Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2096/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; mübahisələndirilən inzibati aktla hüququn pozulduğunun əsaslandırılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-82/2023 nömrəli qər ardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1867 №-li sərəncamına əsasən, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1, yaşayış sahəsi 21,3 kv.m olan 2 yaşayış otağından, 38,2 kv.m ümumi sahədən ibarət olan yaşayış evi xx.xx.1995-ci il tarixli müqavilə ilə X5 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir. 2. xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən, X3 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv.m olan 2 yaşayış otağından, 13,7 kv.m örtülü eyvandan, 6,0 kv.m tamburdan ibarət yaşayış evini X1.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhə ri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv.metr torpaq sahəsi X6 istifadəsinə verilmişdir.
4. X10 xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 13 №-li evi İddiaçı satmışdır.
5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Komissar 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmış, İddiaçı adına fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. 6. xx.xx.2015-ci il tarixli, 5983 saylı icarəyə verilmiş əmlakın alğı-satqısına dair müqaviləyə əsasən, ünvan 3 ünvanda yerləşən 256,4 kv.metr əmlak kompleksi X2. 7. xx.xx.2016-cı il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsi”nə əsasən, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin altında yerləşən 1124 kv.metr torpaq sahəsi X9 xeyrinə özəlləşdirilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanda yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,1124 ha torpaq sahəsi X9 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 9. xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X13 0,1124 ha torpaq sahəsini "xxxx" MMC-yə satmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
10. Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Gəncə Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 4 ünvanda 0.11066 ha ölçüdə olan torpaq sahəsi var. Hə min torpaq sahəsi və onun üzərində vaxtı ilə yerləşən, 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport mövcuddur. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara yeni hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bu əsasla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi qeyd olunan əmlaklara reyestrdən çıxarış verilməsinin imtina səbəbi kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 4 ünvanında 0,11066 ha ölçüdə olan torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş tikililərin mövcudluğunu göstərmişdir. Aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə cava bdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi” və Kəpəz Rayon Məhkəməsinə cavabdeh "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələblərinə dair iddia ərizələri ilə müraciət etmişdir. Hal-hazırda hər iki iş icraatdadır. Tikililərin inşa edilməsinə Gəncə şəhər Cavabdeh başçısının 572 saylı, 18 aprel 2018-ci il tarixdə verdiyi qanunsuz sərəncamın əsas olması müəyyən edilmişdir. Bu müddət ərzində həmin sərəncamın mövcudluğundan xəbərsiz olmuş, bu əsasla qanunvericiliyə müvafiq olaraq subordinasiya qaydasında, həmin sərəncamın qanunsuz akt sayılaraq ləğv edilməsi xahişi ilə Cavabdeh Apellyasiya Şurasına inzibati şikayətlə müraciət etmişdir. Lakin Cavabdeh Apellyasiya Şurası müraciətə cavab olar aq H-4-010 nömrəli, 23 fevral 2022-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Nəticə etibarı ilə Gəncə şəhər Cavabdeh başçısının 572 saylı, 18 aprel 2018-ci il tarixli sərəncamı iddiaçının konstitusion hüquqlarını pozması səbəbindən qanunsuz akt sayılaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncamla mənsubiyyəti bəlli olmayan torpaq sahəsində tikintiyə icazə verilmişdir. Həmin sə rəncamda sahənin yerləşmə yeri və koordinatları dəqiq göstərilməsə də iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi sahədə tikinti işlərinin aparılmasına əsas olmuşdur. Bu hal 10/3400 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyində də öz əksini tapmışdır. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yaratmışdır.
16. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-82/2023 nömrəli qərardadı ilə cavabdeh Gəncə Şəhəri Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-82/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1106/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncamla əhatə olunan 2,78 ha torpaq sahəsinin iddiaçıya hər hansı hüquqla verildiyinə dair məlumat yoxdur. Belə olan halda, iddiaçı ona hər hansı hüquqla məxsus olmayan 2,78 ha boş torpaq sahəsinə dair verilmiş sərəncamla hüququnun pozulduğunu iddia edə bilməz.
20. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
21. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadı qanunsuz və əsassızdır, belə ki, qərardad çıxarılan zaman işin həqiqi halları tam və hərtərəfli araşdırılmamış, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Şikay ətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. İPM-in 35.1-ci maddəsinin tələbindən də göründüyü kimi, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi...nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında... iddia mümkün sayılır.
28. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini fərqli - mübahisəli torpaq sahəsinə iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırsa da, hər bir halda, mübahisələndirilən inzibati aktla (sərəncamla) iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından, iddianın mümkünsüzlüyünə dair nəticə düzgündür.
29. Belə ki, mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncam torpaq sahəsinin ayrılması barədə deyil, yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri olmayan torpaq sahəsində tikintinin layihələndirilməsinə dair verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, vaxtilə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmış evin altında yerləşən torpaq sahəsinə onun əşya hüququ olmuşdur. Lakin, işin materiallarına görə, iddia olunan torpaq sahəsinin koordinatlarını, buradan, mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olmuş evin yerləşdiyi torpaq sahəsinin də əhatə olundu ğunu təsdiq edən plan və ölçü sənədi, yaxud təsdiq edilmiş layihə hazırda mövcud deyil.
30. Digər tərəfdən, sərəncamın 4-cü bəndində aşkar olaraq göstərilir ki, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Başqa sözlə, yalnız layihələndirmə başa çatdıqdan və müvafiq inzibati aktla təsdiq edildikdən sonra, - təsdiq olunmuş layihənin iddiaçının daşınmaz əmlaka əşya hüquqlarına müdaxilə etdiyi halda, - həmin inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilərdi. Hazırkı işdə bu, baş verməyib. Qeyd olunduğu kimi, mübahisələndirilən sərəncam torpaq sahəsinin ayrılması və ya tikinti layihəsinin təsdiqi yaxud tikintiyə icazə barədə deyil, yalnız tikintinin layihələndirilməsinə dair verilmişdir (hərçənd, tikinti layihəsinin hazırlanması hər hansı s ərəncamın qəbul edilməsi ilə şərtləndirilmir). Buna görə də, iddiaçı həmin sərəncamla hüququnun pozulduğunu iddia edə bilməz.
31. İddiaçının ərizəsində Gəncə İnzibati Məhkəməsinə cavabdeh DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi” və Kəpəz Rayon Məhkəməsinə cavabdeh "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələblərinə dair iddia ərizələri ilə müraciət etməsi, hal-hazırda hər iki işin icraatda olması ilə bağlı qeyd etdiklərinə gəldikdə, həmin dəlillər hazırkı iddianın mümkünsüzlüyü ilə bağlı vəziyyəti dəyişmir. Belə ki, bu iş üzrə mübahisələndirilən sərəncam torpaq sahəsinin ayrılması və ya tikintiyə icazə verilməsi barədə olmadığından, həmin sərəncamın qüvvəsi istinad edilən mübahisələri n predmetinə və həllinə təsir etmir.
32. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmadığından Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamının ləğvinə dair iddia mümkünsüzdür.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(104)-82/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.