Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2115/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X3 S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı “X3, S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs X7) qarşı “qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 (103)-200/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X8 Texteis, S.A.” Şirkəti tərəfindən “Sacoor brothers” (923621) ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015-ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır.
2. Həmçinin iddiaçı şirkət tərəfindən “Sacoor KİDS” (1266947) 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır.
3. Eyni zamanda “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25-ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X5 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyata alınmışdır. Nişan düzbucaql ı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. 4. “X8 Texteis, S.A.” Şirkətinin nümayəndəsi, patent müvəkkili Nümayəndə1 tərəfindən X6 məxsus 2021 1454 qeydiyyat nömrəli “Sakura” əmtəə nişanının 25-ci və 35ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı etiraz verilmişdir.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının 13 yanvar 2022-ci il tarixli A196-7/21 nömrəli qərarı ilə X6 məxsus 2021 1454 qeydiyyat nömrəli “Sakura” əmtəə nişanının 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı ərizəçinin nümayəndəsi, patent müvək kili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və X7 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına (“Sakura + təsvir) əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməs i xahiş edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3, S.A.” adına Azərbaycan Respublikası ərazisində 25-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan 923621 (ilkinlik PT, xx.xx.2006) saylı “Sacoor brothers + təsvir” və ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015) saylı “Sacoor KİDS” beynəlxalq əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olan, üçüncü şəxs X5 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına “Sakura+təsvir” əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər “əmtəələri və xidmətləri üzrə qeydiyyatını n etibarsız sayılması barədə verilmiş əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A196- 7/2021, 13 yanvar 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdeh qərar verərkən 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) əmtəə nişanının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin “b” bəndindən irəli gələn əsasların pozulması ilə qeydiyyata alındığı üçün həmin Qanunun 29-cu maddəsinə uyğun “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar “Qaydalar”) 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4-cü bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığının qarışdırılacaq dərəcədə oxşar olmadığı, istehlakçılar arasında yanıltma, qarışdırma yarat madığını, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığını nəzərə alaraq № A 196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarı ilə etirazını təmin etməli idi. “X4, S.A” adına “Sacoor brothers+ təsvir” əmtəə nişanı 923621 (ilkinlik PT, xx.xx.2006), beynəlxalq qeydiyyatla 03-cü, 09-cu, 18-ci, 25-ci və 43-cü siniflər üzrə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası ərazisində mühafizə olunur. “X4, S.A” adına “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015), beynəlxalq qeydiyyatla 25-ci sinif əmtəələri üzrə xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazisində eləcə də, dünyanın 67 ölkəsində AG, AL, AM, AU, AZ, BA, BH, BQ, BT, BW, BY CH, CN, CO, CU, CW, DZ, EG, EM, GE, GH, İL, İN, İR, İS, JP, KE, KG, KR, KZ, Lİ, LR, LS, MA, MC, MD, ME, MG, MK, MN, MX, MZ, NA, NO, NZ, OM, PH, RS, RU, RW, SD, SG, SL, SM, ST, SX, SY, SZ, TJ, TM, TR, UA, US, UZ, VN, ZM mühafizə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzi xx.xx.2020-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında” bildiriş”-lə 2019 01947 nömrəli iddia ərizəsinə 25-ci sinif - əmtəələri üzrə “Sakura + təsvir” əmtəə nişanına ekspertiza nəticəsində aşkar edilmiş, qeydiyyatdan keçmiş oxşar “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı (ilkinlik tarixi xx.xx.2015, bildirmə tarixi xx.xx.2015) “X4, S.A” adına 25-ci sinif əmtəələri üzrə ******* nömrəli beynəlxalq qeydiyyata qarşı qoyularaq imtina edilmişdir. Apellyasiya Şurası 29.6.5-ci maddənin əsaslarını “Qaydaların 29.6.129.6.4-cü bəndlərində göstərilənlərin hər biri istər ayrıc a və istərsə də, müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərdə alına bilər” normalarına hüquqi qiymət verməli olduğu halda, qanunsuz olaraq təsviri hissədə xırda fərqləri qabartmaqla səhv qərar vermişdir. Apellyasiya Şurası bu nişanlarda Qaydaların 29.9.1 və 29.9.2-ci bəndlərini ümumiyyətlə nəzərə almamışdır. 29.9.1-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göst ərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “SacentroX11, S.A” Portuqaliya şirkəti "SACOOR KİDS" və "SACOOR brothers + təsvir" əmtəə nişanları 25-ci sinifdə mühafizə edilən əmtəələrin bütövlükdə "Sakura +təsvir" əmtəə nişanın 25-ci sinif: "geyim, ayaqqabı, baş geyimləri" əmtəələrini əhatə etməsi və istehlakçılarda eyni təsəvvür yaratması və istehlakçıları yanıltması ilə bazarda yanaşı mövcud ola biləməyəcəyini, çaşmaya səbəb olduğunu nəzərə alaraq özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir. Nişan sahibi "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 25-ci maddəsindən irəli gələn hüquqlarına əsaslanaraq: "Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əh atə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir" müraciət etmişdir. Apellyasiya Şurası bu əsaslarla verilən müraciətə qiymət verərkən -"Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir" göstərsə də, nişan sahibinin qanunla qorunan hüquqlarının müdafiəsi üçün müraciət etməsi mövqeyinə əks qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası bazarında – “Sacoor KİDS” və “Sacoor brothers + təsvir” əmtəə nişanları ilə sahibkar fəaliyyəti göstərən “X4, S.A” Portuqaliya şirkəti ö zünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir.
8. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən PHŞ/2-2- 2022379 nömrəli 22 iyun 2022-ci il tarixli məktubla iddiaçı “X4, S.A” Şirkətinin nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilmiş 2022-ci il 31 may tarixli vəsatətlə əlaqədar N 2021 1454 qeydiyyat nömrəli əmtəə nişanına dair 2019 01947 nömrəli iddia sənədi üzrə aparılmış ekspertiza materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-7459/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə linqvistik və əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə əlaqədar olaraq məhkəmə linqvistik ekspertizası üzrə Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 mart 2023-cü il tarixli 5/272-4/345 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspertizanın tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor brothers” əmtə nişanları ilə səsli (fonetik) məna ifadəli (semantik) əlamətlərinə görə fərqlidirlər.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-232/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş yuxarıda qeyd edilən ekspert rəyini və eləcə də, mübahisəli qərarla bağlı icraat materiallarını, həmçinin həm in qərarda qeyd edilmiş Apellyasiya Şurasının mövqeyini nəzərə alaraq hesab edir ki, Apellyasiya Şurasının qərarı əsaslı olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X5 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyyata alınmışdır. Nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor brothers” (923621) əmtəə nişanı “SacentroX10, S.A.” Şirkəti tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “Sacoor KİDS” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015-ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. “Sacoor KİDS” (1266947) “X3, S.A.” Şirkəti tərəfindən 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində i ddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır. Göründüyü kimi, qeyd edilən əmtəə nişanları qrafik fərqlərə malik olmaqla, eyni zamanda fonetik və vizual cəhətlərdən, eləcə də, semantik cəhətdən qarşıdırılacaq dərəcədə oxşar deyildirlər. Onlar istehlakçılarda eyni təsəvvür yaratmırlar və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilərlər.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X5 (Ünvan: Azər-baycan Res publikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatını etibarsız hesab etməklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-200/2025 nömrəli 8 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, X5 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatı etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022- ci il tarixli qərarı qismən-qeydiyyatın etibarsız hesab edildiyi hissədə ləğv edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyindən göründüyü kimi, “SACOOR” [Sakur], “Sakura” isə [sakura] kimi səslənir, “sakur” və “sakura” səslənməsi, tələffüzü eynidir, bu nişanların səslənmə (fonetik) əlamətləri üzrə qarı şdırılacaq dərəcədə oxşar olduğu sübut olunur. Lakin ekspertiza “Sakura” adlı əmtəə nişanı ilə “SACOOR KİDS” (1266947) və “SɅCOOR brothers” (923621) əmtəə nişanlarının fonetik əlamətlərinin eyniliyinin olub-olmaması barədə düzgün müqayisə aparmış, qarışdırılacaq dərəcədə oxşar “sakura” və “sakuur” kimi tələffüz olunan kimi göstərilsə də, düzgün hüquqi qiymət verilməmişdir. Ekspert rəyində “sakura” və “sakuur” eyniliyə qiymət verilməmiş, bu nişanlar altında əmtəələrin eyni sahibkara məxsus olması barədə istehlakçıda çaşma yarada biləcək təsəvvürlərə hüquqi qiymət verməmiş, əvəzində “SACOOR KİDS” (1266947) əmtəə nişanında fərqlənmə qabiliyyəti olmayan, ayrılıqda mühafizə olunmayan “KİDS” və “SɅCOOR brothers” (923621) əmtəə nişanında isə “Brothers” sözlərinin fonetik təhlilini vermişdir. Eksp ertiza tədqiqatının nəticəsi olaraq təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SACOOR KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SɅCOOR brothers” əmtəə nişanları ilə səsli (fonetik) və məna ifadəli (semantik) əlamətlərinə görə fərqli olmasına rəy verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (Sonralar “Qaydalar”) 29.6. “Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması”, 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (i şarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə tətbiq etməklə müqayisə etməli olduğu halda, bu normaları tətbiq etməmişdir. Yəni, məhkəmə sözdən ibarət X1 zamanı qarşı qoyulan kombinə edilmiş əmtəə nişanının sözdən ibarət hissəsinin eynilik və oxşarlığını araşdırarkən əsas və birinci kriteriya rolunu oynayan səs üzrə (fonetik) oxşarlığına “Qaydalar”in 29.6.2. bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə “SACOOR KİDS” (1266947) nişanında mühafizə elementi olan “SACOOR” sözünün “Qaydalar”ın 2-ci maddəsinə əsasən- “Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər”, eləcə də hər iki nişanın latın qrafikası ilə verildiyi səbəbindən görünüşcə (qrafik) oxşarlığına “Qaydalar”ın 29.6.3 bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Eyni zamanda üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “SACENTRO-COMÉRCİO DE TÊXTEİS, S.A” şirkətinin Agentliyə qarşı həm birinci instansiya məhkəməsində “qərarın ləğvi, əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi və s." barədə iddia ərizəsi, həm də apellyasiya şikayəti iddiaçı şirkətin adından Nümayəndə1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
18. Məlumat üçün bildirilmişdir ki, Nümayəndə1 ərizəsinə əsas iş yerinin həmin hüquqi şəxsin əmakdaşı olması və ya vəkil olması barədə təsdiqedici sənəd əlavə etməmişdir.
19. Digər tərəfdən iş materiallarına əlavə edilmiş etibarnamənin müddəti 2024-cü il 31 dekabr tarixində bitmişdir. Məhkəmə kollegiyası iclasda cavabdehin nümayəndəsinin səlahiyyətlərini yoxlasa da, iddiaçının nümayəndəsinin şəlahiyyətli olub-olm aması faktını araşdırmamış, hətta iclasda təqdim etdiyi dəqiqləşdirmə ərizəsini də icraata qəbul etmişdir. Qeyd olunanları və məhkəməyə təqdim edilmiş ərizənin xarici şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığını nəzərə alsaq, Kollegiyanın qərarı prosessual normaların pozulması ilə qəbul edilmişdir.
20. Apelyasiya məhkəməsi iddiaçının tələbini təmin edərkən birinci instansiya məhkəməsində verilmiş ekspert rəyini əsassız olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Gəldiyi nəticəni yalnız ümumi sözlərlə əsaslandırmışdır ki, bu da işin mahiyyətini həll edən hüquqi əsaslandırma olmadığı üçün, maddi və prosessual hüquq normaları da düzgün tətbiq olunmadığı üçün məhkəmə qərarı ləğv olunmalıdır.
21. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmtəə nişanları və co ğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, əmtəə nişanının qeydiyyatı etibarsız sayıla bilər. Hazırkı işdə başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyası müəyyən olunmamışdır, eləcə də əmtəə nişanlarında qarışdırılacaq dərəcədə oxşarlıq təsbit olunmamışdır. Məhkəmə tərəfindən linqvistik və əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin olunmuş, ekspertiza tədqiqatının nəticəsinə əsasən 2021 1454 nömrə ilə qeydiyyata alınmı ş “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor brothers” əmtə nişanları arasında qarışdırılacaq dərəcədə bənzərlik olmadığı müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin heç bir “Beynəlxalq razılaşma, “Əqli mülkiyyət dərs vəsaitləri” “Qanun”, “Qanunvericilik aktlar”ı və digər hər hansı mənbə ilə əsaslandırmadan “SACOOR KİDS” ******* və “Sakura +təsvir” 2019 01947 əmtəə nişanlarının oxşar olmadığı barədə xx.xx.2022-ci il tarixli Qərardad üzrə 28 mart 2023-cü il tarixli № 5/272-4/345 Ekspert rəyi təqdim etdiyini qeyd etmişdir. Halbuki ekspert rəyində məhz sözügedən qaydaların 29.3, 29.9.1. maddələrinə və digər müvafiq qanunlara əsaslanmaqla oxşarlığın olmaması qeyd olunur və ətraflı açıqlama verilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi formal və şəxsi mülahizələrlə çıxış etmişdir.
22. Mübahisələndirilən nişanların bir-birinə oxşar və uyğunluq təşkil etmədiyi adi gözlə də müşahidə olunur, əmtəə nişanlarında eyni təsəvvür yarada biləcək görüntülər müşahidə edilmir. 23. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsi nəzərdə tutur ki, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. Apellyasiya instansiya məhkəməsi tətbiq olunmalı olan maddi hüquq normalarını tətbiq etməyərək maddi hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qərar çıxarmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Maddə
3. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. M addə 4. əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə
6. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: (a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları. 25. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na əsasən: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (i şarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözl ərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakti ki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Hər iki kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tə ləbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tə tbiqində səhvə yol verilmişdir. Bu səbəbdən kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. İşin hallarına əsasən iddiaçının hüquqi marağı cavabdeh qurumun qərarının qismən ləğv edilməsi və sözügedən əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsinə nail olmaqdan ibarətdir.
32. Apellyasiya məhkəməsi qərarı ləğv edib, iddianı təmin edərkən ona əsaslanmışdır ki, “ekspertiza “ Sakura” adlı əmtəə nişanı ilə “SɅCOOR KİDS” (1266947) və “SɅCOOR brothers” (923621) əmtəə nişanlarının fonetik əlamətlərinin eyniliyinin olubolmaması barədə düzgün müqayisə aparmış, qarışdırılacaq dərəcədə oxşar “sakura” və “sakuur” kimi tələffüz olunan kimi göstərilsə də, düzgün hüquqi qiymət verilməmişdir. Ekspert rəyində “sakura” və “sakuur” eyniliyə qiymət verilməmiş, bu nişanlar altında əmtəələrin eyni sahibkara məxsus olması barədə istehlakçıda çaşma yarada biləcək təsəvvürlərə hüquqi qiymət verməmiş, əvəzində “SACOOR KİDS” (1266947) əmtəə nişanında fərqlənmə qabiliyyəti olmayan, ayrılıqda mühafizə olunmayan “KİDS” və “SɅCOOR brothers” (923621) əmtəə nişanında isə “Brothers” sözlərinin fonetik təhlilini vermişdir. Ekspertiza tədqiqatın nəticəsi olaraq təqdim edilmiş 2021 1454 nömrə i lə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SɅCOOR KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SɅCOOR brothers” əmtəə nişanları ilə səsli (fonetik) və məna ifadəli (semantik) əlamətlərinə görə fərqli olmasına rəy verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (Sonralar “Qaydalar”) 29.6. “Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması”, 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementləri n kombinasiyalı nişanları (işarələri) ilə tətbiq etməklə müqayisə etməli olduğu halda, bu normaları tətbiq etməmişdir. Yəni, məhkəmə sözdən ibarət əmtəə nişanların ekspertizası zamanı qarşı qoyulan kombinə edilmiş əmtəə nişanının sözdən ibarət hissəsinin eynilik və oxşarlığını araşdırarkən əsas və birinci kriteriya rolunu oynayan səs üzrə (fonetik) oxşarlığına “Qaydalar”in 29.6.2. bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə “SACOOR KİDS” (1266947) nişanında mühafizə elementi olan “SACOOR” sözünün “Qaydalar”ın 2-ci maddəsinə əsasən-“Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər”, eləcə də hər iki nişanın latın qrafikası ilə verildiyi səbəbindən görünüşcə (qrafik) oxşarlığına “Qaydalar”ın 29.6.3 bəndini tətbiq etməl i olduğu halda tətbiq etməmişdir.”
33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sübutları düzgün qiymətləndirmədən, eyni zamanda baxılan mübahisəyə münasibətdə ekspert rəyinin mötəbərliyini nəzərə almadan birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli qənaətə gəlmişdir.
34. Mübahisəli “Sakura + təsvir” əmtəə nişanı hüquqi mahiyyətinə görə kombinə edilmiş əmtəə nişanı olmaqla, tərkibində yalnız söz elementi deyil, eyni zamanda nişanın fərqləndirici qabiliyyətini formalaşdıran qrafiki tərtibat, rəng həlli və təsviri elementlər mövcuddur. Bu elementlər nişanın istehlakçı tərəfindən qavranılmasında mühüm rol oynayır və nişanın ümumi fərqləndirici xarakterini müəyyən edir.
35. Nəzərə alınmalıdır ki, əmtəə nişanının tə yinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının müqayisəsi aparılarkən orta istehlakçı tərəfindən qavranılma zamanı nişanlar bütöv şəkildə götürülməlidir. Nişanların oxşar olub-olmamasını müəyyən etmək üçün ümumi təsvir bütöv şəkildə nəzərə alınmalıdır.
36. Hazırda müqayisə olunan əmtəə nişanları söz ifadələri ilə yanaşı, həm də fərqli təsvirlərlə əks etdirilmişdir və bu fərq ümumi görünüşdə də kəskin nəzərə çarpır. Müvafiq nişanları (“SɅCOOR KİDS”, “SɅCOOR brothers”” ilə “Sakura” nişanlarını) müqayisə etdikdə onların bütövlükdə kəskin fərqlənməsi müşahidə olunur ki, bu hal da gələcəkdə istehlakçılarda qavranılma zamanı əmtəə nişanlarının qar ışdırılması ehtimallarını sıfıra endirir.
37. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, sözügedən nişanların aşkar fərqli elementləri mövcuddur, belə ki, bu elementlər qrafik təsvirlərdən başqa, həm də fonetik və semantik cəhətdən də fərqlidir. Yəni iddiaçıya məxsus nişanlarda “SɅCOOR KİDS”, “SɅCOOR brothers” olduğu halda, qeydiyyatı mübahisələndirilən nişanın adı “Sakura” təmamilə fərqli yazılış və deyilişdədir.
38. Ekspertiza tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor brothers” əmtəə nişanları ilə səsli (fonetik), məna ifadəli (semantik) əlamətlərinə görə fərqlidirlər. Onlar istehlakçılarda eyni təsəvvür y aratmırlar və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilərlər.
39. Bu baxımdan qeyd edilənlərin istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus xidmətlər olduğu təsəvvürü yarada bilməsinə dair dəlil də əsaslı deyil.
40. Nəzərə alınmalıdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin (a) yarımbəndinə görə Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. 41.Hazırkı işdə sözügedən Qanunun 6-cı maddəsinin (a) yarımbəndində göstərilən “eynilik” və “qarışdırılacaq dərəcə”nin mövcudluğu müəyyən olunmur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası Qay daları”nın tələblərinə uyğun olaraq kombinə edilmiş əmtəə nişanlarının oxşarlığı qiymətləndirilərkən nişanın ayrı-ayrı elementləri deyil, onun bütövlükdə yaratdığı ümumi müşahidə təəssüratı və fərqləndirici qabiliyyəti əsas götürülməlidir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız söz elementinə üstünlük verməklə, nişanın qrafiki və təsviri elementlərini, onların istehlakçıda formalaşdırdığı vizual fərqləri və ümumi qavrayışa təsirini lazımi qaydada nəzərə almamışdır. Bu hal maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə yanaşı, həm də oxşarlığın müəyyən edilməsinə dair normativ meyarların pozulmasına səbəb olmuşdur.
43. Göründüyü kimi, apelyasiya məhkəməsinin qərarında mübahisələndirilən əmtəə nişanına münasibətdə istehlakçı çaşqınlığının mövcudluğu, bazarda real yanlış assosia siyaların yarandığı və ya mübahisəli əmtəə nişanının eyni sahibkara məxsus olması barədə səhv təsəvvürlərin formalaşdığını təsdiq edən hər hansı mötəbər və inandırıcı sübutlar əksini tapmamışdır. Nəticə etibarilə, iddiaçının tələb etdiyi nəticəyə əsas verən hüquqi əhəmiyyətli faktların mövcudluğu iş materialları ilə təsdiqlənmir.
44. Cavabdehin kassasiya şikayətində göstərdiyi “iddiaçı şirkətin adından həm iddia ərizəsi, həm də apellyasiya şikayətini imzalayan Nümayəndə1 əsas iş yerinin həmin hüquqi şəxs olmaması və həmin şəxsin vəkil olmasını təsdiq edən sənədlər verilmədiyi halda iddia ərizəsinin və apelyasiya şikayətinin məhkəmələr tərəfindən qəbul edilməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən şəxs iddiaçı şirkətin Azərbaycan Respublikası MPM-nin 461.1-ci maddəsinə əsaslanaraq adına etibarnamə verdiyi səlahiyyətli nümayəndə olmuşdur.
45. Belə ki, həmin maddənin tələbinə görə tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər. 46.Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 461.1-ci maddəsi “nümayəndəlik institutu”na aid xüsusi normadır və yalnız maddənin məzmununda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi olan və Azərbaycan Respublikasında yaşayan nümayəndəsi olmayan fiziki və hüquqi şəxslərə tətbiq olunur. Hazırkı işdə də iddiaçı şirkət Azərbaycan Respublikasında nümayəndəli yi və filialı olmayan hüquqi şəxs olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olan adı çəkilən fiziki şəxsi (Nümayəndə1) özünə qanunla səlahiyyətli nümayəndə təyin etməkdə haqlı olmuşdur. Bu səbəbdən də sonuncu tərəfindən iddiaçı şirkətin adından imzalanmış istər iddia ərizəsi, istərsə də apelyasiya şikayəti məhkəmələr tərəfindən qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.
47. O ki qaldı kassasiya şikayətinin “apelyasiya instansiyasında işə baxılarkən iddiaçının nümayəndəsinin etibarnamə müddətinin bitməsinə baxmayaraq onun tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilməsi”nə dair dəlilinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dövrdə həqiqətən də iddiaçının nümayəndəsinin etibarnaməsinin müddəti ötmüş olsa da, onun tərəfi ndən iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizədəki tələblə birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizəsindəki tələb demək olar ki, eynilik təşkil etmiş, dəqiqləşmə ərizəsindəki tələbdə sadəcə ifadə forması dəqiqləşdirilmişdir ki, bu da tələbin əsas məzmununu dəyişmədiyi üçün onun icraata qəbulu prosessual qanunvericiliyin tələbinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz.
48. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlilləri məhkəmə kollegiyası bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsaslı hesab edir.
49. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olu nmalı, iddianın rədd edilməsi barədə iş üzə yeni qərar qəbul edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-200/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “X3, S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.