ərazilələr (Şəmkir, Samux rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 No-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 No-li Qərarına əsasən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi verilir: 1) xx.xx.2020- xx.xx.2020-ci il tarixədək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirimiş, 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təmi nat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 No-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adla rının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir."
8. Gəncə İnzibati Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli, 2-1(114)-960/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədən görünür ki, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatl arının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020- ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.... hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin əra zi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməli olması əks olunmamışdır. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarını ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-222/2025 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilmədən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunaraq hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olması iş materialları ilə öz təsdiqinin tapmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsas dəlil ondan ibarətdir ki, iddiaçı xidmət etdiyi bölmənin ərazisində (Şəmkir, Samux rayonları) funksional vəzifə borcunu icra etmiş və bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbitəhsilmüəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,hərbi hissənin siyahılarındançıxarıldıqları, hərbitəhsilmüəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 17. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının ap arıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 18. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin əra zilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam ol unmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;(10cu abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnaməni n 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.(11-ci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə o lan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın dav am etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
23. Belə ki, hazırkı işdən göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
24. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dispozisiya şərtlərindən birinə cavab verməlidir.
25. Hazırkı halda iş üzrə prosessual tərəflər və işə baxan aşağı instansiya məhkəmələri qeyd olunan Əsasnamənin 10 və 11-ci abzasına istinadən işin hallarına qiymət vermişlər.
26. Həmin normaya əsasən iddiaçının tələbinin təmin edilməsi üçün o, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olmalıdır.
27. Bundan əlavə həmin Əsasnaməyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarına əsasən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi verilir. 1) xx.xx.2020xx.xx.2020-ci il tarixədək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirimiş, 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə.
28. İddiaçının xidmət etdiyi hərbi hissə tə rəfindən verilmiş arayışda onun döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə 2-ci bölmənin təsərrüfat manqasında sürücü vəzifəsində xidmət keçərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə şəxs döyüş növbəsinə cəlb edilməsi, həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 3-cü OK istiqamətində iki ədəd PUA-nın məhv edilməsi, Şəmkir, Samux rayonu ərazilərində bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi, start batareyasında raketlərin daşınmasında və manevrlər zamanı fəal iştirak etməsi qeyd edilmişdir.
29. Cavabdeh Müdafiə Nazirliyi imtinasını iddiaçının döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) onun xidmət etdiyi hərbi hissənin ərazi meyarlarına cavab verilməməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) xidmətdə olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Belə olan halda, iddi a tələbinin Əsasnamənin 11-ci abzasına istinadən əsaslı olması üçün iddiaçının hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olması iş materialları ilə sübuta yetməlidir.
31. Yuxarıda artıq qeyd edildiyi kimi, N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, iddiaçı “Şəmkir, Samux rayonu ərazilərində bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir”.
32. Apellyasiya məhkəməsi isə öz mövqe yini əsaslandırarkən iddiaçının hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olduğuna istinad etmişdir, halbuki iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir.
33. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya verilmiş arayışda qeyd olunan məlumatın mötəbərliyini və əsaslığını təsdiq edən sənədləri İPM-in 12.1-ci maddəsinin tələbi baxımından tələb etməmiş, iddiaçının həyata keçirdiyi fəaliyyətin “döyüş təminatı”na, yaxud “maddi-texniki təminata” aid olduğunu aydınlaşdırmamışdır.
34. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyətinin Əsasnamənin 1-ci bəndinin 11-ci abzasına uyğun olaraq yenidən qiymətləndirməli, “döyüş təminatıı” və “maddi texniki təminat” anl ayışlarının nədən ibarət olduğunu aydınlaşdırmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməlidir.
35. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə eyni hərbi hissədə xidmət keçmiş şəxslərə müharibə veteranı adı və statusunun verildiyinə istinad etsə də, qeyd edilməlidir ki, həmin şəxslərin və iddiaçının hərbi əməliyyatlar çərçivəsində həyata keçirdiyi xidmətin eyni olub-olmaması hazırkı işdən görünmür.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda istinad edilən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilərək, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yeri nə yetirilməsi üçün hazırkı iş təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 21(104)-222/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.