Məhkəmə qərarları › İş №2-1(102)-2113/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2113/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2113/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət vermə müddətinin ötürülməsi; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı “xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu müəssisənin bərpa edilməsi və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ma ssiv “D”, Kooperativ bina № 13, qapı 1,2,3-də yerləşən (644,5 kv.m sahəyə) müəssisəyə (mağaza 47) tutduğu müdir vəzifəsinə bərpa edilməsi barədə, 1988-ci ildən müdiri və xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu, 1995-ci ildə texniki pasportu verilmiş müəssisəyə onun adına çıxarış verilməsi barədə müəssisənin qeyri-qanuni 8 ailəyə satanların cəzalanması barədə edilən mənəvi işgəncələrə görə kompensasiya tələblərinin yenidən bərpası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(103)-1018/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, onun baş di rektoru Məhəmməd İmanov və nümayəndəsi Şəfa Muradova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu müəssisənin bərpa edilməsi və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “D”, Kooperativ bina № 13, qapı 1,2,3-də yerləşən, (644,5 kvm sahəyə) müəssisəyə (mağaza 47) tutduğu müdir vəzifəsinə bərpa edilməsi barədə, 1988-ci ildən müdiri və xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu, 1995-ci ildə texniki pasportu verilmiş müəssisəyə onun adına çıxarış verilməsi barədə müəssisənin qeyri-qanuni 8 ailəyə satanların cəzalanması barədə edilən mənəvi işgəncələrə görə kompensasiya tələblərinin yenidən bərpası” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 25 oktyabr 2024-cü il tarixli 2-1(112)-13772/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 11 mart 2025-ci il tarixli, 2-1(103)1018/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 18 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərə elektron kabinet vasitəsilə çatdırılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəmə kollegiyasına mü raciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 18 mart 2025-ci il tarixli, 2-1(103)1018/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı da 18 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərə elektron kabinet vasitəsilə çatdırılmışdır.

7. İddiaçı 04 aprel 2025-ci il tarixdə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamışdır.

8. İddiaçı 15 aprel 2025-ci il tarixdə qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” inform asiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual mü ddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəməd ə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunan səbəblərdən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

11. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdı rılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən edilmişdir.

14. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 18 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərə elektron kabinet vasitəsilə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(103)-1018/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət hesabına vəkillə təmin olunmuş, iddiaçı 04 aprel 2025-ci il tarixdə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamışdır. Buna baxmayaraq, iddiaçı həmin qərardaddan kassasiya şikayətini 15 aprel 2025-ci il tarixdə təqdim etmişdir.

15. Göründüyü kimi, apellya siya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.

16. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən proses iştirakçılarına (o cümlədən iddiaçıya) inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair İzah göndərilmişdir. Həmin izahda kassasiya şikayəti verilməsinə dair İPM-in tələbləri aydın şəkildə icraat iştirakçılarının, o cümlədən iddiaçının (kassatorun) diqqətinə çatdırılsa da, yuxarıda qeyd edildiyi kimi, şikayət vaxtında verilməmiş, beləliklə də, kassasiya şikayəti verilərkən qanunun tələblərinə əməl edilmə mişdir.

17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(103)-1018/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar