Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2102/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsinə dair apelyasiya şurasının qərarının ləğvi 25.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Babaşov Emin Söhbət oğlu, vəkili X9, üçüncü şəxs “Konti-Rus” Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbay can Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “Konti-Rus” Səhmdar Cəmiyyəti) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1198/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Золотая Птичка” əmtəə nişanı Rusiya Federasiyanın qanunvericiliyi əsasında fəaliyyət göstərən “Konti-Rus” Səhmdar Cəmiyyəti tərəfindən 30-cu sinifin əmtəələri üzrə xx xxxxxxx 2013-cü ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən beynəlxalq qeydiyyata alınmışdır. Bu beynəlxalq qeydiyyatın təyinat ölkələrinin siyahısında Azərbaycan Respublikası da göstərilmişdir. Həmin beynəlxalq qeydiyyata əsasən “Золотая Птичка” əmtəə nişanının Azərbaycan Respublikası ərazisində mühafizəsi xx xxxxxx 2014-cü il tarixdən başlanılmışdır.
2. Eyni zamanda iddiaçı tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx xxxxxx 2016-cı il tarixində “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1341 nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Üçüncü şəxs hesab etmişdir ki, “Золотая Птичка” adlı əmtəə nişanı (İR ******* nömrəsi ilə beynəlxalq qeydiyyat) və “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1341 nömrəsi ilə qeydiyyat) bənzər olan nişanlardır. Eyni zamanda, müqayisə edilən əmtəə nişanlarının təsviri hissəsi qarışdırılacaq dərəcədə bənzərdir.
4. İddiaçıya məxsus “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyy atına qarşı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) (siniflərin əmtəələri və xidmətləri 2016 1341 nömrəli qeydiyyat) üçüncü şəxsin nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasına etiraz ərizəsi daxil olmuşdur.
5. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********46 nömrəli qərarı ilə iddiaçıya məxsus “Птичка-Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız sayılmışdır. Qərarın əsaslandırmasında qeyd olunmuşdur ki, iddiaçı sahibi olduğu “Птичка-Карaмeль” əmtəə nişanının təsviri hissəsi mühafizə olunan element kimi sayılmışd ır. Belə ki, əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildir. Üçüncü şəxsə məxsus “Золотая Птичка” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi “X14” QSC-nin marketinq departamentinin dizayn şöbəsinin kompüter qrafikası üzrə mütəxəssis vəzifəsində işləyən X4 tərəfindən onunla bağlanan əmək müqaviləsi və xx.xx.2006-cı il tarixli əqli mülkiyyət müstəsna əmlak müəlliflik hüquqlarının verilməsi haqqında razılaşmaya əsasən öz əmək öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində, işəgötürənin tapşırığı ilə yaradılmış və “Птичка-Карaмeль” əmtəə nişanının təsviri hissəsi X1 əqli mülkiyyət obyekti olan “təsvir”inin fraqmentini təkrarlayır. Bu isə onun əqli mülkiyyət hüquqlarının pozulmasını təsdiqləyir. Həmin təsvir üzərində müəlliflik hü quqları üçüncü şəxsə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı x xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********46 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sahibi olduğu “Птичка-Карaмeль” əmtəə nişanının nömrəsi: 2016 1341, iddia sənədinin nömrəsi: 2016 00560, ilkinlik tarixi: xx.xx.2016-cı il, dövlət reyestrində qeyd olunma tarixi: xx.xx.2016-cı il, əmtəə nişanının qeydiyyat müddətinin bitməsi tarixi: xx.xx.2026-cı il, siniflər: 30-cu sinif konfetlər, 35-ci sinif – 30-cu sinifd ə göstərilən əmtəənin satışı üzrə xidmətlər, dövlət qeydiyyatına alınmışdır. Əmtəə nişanının rəngi: yaşıl, sarı, qırmızı, göy, tünd yaşıl, narıncı, ağ rənglərdən ibarətdir. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildir. Əmtəə nişanının təsviri verilmiş və qorunur. Cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********46 nömrəli qərarı ilə “ПтичкаКарaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) (siniflərin əmtəələri və xidmətləri 2016 1341 nömrəli qeydiyyat) iddiaçının nümayəndəsi A.M.Kərimov tərəfindən Apellyasiya Şurasına veril miş etiraz ərizəsi əsaslı hesab edilmiş və iddia təmin edilmiş, İddiaçı MMC-ə məxsus “Птичка-Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız hesab edilmişdir. Belə ki, iddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixində dövlət qeydiyyatına alınmış və qənnadı sənayesi sahəsində uğurlu fəaliyyət göstərir. 2006-cı ildə təsisçilər yerli qənnadı məhsullarının istehsalını artırmaq məqsədilə “xxxx” MMC-ni təsis etmiş və yerli qənnadı istehsalını təşkil etmişlər. Azərbaycan Respublikası Prezidentinin yerli sahibkarlara ünvanladığı yeni iş yerlərinin açılmasına dair tövsiyəsini icra etmək məqsədilə iddiaçı, “xxxx” MMC ilə yanaşı 2014-cü ildə yeni təsis edilmiş “xxxx” MMC Azərbaycan Respublikası ərazisində qənnadı fabrikləri inşa etmiş, müasir tələblərə cav ab verən texnologiya və avadanlıqlarla təchiz etmiş, yüzlərlə yeni iş yerləri açılmışdır. Həmin müəssisələrin istehsal etdiyi 100-dən artıq çeşid və məhsulların əmtəə nişanları dövlət qeydiyyatına alınmaqla qorunurlar. Qeyd edilən müəssisələrin istehsal etdiyi məhsullar nəinki Azərbaycan Respublikası ərazisində istehlakçıları yüksək keyfiyyətli yeyinti məhsulları ilə təmin edir, hətta Azərbaycan Respublikası Prezidentinin yerli məhsulun ixrac edilməsi kimi iqtisadi siyasətin həyata keçirilməsində uğurlu addımlar atmışlar. İstehsal edilmiş konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. 60 növdə qənnadı məhsulları 10-dan çox xarici ölkələrə ixrac edilməklə qeyri-neft sektorunun inkişafında və milli valyuta olan manatı n möhkəmlənməsində mühüm rol oynayır. İqtisadi İnkişaf Nazirliyinin güzəştli kreditlərindən faydalanan adları yuxarıda qeyd edilmiş müəssisələr keyfiyyətli məhsullar istehsal etməklə, məhsulları daxili bazarda satmaqla və ixrac etməklə ayrılan kreditlərin vaxtında ödənilməsini həyata keçirmişdir. 2017-ci ilin yanvar ayından başlayaraq “xxxx” MMC «İddiaçı” MMC əmtəə nişanlarını təqlid etməklə, hər ay ölkə ərazisinə qənnadı məhsullarını idxal etməklə istehlakçıları aldatmış, iddiaçının əmtəə nişanlarından qanunsuz olaraq istifadə etmişdir. Buna görə «İddiaçı” MMC “xxxx” MMC-ə qarşı vurulmuş zərərin ödənilməsi və sair iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. “xxxx” MMC-nin xarici himayədarı “Konti-Rus” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına etiraz ərizəsi verilərək iddiaçının sahib olduğu “ПтичкаКарaмeль” əmtəə nişanlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçıya görə yuxarıda qeyd olunanlara əsasən əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər, əmtəə nişanının təsviri verilmişdir və qorunur.
8. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2017ci il tarixdə «İddiaçı” MMC-yə məxsus “Птичка-Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı “KontiRus” Səhmdar Cəmiyyətinin nümayəndəsi A.M.Kərimov tərəfindən Apellyasiya Şurasına etiraz ərizəsi daxil olmuşdur. 2016 1341 nömrəli “ПтичкаКарaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinif də göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri üzrə «İddiaçı” MMC-nin adına qeydiyyata alınmışdır. “Золотая Птичка” adlı İR ******* saylı əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə “X28 COMPANY” “İNDUSTRİAL ASSOCİATİON KONTİ” adına qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilir. “Золотая Птичка” adlı əmtəə nişanına dair hüquqlar xx.xx.2016-cı il tarixdən “KONTİ-RUS” X29-ə verilmişdir. Bununla bağlı qeydiyyat ÜƏMT tərəfindən xx.xx.2016-cı ildə aparılmış və bu qeydiyyat 30-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində də qüvvədədir. “Konti-Rus” SC və İddiaçı MMC arasında xx.xx.2010-cu il tarixində imzalanmış xx.xx.2012-ci il tarixədək qüvvədə olan 893 nömrəli və xx.xx.2016-cı il tarixdə imzalanmış xx.xx.2016-cı ilədək qüvvədə olan 0184/8116 nömrəli müqavilələrə əsasən İddiaçı şirkəti “Konti-Rus” SC-nin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edib. Satılan məmulatlar əsasında “Золотая Птичка” adlı məmulat da mövcud olmuşdur. Apellyasiya Şurası qərar qəbul edərkən “Золотая Птичка” adlı əmtəə nişanının ilkinlik tarixinin daha əvvəl olduğunu nəzərə almışdır. X8 qərarının qüvvədə saxlanılması barədə qərar qəbul olunması xahiş edilmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X20, 2-1(82)-96/2020 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqayisə edilən əmtəə nişanları arasında “Золотая Птичка” adlı əmtəə nişanının ilkinliyi nəzərə alınaraq və həmin əmtəə nişanlarının təsviri hissələri arasında qarışdırılacaq dərəcədə bənzərliyin olması əsas götürülərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********46 nömrəli qərarına əsasən iddiaçıya məxsus “Птичка-Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız hesab edilmişdir. İddiaçı qeyd edilən qərarın əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə ra zılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11-məruzəçi, X12 və X5, 2-1(103)-2133/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X15, 2-1(102)-594/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus “Птичка-Карaмeль” əmtəə nişanının təsviri hissəsi ilə oxşarlıq təşkil edən X4 tərəfindən yaradılmış “təsvir”in üzərində X1 Ukraynanın dövlətdaxili qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq qeydə alınmış və mühafizə olunan müəlliflik hüquqlarının olması və həmin hüquqlarının müdafiəsinin üçüncü şəxsə qanunla müəyyən edilmiş qaydada keçməsi istiqamətində məhkəmə araşdırması aparılmalı, həmin təsvir üzərində qeydə alınmış və mühafizə olunan müəlliflik hüququ öz təsdiqini taparsa, X4 tərəfindən yaradılmış “təsvir”in “Ədəbi və bədii əsərlərin qorunması ha qqında Bern konvensiyasının normaları baxımından ədəbi və bədii əsər hesab edilib-edilməməsinə hüquqi qiymət verilməklə qərar qəbul edilməlidir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X13 və X16, 21(103)-1198/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
18. İddiaçıya məxsus “Pitiçka Karamel” təsviri əmtəə nişanı 30-cu sinif konfetlər, 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx.xx.2016-cı il tarixdə iddiaçının adına Azərbaycan Respublikasında 2016 1463 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016-ci il).
19. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd olunmuş işin faktiki hallarını və apellyasiya şikayətinin dəlilləri araşdırmamış, işə birtərəfli qaydada yanaşmışdır. Belə ki, hazırki iş üzrə iddiaçıya məxsus şəhadətnamədə əmtəə nişanının təsviri hissəsindən başqa qalan işarələr müstəqil mühafizə obyekti olmadığı qeyd olunduğu halda, apellyasiya instansiya məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qərarında iddiaçının adına qeydiyyata alınmış əmtəə nişanının təsviri ilə iş üzrə 3-cü şəxsə məxsus olan və yalnız sözdən ibarət olan “Zolotaya Pitiçka” söz işarəsi ilə eyniləşdirmişdir. Əks təqdirdə apellyasiya instansiyası məhkəməsi belə bir qərar qəbul edə bilməzdi
20. Apelyasiya instansiya məhkəməsi əmtəə nişanlarının qeydiyyatının ilkinlik məsələsinə də obyektiv münasibət bildirməmişdir. Sözü gedən əmtəə nişanının təsviri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində iddiaçının adına qeydiyyata alınan zaman müvafiq qaydada yoxlanılmış və onun ilkin ekspertizasını aparmışdır. Əgər belə bir təsvirli əmtəə nişanı başqa şəxslərin adına qeydiyyata alınmış olsaydı təbii ki, iddiaçının adına qeydiyyata alınmazdı.
21. Apelyasiya instansiya məhkəməsi qərarınd a Sertifikatlaşdırma sistemi QOST R Texniki tənzimləmə və metrologiya üzrə Federal Agentlik tərəfindən verilmiş 21009689 saylı uyğunluq sertifikatına, POCC.RU.Aİ 14.H01742 saylı uyğunluq sertifikatına və POCC.RU.PŞ 01.H06513 saylı uyğunluq sertifikatlarına istinad edilmişdir. Lakin həmin sertifikatların məhz “Zolotaya Pitiçka” adlı sözdən ibarət Əmtəə nişanına şamil olunması qeyd olunmamışdır. Belə olan halda hesab edirəm ki, apellyasiya instansiya məhkəməsinin həmin sertifikatlara istinadının heç bir hüquqi əsası yoxdur.
22. Şikayət əsaslandırılarkən “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə “Bern konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə istinad edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
25. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 27. “Əmtəə nişanları v ə coğrafi göstəricilər haqqında” Qanun: Maddə
3. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; Maddə
5. Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyə tinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəri cidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları; 6-cı maddəsinə əsasən, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsi z element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Maddə
25. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə
29. Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəz ərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərə cədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Maddə
31. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. 28. “Haqsız rəqabət haqqında” Qanun: Maddə
1. Haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkə tlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. 29. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun: Maddə 5.
1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyy ətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur;
2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele, video, yaxud fotokadr və s.); həcmli - fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci hissə sində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır;
3. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir;
4. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur; Maddə 6. 1-ci hissə. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır: ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); dram, musiqili-dram və başqa səhnə əsərl əri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino, tele, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar; memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”: 5-ci bənd. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... 29.4-cü bənd. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildi yi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir; 29.9.1-ci bənd. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır; 29.9.2-ci bənd. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. 31. 1x xxxxxxxx 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”: 6-cı maddəsində (3) bənddə qeyd edilir ki, İttifaqın hər h ansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddəsi (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. (2) 6-serties maddəsi (3) (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna mal ikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. 10 bis maddəsi. Sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. 32. “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və bədii əsərlər” termininin anlayışı verilmişdir. Həmin anlayışa görə, “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, mür aciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Eyni maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həya ta keçirilir.
33. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiya məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
35. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının əsas dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi apelyasiya şikayətində qeyd edilmiş işin faktiki hallarını və apelyasiya şikayətinin dəlillərini araşdırmamış, işə birtərəfli qaydada yanaşmışdır.
38. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
39. İddiaçıya məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016 il tarixdə iddiaçının adına Azərbaycan Respublikasında 2016 1341 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016). 40. “Золотая Птичка” adlı əmtəə nişanı 30-cu siniflərin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə İR ******* nömrəsi altında “X28 Company “İndustrial Association “Konti” adına qeydiyyata alınmışdır. “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatı xx.xx.2014 il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilmişdir. “Золотая Птичка” adlı əmtəə nişanına dair hüquqlar xx.xx.2016-cı il tarixdən etibarən üçüncü şəxsin (“Konti-Ru s” X29) adına keçirilmişdir. ÜƏMT qeydiyyatı xx.xx.2016 il tarixdə aparmışdır. Həmin qeydiyyat 30-cu siniflərin əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədədir.
41. Apelyasiya şurasına təqdim edilən sənədlərdən görünür ki, İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) tərkibində olan təsviri hissəsi mühafizə olunan element kimi sayılmışdır.
42. Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişə görə, 2016 33117 nömrəli iddia ərizəsinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, “Птичка Карaмeль” əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz. Çünki ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Re spublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə nişanı aşkar edilmişdir.
43. Bundan sonra, üçüncü şəxs hesab etmişdir ki, “Золотая Птичка” adlı əmtəə nişanı (İR ******* nömrəli beynəlxalq qeydiyyat) və “Птичка Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1341 nömrəli qeydiyyat) bənzər nişanlardır, müqayisə edilən əmtəə nişanlarının təsviri hissəsi qarışdırılacaq dərəcədə bənzərdir. Odur ki, iddiaçıya məxsus “Птичка Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı üçüncü şəxs cavabdehin Apelyasiya şurasına etiraz ərizəsi ilə müraciət etmiş, cavabdehin xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ilə etiraz ərizəsi əsaslı sayılaraq iddiaçıya məxsus “Птичкa-Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız sayılm ışdır.
44. Apelyasiya məhkəməsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, əvvəllər iddiaçı üçüncü şəxs arasında işgüzar münasibətlərin olması iş materiallarına əlavə edilmiş müqavilələrlə təsdiq edilir. Təqdim edilmiş sənədlərə əsasən üçüncü şəxsə məxsus oxşar “Золотая Птичка” əmtəə nişanının beynəlxalq qeydiyyatı mövcud olmuşdur.
45. İddiaçı ilə üçüncü şəxs arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “Золотая Птичка” əmtəə nişanlı qənnadı məmulatlarının iddiaçı tərəfindən üçüncü şəxsin distributoru qismində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar iş materialları ilə sübuta yetmişdir.
46. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus “Золотая Птичка” əmtəə nişanı ilə iddiaçının adı na qeydiyyata alınmış “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, “Золотая Птичка” əmtəə nişanı olaraq beynəlxalq qeydiyyata alındığı və Azərbaycan Respublikasının ərazisində qüvvədə olduğu üçün, “Золотая Птичка” əmtəə nişanının iddiaçı tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə üçüncü şəxsin hüquqları pozulmuşdur. Belə ki, müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Yəni əmtəə nişanlarının təsviri hissəsində eyni quşun şəkli mövcuddur və onun forması üst-üstə düşür. Hər iki əmtəə nişanının sağ və sol tərəflərində dalğalı zolaqlar müşahidə olunur, onların forması, yerləşdirilməsi və rəngləri üst-üstə düşür. Əmtəə nişanlarında istifadə edilən sözlərin şrifti, yerləşdirilməsi üst-üstə düşür. Əmtəə nişanlarında istifadə olunan rənglər eynidir. Konkret halda, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (balıqqulağı) görünüşə və formaya malikdır. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır. 47. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən də, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Həmçinin, müqayisə edilən əmtəə nişanlarında mövcud olan “Птичка” sözü üst-üstə düşür. İ ddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) qeydiyyatında qeyd edilmişdir ki, təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyil. Yəni “Kарамель” (əmtəənin növü sayılır) və “Птичка” sözü mühafizə olunmayan elementlərdir. “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatında (İR 1190281) isə “Золотая” və “Птичка” sözləri ayrı ayrılıqda da mühafizə olunan element kimi sayılmışdır. Belə olan halda, iddiaçıya məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanında (2016 1341 nömrəli qeydiyyat) təsvir hissəsi X1 (UA) əqli mülkiyyət obyekti “Təsvir” əsəri adlanan fraqmentini təkrarlayır. Qeydiyyatdan görünür ki, “Птичка Карaмeль” adlı əmtəə nişanı adı altında İddiaçı MMC “konfetlər” əmtəələri i stehsal edərək həmin əmtəələrin satışı üzrə xidmətlərin göstərilməsini nəzərdə tutmuşdur. Yəni 30-cu sinifdə göstərilən əmtəələrin istehsalı birbaşa 35-ci sinifdə göstərilən xidmətlərlə sıx bağlıdır.
48. Odur ki, iddiaçının adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının üçüncü şəxsə məxsus xx.xx.2013-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış “Золотая Птичка” əmtəə nişanına əsasən yaradılması qənaətinə gəlməsinə əsas verir və məhz qeyd olunanlara əsasən “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli 2016 1341 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair cavabdehin Apelyasiya şurasının xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı qanuni olduğu üçün ləğv edilə bilməz. İddiaçı üçüncü şəxsə məxsus olan və daha əvvəl qeydiyyata alınmış “Золотая Птичка” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və bundan sonra həmin karamelli konfetin Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və üçüncü şəxsin nüfuzuna zərər vurmuş, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6 və 29-cu maddələrinin tələblərini pozmuş, cavabdehin Apelyasiya şurası isə xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ilə haqlı olaraq üçüncü şəxsin etiraz ərizəsini təmin etmişdir.
49. İddiaçının üçüncü şəxsə məxsus qənnadı məhsullarını idxal etmədiyini mübahisələndirən d əlilləri əsaslı olmamışdır və yuxarıda sadalanan hallar üçüncü şəxsə məxsus əmtəə nişanlı malın iddiaçı vasitəsilə satılmasına dair sənədlərin mövcudluğunu Azərbaycan Respublikasına idxal olunduğunu təsdiq etdiyindən bununla bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
50. Qeyd olunanlar iddiaçının üçüncü şəxsin məhsulları ilə yaxından tanış olduğunu göstərməklə, onun “Золотая Птичка” adlı əmtəə nişanı vasitəsi ilə istehlakçılar arasında yanlış təəssürat yaratmaq məqsədi güddüyünü büruzə verir. 51. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun normalarından göründüyü kimi, istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göst əriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdən qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.
52. İstinad edilən sənədlərə əsasən iddiaçı üçüncü şəxsə mənsub “Золотая Птичка” adlı əmtəə nişanının təsviri olan malların Azərbaycan Respublikasında satışı ilə məşğul olmuşdur.
53. Yuxarıda sadalanan normativ hüquqi aktların tələbinə görə üçüncü şəxsə “Золотая Птичка” mənsub adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əm təə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə verilmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. 54. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan iddiaçı əvvəllər üçüncü şəxsin Azərbaycan Respublikasında distributeri olmuş, ona mənsub malların o, cümlədən satışı və dağıtımı ilə məşğu l olmuşdur. İddiaçıya məxsus “Птичка Карaмeль” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Золотая Птичка” əmtəə nişanı üçüncü şəxsə mənsub nişanın təqlidi olmuşdur. Üçüncü şəxsin iddiaçıya verilmiş “Птичка Карaмeль” əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. İddiaçı üçüncü şəxsin razılığı olmadan ona mənsub “Золотая Птичка” əmtəə nişanının təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq “Птичка Карaмeль” əmtəə nişanı almışdır.
55. İddiaçı tərəfindən “Haqsız rəqabət haqqında” Qanunun tələbləri pozularaq üçüncü şəxsin əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır.
56. Bəhs olunanlara əsasən, cavabdehin apelyasiya şurasının q ərarının ləğv olunması barədə iddianı rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
57. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
58. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
59. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
60. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiya sının 2-1(103)-1198/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.