Məhkəmə qərarları › İş №2-1(102)-2076/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2076/2023

04.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2076/2023 04.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-998/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC 2020-ci il üzrə fəaliyyətində satılmış malların alınmasına dair müvafiq təsdiqedici sənədlər olmadığından, mənfəətini şərti rentabellik norması əsasında 39242,7 manat məbləğində müəyyən edərək, həmin dövrə münasibətdə 7.848,54 manat (20%) mənfəət vergisini hesablamış və 12 noyabr 2021-ci il tarixdə vergi orqanına həmin göstəricilər əks olunmaqla mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. 2. “Vergilərin sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 29 dekabr 2021-ci il tarixli **********838500 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 36304,37 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, baza üzrə 181521,85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin qərarla **********473400 nömrəli qərar ləğv edilmişdir. Cavabdeh qərarı iddiaçının 181.521,85 manat məbləğində malın xərcini təsdiqləyən sənədləri təqdim etməməsi ilə əsaslandırmışdır.

3. İddiaçının həmin qərardan verdiyi inzibati şikayət Dövlət Vergi Xidməti tərəfindən təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta v ə işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2021-ci il tarixli **********838500 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7783/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********838500 nömrəli 29 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-998/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, G.T.Axundova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT

9. Cavabdeh vəsatətlə məhkəməyə müraciət etmişdir.

10. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021 -ci il tarixli **********838500 nömrəli Qərarın ləğv e dilməsi tələbinə dair iş üzrə bildiririk ki, qeyd edilən Qərar “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********834000 nömrəli Qərarla ləğv edilərək, 2020-ci ilin mənfəət vergisi üzrə hesablanmış məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılaraq müvafiq düzəlişlər edilmişdir.

11. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə mübahisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və iddiaçının təqdim etdiyi ərizə ni nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

14. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin ““Vergilərin sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 29 dekabr 2021-ci il tarixli **********838500 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 36304,37 manat hesablanmış verginin silinməsinə yönəlmişdir.

15. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********838500 nömrəli Qərarın ləğv edilməsi tələbinə dair iş üzrə bild iririk ki, qeyd edilən Qərar “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********834000 nömrəli Qərarla ləğv edilərək, 2020-ci ilin mənfəət vergisi üzrə hesablanmış məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılaraq müvafiq düzəlişlər edildiyini bildirmiş, bu baxımdan İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı nəzərə alınaraq məhkəmə icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. İddiaçı həmin vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən kas sasiya şikayəti təqdim olunduqdan sonra mübahisələndirilən inzibati akt ləğv olunmuş və bununla bağlı vəsatət təqdim olunmuşdur. Qeyd olunanlara əsasən, mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 12-ci bəndində istinad olunan normanın məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

18. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərdən “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********834000 nömrəli qərarın və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışın təsdi q olunmuş surətlərindən) iddiaçıya hesablanmış vergi borcunun azaldıldığı görünür. İddiaçı özü də həmin vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində mübahisənin aradan qalxdığını təsdiq edir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu, etirazın olmadığını, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar