Məhkəmə qərarları › İş №2-1(102)-2083/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2083/2025

07.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2083/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 26 fevral tarixli, 2-1(103)-645/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1976-cı il tarixdə İmişli rayonu k/t istehsalat idarəsində tikintiyə nəzarət şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir (əmr № 68, xx.xx.1976). xx.xx.1977-ci il tarixdə İmişli rayon k/t idarəsi mərkəzi mühasibatlığa baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 09, xx.xx.1977). xx.xx.1986-cı il tarixdə İmişli rayonu k/t idarəsində mərkəzi mühasibatlığın baş mühasibi vəzifəsindən ərizəsinə əsasən azad edilmişdir (əmr № 60, xx.xx.1986). xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixdə İmişli rayonu Jdanov adına kolxozda baş mühasib vəzifəsinə keçirilmişdir (əmr № 6, xx.xx.1986). xx.xx.1992-ci il tarixdə Buludlu kolxozunun ayrılması ilə əlaqədar olaraq baş mühasib vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Nahid Səhmdar Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Nahid Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsinə qəbul edilmişdir (əmr xx.xx.1994). xx.xx.1997-ci il tarixdə “Nahid” Səhmdar Cəmiyyətində direktor müavini vəzifəs indən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Nəcəfqulu kft başçısı seçilmişdir. xx.xx.1998-ci il tarixdə Nəcəfqulu kft başçısı vəzifəsində azad edilmişdir. xx.xx.1998-ci il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı seçilmişdir. xx.xx.2010-cu il tarixdə İmişli rayonu Buludlu kəndi Mədinə k.f.t başçısı vəzifəsindən azad edilmişdir. xx.xx.2010- cu il tarixdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin müavini vəzifəsinə 1 il stajçı kimi təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə 26 saylı xx.xx.2011-ci il tarixli sərəncam ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 9-cu təsnifat üzrə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 258 s aylı xx.xx.2013-cü il tarixli sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 7-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə 144 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluqçusu haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müddəti 1 il uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 151 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olma müdd əti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 114 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət Qulluğu haqqında” Qanunun 33.12- ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğunda olma müddəti 1 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 306 saylı xx.xx.2022-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində dövlət qulluğuna xitam verilmişdir.

2. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmi ş, lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3- 17-1/2-N39323/2024 saylı xx.xx.2024-cü il tarixli sonuncu imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2- ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olanşəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesab lanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraci ət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda xx.xx.1977- xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə xx.xx.1976xx.xx.1986-cı il tarixləri arasında dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsi dair sorğu ünvanlanıb. Cavab məktubunda xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajınıza aid edildiyi, xx.xx.1977-xx.xx.1986-cı il ta rixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajınıza aid edilib-edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq, dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işlədiyi müddəti və dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlərin xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsasl andırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1955-ci ildə doğulmuşdur. 2020-ci ilin aprel ayının 20-də 64,5 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək İmişli rayon X1 İdarəsinin Tikintiyə nəzarət şöbəsində iqtisadçı, xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək köçürmə yolu ilə İmişli rayon Kənd Təsərrüfatı idarəsinin mərkəzi mühasibatında baş mühasib, xx.xx.2010-ci ildən xx.xx.2022-ci ilədək İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində işləmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun Dövlət qulluqçularının pensiya təminatından bəhs edən 23.2-ci maddəsində Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 il göstərilmişdir. Lakin 6 mart 2018-ci il tarixli 10025-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra (Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 392) isə 23.2-ci maddə birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada “Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur” kimi v erilmiş, əvvəlki redaksiyada olan “Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 ildir” cümləsi çıxarılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018- ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək dövlət qulluqçusu kimi təqaüdə çıxmağına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Filialın direktor müavini F.Zalıyev tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-30323/2024 saylı “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən dövlət qullu ğunda iş stajı 15 ildən az (13 il 1 ay 20 gün ((xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) təşkil etdiyinə görə dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki başqa bir əsasla münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüququ normalarına əsasən dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini onun ərizəsini oxumadan Dövlət təşkilatlarında 22 ildən artıq əmək faliyyəti ilə bağlı etdiyi əvvəlki müraciətinə yazdığı cavabla onun xahişini təmin etməmişdir. Ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2010-cu ildə yarandığından həmin münasibətlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 6 mart 2018-ci il tarixdən qüvvəyə minmiş 23.2-ci maddəsinə görə deyil, 6 mart 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V bəndlərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndinə görə hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçisini itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər h allarda sosial təminat almaq hüqququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxsiərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların düvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktd a və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə mniməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Hərbiqulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149 cu maddəsi ilə bağlı hüquq normasının zamana görə qüvvəsi məsələsinə dair mövqeyini belə şərh etmişdir ki, “Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Cavabdehin etirazı:

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-39323/2024 nömrəli məktubla ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyqun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyalarına əlavələr təyin edilir. Belə ki, sözügedən Qanunun 20.11-ci maddəsinə əsasən həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (20.11.1.) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (20.11.2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda İddiaçı xx.xx.1977-xx.xx.1986-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə iddiaçının xx.xx.1976xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair sorğu ünvanlanıb. Cavab məktubunda iddiaçının xx.xx.1976xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edildiyi xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərdiyi İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin Mərkəzi Mühasibatlığına dair arxiv sənədləri aşkar olunmaması səbəbindən həmin dövrün dövlət qulluğu stajına aid edilib- edilməməsi barədə rəy bildirilməsinin mümkün olmadığı göstərilib. İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 20 gün (xx.xx.1976-xx.xx.1977-ci il və xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, İddiaçı dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yasa görə əmək pensiyası nın təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluqçusu kimi stajının olmaması səbəbindən ona yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Pl enumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara b ilər. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Almazova) 2024-cü il 29 iyul tarixli, 21(112)-7946/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə (64 yaş 06 ay) çatmışdır. Həmin dövrdə qanunun qüvvədə olan mətninə görə 15 il qulluq stajı tələb olunurdu. İddiaçının hazırki dövrə dövlət qulluğu stajının 15 ildən az, yəni 13 il 0 1 ay 20 gün olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 29 iyul tarixli, 2-1(112)-7946/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) 2025-ci il 26 fevral tarixli, 2-1(103)645/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 29 iyul tarixli, 2-1(112)-7946/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından onun dövlət qulluğu stajının 15 ildən az olması səbəbindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının dövlət qulluğunda qulluq stajı 15 ildən az, yəni 13 il 01 ay 20 gün olduğundan ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi qeyrimümkündür. Bununla bağlı birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər ha llarda sosial təminat hüququna malikdir. 16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət edir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 17. “Əmək pensiyaları haqqın da” Azərbaycan Respublikası Qanunun: 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əla qədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya sı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə (64 yaş 06 ay) çatmışdır. Həmin dövrdə qanunun qüvvədə olan mətninə görə 15 il qulluq stajı tələb olunurdu. İddiaçının isə hazırki dövrə dövlət qulluğu stajı 15 ildən az, yəni 13 il 01 ay 20 gündür. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddiaçıya dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinasını əsaslı hesab etməkdə haqlı olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 26 fevral tarixli, 21(103)-645/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar