Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2118/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı QƏRARDADİ (Açar sözlər: şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində gəlir vergisi hesablanmasının yolverilməzliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli, 2-1(103)-643/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin fiziki şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, 2020-ci il Gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********009700 saylı, 2021-c i il Gəlir Vergisi üzrə xx.xx.2022-ci il tarixli **********843500 saylı, 2022-ci il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********014900 saylı, 2023-cü il Gəlir Vergisi üzrə xx.xx.2023-cü il tarixli **********019400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh tərəfindən bildirilmişdir ki, FŞGV 2021 ANALOJİ (B) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 6165,00 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qər arla razılaşmır, hesab edir ki, qərar ləğv olunmalıdır. Cavabdeh orqanın qərarında onun tərəfindən nəqliyyat vasitələri ilə bağlı müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşma yaranmasına səbəb olmuşdur. Cavabdeh müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.
3. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 29 iyul 2024-cü il tarixli, 21(1 12)-3628/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********009700 saylı, xx.xx.2022-ci il tarixli **********843500 saylı, xx.xx.2023-cü il tarixli **********014900 saylı, xx.xx.2023-cü il tarixli **********019400 saylı qərarları ləğv edilmişdir.
4. Birinci instansiya məhkəməsinin əsaslandır ması: 4.1. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır (Vergi Məcəlləsinin 33.5-ci maddəsinə xx.xx.2023-cü ildən edi lmiş dəyişikliyədək). Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir. 4.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Odur ki, sadələşdirilmiş verginin ödəyicisi kimi uçota a lınmaya dair cavabdehin (vergi orqanının) hərəkətlərini əsaslandıran qanuni müddəa olmadığından həmin hərəkətlər qanunsuz hesab edilməlidir. 4.3. Beləliklə məhkəmə hesab edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda, barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər. Lakin məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə ş əxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görülə bilər (Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən).
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 12 mart 2025-ci il tarixli, 2-1(103)-643/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərar ın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2-ci, 96.296.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Mə hkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsasl andırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və ay dın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2418/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1095/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2-1(102)1426/2025 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsind ən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
14. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
15. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan Azərbaycan Respubli kası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2025-ci il tarixli 21(102)-2207/25 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “iddiaçının mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Lakin həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olması müəyyən edilsə də, Kollegiya hesab edir ki, yalnız bu halın mövcudluğu iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını deməyə əsas vermir. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsind ən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Hazırkı işdə cavabdeh qurum iddiaçını vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına almaq üçün onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktını sübuta yetirə bilmir. Bu baxımdan, iddiaçının mülkiyyətində çoxsaylı nəqliyyat vasitələrinin olması faktı onun qanunvericilikdə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmədiyi üçün birinci i nstansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, cavabdehin iddiaçını vergi ödəyicisi kimi uçota alması ilə bağlı hərəkətləri qanunsuz olmuş və buna görə də iddiaçının vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilməlidir.”
16. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli, 21(103)-643/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.