Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2079/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; vəzifələrin Siyahıya uyğun gəlməməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətlərin ümumi əmək stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək Sumqayıt şəhər 35 nömrəli orta texniki məktəbində əyani şöbədə təhsil almış, xx.xx.1985-ildən xx.xx.1987-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Sumqayıt “Üzvi Sintez” X3 zavodunda xammal hazırlanması və göndərilməsi üzrə cihazçı, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər həmin Zavodun konveksiya sexində yükləyici boşaldıcı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X6 Kombinatında fəhlə, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək X13 betonçu, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək maşinist, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək “Azər-AN” firmasında fəhlə işləmiş, xx.xx.1996-cı ildən hazırki vaxta q ədər isə “Azərkimya kompressor qurğu maşinisti vəzifəsində işləyir.
2. İddiaçı, göstərilən müddətlər nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx xxxx 2019-cu il tarixdə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmiş və imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, xx.xx.2006-cı ilədək iddiaçının ümumi iş stajı 20 ildən azdır, qanunvericiliyə əsasən isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 20 il ümumi stajı, bu stajın ən azı 10 ili güzəştli işlərdə çalışmalı və 52 yaşı tamam olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinc i instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətlərin ümumi əmək stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh orqana xx.xx.1982xx.xx.1985-ci il tarixlərində Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsil alması barədə arxiv arayışı təqdim etsə d ə, cavabdeh orqan pensiya hesablanarkən bunu nəzərə almamış, beləliklə də iddiaçının əmək pensiyası hüququndan məhrum etmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, hazırkı qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün kişilərə 60 yaş tələb olunur. İddiaçı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edir. Halbuki həmin qanuna əsasən iddiaçının təkcə ümumi və güzəştli iş stajının tamam olması deyil, onun yaşının da tamam olması zəruridir. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu əsasdan iddia mümkün sayılmamalıdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X14, 2-1(81)-3166/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx. xx.1982-ci ildən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 №-li orta texniki peşə məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət müddəti də daxil edilməklə 22 il 6 ay 29 gün ümumi və 12 il 2 ay 8 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X18-məruzəçi, X15 və X8, 2-1(103)-176/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkə məsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
10. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X9 və Şəfiyev İspəndiyar Əsəd oğlu, 2-1(102)-932/2020 saylı iş) xx xxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin x xxxxxx 2020-ci il tarixli ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
12. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan apelyasiya instansiya məhkəmə si iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X16 və X11, 2-1(103)-1327/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şika yətini təmin etməmiş, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Ali Məhkəmə qərarında iddiaçının işlədiyi peşələrin 1 nömrəli “Siyahı”nın Vİİ Bölməsində qeyd edilən vəzifələrin iddiaçının işlədiyi vəzifələr ilə eyni olmasa da apelyasiya instansiya məhkəməsi bu halı araşdırmadan iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının əsassız olaraq dəyişdirilmədən saxlanılmasını qeyd etmişdir.
16. Bakı Apelyasiya Məhkəməsində qeyd edilən iş təkrar araşdırılmış və cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi barədə xx.xx.2020-ci ildə qərar qəbul edilmişdir. Qeyd edilən qərarı əsassız və qanunsuz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İPM-in 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Bakı Apelyasiya Məhkəməsi xx.xx.2020-ci ildə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarında qeyd etdiyi hüquqi mövqeyini nəzərə almamışdır.
17. Məhkəmə ancaq “Azərkimya” İB-nin “Etilen-polietilen” Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubun mətninə baxdıqda isə qeyd edilən məktubda həmin zavod tərəfindən əvvəllər təqdim edilmiş və əvvəlki məhkəmə instansiyalarında araşdırılmış arayışlara istinad edilmişdir. Yani qeyd edilən məktubda zavod tərəfindən hər-hansı bir yeni xüsusat göstərilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, ə mək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tari xli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
30. Cavabdeh hesab edir ki, x xxxxxx 2006-cı ilə qədər iddiaçının şərtlərlə yaşa görə pensiya təyin olunması üçün hüquq verən iş stajı olmamış, i ddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün hüquq verən iş stajının müəyyən edilməsi barədə Ali Məhkəmənin əvvəlki qərarında olan göstərişi apelyasiya məhkəməsi tərəfindən yerinə yetirilməmişdir.
31. Kasasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “apelyasiya məhkəməsi “Etilen-Polietilen” Zavodunun xx.xx.2019-cu il tarixli 138 nömrəli və 137 nömrəli arayışlarına istinad edərək iddiaçının zəruri güzəştli iş stajının olduğunu bildirmişdir. Sözügedən arayışlara əsasən, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər işlədiyi aparatçı vəzifəsi və xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər işlədiyi yükləyici-boşaldıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsindəki plastik kütlələr – 1080A010 şifrinə, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər işlədiyi kompressor qurğu maşinisti vəzifəsi isə neft karbohidrogenləri – 1080A010 şifrinə uyğundur.
32. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğu müəyyən olunsa da, peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması bar ədə araşdırma aparılmamışdır.
33. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.
34. Bundan sonra apelyasiya məhkəməsi iddiaçının iş yerinə sorğu etmiş, sorğu əsasında təqdim edilən arayışlar işdə əvvəllər mövcud olmuş arayışların təkrarı olmuş, apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin 2 saylı siyahıda olan sahədə mövcud olması ilə bağlı kasasiya məhkəməsinin göstərişlərinə əməl etməmişdir.
35. İddiaçı aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti peşəsində işləmiş, adı çəkilən peşələr 1 saylı siyahıda mövcud olmamışdır.
36. Apelyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx xxxx 1993-cü il tarixli qərarı təsdiq edilmiş 1 nömrəli Siyahının Vİİİ bölməsinin (Kimya istehsalatı bölməsinin) 1-ci bəndinin 108A010 şifrəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri ilə yanaşı, həmin bənddə sadalanan zərərli kimyəvi maddələrlə məşğul olan bütün işçilər də göstərildiyi üçün həmin “bütün işçilərə ” iddiaçının müvafiq dövrlərdə zərərli kimya sahəsində işlədiyi aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti vəzifələri də aid olunur. 37. 1 saylı Siyahıda Kimya istehsalatı adlanan Vİİİ bölmədə qeyd edilmişdir ki, A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri:...
38. Siyahıda A. bölməsində istehsalatlar və işlər sadalanmışdır.
39. İddiaçının A. bölməsində sadalanan istehsalatlarda və işlərdə məşğul olmasını apelyasiya məhkəməsi araşdırmamışdır.
40. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdı r. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
41. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
42. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1327/2020 saylı, x xxxxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.