Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 fevral N0N5-ci il tarixli, N-1(104)98/N0N5 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.N015-ci il tarixdən xx.xx.N0NN-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. 2. “Müharibə veteranı” və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” 95N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumata əsasən, iddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0 N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, çavuş rütbəsində 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmr ilə döyüş əməliyyatlarına cəlb olunmuş, döyüş atışları həyata keçirməmiş, Gəncə, Şəmkir, Samux və Göygöl ərazilərində iştirak etmiş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər-Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasının və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektr ik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etmişdir. Tam və qısaldılmış döyüş heyətləri tərkibində döyüş növbətçiliyinə cəlb olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizion tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etmişdir. Həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmişdir.
3. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N0NN-ci il tarixli N38 nömrəli arayışa əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 06N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 0NN nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0113 nömrəli əmrlərinə əsasən, iddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissə nin tərkibində Vətən müharibəsində iştirak etmişdir.
4. N nömrəli hərbi hissə tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.N0N4-cü il tarixli N38 nömrəli arayışa əsasən, o, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 0NN nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0113 nömrəli döyüş əmrləri ilə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir və yaralanmamışdır. Döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş etmiş, cavabdeh orqan isə bundan imtina edərək bildirmişdir ki, iddiaçının N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin N16 nömrəli NN sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublika sı Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - çavuş olaraq xx.xx.N015-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 06N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 0NN nömrəli əmrlərinə əsasən xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci Eşalonun tərkibində Vətən müharibəsində iştirak etmişdir.
8. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazının əsasını iddiaçının müraciətinin təmin olunmasından imtinaya dair məktubun dəlilləri təşkil edir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) xx.xx.N0N4-cü il tarixli, N1(114)-N977/N0N4 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının adının müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəş fiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq, müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir. Cavabdeh orqan imtinasında Arayış-məlumatın 8-ci (iştirak etdiyi ərazilər: Gəncə, Şəmkir, Samux, Göygöl rayonları) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin, Arayış -məlumatın 7-ci bəndində iddiaçının cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməməsi qeyd olunsa da, 9-cu bəndində qeyd xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər Ömər aşırımı istiqamətində əkshücum aparan qoşun qruplaşmasının və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etməsi, tam və qısaldılmış döyüş heyətləri tərkibində döyüş növbətçiliyinə cəlb olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizion tərkibində döyüş əməliyyatlarının a parılmasında iştirak etməsi qeyd olunmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) N5 fevral N0N5-ci il tarixli, N-1(104)-98/N0N5 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü tarixli, N-1(114)N977/N0N4 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Vətən müharibəsi zamanı iddiaçının hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının N nömrəli hərbi hissənin təkibində hərbi xidməti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinin təsir dairəsinə düşür. Digər tərəfdən, iddiaçı onunla eyni hərbi hissənin eyni divizonunda xidmət etmiş şəxslərə müharibə veteranı statusunun verildiyini bildirmiş və bununla əlaqədar məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubunda qeyd edilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş əraz ilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə XN, X3, X4 və X1 “Müharibə veteranı” adı verilmişdir. Bundan əlavə, iddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, çavuş rütbəsində 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş məktubda yuxarıda qeyd edilən şəxslərin N nömrəli hərbi hissənin 3-cü divizionunda xidmət etmələri və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmələri qeyd edilmişdir. Odur ki, iddiaçı ilə eyni hərbi hissədə, eyni divizionda xidmət etmiş və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş digər şəxslərə münasibə tdə cavabdeh inzibati orqanın fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi məqbul sayıla bilməz.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində işin hallarına, imtinanın dəlillərinə və iddia tələbinə etirazdakı dəlillərə istinad edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmiş, cavabdehin dəlillərini düzgün qiymətləndirməmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş Arayış - məlumatda onun döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilsə də, faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. Belə ki, iddiaçının tutduğu vəzifə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyət döyüş tapşırığı üzrə tapşırıqlar olmadığından, o, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki, döyüş təminatı üzrə tapşırıq anlayışı bölmənin döyüş vasitələrinə fasiləsiz elektrik enerjisi verilməsindən ibarət deyildir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN iyul N0N3-cü il N43 nömrəli əmrində “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışına izah verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları bunlardan ibarətdir: düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlər; düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək. İddiaçı isə Gəncə, Şəmkir, Samux və Göygöl şəhərlərində hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi funksiyanın döyüş təminatı ilə əlaqəsi o lmamış, həyata keçirdiyi fəaliyyət digər təminat növünə, yəni maddi-texniki təminat üzrə tapşırıqlara aid olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1.Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən bax ılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə i craat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. İddiaçının dəqiqləşmiş iddia tələbi isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi olmuş, məhkəmələr də iddianı məhz bu məzmunda təmin etmişlər.
23. Bununla bağlı nəzərə alınmalıdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən, Müdafiə Nazirliyi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verən orqanlardan biridir. Odur ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticə müharibə veteranı adı və vəsiqəsinin alınması ilə bağlı olduğundan, cavabdeh Müdafiə Nazirliyinə yönəlmiş tələb məhz müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi olmalıdır. Belə ki, hazırkı məzmunda tələb təmin olunsa belə, iddiaçı çatmaq istədiyi hüquqi nəticəyə tam nail ola bilmir.
24. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsinin tələbi baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində və düzgün iddia tələbinin formalaşmasında yardım etməlidir.
25. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. İd diaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dispozisiya şərtlərindən birinə cavab verməlidir.
27. Hazırkı halda iş üzrə prosessual tərəflər və işə baxan aşağı instansiya məhkəmələri qeyd olunan Əsasnamənin 11-ci abzasına istinadən işin hallarına qiymət vermişlər.
28. Həmin normaya əsasən iddiaçının tələbinin təmin edilməsi üçün o, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilot suz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olmalıdır.
29. İddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən verilmiş arayışda onun döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə çavuş rütbəsində 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində xidmət keçərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 0109 nömrəli əmri ilə bütün bölmələrin ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmr ilə döyüş əməliyyatlarına cəlb olunduğu, Gəncə, Şəmkir, Samux və Göygöl ərazilərində iştirak etdiyi, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək olan dövrdə Azərba ycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasının və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etdiyi, tam və qısaldılmış döyüş heyətləri tərkibində döyüş növbətçiliyinə cəlb olunduğu və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizion tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etdiyi, həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirdiyi qeyd edilmişdir.
30. Cavabdeh Müdaffiə Nazirliyi iddiaçının döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədəki xidməti ilə bağlı fəaliyyətini döyüş təminatı üzrə tapşırıqlara aid etməmiş, maddi-texniki təminat üzrə tapşırıqlar kimi qiymətləndirmiş və bu zaman mövqeyini Azərbaycan Respublikası Müdafiə nazirinin NN iyul N0N3-cü il N43 nömrəli əmrinə istinad etməklə əsaslandırmışdır.
31. İlk növbədə qeyd edilməlidir ki, kassatorun istinad etdiyi Azərbaycan Respublikası Müdafiə nazirinin NN iyul N0N3-cü il N43 nömrəli əmri iş materiallarında mövcud deyil.
32. Digər tərəfdən məhkəmə kollegiyası razılaşır ki, iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-c i il N7 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, hazırkı iddia tələbinin Əsasnamənin 11ci abzasına istinadən əsaslı olması üçün onun hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olması iş materialları ilə sübuta yetməlidir.
33. Hazırkı iş üzrə iddiaçının “döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş” şəxs olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hərbi hissə tərəfindən verilmiş arayışda iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizion tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etdiyi” qeyd edilmişdir. Lakin, iş materiallarına iddiaçının döyüş əməliyyatlarında iştirakına dair hər hansı sənəd əlavə edilməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də iddiaçıya verilmiş arayışda qeyd olunan məlumatın mötəbərliliyini və əsaslılığını təsdiq edən sənədləri İPM-in 1N.1-ci maddəsinin tələbi baxımından tələb etməmişdir. Digər tərəfdən, arayışda istinad olunan əmrlər də iş materiallarına əlavə edilməmişdir. Başqa sözlə, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirakına dair yalnız hərbi hissənin arayışı mövcuddur ki, bu da iddiaçının “döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş” şəxs olması ilə bağlı nəticəyə gəlmək üçün kifayət etmir.
34. Hazırkı iş üzrə iddiaçının “həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını icra etmiş” şəxs olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hallar bu məsələyə də aiddir. Belə ki, hərbi hissə tərəfindən verilmiş arayışda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən sənədlər, əmrlər iş materiallarına əlavə edilməmişdir.
35. Bundan əlavə, hərbi hissə rəhbərliyi və iş üzrə cavabdeh iddiaçının həyata keçirdiyi fəaliyyəti müxtəlif cür qiymətləndirir. Belə ki, hərbi hissə iddiaçının fəaliyyətini döyüş tapşırığına, cavabdeh isə maddi-texniki təminatla bağlı tapşırıqlara aid edir.
36. Göründüyü kimi, iddiaçının xidmət keçdiyi hərbi hissə və onun tabe olduğu Müdafiə Nazirliyinin iddiaçının fəaliyyəti ilə bağlı mövq eyində fərqlilik və ziddiyyət var. Eyni zamanda şəxsin fəaliyyətinin “döyüş tapşırığı”na, yaxud maddi-texniki təminata aid edilməsi zamanı hansı meyarların əsas götürüldüyü də iş materiallarından aydın deyildir.
37. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyətinin qiymətləndirilməsi zamanı hərbi hissə və Müdafiə Nazirliyi tərəfindən hansı meyarların əsas götürüldüyünü, bu məsələni tənzimləyən normativ sənədlərin olubolmamasını araşdırmalıdır. Başqa sözlə, iddiaçının “döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş” şəxs olması sübuta yetmədiyi halda, onun “döyüş tapşırığı”nı icra etmiş şəxs olub-olmamasına qiymət verilməsi üçün iddiaçının fəaliyyətinin “döyüş tapşırığı” kimi qiymətləndirilməli olub-olmaması müəyyən edilməklə, iddianın əsaslılığına qiymə t verilməlidir.
38. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə eyni hərbi hissədə xidmət keçmiş şəxslərə müharibə veteranı adı və statusunun verildiyinə istinad etsə də, qeyd edilməlidir ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, həmin şəxslərin və iddiaçının hərbi əməliyyatlar çərçivəsində həyata keçirdiyi xidməti fəaliyyət fərqlidir. Odur ki, belə halda bərabərlik hüququna istinad edilməsi əsassızdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilərək, İPM-in 1N.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün hazırkı iş t əkrar apellyasiya baxışına göndərilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 fevral N0N5-ci il tarixli, N-1(104)-98/N0N5 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.