Məhkəmə qərarları › İş №2-1(102)-2127/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2127/2024

03.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2127/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; “təmirçi-çilingər”; hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasın ın təyin edilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-842/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz xx.xx.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qrupunda xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi işlədiyiniz sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajınız da 12 il 6 aydan azdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələb ləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulmasına dair iddia ərizəsində cavabdehin Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödəniş lərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi şəklində icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 1 il ərzində 3 dəfə mahiyyəti üzrə cavab verməmişdir. Verilmiş cavablar isə əsaslandırılmamışdır. Təkrar cavabdeh təşkilata müraciət edərkən xüsusilə qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunur ki, xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində təmirçi qrupbasında təmirçi-çilingər işləmişdir. Müraci ətin bu hissəsinə diqqət olunsaydı onda iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox olduğu qənaətinə gəlinərdi. Əmək fəaliyyəti ilə bağlı zəruri sənədlər-əmək kitabçası və arxiv arayışlar cavabdehə təqdim olunmuşdur. Bundan başqa əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olması pensiya qanunvericiliyinin aidiyyəti hüquq normalarından aydın olur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İddiaçının son 26 ildən artıq müddətində işlədiyi istehsalatlar, peşələr, vəzifələr ağır və zərərli iş şəraitinə malik sahələrdən ibarət olmuşdur. Cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə rlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırslmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçiçilingərlər nəzərdə tutulmuşdur.

8. İddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.1979-cu il tarixli İT-l ******* nömrəli əmək kitabçasında Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qrupbasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan a z (11 il 3 ay 19 gün) təşkil edir. 9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

10. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda sadalananlar və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2ci maddəsinin tələblərini nəzərə alaraq iddiaçının cavabdehə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə sorğularına cavablar:

11. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-227/2-883/2023 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı aşağıda göstərilən dövrlərdə, qeyd olunan peşələrdə çalışmışdır. Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1964-cü il tarixli 351 №-li əmrinə əsasən Vladi mir İliç adına X7 Yeni Bakı Neftayırma zavodu adlandırılmışdır. Vladimir İliç adına X7 Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 369 №- li qərarına əsasən Yeni Bakı neftayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 50 №-li Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 №-li əmrinə əsasən Yeni Bakı Neftayırma zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 №- li əmrinə əsasən "xxxx" İstehsalat Birliyi “Azərneftyanacaq" X12 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2 004-cü il tarixli 42 №-li əmrinə əsasən "xxxx" X12 “Heydər Əliyev adına Bakı X12” adlandırılmışdır. İşlədiyi dövr: -daxil olma tarixi xx.xx.1984 əmr 427/k, xx.xx.1984-cü il, azad olma xx.xx.1986-cı il, işlədiyi yer peşə və vəzifə: V.İliç adına Yeni Bakı Neftayırma zavodunun 13 nömrəli sexin istilik qrupunda çilingər peşəsi. -daxil olma tarixi xx.xx.1986-cı il, əmr 8-3/415, xx.xx.1986-cı il, azad olma xx.xx.1988-ci il, V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexin təmir qrupunda təmirçi-çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərar. Siyahı № 2, kod 2130301a-18559. Qeyd: ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ” X12 xx.xx.2015-ci tarixdən qüvvədə ol an qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X12na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X12, Heydər Əliyev adına X12 adlandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 12.İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçıya güzəştli şərtlərlə pensiyanın xx.xx.2015-ci ildən təyin edilməsi və xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il t arixli, 2-1(112)-537/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 6 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir.

15. İddiaçı 57 yaşını xx.xx.2015-ci ildə tamamlamışdır.

16. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1979xx.xx.1979-cu ilədək əmək fəaliyyəti dövrü onun xx.xx.1979-xx.xx.1984-cü ilədək olan təhsil dövrü ilə üst-üstə düşür. 17. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

18. Yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır.

19. Beləliklə, məhkəmə əmək fəaliyyətinin təhsil dövrü ilə üst-üstə düşən hissəsindən yalnız birini –təhsil dövrü ayrıca ümumi iş stajına hesablanmasını əsaslı sayır, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti dövrünü əlavə olaraq (təkrarən) ümumi iş stajına daxil etmir.

20. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan diplom, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək iş stajı ümumi olaraq aşağıdakı dövrlərdən ibarətdir: - xx.xx.1979 - xx.xx.1984-cü ilədək təhsil dövrü 4 il 9 ay 6 gün; - xx.xx.1976 - xx.xx.1978-ci ilədək hərbi xidmət dövrü 2 il 1 ay 14 gün; - əmək fəaliyyəti dövrü xx.xx.1984 - xx.xx.1988-ci ilədək 3 il 5 ay 29 gün, xx.xx.1988 xx.xx.1991-ci ilədək 3 il 5 ay 16 gün, xx.xx.1991 - xx.xx.1992-ci ilədək 1 il 1 ay 14 gün, xx.xx.1993 - xx.xx.1993-cü ilədək 5 ay 21 gün, xx.xx.1993 - xx.xx.1999-cu ilədək 6 il 4 ay 21 gün, xx.xx.1999 - xx.xx.2004-cü ilədək 4 il 7 ay 3 gün, xx.xx.2004cü ildən (xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “F” EİM -də işlədiyi dövr xx.xx.1999-xx.xx.2004-cü il tarixədək olan dövrlə üst-üstə düşdüyündən iş dövrü üstüstə düşməyən xx.xx.2004-cü ildən hesablanır) tələb olunan xx.xx.2006-cı il tarixədək 1 il 5 ay 27 gün olmaqla, cəmi 27 il 11 ay 1 gün təşkil edir.

21. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur.

22. Məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin güzəştli arayışlarında iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999cu il tarixdən xx.xx.2004-cü il tarixədək mühəndis vəzifəsində Tu-154 B, Tu-134, Yak-40, AN26, AN-34 tipli təyyarələrə müstəqil texniki xidmət üzrə işləri yerinə yetirdiyini, zərərli əmək şəraitində iş stajının 10 il 11 ay 22 gün təşkil etdiyi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 12 №-li qərarın 21.3-cü bəndinə əsasən (bütün adlarda mühəndislər) və hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına “Bütün adlarda mühəndislər” kimi daxil edildiyi və bu vəzifənin Siyahıda rəqəmsal kodla xüsusiləşdirilmədiyi qeyd edilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda “bütün adlarda mühəndislər” vəzifəsi güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifə kimi nəzərdə tutulmuşdur.

24. Cavabdeh iddiaçının “AZAL”-da olan güzəştli iş stajını qəbul etsə də, onun Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qrupunda xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasınd a təmirçi-çilingər işlədiyi dövrün güzəştli pensiya təyinatına əsas vermədiyini qeyd edərək pensiya təyinatından imtina etmişdir. Belə ki, cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbi i sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçiçilingərlər nəzərdə tutulduğu halda iddiaçının işləmiş olduğu təmirçi-çilingər vəzifəsi istilik qruppasında icra olunmuşdur. Odur ki, həmin sahə təmir sahəsinə aid olmadığından sözügedən vəzifələrdə işlədiyi dövr güzəştli iş stajına daxil edilə bilməz.

25. Məhkəmə sorğusuna əsasən D övlət Neft Şirkətindən əldə edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx.1984-xx.xx.1986-cı il tarixədək istilik qrupunda işlədiyi çilingər peşəsi sahə aidiyyəti ilə bağlı güzəştli pensiya təyinatına əsas verən vəzifə hesab edilməsə də, lakin həmin V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexinin təmir qrupunda xx.xx.1986-xx.xx.1988-ci il tarixədək işlədiyi təmirçi-çilingər peşəsi zərərli peşə hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 2130301a-18559 nömrəli koda uyğunlaşdırılmışdır.

26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, i şlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında: 21303000 Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində: 21303010 yarımbölməsində: 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə est akadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: 2130301a—18559 təmirçi çilingərlər kodu altında zərərli peşə nəzərdə tutulmuşdur.

27. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək təmir qrupunda təmirçi-çilingər peşəsi adıçəkilən Siyahıda 2130301a—18559 koduna uyğun gəlir və həmin dövr onun güzəştli iş stajına hesablanmalıdır.

28. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifələr üzrə güzəştli iş stajı 13 il 01 ay 02 gün təşkil edir.

29. Beləliklə, iddiaçı ya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. 30. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməmə si barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

32. İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür.

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-842/2024 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisləri - arvadı X5, övladları X6 və X3 ilə əvəz olunmuşdur.

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-842/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-537/2023 saylı qərarı mərhum iddiaçının hüquqi varislərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

36. Cavabdeh həmin q ərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 37.Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. 38.Kassasiya şikayətində, həmçinin qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə sorğusuna əsasən Dövlət Neft Şirkətindən əldə edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx.1984xx.xx.1986-cı il tarixədək istilik qrupunda işlədiyi çilingər peşəsi sahə aidiyyəti ilə bağlı güzəştli pensiya təyinatına əsas verən vəzifə hesab edilməsə də, həmin V.İİiç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexin in təmir qrupunda xx.xx.1986-xx.xx.1988-ci İl tarixədək işlədiyi təmirçi-çilingər peşəsi zərərli peşə hesab edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda ******* a-18559 nömrəli koda uyğunlaşdırılması qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1986- xx.xx.1988-ci il tarixədək təmir qrupunda təmirçi-çilingər peşəsi adıçəkilən Siyahıda ******* a-18559 koduna uyğun gəlir və həmin dövr onun güzəştli iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.1986xx.xx.1988-ci İl tarixədək və xx.xx.1993-cü İl tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü İl tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifələr üzrə güzəştli İş stajı il 1 ay 2 gün təşkil edir.

39. Məhkəmənin əsassız olan mövqeyi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda ******* a-18559 nömrəli kod Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə aiddir. Lakin iddiaçının işlədiyini iddia etdiyi istilik qrupbasında çilingər və təmirçi-çilingər peşələri qeyd olunan bölməyə daxil deyildir.

40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci i! tarixli 175 N-li Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının tə yin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır.

41. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

42. Yuxarıda qeyd edilən isin hallarına əsasən iddiaçının işlədiyi sahə İlə müvafiq Siyahıda nəzərdə tutulan güzəştli sahə bir-birindən fərqli sahələr olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən sahələrin eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli qurumlar dan bu barədə məlumat əldə edilməmiş, bununla bağlı hər hansı sorğular verilərək iş üzrə müvafiq araşdırılma aparılmamışdır. Bunun əvəzinə yalnız daxili inamı əsasında və ziddiyyət təşkil edən müəssisənin təqdim etdiyi arayışı əsas götürərək iddiaçının işlədiyi vəzifəni müvafiq Siyahıda nəzərdə tutulan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifəyə uyğunlaşdırmış və əsassız olaraq iddia tələbi təmin edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

45. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin t əmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı i craat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

50. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

51. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının 11 il 3 ay 19 gün güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir.

52. Şikayətin də dəlillərindən göründüyü kimi, cavabdeh iddiaçının neft emalı müəssisəsində təmir sexində istilik qrupunda xx.xx.1984-xx.xx.1986-cı il tarixədək çilingər, xx.xx.1986-xx.xx.1988-ci il tarixədək təmirçi-çilingər peşələri üzrə işlədiyi müddətləri güzəştli staja aid etmir.

53. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının neft emalı müəssisəsində təmir sexində istilik qrupunda xx.xx.1984-xx.xx.1986-cı il tarixədək çilingər peşəsi üzrə işlədiyi müddəti iddiaçının zərərli iş stajına aid etməmişdir.

54. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi id diaçının neft emalı müəssisəsində təmir sexində xx.xx.1986-xx.xx.1988-ci il tarixədək təmirçi-çilingər peşəsi üzrə işlədiyi müddəti haqlı olaraq güzəştli iş stajına aid etmişdir.

55. Cavabdeh şikayətin dəlili kimi qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 2130301a-18559 nömrəli kod Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə aiddir. Lakin iddiaçının işlədiyini iddia etdiyi istilik qrupunda təmirçi-çilingər peşəsi qeyd olunan bölməyə daxil deyildir.

56. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Cavabdeh nəzərə almalıdır ki, neftin emalı onun istinad etdiyi Siyahıdakı bölməyə aiddir, həmin bölmədə 2130301a-18559 nömrəli kodla “təmirçi çilingər” nəzərdə tutulmuşdur, iddiaçı da neft emalı müəssisəsində həmin peşə üzrə işləmişdir.

57. Beləliklə, iddiaçının hazırkı məzmunda tələb hüququ olmuşdur. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

58. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, İddiaçı xx.xx.2024-cü il öldüyündən, miras qoyanın almalı olduğu pensiya məbləğinin ödənilməsi barədə iddia miras qoyanın əmlak hüquqları ilə bağlı olduğundan və məhz həmin hüquq vərəsəlik üzrə keçdiyindən, cavabdehin öhdəliyi miras qoyanın pensiya almaq hüququnun yarandığı günlə öldüyü gün arasındakı müddətlə məhdudlaşır.

59. Başqa sözlə, iddiaçının hazırkı məzmunda pensiya hüququnun 57 yaşının tamam olduğu xx.xx.2015-ci i l tarixdə yarandığı, lakin ona əmək pensiyası təyin edilməsi üçün cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etdiyi və xx.xx.2024-cü il öldüyü nəzərə alındıqda, məhkəmə cavabdehin üzərinə mərhum İddiaçı xx.xx.2016-cı il tarixdən onun öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquq varislərinə (iddiaçılara) ödənilməsi öhdəliyi qoya bilərdi.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-842/2024 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə mərhum İddiaçı xx.xx.2016-cı il tarixdən öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquq varisləri X2, X1 və X4 ödənilməsi öhdəliyi qoyulur. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar