Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2085/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimənin təyin edilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2025-ci il tarixli, 2-1(103)-1716/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin məhkəmə qərarı ilə ona təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş e tmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-5949/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılmış və iddiaçıya təyin edilmiş həmin pensiyanın ödənişinin bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-1995/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024cü il tarixli, 2-1(102)-995/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-1995/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2024-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir
6. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki,... aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixindən dayandırılıb. Belə ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2014cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada 57 yaşının tamamlandığı xx.xx.2014-cü il tarixindən hesablanaraq 849,16 manat olmaqla xx.xx.2022-ci il tarixində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin 17049,48 manat vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 155164,83 manat pul vəsaitinin 2022-ci ilin iyun a yından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-246mat-22/4788 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş İdarənin İstintaq İdarəsinə göndərildiyi qeyd olunub. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2- 1(112)-5949/2022 nömrəli qərarının cavabdeh tərəfindən icra olunmamasını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsini 31 iyul 2024-cü il tarixli məktubla qeyd olunan qərarın icra edilməsi üçün cavabdehə bir ay müddət müəyyən etmiş, əks təqdirdə inzibati orqanın cərimə ediləcəyi barədə xəbərdarlıq etmişdir.
9. Cavabdeh 4 oktyabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabı nda xx.xx.2024-cü il tarixli məktubda əks olunmuşları təkrarlamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-5949/2022 nömrəli qərardadı ilə (hakim F.İsmayılzadə) cavabdehin 500 (beş yüz) manat cərimə olunması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almasına baxımayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan qərar icra edilməmişdir. Hazırkı məhkəmə iclası tarixinədək, xəbərdarlıq məktubunun göndərildiyi tarixdən 6 ay ərzində sözügedən qərarın icrası təmin edilməmiş, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. Dəfələrlə məhkəmə iclasları qərarın icra ediləcəyi barədə cavabdehin vəsatətlə ri əsasında təxirə salınmasına baxmayaraq icra tədbirlərinin yerinə yetirilməsinə (pensiya ödənişlərinə) başlanılmamışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası cavabdeh inzibati orqan üçün müəyyən edilmiş müddətlər bitdikdən və qərarın icraya yönəldilməsindən 6 ay ərzində təmin edilməmiş qaldığından, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından ilkin tədbir qismində cavabdehin minimal həddə, yəni 500 (beş yüz) manat məbləğində cərimə olunması məqsədəuyğundur.
12. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2025-ci il tarixli, 21(103)-1716/2025 nömrəli qərardadı ilə (hakiml ər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əla vələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixindən dayandırılıb. Belə ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan yəni xx.xx.2014-cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar e dilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada 57 yaşının tamamlandığı xx.xx.2014-cü il tarixindən hesablanaraq 849,16 manat olmaqla xx.xx.2022-ci il tarixində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin 17049,48 manat vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 155164,83 manat pul vəsaiti 2022-ci ilin iyun ayından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məb ləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-246mat22/4788 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş İdarənin İstintaq İdarəsinə göndərildiyi qeyd olunub. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzə rinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə c ərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisə üzrə mühüm əhəmiyyətə malik olan işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamış və qiymətləndirilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Hazırkı iş qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə inzibati orqanın (cavabdehin) cərimə edilməsi ilə bağlıdır.
23. Bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyu lmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
24. Ap ellyasiya instansiyası məhkəməsi cavabdehin cərimə edilməsini əsaslı hesab edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası cavabdeh inzibati orqan üçün müəyyən edilmiş müddətlər bitdikdən və qərarın icraya yönəldilməsindən 6 ay ərzində təmin edilməmiş qaldığından, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından ilkin tədbir qismində cavabdehin minimal həddə, yəni 500 (beş yüz) manat məbləğində cərimə olunması məqsədəuyğundur.
25. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
26. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının icra edilməməsi faktının özü avtomatik olaraq inzibati orqanın təqsirli davranışı kimi qiymətləndirilə bilməz. İPM- in 120-ci maddəsinin əsas məntiqi ondan ibarətdir ki, inzibati orqan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə, məhkəmə həmin orqana cərimə tətbiq olunacağı barədə əvvəlcədən xəbərdarlıq edir və yenə də icra təmin edilməzsə, cərimə tətbiq edir. Bu cərimə məcburi icra tədbiri hesab olunur və inzibati orqanın məhkəmə qərarının icrasından əsassız və təqsirli şəkildə yayınması halında tətbiq edilir.
27. Göründüyü kimi, həmin norma məhkəmədən icranın baş tutmamasının səbəblərinin araşdırılmasını və həmin səbəblərə hüquqi qiymət verilməsini tələb edir. Lakin apellyasiya instansiyası məhkəməsi bu qiymətləndirməni aparmamışdır.
28. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda pensiyanın təyin olunmasının qanuniliyinə dair xidməti araşdırma aparıldığın ı, artıq ödənilmiş məbləğin müəyyən edildiyini və aşkar edilmiş hallar üzrə materialların Baş Prokurorluğa göndərildiyini bildirmişdir. Həmçinin həmin materialların ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd edilmişdir.
29. Göründüyü kimi, cavabdeh məhkəmə qərarının icrasına təsir göstərə biləcək hallara – yəni pensiya hüququnun qanuniliyinin araşdırılması və bununla bağlı cinayət təqibinin aparılmasına – istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin cinayət işinin hansı mərhələdə olduğunu, yekun qərarın qəbul edilib-edilmədiyini və həmin araşdırmanın nəticələrinin məhkəmə qərarının icrasına hüquqi təsir göstəribgöstərmədiyini müəyyən etməmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdehin davranışında məhkəmə qərarının icrasından qəsdən və ya ə sassız şəkildə yayınma hallarının olubolmadığını, o cümlədən cinayət işinin faktiki vəziyyətini və onun nəticələrinin məhkəmə qərarının icrasına təsirini araşdırmamış, icranın baş tutmamasının səbəblərini konkret qiymətləndirmədən yalnız qərarın icra edilməməsi faktına istinad etməklə cərimənin tətbiqini əsaslı hesab etmişdir.
31. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, Ali Məhkəmənin qərarından irəli gələn icranın baş tutub-tutmadığı məsələsinə qiymət verərkən apellyasiya məhkəməsi sözügedən qaydada təhlil və qiymətləndirmə aparmamışdır. Ona görə də, qərardad ləğv edilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 8 aprel 2025-ci il tarixli, 21(103)-1716/2025 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.