Məhkəmə qərarları › İş №2-1(102)-209/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-209/2024

14.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-209/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “şəhid” statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X9 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna “şəhid” statusunun verilməsi və “şəhid” adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmas ı” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust N0N3-cü il tarixli, N-1(108)-30/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N7.07.1990-cı il tarixli, XV-ЖГ 3304N9 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.1990-cı il tarixdə Babək rayon Qaraxanbəyli kəndində doğulmuş, atası İddiaçı, anası X10r.

2. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 560 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.N008-ci il tarixdən xx.xx.N009-cu il tarixədək Azərbaycan Res publikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.N010-cu il tarixdən xx.xx.N016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 167-ci maddəsinə müvafiq olaraq vəfat etdiyindən xx.xx.N016-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir heyətinin siyahısından çıxarılmışdır.

3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş AZS-106 nömrəli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən, xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.N016-cı il tarixdə baş beyin diffuz travması, ağır yük avtomobilində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür.

4. Naxçıvan şəhər Qeydiyyat şöbəsi t ərəfindən verilmiş xx.xx.N016-cı il tarixli, AZ-İ 7011N6 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.N016-cı il tarixdə Bakı şəhərində baş beyin diffuz travması, ağır yük avtomobilində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.N016-cı il tarixində N96 nömrə ilə qeyd edilmişdir.

5. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.N016-cı il tarixli, 11(09N)-41/N016 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, əsgər X8 N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edərkən xx.xx.N016-cı ildə saat 09 radələrində maşın böyüyü gizir X5 rəhbərliyi ilə ona təhkim olunmuş “ZİL-130” markalı “E N MR” hərbi nömrə nişanlı avtomobili hərbi hissənin ərazisindəki su doldurmaq üçün düzəldilmiş xüsusi yerə sürüb orada 4 tonluq su çənini yarıyadək doldurduqdan sonra avtomobili 7N metr irəli sürüb Naxçıvan Dövlət Universitetinin ərazisində dönmə əməliyyatını həyata keçirmək məqsədi ilə avtomobili arxaya hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini pozaraq avtomobilin qabarit ölçülərini nəzərə alıb bu hərəkəti təhlükəsiz olaraq yerinə yetirməli, dönmə əməliyyatının təhlükəli olduğunu gördükdə isə avtomobili dayandırıb bu əməliyyatı təhlükəsiz yerinə yetirmək üçün digər tə dbirlər görməli, bundan başqa dönmə əməliyyatını yerinə yetirərkən arxaya hərəkət zamanı təhlükəsiziliyi təmin etmək üçün lazım gəldikdə digər şəxslərin köməyindən istifadə etməli olduğu və həmin ərazidə dönmə əməliyyatını həyata keçirmək üçün kifayət qədər geniş yer olduğu halda avtomobili 1N metr arxaya hərəkət etdirib əyləci sıxmış, bu zaman avtomobil dikdən aşıb N3,7 metr yuvarlanaraq yardımçı tikiliyə dəyib dayanmış, nəticədə avtomobilin kabinəsində əyləşən maşın böyüyü gizir X9 “baş beynin ağır dərəcəli əzilməsi və qansızması, sağ alın-təpə nahiyyəsində apanevrozaltı və sağ gicgah əzələsinin hematoması, başın sağ alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış və sağ gicgah nahiyəsinin sıyrılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı və burun nahiyəsinin əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, hər iki bud, hər iki qasıq və sol oturaq sümüklərinin, sağ N; 4; 5; 6; 9-cu qabırğaların sınıqları, hər iki ağ ciyərlərin kontuziyası, bədənin çoxsaylı qançırları və sıyrılmış yaraları” ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər alıb N016-cı ilin avqust ayının N8-dən 30-dək N05 nömrəli hərbi hospitalda müalicə olunaraq Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə olunmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq E.Ş.Abdullayevin nəqliyyat maşınlarını idarəetmə qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 bilavasitə avtomobil qəzası zamanı almış olduğu “baş beynin ağır dərəcəli əzilməsi və qansızması ilə müşayiət olunan qapalı kəllə beyin travması”ndan xx.xx.N0 16-cı ildə ölmüşdür.

6. İddiaçı xx.xx.N0NN-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, oğlu X5 “xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı” aldığı xəsarətdən vəfat etdiyi üçün, Azərbaycan Respublikasının Qanununa uyğun olaraq oğluna “şəhid” statusunun verilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.N0NN-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadi sələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X5 xx.xx.N016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.N016-cı il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında vəfat etməsi yuxarıda qeyd olunan normativ hüququ aktda nəzərdə tutulan döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şəraitinə uyğun gəlmi r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu X9 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna “şəhid” statusunun verilməsi və “şəhid” adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr N0NN-ci il tarixli, N-1(11N)1N484/N0NN nömrəli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X9 xx.xx.1990cı ildə doğulmuş, xx.xx.N008-ci il tarixdən xx.xx.N009-cu il tari xədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.N010-cu il tarixdən xx.xx.N016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N016-cı il tarixli, 0N1 gm nömrəli əmri ilə N nömrəli hərbi hissədə İİ taqım komandirinin müavini, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N010-cu il tarixli, 056 gm nömrəli əmri ilə N nömrəli hərbi hissədə taqım komandirinin müavini, N nömrəli hərbi hissə komandirinin xx.xx.N014-cü il tarixli, 048 gm nömrəli əmri ilə nümunəvi xidmət etdiyi üçün N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. xx.xx.N016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman, verilmiş tapşırığın icrası yerinə yetirilən vaxtda maşın başçısı olduğu hərbi maşınla uçuruma düşmüşdür. Hadisə yerindən o, Naxçıvan Hərbi Hospitalına çatdırılmış, lakin aldığı xəsarətlərdən vəziyyəti ağır olduğu üçün xx.xx.N016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi (Papanin) Hərbi Klinik Hospitalına köçürülmüşdür. Həkim heyətinin səylərinə baxmayaraq, xx.xx.N016-cı il tarixdə aldığı kəllə-beyin travmasından hospitalda vəfat etmişdir. İddiaçı mərhum oğluna şəhid adının verilməsi ilə bağlı xx.xx.N0NN-ci il tarixdə cavabdehə, xx.xx.N0NN-ci il tarixində isə cavabdehin sturukturuna daxil olan müvafiq bölmələrə ərizə ilə müraciət etmişdir. Onun müraciətlərindən uzun müddət keçməsinə baxmayaraq, müraciətinin nəticəsi ilə bağl ı ona məlumat verilməmişdir.

11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, mərhum gizir X5 xx.xx.N016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.N016-cı il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etməsi döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmədiyindən iddiaçıya bu barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X5 ölümü, təqsirləndirilən şəxs X1 cinayət əməlini törətməsi, yol-nəqliyyat hadisəsi nəticəsində olmuşdur. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Hərbi Məh kəməsinin xx.xx.N016-cı il tarixli, 1-1(09N)-41/N016 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.N-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxsin hüquq varisinin (İddiaçı) onu bağışlayaraq şikayət və tələbinin olmaması göstərilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N0N3-cü il tarixli və xx.xx.N0N3-cü il tarixli məktublarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə deyildir.

13. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim: Elnur Hüseynov) N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum gizir X9 xx.xx.N016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.N016-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. X5 döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi nəticəsində ölməsi faktı iş materialları ilə təsdiq olunmur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N0N3-cü il tarixli və xx.xx.N0N3-cü il tarixli məktublarına əsasən N nömrəli hərb i hissə döyüş şəraitində yerləşən hərbi hissə deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “şəhid” statusu barədə arayışın verilməsindən qanunvericiliyin tələbinə əsasən imtina etməkdə haqlı olmuşdur.

15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N0N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin şəhid və şəhid ailəsi statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan “döyüş tapşırığı” və “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışlarının müəyyən edilməsi h aqqında xx.xx.N0N3-cü il tarixli, N43 nömrəli əmrinin əlavəsinin 1-ci bəndində döyüş tapşırığının nədən ibarət olması göstərilmişdir. Belə ki, döyüş tapşırığı – hərbi əməliyyatda (döyüşdə) təyin edilmiş məqsədə (hədəfə) çatmaq üçün bir və ya bir neçə hərbi qulluqçunun, bir bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) və qoşunların (qüvvələrin) qarşısında komandir (rəis, komandan və s.) tərəfindən qoyulmuş tapşırıqdır. Döyüş tapşırığının mahiyyəti döyüşün (əməliyyatın) məqsədindən, növündən, bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) tərkibindən, qoşunların (qüvvələrin) quruluşundan və silahlanmasından, dost qüvvələrinin və düşmənin döyü ş imkan və qabiliyyətlərindən, ərazi və hava şərtlərindən asılıdır. Əlavənin N-ci bəndində döyüş təminatı ilə bağlı tapşırıqların açıqlaması verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar iki yerə bölünür. Döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqları. Döyüş təminatının döyüş dəstəyi tapşırığı – döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş xidmət dəstəyi tapşırıqları – döyüş və döyüşə dəstək bölmələrinin gündəlik (o cümlədən döyüş hazırlığı) və taktiki fəaliyyətlərinin təminatı və təchizatı, müxtəlif xidmətlərin göstərilməsi üzrə tədbirlərdir. Döyüş xidmət dəstəyinə maddi-texniki təminat, hərbi daşımalar, hərbi tikinti, mənzil istism ar, yanğınsöndürmə, tibbi təminat, mənəvi-psixoloji təminat, orkestr, hərbi inzibati dəstək (şəxsi heyətin uçotu (səfərbərlik sifarişləri, kadr işi), hüquq, maliyyə, daxili təhlükəsizlik) fəaliyyətləri daxildir. Döyüş xidmət dəstəyi bölmələrinə (müəssisələrinə, təşkilatlarına) maddi-texniki təminat, hərbi daşımalar, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı bölmə, müəssisə və təşkilatları, orkestr bölmələri, mənəvi-psixoloji təminat, hərbi inzibati dəstək fəaliyyətlərini icra edən idarəetmə orqanları və təşkilatlar daxildir. Həmçinin N.N-ci bəndin ərzaq təminatı ilə bağlı hissəsində bildirilir ki, döyüş əməliyyatlarında iştirak edən, həmçinin bu məqsədlə hazırlanan (komplektləşdirilən) hərbi hissələrin ərzaqla, ərzaq xidmətinə aid texnika, əmlak və qablarla təminatının təşkil edilməsi və döyüş əməliyyatları zamanı (müdafiədə duran, hücuma keçən və yerdəyişmə ilə əlaqədar marş keçirən) hərbi hissələrin (bölmələrin) qidalanmasının təşkili, həmçinin döyüş mövqelərinə isti yeməklərin və digər maddi vəsaitlərin çatdırılması başa düşülür.

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Yusifəli Qurbanov /sədrlik edən və məruzəçi/, Səxavət Bəylərli və Sənan Qarayev) 18 avqust N0N3-cü il tarixli, N-1(108)-30/N0N3 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. İş materiallarından da müəyyən olunduğu kimi mərhum X9 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı deyil, hərbi hissəyə avtomobilə su doldurub aparan zaman avtomobilin uçuruma düşərək aşması nəticəsində almış olduğu xəsarət nəticəsində vəfat etmişdir. Kollegiya qeyd edilənlərə əsaslanıb belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi apell yasiya şikayətində iddiaçının qeyd etdiyi “oğlunun hərbi xidmətdə olduğu zaman ona verilmiş döyüş təminatı tapşırığını icra edərkən, yəni hərbi hissənin döyüş təminatını gücləndirmək, artırmaq üçün xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissəyə su doldurub aparmaq istərkən baş vermiş qəza nəticəsində xəsarət alaraq sonradan vəfat etməsi, oğlu və əsgər X3 xidməti vəzifələrini icra etdikləri zaman suyu çənə dolduraraq aparmalarında məqsədlərinin həmin suyu apararaq ordunun döyüş təminatına (istifadəsinə) vermək olması, belə olduğu halda döyüş təminatı əmrini icra edərək hərbi xidməti vəzifəsini icra edərkən həlak olmuş övladının nə üçün şəhid hesab edilməməsi, məhkəmə qərarında oğlunun xidmət etdiyi hərbi hissənin döyüş şəraitində yerləşən hərbi hissə olmadığı üçün tələbinin əsaslı olmad ığının göstərilməsi, lakin qeyri-döyüş şəraitinin nədən ibarət olması barədə heç bir araşdırma aparılmaması, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N0N3-cü il tarixli və xx.xx.N0N3-cü il tarixli məktublarına əsaslanılaraq nəticəyə gəlinməsi, oğlunun həlak olduğu xx.xx.N016-cı il tarixdə ölkəmiz döyüş şəraitində olduğu halda, necə qeyri-döyüş şəraitindən söhbət gedə bilməsi” barədə dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da aydın olduğu kimi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə...döyüş tapşırığ ının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N8-ci maddəsinin “Qeyd” hissəsinə görə ”döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli, 56N nömrəli arayışla müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlunun xidmət etdiyi N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə deyil. Sorğu ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş c avabda göstərilmişdir ki, mərhum X5 xx.xx.N016-cı il tarixdə Naxçıvan şəhərində, döyüş şəraitində olmayan N nömrəli hərbi hissədə xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq, hərbi hissədə və təlim mərkəzində güllərin və ağacların sulanması üçün hərbi hissəyə məxsus “E N MR” hərbi nömrə nişanlı avtomobil texnikası ilə su apararkən avtomobilin aşması nəticəsində həlak olması, hər hansı bir döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlara aid deyil.

20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən “məhkəmə tərəfindən aşağıdakı suallara aydınlıq gətirilməmişdir.

1. Bir hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması nə deməkdir?, N. Qeyri-döyüş şəraiti sözünün mənası tam olaraq nədir?,

3. Hərbi qulluqçu xidməti tapşırıqları yerinə yetirərkən dünyasın ı dəyişirsə, bu müəyyən statusa tabe edilməlidir ya yox?.” qeydləri ilə bağlı xatırlatmışdır ki, müvafiq ifadələrə izah verilməsi məhkəmənin səlahiyyətləri çərçivəsində deyil. Həmçinin şikayətdə göstərilən “Azərbaycan Respublikasında mövcud olmuş təcrübəyə əsasən, məsələn: ürək tutmasından hərbi xidmət dövrü vəfat etmiş Ağsu rayon sakini X7 şəhidlik statusunun verilməsi, qardaş Türkiyə Cumhuriyyətinin təcrübəsinə görə birmənalı şəkildə hərbi qulluqçu vəfat edirsə, həmin şəxsə şəhidlik adının verilməsi” barədə dəlil qismində qeyd edilənlərlə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq halların icraatda olan hazırkı işə münasibətdə məcburiliyi qanunvericilikdə nəzərdə tutulmamışdır

21. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. N. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. 25. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər ş əhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri d ərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N. Aşağıdakılar şəhid hesab edilirlər:... 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraiti ndə olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;... 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tari xli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının ve rdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X4 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 27. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x x.xx.N008-ci il tarixli Qərarı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasın ın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə koll egiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəf ərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum oğlu X9 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna “şəhid” statusunun verilməsinə və “şəhid” adının əb ədiləşdirilməsinə nail olmaqdan ibarətdir.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İşinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının oğlu mərhum X9 N nömrəli hərbi hissə də xidmətdə olduğu vaxt xx.xx.N016-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xx.xx.N016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının mərhum oğlunun hərbi xidmət vəzifələrini yerinə yetirərkən vəfat etməsi müəyyən edilsə də, onun xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır.

38. Bu qərarın N6-cı bəndində istinad edilən normalara əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxi li işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

39. Həmçinin bu qərarın N7-ci bəndində istina edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorun masından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd olun an səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. İş materiallarından da müəyyən olunduğu kimi, mərhum X9 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı deyil, hərbi hissəyə avtomobilə su doldurub aparan zaman avtomobilin uçuruma düşərək aşması nəticəsində almış olduğu xəsarət nəticəsində vəfat etmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsaslanıb haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust N0N3-cü il tarixli, N-1(108)-30/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar