Məhkəmə qərarları › İş №2-1(102)-2103/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2103/2025

24.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2103/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta hadisəsi nəticəsində hərbi qulluqçuya sığorta ödənişlərinin verilməsi şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələb inə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2-1(106)-130/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası SHXÇDX-nin İmişli rayon İdarəsi tərəfindən verilmiş SX seriyalı ******* №-li hərbi bilet əsasında müəyyən edilir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçı N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və yaralanmanın (travmaların, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarı: Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələ sində KB(-) mənfi.. Xəstəlik Hərbi Xidmət Dövründə Alınmışdır (12-ci bənd). HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 2 “b” maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən; Dinc /Dövrdə Hərbi Xidmətə Yararsız, X5 Yararlıdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş 3-25-19/2-1857/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda sığortalı İddiaçı hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli təyin olunmuş əlilliyə əsasən sığorta məbləği 11.000 manat müəyyən olunduğu qeyd edilmişdi r.

4. İddiaçı ərizə ilə müraciət edərək ona sığorta ödənişinin verilməsini xahiş etmişdir.

5. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət ( toplanış) dövründə xəsarət ( yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən ed ilməsi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2024-cü il tarixli 3-25-19/2-1857/2024 nömrəli arayışa əsasən xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı xəsarət aldığı üçün ona sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə doğulmuşdur. Hərbi xidmət zamanı xəsarət almışdır və bu səbəbdən ona 2-ci dərəcəli əlillik verilmişdir. Hazırda bununla əlaqədar olaraq ona sığorta ödənişi verilmişdir. O sığorta ödənişini almaq üçün DSMF-yə müraciət etmişdir. Ona sığorta ödənişinin aparılmasından imtina edilmişdir. Səbəb kimi əlilliyin müəyyən olunma dövrünün 3 ildən artıq müddə ti əhatə etdiyi bildirilmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4179/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə müəyyən edilmiş xəstəliyə görə “Hər iki ağ ciyərin yuxarı paylarının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində KB(-) mənfi diaqnozu təyin edilsə də, iddiaçıya “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin yuxarı ocaqlı vərəmi dağılması TÇ İİ dər qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” xx.xx.2021-ci ildə ikinci dərəcəli əllik təyin olunmuşdur. İddiaçının ehtiyata buraxılma tarixi nəzərə alındıqda əlilliyin müəyyən edilmə dövrü xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə nəzərdə tutulmuş 3 (üç) ildən artıq müddəti əhatə edir. Hazırkı işin halları qanuna uyğun olaraq qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının xx.xx.1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu ilə nəzərdə tutulmuş sığorta ödənişini almaq hüququ yoxdur.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(106)-130/2025 nömrəli iş üzrə 17 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X1) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)4179/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri o hərbi xidmət zamanı qazandığından ona sığorta ödənişləri ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığor ta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (t oplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziy a) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. 19. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən ş əxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

2. Müəyyən edilsin ki:... 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta öd ənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayə tlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Şikayətdə qeyd edilir ki, məhkəmələr “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin d bəndinin müddəalarına riayət etməmiş, əsassız olaraq mübahisəni həll edərkən adıçəkilən Qanunun 5-ci maddəsinin ç bəndinə istinad etmişlər.

28. Həm iddia ərizəsindən, həm də kassasiya şikayətində əks edilmiş dəlillərlə müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona sığorta ödənişl ərinin ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı iddia tələbinin hüquqi əsasının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin d bəndinə uyğun gəldiyini qeyd edərək mübahisənin məhz bu norma çərçivəsində həll edilməli olduğu qənəatindədir.

29. Məhkəmə kollegiyası hazırkı işin hallarına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin c və d bəndlərinin aydınlaşdırılmasını məqsədə müvafiq hesab edir. 30. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) d övründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə -80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz sığorta məbləğləri verilir.

31. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi müvafiq sığorta ödənişini ala bilmək üçün-sığortaolunanların həqiqi hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata buraxıl dıqdan sonra əlilliyi 3 il müddətində müəyyən edilməlidir. Hazırki iş üzrə İddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığına, xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilliyi müəyyən edildiyinə görə və ehtiyata buraxıldıqdan 3 il sonra deyil, təxminən 17 il sonra əlilliyi müəyyən olunduğundan ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

32. İddiaçının iddia etdiyi maddi normaya, yəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin d bəndinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, normanın tələbinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnmədiyi təqdirdə “d” bəndi tətbiq edilir. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçıya münasibətdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş hallar olduğundan “d” bəndinin müddəaları tətbiq edilə bilməz. Başqa sözlə iddiaçıya xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik müəyyən edildiyinə görə 5-ci maddəsinin “d” bəndinin tətbiqi yolverilməzdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2025-ci il tarixli, 21(106)-130/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar