Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2098/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: köşkün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “xxxx” MMC) “cavabdehin iddiaçının mülkiyyətində olan Qobustan şəhərində Mərkəzi bazarın yanında yerləşən ayaqqabı təmiri köşkünü sökməsinin qanunsuz hesab edilməsi və həmin köşkün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-161/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2001-ci il tarixli 03 saylı hərrac protokolundan görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən keçirilən hərrac nəticəsində Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkünü 144.000 manata iddiaçı əldə etmişdir. 2. 07.12.2001-ci il tarixli müəssisənin alqı-satqısı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləş dirilməsi Departamenti tərəfindən xx.xx.2001-ci il tarixli Respublika Auksion Mərkəzində keçirilən auksion nəticəsində Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkü iddiaçıya satılmışdır.
3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000949 saylı Dövlət əmlakının hüquqi və fıziki şəxslərə satılması haqqında şəhadətnaməsinə əsasən Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən ayaqqabı təmiri köşkü iddiaçının mülkiyyətindədir.
4. Əmlak Məsələləri Dövlət Komitəsindən sorğu əsasında alınmış Qobustan rayonunda Mərkəzi bazarın yanında yerləşən ayaqqabı təmir köşkünə dair texniki pasporta əsasən həmin obyekt ayaqqabı və trikotaj məmulatlarının qəbulu məntəqəsidir, ümumi sahəsi (3, 5 x 5 m olmaqla) 17.5 kv m təşkil edir, binanın divar materialı dəmir və asbest, döşəməsinin materialı beton, bina örtüyünün materialı şiferdəndir.
5. Qobustan rayonu Mərəzə bələdiyyəsinin 011 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə Qobustan rayonu Mərəzə bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan BEF torpaq sahəsindən üçüncü şəxsə 3,2 ha torpaq sahəsi satılmışdır.
6. Cavabdeh başçısının 134 saylı xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Mərəzə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 011 nömrəli sərəncamı ilə Mərəzə qəsəbəsinin ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakıya gediş üzrə sol tərəfində üçüncü şəxsə ayrılmış 3,2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(85 )38/2018 saylı x xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının Cavabdehnə qarşı Qobustan rayon İHB-nin 134 saylı xx xxxxxxxx 2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, Qobustan rayon İHB-nin 134 saylı xx xxxxxxxx 2006-cı il tarixli sərəncamı Qobustan rayonu Qobustan şəhərində Mərkəzi Bazarın yanında yerləşən iddiaçının mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissədə ləğv edilmişdir.
8. X3 Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(85)-37/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Qobustan şəhər bələdiyyəsinə qarşı Qobustan bələdiyyəsinin (keçmiş Mərəzə bələdiyyəsinin) xx xxxxxxxx 2006-cı il tarixli 011 saylı sərəncamının Qobustan rayonu Qobustan şəhərində Mərkəzi Bazarın yanında yerləşən iddiaçının mülkiyy ətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissədə ləğv edilməsi barədə iddiası təmin edilmişdir.
9. Cavabdeh başçısı Aparatı Memarlıq və Tikinti şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının ayaqqabı təmir köşkü üzərində mülkiyyət hüququ olsa da, həmin obyektin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənəd yoxdur. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
10. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixli məktubda qeyd olunur ki, Qobustan şəhər sakini iddiaçının Qobustan şəhəri Mərkəzi Bazarın ərazisində ona məxsus Ayaqqabı Təmiri Köşkünün qanunsuz sökülməsi ilə bağlı iddia etdiyi ərazidə vaxtilə köhnə Bazar yerləşmişdir və keçmiş İstehlak Cəmiyyətinə məxsus köşklə r olmuşdur. Sonra bazarın fəaliyyəti dayandırıldığına görə həmin köşkləri vətəndaşlar özləri istədikləri yerə aparmışlar. Köşklərin heç birinin torpaq mülkiyyəti olmamışdır. 2002-2003cü illərdə torpaq islahatı aparılan zaman həmin ərazilər Qobustan rayon Qobustan şəhər bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üçüncü şəxs tərəfindən bələdiyyədən alınmışdır. Hazırda üçüncü şəxsin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı xx xxxxxx 2014-cü tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən ayaqqabı təmiri köşkünü sökməsinin qanunsuz hesab edilməsi və həmin köşkün cavabdehin hesabına əvvəlki vəziyyətdə b ərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qobustan rayonu, Qobustan şəhərində Mərkəzi Bazarın yanında yerləşən, ayaqqabı təmiri köşkünü xx xxxxxx 2001-ci il tarixli 03 saylı Hərrac Protokoluna əsasən satın almış və bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının hüquqi və fıziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. Həmin köşk cavabdeh tərəfindən qanunsuz olaraq sökülərək, Mərkəzi Bazarın ərazisi genişləndirilmişdir. İddiaçı tərəfindən Qobustan rayonu, Qobustan şəhər Bələdiyyəsinə bu barədə müraciət edilmiş, Qobustan şəhər Bələdiyyəsi isə ayaqqabı təmiri köşkü onlar tərəfindən sökülm ədiyini bildirmişdir. Şifahi olaraq Mərkəzi bazarın ətrafındakı tikililərin Cavabdeh tərəfindən söküldüyü bildirilmişdir. Buna görə də iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi və Qobustan rayonu, Qobustan şəhərində, Mərkəzi bazarının yanında yerləşən və cavabdeh tərəfındən sökülmüş Ayaqqabı Təmiri Köşkünün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılarkən Cavabdeh məhkəməyə Cavabdeh başçısının 134 saylı xx.xx.2006-cı il tarixli sərəncamını təqdim etmiş və məlum olmuşdur ki, həmin sərəncamla üçüncü şəxsin müraciəti nəzərə alınaraq Qobustan rayonu Mərəzə qəsəbəsində Mərkəzi Bazar və Ticarət Komp leksini tikmək məqsədilə Mərəzə qəsəbəsinin ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakıya gediş üzrə sol tərəfində üçüncü şəxsə ayrılmış 3,2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş və həmin sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Bölməsinə tapşırılmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan obyektin həmin sahədə yerləşməsinə əhəmiyyət verməyərək, qanunsuz sərəncam qəbul etmiş və qeyd olunan sərəncam əsasında iddiaçının əmlakı sökülüb məhv edilmişdir.
13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(085)-1585/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçının mülkiyyətində olan Qobustan rayonu Qobustan şəhərində Mərkəzi bazarının yanında yerləşən ayaqqabı təmiri köşkünü sökməsi qanunsuz hesab edilmiş, həmin köşkün cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, obyektin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsə ayrılmış ərazi ilə üst-üstə düşməsi və həmin ərazidə tikintiyə icazə verilməsi cavabdeh tərəfindən həyata keçirildiyi işin mübahisəsiz hallarına aiddir. Bu hal qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə keçirilən məhkəmə ekspertizasının xx.xx.2017-ci il tarixli 24448 saylı rəyi ilə təsdiq edilmişdir ki, iddiaçının mülkiyyətində olan köşkün yerləşdiyi torpaq sahəsi Qobustan rayon Mərəzə bələdiyyəsinin 011 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə Mərəzə qəsəbəsində ərazisində Bakı-Şamaxı-Yevlax yolunun Bakıya gediş üzrə sol tərəfində yerləşən üçüncü şəxsə ayrılmış 3.2 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü müəyyən edilmişdir.
16. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X6 və X8, 2-1(105)161/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, bi rinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
18. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
19. İddiaçının cavabdehə qarşı iddiası əsassızdır. Cavabdeh üçüncü şəxsə tikinti işlərinin aparılmasına icazə vermişdir, bu Sərəncam heç bir tikintinin sökülməsinə aid deyildir. Cavabdeh tərəfindən nəinki iddiaçının, ümumiyyətlə heç bir rayon vətəndaşının qanuni tikintisinin sökülməsi ilə bağlı sərəncam verilməmişdir. Sərəncamda köşkün sökülməsi ilə bağlı heç bir müddəa yoxdur.
20. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-38/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən, Qobustan RİH başçısının 134 saylı xx.xx.2006-cı il tarixli sərəncamının iddiaçının mülkiyyətində olan Ayaqqabı təmiri köşkünün yerləşdiyi hissəsində ləğv edilməsi barədə RİH başçısının xx xxxx 2018-ci il tarixli 062 nömrəli Sərəncamı verilmişdir.
21. Bələdiyyədən alınan məlumata əsasən iddiaçı özü könüllü şəkildə həmin köşkü söküb aparmışdır. İddiaçı həmin köşkün məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iddiaçıya məxsus köşkün əvvəlki vəziyyətinə bərpa edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması əsassızdır.
22. İddiaçının ayaqqabı təmiri köşkü üzərində mülkiyyət hüququ olsa da, həmin obyektin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna dair heç bir sənədi yoxdur. Orada yerləşən keçmiş İstehlak Cəmiyyətinə məxsus köşklərin heç birinin torpaq mülkiyyəti olmamışdır. 2002-2003-cü illərdə torpaq islahatı aparılan zaman həmin ərazilər Qobustan rayon Qobustan şəhər bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Qobustan bələdiyyəsi müstəqil şəkildə həmin torpaq sahələrini istədiyi şəxslərin istifadəsinə vermişdir. Cavabdehin bu barədə heç bir məlumatı və səlahiyyəti yoxdur. Bu Şəhər bələdiyyəsinin müstəqil iradə ifadəsidir. İddiaçının məqsədi qanunsuz olaraq cavabdehə təzyiq göstərərək torpaq sahəsi əldə etməkdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İşə baxılmasının v axtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
26. Mülki Məcəllə: Maddə 157.9. Dö vlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadi rə. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Maddə
210. Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətm iş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) d əyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessu al hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Qobustan şəhərində Mərkəzi Bazarın yanında yerləşən ayaqqabı təmiri köşkü mülkiyyətində olmuş, köşk cavabdeh tərəfindən qanunsuz olaraq sökülərək Mərkəzi Bazarın ərazisi genişləndirilmişdir.
32. Cavabdehin şikayətinin dəlilinə görə rayon icra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə “xxxx” MMC-yə ayrılmış 3.2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Mərkəzi Bazarın ərazisində iddiaçıya məxsus ayaqqabı təmiri köşkünün sökülməsi ilə bağlı iddia etdiyi ər azidə vaxtı ilə köhnə bazar yerləşmiş və keçmiş İstehlak cəmiyyətinə məxsus köşklər olmuşdur. Ərazi hazırda “xxxx” MMC-nin istifadəsindədir. Onun tərəfindən iddiaçıya məxsus köşk sökülməmişdir.
33. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən keçirilən hərrac nəticəsində ayaqqabı təmir köşkünü əldə etmiş, köşk onun mülkiyyətində olmuşdur. Cavabdehin xx xxxxxxxx 2006-cı il tarixli sərəncamına əsasən “xxxx” MMC-yə ayrılmış 3,2 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş, iddiaçıya məxsus köşk də həmin ərazidə olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş, x xxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin xx xxxxxxxx 2006-cı il tarixli sərən camı Qobustan şəhərində Mərkəzi Bazarın yanında yerləşən iddiaçının mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissədə ləğv edilmişdir. Bundan sonra cavabdeh məhkəmə qərarını icra edərək xx xxxx 2018-ci il tarixli sərəncam qəbul etmiş, xx xxxxxxxx 2006-cı il tarixli sərəncamın 1-ci bəndində “xxxx” MMC-yə ayrılmış 3,7 ha torpaq sahəsində sözlərindən sonra iddiaçının mülkiyyətində olan ayaqqabı təmiri köşkünün yerləşdiyi hissə istisna olmaqla sözləri əlavə edilmişdir.
34. Cavabdeh iddiaçının köçkünün sökülməsi barədə hər hansı qərar verilmədiyini və köşkün onun tərəfindən sökülmədiyini bildirsə də, işdə olan sənədlərə əsasən cavabdeh iddiaçıya məxsus köşkün yerləşdiyi ərazidə tikinti işləri aparılması barədə sərəncam imzalamış, həmin sərəncam iddiaçının yerləşdiyi köşkə aid hissə də məhkəmə qərarı ilə ləğv edilmiş və cavabdeh tərəfindən məhkəmə qərarı icra edilmişdir.
35. Cavabdeh iddiaçıya məxsus köşkün yerləşdiyi torpağın onun mülkiyyətində olmadığı barədə mübahisə açmış, lakin nəzərə almamışdır ki, hazırkı mübahisə torpaq sahəsi ilə bağlı deyil, ayaqqabı təmiri sexinin götürülməsi ilə bağlı olmuşdur.
36. Cavabdeh tikiliyə icazə ilə bağlı sərəncam verərkən iddiaçının əmlakının olmasını nəzərə almamışdır.
37. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, ayaqqabı təmiri sexinin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsə ayrılmış ərazi ilə üst-üstə düşməsi və həmin ərazidə tikintiyə icazə verilməsi cavabdeh tərəfindən həyata keçirildiyi üçün cavabdehin hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli baş vermişd ir.
38. Bəhs olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-161/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar q