Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2106/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın əsaslandırılmaması, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmış yoxlama, yoxlama müddətinin süni şəkildə uzadılması, şərti rentabellik normasının birbaşa tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sah ib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin xxxnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1333/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq digər qruplara daxil edilməyən tikinti işləri ilə məşğul olmuşdur.
2. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151033 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödə nişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2023-cü il tarixli, **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
3. Həmin akta əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2019-2020-ci illər üzrə ümumilikdə 4934704,5 (1722778,45+3211926,05) manat; əlavə dəyər vergisinin 2018-2021-ci illər üzrə ümumilikdə 3824638,4 (1472,98+12228,53+3774852,09+36084,80) manat; torpaq vergisinin 37631,63 (12521,47+12521,47+12588,69) manat; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə 2020-2021-ci illər üzrə ümumilikdə 599357,84 (182371,77+416986,07) manat; ödəmə mənbəyində tutulan verginin 2018-2021-ci illər üzrə ümumilikdə 14152,19 (185,04+4089,62+3114,15+6763,38) manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sözügedən vergilərin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, yoxlanılan dövrdə 2019-cu ilin 1-ci və 2-ci rübləri istisna olmaqla, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 3-cü və 4-cü rübləri, 2020-ci ilin 1-ci rübündən 2021-ci ilin 2-ci rübünə qədər olan dövrlər üzrə öd əmə mənbəyində tutulan vergi bəyannamələrinin, 2021-ci ilin torpaq vergisi bəyannaməsinin, 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinin, 2021-ci ilin iyun, iyul və avqust ayları üçün mədən vergisi bəyannamələrinin vergi orqanına təqdim edilməməsinə görə 560 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli, **********151048 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli, **********151033 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmi ş, yoxlama sentyabr 2018-ci il - avqust 2021-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticələri xx.xx.2023-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən, həmin aktın imzalanmasından iddiaçı tərəfindən imtina edilmişdir. Daha sonra həmin akt əsasında cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarı qəbul edilmişdir. Qeyd olunan qərara əsasən iddiaçıya 9407056,24 manat əlavə vergi hesablanmış, 4704088,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu da, onu göstərir ki, iddiaçıya qarşı qərəzli mövqe tutulmuş, ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Mübahisələndirilən qərarla iddiaçıya Vergi Məcəlləsinin 83.9-cu və Nazirlər Kabinetinin xx.xx.2 001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 2019-cu il üzrə 1719491,79 manat, 2020-ci il üzrə isə 3211784,39 manat mənfəət vergisi hesablanmış və buna uyğun olaraq da 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, iddiaçının mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədləri mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənədlərlə təsdiqini tapır. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Həmçinin, səyyar vergi yoxlam ası ilə iddiaçıya ƏDV üzrə əlavə məbləğ hesablanarkən əvəzləşmə nəzərə alınmamışdır. Eləcə də, səyyar vergi yoxlaması ilə MDSS üzrə 1203973,38 manat dövriyyənin olması qeyd edilmiş, lakin həmin dövriyyənin haradan formalaşması ilə bağlı hər hansı bir əsaslandırma və açıqlama verilməmişdir. Halbuki, vergi orqanı müəyyən etdiyi dövriyyənin necə hesablandığını göstərməyə borcludur. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində ******* manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun ******* manatı təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə Ver gi Məcəlləsinin 123.1-ci maddəsi əsas götürülməklə 14152,19 manat ÖMV və 50% məbləğində 7076,10 manat maliyyə sanksiyası hesablanmışdır. Qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 141521,9 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi orqanı isə iddiaçını kredit təşkilatı hesab edərək qaytarılan vəsaitdən təsisçinin əlavə faiz aldığını iddia etmişdir. Vergi orqanının məntiqi ilə məsələyə yanaşılsa, onda gərək pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlamış bütün şəxslər borcun qaytarılması zamanı faiz ödəsin və borc verən tərəf mütləq qaydada kredit təşkilatı olsun. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinə məxsus olan 672,2 kv.m torpaq sahəsinə görə Vergi Məcəlləsinin 205 və 206-cı maddələrinə əsasən 37631,63 manat əlavə torpaq vergisi hesablanmış (2019 – 12 521,47 manat, 2020 – 21521,47 manat, 2021 – 12588,69 manat), 18815,82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. Vergi Məcəlləs inin 206.3-cü maddəsinə əsasən Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) – 10000 kv.m-dək olduqda – 10 manat; 10000 kv.m-dən yuxarı olan hissə üçün – 20 manat. Qeyd olunduğu kimi, həmin torpağın sahəsi 672,2 kv.m təşkil edir və Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən illik torpaq vergisi 67,2 manat olmalıdır. İddiaçı tərəfindən də həmin torpaq sahəsinə görə qeyd olunan qaydada torpaq vergisi hesablanaraq dövlət büdcəsinə illər üzrə ödənilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən əlavə hesablanmış 37631,63 manat torpaq vergisi əsaslandırılmamışdır. Yoxlama zamanı həmçinin ciddi prosessual pozuntulara da yol verilmişdir. Belə ki, səyyar vergi yoxlaması prosesində yoxlama vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə olmaqla 275 gün müvəqqəti dayandırılmış, cəmi 94 gün olmaqla 2 dəfə müddət uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. Lakin bəzi qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə gec qeydiyyata alınmış, uzadılan və ya dayandırılan müddətlər isə fərqli göstərilmişdir. Həmçinin səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2022-cı il tarixli və xx.xx.2022-ci il tarixli “Ekspertiza təyin edilməsi haqqında” və xx.xx.2022-ci il tarixli “Mütəxəssis dəvət edilməsi haqqında” qərarlar çıxarılmışdır. Həmin qərarlar vergi ödəyicisinə təqdim edilməmiş və bununla Vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda, yoxlama Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə - 275 gün dayandırılmış və sonda həm ekspert, həm də mütəxəssis tərəfindən rəy verilməsindən imtina edilmişdir Qeyd edilənlər onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması formal olaraq 275 gün dayandırılmışdır. Əgər bu müddət ərzində ekspert rəy versəydi bunu başa düşmək olardı. Həmçinin necə ola bilər ki, ekspert 1 il ərzində tam olmayan sənədləri tələb etməsin, 1 ildən sonra sənədlərin tam olmadığı səbəbindən rəy verməkdən imtina etsin. Bütün bunlar vergi orqanı ilə ekspertin sövdələşm əsinin sübutudur.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021ci il tarixli, **********151033 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2023-cü il tarixli, **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq təmirtikinti və satış fəaliyyətləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, vergi ödəyicisi t ərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və baza məlumatlarına, elektron qaimə fakturalar, forma 2-lər, yük gömrük bəyannamələrinə (ixrac) əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20952665,61 manat məbləğ daxil olduğu halda, vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3771479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1898334,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi öd əyicisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 2020-ci il üzrə əvəzləşdirilməli ƏDV cədvəli təqdim edilsə də, həmin malın (iş və xidmətlərin) hansı layihələr üzrə istifadə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı xərclər olması barədə hər hansı sənəd (məlumat, izahat) təqdim edilməmişdir. ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə yoxlama ilə ümumilikdə 3820190,65 manat əlavə vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1910095,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlanılan dövrdə 2020ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim edilməməsinə görə iddiaçıya Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövrü üzrə kameral vergi yoxlaması üzrə aparılmış hesablamalar aparılan səyyar vergi yoxlaması nəticəsində vergi orqanının uçot baza məlumatları, təqdim edilmiş sənədlər, bank hesablarından çıxarışlar və digər təsdiqedici sənədlər əsasında təsdiqini tapmışdır. Mənfəət vergisi üzrə: yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunur. Müəssisə tərəfindən gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsi nin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Həmçinin aparılmış araşdırmalarla "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssis ələri işçi sayı, dövriyyəsi və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 22985.995,72 manat, ümumi gəlirdən çıxılan xərclər 21263238,52 manat göstərilmiş, 1722757,20 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri ******* manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 20605391,94 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannaməl ərinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən, 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli, 42 nömrəli) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi 20605391,94 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənf əəti aşağıdakı kimi hesablanmışdır: yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 20605391,94 manat gəliri əsasında (20605391,94/100+20x20=3434231,99) hesablanmış 3434231,99 manat mənfəətdən keçmiş illərin zərəri (2013-cü il) olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 87096017,74 manat, ümumi gəlirdən çıxılan xərclər 81413351,21 manat göstərilmiş, 5682666,53 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 3982135,80 manat nəzərə alınmaqla, 340106,15 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 97409940,81 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi ba rədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97409940,81 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: (97409940,81/100+20x20=16234990,13). 16234990,13 manat mənfəətdən də keçmiş illərin zərəri (2016-cı il) 5937000,45 manat nəzərə alınmaqla 2059597,94 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1719491,79 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2019-cu il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 859745,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyisinin təqdim etdiyi 2020ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 102318335,94 manat, ümumi gəlirdən çıxılan xərclər 102267748,45 manat göstərilmiş, vergiyə cəlb olunan 50587,49 manat (102318335,94–102267748,45) mənfəətdən 10117,50 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 96657056,63 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96657056,63 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: (96657056,63/100+20x20=16109509,44). Həmin 16109509,44 manat mənfəətdən də 3221901,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3211784,39 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2020-ci il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1605892,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu il üzrə mənfəət vergisi b əyannamələrində göstərilmiş müsbət məzənnə fərqləri səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığı üçün azaldılmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə: yoxlama zamanı “Sosial sığorta haqqında” 14.5.2-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə ümumilikdə 599357,84 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdakı əməkhaqqı cədvəlləri vergi orqanında olan məlumatlarla müqayisə edilmiş, 2020-ci ilin 3-cü rübü üzrə 123813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58558,22 mana t və 2021-ci ilin 1-ci rübü üzrə 164306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252680 manat kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Torpaq vergisi üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2021-ci il üzrə torpaq vergisinin hesablanmadığı və aidiyyəti üzrə ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə, o cümlədən vergi ödəyicisinin əvvəlki illərdə təqdim etdiyi bəyannamə məlumatlarına, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus torpaq sahəsinə görə Vergi Məcəlləsinin 205 və 206-cı maddələrinə əsasən 2019-cu il, 2020-ci il və 2021-ci il üzrə ümumilikdə 37631,63 manat əlavə vergi hesablanmışdır. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 18815,82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, 2021-ci ilin torpaq vergisi bəyannaməsinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, 2021-ci ilin iyun, iyul və avqust aylarının mədən vergisi bəyannamələrinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: yoxlama ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Ödəmə mənbəyində vergilər üzrə 3-cü rüb 2018-ci il tarixdən 2-ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyə n edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2018-xx.xx.2021) ******* manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən ******* manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miq darda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1ci maddəsinin tələbinin pozulmasına görə 14152,19 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, azaldılmış və yayındırılmış 14152,19 manat vergi məbləğinin 50% miqdarında 7076,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2019-cu ilin 1-ci və 2-ci rübləri istisna olmaqla, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 3-cü və 4-cü rübləri, 2020-ci ilin 1-ci rübündən 2021-ci ilin 2-ci rübünə qədər olan dövrlərin ödəmə mənbəyində tutulan vergi bəyannamələri vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 360 manat maliyyə sanksiyası tətbiq edilmişdi r. İddiaçının iddia ərizəsində qeyd olunan dəlilə münasibətdə qeyd edilməlidir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış vergi ödəyicisinə təqdim edilməklə yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Ali Məhkəmənin (hakim: Sevda Hüseynova) xx.xx.2020-ci il tarixli, 2-1(102)-06/20 nömrəli qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıld ığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. İddiaçının iddia ərizəsində qeyd olunan digər dəlil ilə bağlı qeyd edilməlidir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” haqqında qərar Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri gözlənilməklə 7 səhifədən ibarət tərtib olunmuşdur. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyin qeyd edilməsi zəruridir. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika on dan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə, o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə, vergidən yayınma hallarına ehtimal yaradır.” Həmçinin, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqe yuxarıda qeyd olunan qərardakı mövqe ilə tam uyğundur. Formalaşmış məhkəmə təcrübəsindən göründüyü kimi, iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyildir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 06 oktyabr 2023-cü il tarixli, 21(112)-9133/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçı barəs ində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2456470,96 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1228795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli, **********152310 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışa (KY2********) əsasən, yoxlama reyestrdə 3 iş günü sonra, yəni xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 49 gün artırılmışdır. Səyyar vergi yoxlaması aktına əsasən, müddətin artırılması vaxtının xx.xx.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Eyni hallar vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 nömrəli, xx.xx.2022-ci il tarixli **********154769 nömrəli, xx.xx.2022-ci il tarixli **********158275 nömrəli, xx.xx.2022-ci il tarixli **********161359 nömrəli, xx.xx.2022-ci il tarixli **********162680 nömrəli qərarlarına münasibətdə də müəyyən edilir.
10. Həmçinin müəyyən olunur ki, yoxlama, müddətin uzadılmasından sonra xx.xx.2022-ci ildə başa çatdırılmalı idi. Lakin yoxlama başa çatıdırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir.
11. Həmçinin hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanunil iyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
12. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Burada kilid söz “yerlərə gəlmə kdə” sayılır, yəni sözügedən qanunun tətbiq dairəsi məhz bununla bağlıdır. Göründüyü kimi bir çox hallarda, reyestrdə qeydiyyata alınmadan yoxlama tədbirləri keçirilmiş, o cümlədən yoxlama müddətinin artırılması və yoxlamanın dayandırılması barədə qərarlar qəbul edildikdən sonra yoxlamanın reyestrdə qeydiyyata alınması üçün müraciətlər edilmişdir.
13. Həmçinin səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********165483 nömrəli və xx.xx.2022-ci il tarixli, **********153644 nömrəli “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli, **********165484 nömrəli “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar çıxarılmışdır. Xüsusilə qeyd edilməlidir ki, həmin qərarların vergi ödəyicisinə təqdim edilməsi cavabdeh tərəfind ən sübut olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələbləri də vergi orqanı tərəfindən pozulmuşdur.
14. Həmçinin hazırkı iş üzrə cavabdeh vergi orqanı tərəfindən öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının müddəti 9 dəfə (274 gün) dayandırılmış, 2 dəfə (94 gün) uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. Dayandırmanın əsası kimi mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi göstərilmişdir. Görü ndüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır (Vergi Məcəlləsinin 38.7.3-cü maddəsi). Belə ki, mübahisələndirilən qərar üzrə əlavə verginin hesablanması zamanı mütəxəssis və ekspert rəyinə istinad edilməmiş, ümumiyyətlə mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Dayanma və müddət uzatma barədə qərarlar qəbul edilərkən bir çox hallarda Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 9 də fə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və qəsdən prosesin yubadılmasına şərait yaratmışdır.
15. Həmçinin müəyyən olunur ki, yoxlamanın başa çatma tarixi səyyar vergi yoxlaması aktında xx.xx.2022-ci il göstərilsə də, sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışlarda isə, yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmiş, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd edilmişdir ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırıldı. Lakin eyni tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı vergi orqanı 2-ci qərar qəbul etmiş, xx.x x.2022-ci ildə isə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022ci il tarixli, **********165483 nömrəli “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli, **********165484 nömrəli “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar formal olaraq aktın tərtibi müddətinin uzadılmasını pərdələmək məqsədi daşımışdır. Belə ki, ekspert və mütəxəssis xx.xx.2023-cü il tarixdə, yəni səyyar vergi yoxlaması aktı qəbul edilən tarixdə rəy verməkdən imtina edilməsi barədə yoxlayıcı orqana məktubla müraciət etmiş, həmin gün də səyyar vergi yoxlaması aktı tərtib olunaraq imzalanmışdır.
16. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanının xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal olaraq hazırlanmışdır.
17. Həmçinin səyyar vergi yoxlaması aktı səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl edilmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamaqla dövlət büdcəsinə vaxtında ödəmişdir. Lakin aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək iddiaçı tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır. Belə ki, iddiaçının gəliri müəy yən edilərkən subpodrat xərcləri nəzərə alınmamış və iddiaçının gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericiliyinə uyğun olmayaraq qeyri-obyektiv, reallıqdan kənar hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzifələri vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV-yə cəlb olunan dövriyyə üzrə məbləğlər nəzərə alınmış, lakin, həmin ay üzrə dəyəri ödənilmiş elektron qaimə və YGB-lər üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəzərə alınmamışdır.
18. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablan arkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusundan əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müə yyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası (elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyannamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfindən görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyannamələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür birtərəfli mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir.
19. Həmçinin iddiaçının özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 102267748,45 manat olmaqla, 50587,49 manat mənfəət bəyan olunmuşdur. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək, əlavə olaraq səyyar vergi yoxlaması aktına əsasən 3211926,05 manat mənfəət vergisi hesablanmışdır, məsuliyyətə cəlb edilmə barədə qərarda isə hesablanmış vergi məbləğ i 3211784,39 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 87285872,67 manat elektron qaimə faktura, 135 yük gömrük bəyannaməsi əsasında 6041784,95 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda, bunlara bağlı olmayan digər xərcləri (əməkhaqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş illərin zərərləri və s.) mövcud olmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, müəssisənin 2013-cü il üzrə 3843336,85 manat zərəri mövcud olmuşdur, 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 5937000,45 manat zərər məbləği mövcud olmuşdur və b u hal səyyar vergi yoxlaması aktı ilə təsdiq edilmişdir
20. Göründüyü kimi, gəlir və xərclərin müəyyən olunması üçün cavabdehin əlində kifayət qədər geniş informasiya resursu mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
21. Cavabdeh qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayında bank hesabına 20952665,61 manat daxil olduğu halda vergi ödəyicisi tərəfindən ay üzrə ƏDV bəyannaməsi təqdim edilməməklə 3771479,81 manat ƏDV azaldılmış və buna uyğun olaraq yoxlama tərəfindən ƏDV hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ay ərzində daxil olmuş pul vəsaitinə görə ƏDV hesablansa da, ƏDV üzrə əvəzləşmələr nəzərə alınmamış və bu hal səyyar vergi yoxlaması aktında əsaslandırılmamışdır. Qeyd olunan əvəzləşmələrin nəzərə alınmaması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə mülahizədə ƏDV əvəzləşmələrinin nəzərə alınmaması səbəbi kimi “vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməməsi” göstərilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin heç bir maddəsində ƏDV əvəzləşmələrinin “material silgi aktları” əsasında aparılması ilə bağlı və onlar əsasında hər hansı bir əlaqənin mövcud olması ilə bağlı heç bir qeyd mövcud deyildir. Qanunvercilik ƏDV-nin əvəzləşdirilməsini qadağan edən halların konkret dairəsini müəyyənləşdirmişdir (175.3 - sosial xarakterli xərclər, 175.6 - ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınması və dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınması, 175.9 - qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatlar, 175.11 - riskli vergi ödəyiciləri ilə əməliyyatlar və 175.12 - 3 il müddətinə kənd təsərrüfatı məhsulları).
22. Həmçinin məhkəmə araşdırması zamanı Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, qida xərcləri üzrə ümumilikdə 19440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmaması, 20872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmaması, 2021-ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1724,80 manat əvəzinə 10122,85 manat ƏDV əvəzləşdirilməsi, buna görə də 8398,05 manat artıq əvəzləşmə nəzərə alınmaması müəyyən olunmuşdur.
23. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində ******* manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun ******* manatı təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesa blanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə Vergi Məcəlləsinin 123.1-ci maddəsi əsas götürülməklə 14152,19 manat ÖMV, 50% məbləğində 7076,10 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarılmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adında n ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir.
24. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim olunmuş suallar qoyulmuşdur. Ekspertə hər iki tərəfin təqdim etdiyi sənədlər əsasında 10 cilddə tədqiqat obyekti təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/5651/2023 nömrəli ekspert rəyi məhkəmə araşdırmasına təqdim edilmişdir.
25. Həmin ekspert rəyinə əsasən cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında qeyd olunan 2018-ci və 2019-cu illər üzrə hesablanmış mənfəət vergisinin azaldılmalı olduğu, 2020-ci ili n mənfəət vergisi üzrə əlavə hesablama məbləğinin 106604,90 manat və buna müvafiq maliyyə sanksiyasının 53302,45 manat, ƏDV üzrə əlavə hesablama məbləğinin ümumilikdə 1712876,59 manat və buna müvafiq maliyyə sanksiyasının 856438,29 manat, torpaq vergisi üzrə əlavə hesablama məbləğinin 37631,63 manat və buna müvafiq maliyyə sanksiyasının 18815,82 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə əlavə hesablama məbləğinin 599357,84 manat və buna müvafiq maliyyə sanksiyasının 299678,92 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi mötəbər sübut hesab olunmalıdır.
26. Eyni zamanda, həmin ekspert rəyi ilə münasibət bildirilməmiş 201 8, 2019, 2020 və 2021-ci illər üzrə hesablanmış 14152,19 manat ÖMV və tətbiq edilmiş 7076,09 manat maliyyə sanksiyası ləğv olunmalı, vergi hesabatları və arayışın vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş cəmi 560 manat maliyyə sanksiyası qüvvədə saxlanılmalıdır.
27. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarı qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və mütəxəssis və ek spert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablanmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya vergilərin hesablanması zamanı istinad etdiyi halları, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarı 2456470,9 6 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1228795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
29. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.
30. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmil ova və Günel Abbasova) 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1333/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və iddiaçının apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində qeyd olunan prosessual pozuntuların mövcudluğu birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı müəyyən edilsə də, həmin pozuntular cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarın bütünlüklə ləğvi üçün əsas ola bilməz. Belə ki, qeyd oluna n prosessual pozuntuların mövcudluğu bütünlükdə səyyar vergi yoxlamasının və onun nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, həmin qərarın əsasını təşkil edən xx.xx.2021-ci il tarixli, **********151033 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmiş və bununla bağlı iş materiallarında çıxarış mövcuddur.
33. Həmçinin, işin araşdırılmış hallarından göründüyü kimi, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizası rəyi ilə iddiaçının bəzi vergi öhdəliklərinin olduğu müəyyən edilmişdir. Belə ki, yoxlanılan dövr üzrə vergi ödəyicisinin həm ƏDV öhdəliyinin, həm mənfəət vergisi üzrə öhdəl iklərinin mövcud olduğu, həmçinin qərarla hesablanmış torpaq vergisi və MDSS, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesablamanın qanuni olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Belə olan halda, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən yoxlama ilə bağlı əsas inzibati aktın qanunvericiliklə müəyyən olunmuş formada tərti b edilməsi və yoxlama qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi halı mübahisəsiz olduğundan, ekspert rəyi ilə də vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli vergi öhdəlikləri müəyyən edildiyindən, yuxarıda qeyd olunan prosessual pozuntular özözlüyündə səyyar vergi yoxlamasının və onun nəticələrinin tam etibarsızlığına səbəb ola bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, müvafiq dövrdə iddiaçı tərəfindən “Gəncə Qazax sərhəddi” yolunun dörd zolağa genişləndirilməsi, “Qırlı Gürcüstan sərhəddi” yolunun təkmilləşdirilməsi (Km 82+200-Km 130+150)” layihəsi icra edilmişdir. “Gəncə Qazax sərhəddi” yolu layihəsi ümumilikdə bərabər hissələrlə 3 şirkət tərəfindən ic ra olunur: 1. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı; 2. “Polat Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı; 3. "xxxx" ASC. Qeyd olunan layihənin hansı şirkətlər tərəfindən icra olunması ilə bağlı bütün məlumatlar vergi orqanının informasiya sistemində mövcuddur və analoji vergi ödəyicisi kimi onların göstəriciləri nəzərə alına bilərdi. Lakin vergi orqanı burada da Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur.
35. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın iddianın rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.
36. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də idd ianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ Kassasiya şikayətlərinin dəlilləri
37. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
38. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
39. Kassasiya şikayətinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ö dənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: – nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; – səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 38.7 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlam ası aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yo xlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının r əhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Maddə 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Maddə 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Maddə 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cə lb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələ r olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanın a əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hər əkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanmas ı Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
43. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş in zibati akt qanunsuz sayılır.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız, iddiaçının kassasiya şikayəti isə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halla rın və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddianın rədd olunan hissəsində işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası sözügedən hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağı dakı əsasların qeyd olunmasını zəruri hesab edir.
50. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169240 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
51. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarla mənfəət vergisi – 2019-cu il üzrə 1719491,79 manat, 2020-ci il üzrə 3211784,39 manat; ƏDV – 2018-ci il üzrə 1472,98 manat, 2019-cu il üzrə 12228,53 manat, 2020-ci il üzrə 3774852,09 manat, 2021 -ci il üzrə 36084,8 manat; torpaq vergisi – 2019-cu və 2020-ci illərin hər biri üzrə 12521,47 manat, 2021-ci il üzrə isə 12588,69 manat; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi – 2020-ci il üzrə 182371,77 manat, 2021-ci il üzrə 416986,07 manat; ödəmə mənbəyində tutulan vergi – 2018-ci il üzrə 185,04 manat, 2019-cu il üzrə 4089,62 manat, 2020-ci il üzrə 3114,15 manat, 2021-ci il üzrə 6763,38 manat vergi hesablanmış və həmin məbləğlərin 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə, iddiaçıya 9407056,24 manat vergi hesablanmış və 4704088,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, müvafiq hesabatların müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə iddiaçıya ümumilikdə 560 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
52. Cavabdeh tərəfin dən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir (bax: iş cild 1, vərəq 188). Bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2-1(102)-670/2024, 21(102)-1117/2023, 2-1(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur.
53. Bundan əlavə, yoxlama zamanı 2018, 2019 və 2020-ci illərin mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək 2019-cu və 2020-ci illər üzrə əlavə vergi məbləği h esablanmışdır. 2018-ci il üzrə aparılan hesablanma isə əvvəlki illərin zərəri nəzərə alındığına görə əlavə vergi hesablanmasına səbəb olmamışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)769/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları).
54. İşə baxan məhkəmələr ekspert rəyini əsas götürməklə əvvəlki illərin zərərini nəzərə alaraq 2019-cu il üzrə mənfəət vergisinin olmadığını, 2020-ci il üzrə mənfəət vergisin in isə 106604,9 manat təşkil etdiyini bildirmişdir. Halbuki, məhkəmə inzibati icraat aparan orqan deyildir və cavabdeh tərəfindən mənfəət vergisinin şərti rentabellik qaydasında hesablanması Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə zidd olduğundan, iddia mənfəət vergisinə münasibətdə tam olaraq təmin edilməli idi.
55. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan 2-1(102)669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfind ən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.”
56. Hazırkı işdə qeyd olunanlara zidd olaraq, məhkəmələr inzibati orqan funksiyasını yerinə yetirərək ekspert rəyi əsasında vergi ödəyicisinə vergi hesablamışlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə verginin hesablanması ümumiyyətlə vergi qanunvericiliyinə zidd həyata keçirildiyindən, həmin vergi öhdəliyini müəyyən edən qərar hissəvi olaraq, yəni müəyyən hissədə əsaslı sayıla bilməz.
57. Yoxlama müddətinə münasibətdə məhkəmə kollegiyası qeyd ed ir ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında yoxlama müddətinin 30 təqvim günü müəyyən edildiyi nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə yoxlama müddətinin xx.xx.2021-ci il tarixdə başa çatdığı müəyyən olunur. Lakin yuxarı vergi orqanı tərəfindən yoxlamanın uzadılması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuş və bununla da yoxlama 9 gün reyestrdə qeydiyyata alınmadan aparılmışdır.
58. Həmçinin cavabdeh tərəfindən yoxlama ekspert və ya mütəxəssis rəyinin alınması əsası ilə 9 ay ardıcıl dayandırılmış, lakin sonda rəy əsasında hər hansı hesablama aparılmamışdır. Zərurət olmadan ekspertiza təyin olunmasına və buna rəğmən ekspert rəyi alınmadan v erginin hesablanmasına dair Ali Məhkəmənin 2-1(102)-155/2023 nömrəli inzibati iş üzrə qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudlaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik törədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolveri lməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı öz təşəbbüsü ilə yoxlamanı 9 dəfə dayandırsa da (Vergi Məcəlləsinin 38.7.3-cü maddəsi), sonda ekspert rəyi almamış və ekspert rəyinə istinad etməklə vergi hesablamamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti, yuxarıda qeyd edildiyi kimi, inzibati icraat çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yoxlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla ya naşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi halı mövcud olduqda mümkündür və yoxlama mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılır. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən yoxlamanı dayandırmaq üçün yalnız ekspertiza təyin edilməsi barədə qərarın qəbulu məqbul hesab oluna bilməz, məhz həqiqətən ekspert rəyinə zərurət olduğu iş üzrə təsdiqlənməlidir. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etm əsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 9 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə, inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır.”
59. Həmçinin iş üzrə materiallardan müəyyən olunur ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatsa da, cavabdeh xx.xx.2022-ci il tarixdə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul etmiş və bu zaman yenə də qərarın qəbulunun əsası qismində ekspert və mütəxəssisin cəlb olunmasının zəruriliyinə istinad etmişdir. Bundan sonra, xx.xx.2023cü il tarixdə yoxlama aktı tərtib olunmuş və eyni tarixdə də rəy verilməsindən imtina barədə ekspert və mütəxəssisin məktubu cavabdehə təqdim olunmuşdur. Qeyd olunanlar cavabdeh tərəfindən ekspert və mütəxəssisin yoxlamaya formal olaraq cəlb edildiyini və həmin institutlardan aktın tərtib olunması müddətinin süni şəkildə uzadılması məqsədilə istifadə edildiyini göstərir.
60. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti səyyar vergi yoxlaması ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilməsi üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda uzadıla bilər. Yəni qanunverici nəzərə almışdır ki, səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis tərəfindən rəy verilməsi müəyyən vaxt tələb edə bilər və yoxlama aktının tərtib olunması bu səbəbdən uzana bilər. Hazırkı mübahisədə isə cavabdeh tərəfindən yo xlama başa çatdıqdan sonra ekspert və ya mütəxəssis cəlb edilmişdir və bu da, qanunvericinin həmin normada ifadə olunmuş məqsədinə və qeyd olunan normanın hüquqi təbiətinə ziddir.
61. Həmçinin iş üzrə materiallardan müəyyən olunur ki, 2020-ci ilin dekabr ayında iddiaçının bank hesabına 20952665,61 manat məbləğində vəsait daxil olsa da, həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim edilməmişdir. Cavabdeh qeyd olunan məbləği əsas götürməklə 3771479,81 manat ƏDV hesablamışdır (20952665,61x18%). Halbuki, həmin dövr üzrə iddiaçının ƏDV əvəzləşdirmələri mövcud olmuşdur. Buna rəğmən, cavabdeh “material silgi aktları”nın mövcud olmamasına istinadən həmin əvəzləşdirmələri nəzərə almamışdır. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV, ƏDV-nin əvəzləşdirilməsi əsasları və qaydası Vergi Məcəlləsin in 175-ci maddəsi ilə tənzimlənir. Cavabdehin istinad etdiyi material-silgi aktlarının yoxluğu əvəzləşdirmənin nəzərə alınmasından imtina üçün əsas qismində çıxış edə bilməz. Nəzərə alınmalıdır ki, 2020-ci ilin dekabr ayında iddiaçı e-qaimə faktura üzrə 11436567,38 manat məbləğində mal (iş, xidmət) almış (ƏDV 2107314,07 manat), həmçinin 270733 manat məbləğində (ƏDV 48731,94 manat) mal idxal etmişdir. Qeyd olunan məbləğlər həmin dövr üzrə əvəzləşdirməyə aid edildikdə, həmin dövr üzrə büdcəyə ödənilməli ƏDV məbləğinin 1664165,74 manat təşkil etdiyi müəyyən olunur. Bu baxımdan, cavabdehin 2020-ci ilin dekabr ayı üzrə hesabladığı 3771479,81 manat ƏDV məbləği 2107314,07 manat (+50 faiz maliyyə sanksiyası – 1053657,04) hissədə də əsassız sayılımalıdır.
62. Beləliklə, səyyar vergi yoxlaması maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalıdır (Bununla bağlı bax: Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023 tarixli, 2-1(102)-2258/2023 nömrəli 3 ulduzlu qərarı).
63. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üz ərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-1333/2024 nömrəli qərarı qismən, yəni iddianın rədd olunan hissəsində ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-1333/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidi