Məhkəmə qərarları › İş №2-1(102)-2127/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2127/2025

28.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2127/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil X3 cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin hesabına köçürülmüş pulun tutularaq iddiaçının hesabına köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Avtomobil X2 cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin hesabına köçürülmüş pulun tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(104)-26/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Avtomobil X3 tərəfindən həyata keçirilmiş “M-2 Gəncə-QazaxGürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4 (dörd) zolağa genişləndirilməsi” layihəsi (km 00+000-km 130+150) çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən, dövlət mülkiyyətində olan və “X5” ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd ağacın olması müəyyən edilmişdir. 2. “Daşınmaz əmlakın satın alı nması təklifinin qəbul edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokola əsasən, “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində yolun Şəmkir rayonunda tikinti altına düşən maneələrin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar “X5” ASC-nin istifadəsində olan torpaq sahəsində meyvə ağaclarının alınmanın təsirinə məruz qalması səbəbilə müstəqil qiymətləndirici qismində cəlb olunuş "xxxx" MMC tərəfindən mövcud bazar qiyməti 17.212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində qiymətləndirilmişdir.

3. Həmin ağaclar Azərbaycan Avtomobil X3 tərəfindən kəsilərək götürülmüş, bununla əlaqədar xx.xx.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığına əsasən “X5” ASC- nin hesabına 17.212,0 manat məbləğində pul köçürülmüşdür. 4. “X5” ASC qeyd olunan məbləğlə razılaşmayaraq, istifadəsində olan yaşıllıqlara dəymiş ziyanın hesablanması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlə müraciət edərək bildirmişdir ki, Agentlik tərəfindən ona məxsus 210 ağac kökündən çıxarılaraq məhv edilmişdir. Məhv edilmiş 210 ədəd ağacdan 201 ədədi şam ağacı, 9 ədədi isə görüş ağacı olmuşdur. Ağacların dəyəri onların hər il suvarılmasına və s. çəkilən xərc nəzərə alınmaqla, 501.000 manat təşkil edir.

5. Həmçinin, “X5” ASC tərəfindən ağaclara görə 501.000 manat məbləğində kompensasiyanın ona ödənilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. 6. “X5” ASC-nin müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı X1 Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar işlər idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 17/87 nömrəli məktubda qeyd edilmişdir ki, ASC-nin istifadəsində olan ərazidə yerləşən 210 ədəd ağacın kəsilməsinə görə 17.212,0 manat məbləğində pul Nazirliyin X4 üzrə Dövlət Fonduna deyil, ASC-nin nümayəndəsinin bank hesabına ödənilmişdir. Əraziyə keçirilən baxış zamanı “X5” ASC-nin ərazisində kəsilmiş ağacların dib kötüyü aşkar olunmasa da, Azərbaycan Avtomobil X3 tərəfindən 210 ədəd ağacın məhv edilməsi müəyyən edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli, 67257 nömrəli akt tərtib olunmuşdur. Məhv edilmiş yaşıllığın minimal olaraq, kol və ya 4 sm diametrli ağac olduğunu qəbul etsək, yaşıllığa dəymiş ziyanın məbləği 17.212,0 manat deyil, 33.600,0 manat təşkil edər. Müvafiq materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilmişdir.

7. Bundan sonra, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Avtomobil X3nə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 12/X85560T-22 nömrəli təqdimatda qeyd edilmişdir ki, “X5” ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar kolu müvafiq ekoloji ekspertiza rəyi olmadan götürüldüyünə görə, dəymiş ziyan müəyyən edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 üzrə dövlət fondunun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı ASC-nin hesabına köçürülmüş 17.212,0 manat məbləğində pulun geri çəkilməsi məqsədəmüvafiq hesab edilir.

8. X1 Xidməti tərəfindən Azərbaycan Avtomobil X3nə ünvanlanmış 24 iyun 2022-ci il tarixli, 17/225 nömrəli məktubdan görünür ki, yaşıllıqlara görə dəymiş ümumi ziyanın qalan hissəsinin, yəni 15.788,0 manat vəsaitin Agentlik tərəfindən X4 üzrə Dövlət Fondunun bank hesabına ödənilməsi təmin edilmişdir.

9. Azərbaycan Avtomobil X3 xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubla “X5” ASC-yə müraciət edərək, yaşıllıqlara görə dəymiş ziyanın X4 üzrə dövlət ehtiyat fonduna tam ödənilməsinin təmin edilməsi məqsədilə, həmin yaşıllıqlara görə ASC-yə ödənilmiş 17.212,0 manat məbləğində pulun qısa müddətdə geri qaytarılmasını xahiş etmişdir. 10. “X5” ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 024/06 nömrəli arayışa əsasən, Bakı-Qazax avtomobil yolunun tikintisi zamanı "xxxx" ASC tərəfindən “X5” ASCyə məxsus 210 ağac kökündən çıxarılaraq məhv edilmişdir. Məhv edilmiş 210 ədəd ağacdan 201 ədədi şam ağacı, 9 ədədi isə görüş ağacı olmuşdur. Ağacların dəyəri 501.000 (beş yüz bir min) manat təşkil edir.

11. Şəmkir bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 3/375 nömrəli məktubunda da qeyd edilir ki, “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin tikintisi” layihəsi altına düşən ərazidə X1 Xidmətinin qeyd etdiyi kimi, 210 ağac olmuş, həmin ağaclardan 200-ə yaxın hissəsi şam ağacından, qalan hissəsi isə digər növ ağaclardan ibarət olmuşdur.

12. Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planından çıxarışa əsasən, qeyd olunan layihə çərçivəsində “X5” ASC-yə məxsus tikinti altına düşən ağac və kol bitkilərinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi ASC-nin istifadəsindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “X5” ASCnin hesabına köçürülmüş 17.212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq Azərbaycan Avtomobil X2 hesabına köçürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi hazırkı qərarın 1-10-cu bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, yaşıllıqlara görə dəymiş ziyanın X4 üzrə dövlət fonduna tam ödənilməsinin təmin edilməsi məqsədilə tərəflərindən zəru ri tədbirlər görülmüşdür. Belə ki, X1 Xidmətinə ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktubla “X5” ASC-yə ödənilmiş 17.212,0 manat məbləğində pulun X4 üzrə dövlət fonduna ödəniləcəyi ilə bağlı aidiyyəti məhkəmə instansiyasında iddia qaldırılacağı bildirilmiş və yaşıllıqlara görə dəymiş ümumi ziyanın qalan hissəsinin, yəni 15.788,0 manat vəsaitin aidiyyəti üzrə X4 üzrə dövlət fondunun bank hesabına ödənilməsi təmin olunmuşdur. Bundan başqa, həmin yaşıllıqlara görə “X5” ASC-yə ödənilmiş 17.212,0 manat məbləğində pulun X4 üzrə dövlət fondunun bank hesabına ödənilməsi üçün həmin ASC-yə 21 iyun 2022-ci il tarixli məktub göndərilmiş, lakin ASC tərəfindən vəsaitin könüllü ödənilməsi təmin olunmamışdır. Sözügedən məsələ ilə bağlı bağlı iddiaçı tərəfindən zəruri tədbirlərin görülməsi nəzərə alına raq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Hazırda yaşıllıqlara dəymiş zərərin tam olaraq ödənilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Eyni zamanda bildirilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planından çıxarışa əsasən, qeyd olunan layihə çərçivəsində “X5” ASC-nə məxsus tikinti altına düşən ağac və kol bitkilərinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi cavabdehin istifadəsindədir.

15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən 2020-ci ildə “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində layihənin Şəmkir rayonu inzibati ərazisindən keçən hissəsində tikintilərə maneə törətdiyinə görə ASC-nin balansında olan çoxillik (30 illik) və diametri 40 sm-dən yuxarı olan 210 ədəd ağac heç bir məlumat verilmədən kəsilmişdir. Agentliyə çoxsaylı şikayətlərindən sonra dəymiş ziyanın 17.272,0 manat təşkil etdiyi bildirilmiş və həmin məbləğ ödənilmişdir. Halbuki, kəsilmiş ağacların əvəzi olaraq bu məbləğ ağlabatan deyildir. NK-nın 2016-cı il 27 oktyabr tarixli, 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” nın “Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımınln dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar” adlı 1 nömrəli əlavəsində tikinti abadlaşdırma məqsədi ilə diametri 40 sm olan bir ağacın qiyməti 800 manat müəyyən edilmişdir. Həmin qaydaya əsasən, dəymiş ziyan hesablandıqda məbləğ 160.000 manat təşkil edir. Həmçinin, ötən illər ərzində həmin ağacların suvarılması və xidmət göstərilməsi üçün də külli miqdarda xərc çəkilmişdir və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən bu məbləğ ümumilikdə 501.000 manat təşkil edir. Ağacların çıxarılmasını və onların qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi halda, Agentlik bu səlahiyyətləri özü və müstəqil ekspert vasitəsilə həyata keçirmişdir. Kəsilmiş 210 ədəd çox illik və diametri 40 və daha çox olan ağacların ASC-dəki balans qiyməti 501.000 (beş yüz bir min) manat təşkil etmişdir. Yəni, cavabdehin hərəkətləri nəticəsində ASC-yə 501. 000 manat miqdarında zərər vurulmuş, lakin həmin məbləğ hazırkı vaxtadək ödənilməmişdir. ASC qanunsuz olaraq kəsilmiş ağaclara görə ödənilmiş 17.272,0 manat məbləğlə razılaşmadığına görə, hazırkı iddiaçıya qarşı 501.000 manat kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda iş üzrə mə hkəmə baxışı davam edir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 19 oktyabr 2023-cü il tarixli, 2-1(114)-700/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “X5” ASC-nin hesabına köçürülmüş 17.212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq Azərbaycan Avtomobil X2 hesabına köçürülməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yaşıllıq dedikdə, meyvə ağacları nəzərdə tutulmamışdır. Həmin Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” yaşıllıqlara görə bərpa dəyərinin ödənilməsini tənzimləmişdir. Cavabdeh 210 ədəd şam ağacının məhv ed ildiyini iddia etsə də, işdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehə meyvə ağaclarına görə kompensasiya ödənilmişdir və qeyd olunan akt cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. Digər tərəfdən, cavabdeh həmin ağacların “X5” ASC-nin balansında olmaqla, dəyərinin 024/06 nömrəli, 2006-cı il tarixli akta əsasən 01,03 sətirdə 1.970.643 manat məbləğin daxilində olmasını iddia etsə də, bunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, mövcud qanunvericilikdə dövlət mülkiyyətində olan torpaq sahəsinin istifadəçisinə yalnız yaşıllığın dövlət ehtiyacları üçün alınmasına görə bərpa dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh isə yol çəkilişi zamanı istifadəsində olan torpaq sahəsində məhv edilmiş 210 ədəd ağacın məhz yaşıllıq (şam) ağacları olmasını tə sdiq edən sübut təqdim edə bilməmişdir.

18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) 05 mart 2025-ci il tarixli, 2-1(104)-26/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayəti təqdim etdiyi sənədlərə əsasən kəsilən ağacların nar kolu deyil, iynəyarpaqlı şam ağacı olması və dəyərinin 1.970.643 manat təşkil etməsinə yönəlmişdir. Hazırkı məhkəmə araşdırmasının predmeti kəsilən ağacların dəyərinin cavabdehə hansı miqdarda ödənilməli olması deyil, ümumiyyətlə, həmin məbləğin cavabdehə ödənilməsinin qanunauyğunluğudur. Bu səbəbdən kollegiya hesab edir ki, kəsilən ağacların növü və ya dəyəri deyil, ümumilikdə qeyd olunan məbləğin cavabdehə ödənilməsinin qanunauyğun olub-olmaması araşdırılmalı və cavabdehin hüququnun pozulub-pozulmamasına qiymət verilməlidir. Cəmiyyət balansında daşınmaz əmlak kimi yalnız 599 kv.m. torpaq sahəsi üzərində yerləşən ikimərtəbəli inzibati binaya malikdir və istifadəsində olan torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Kəsilərək cavabdehə zərər vurulması iddia edilən ağaclar da dövlət mülkiyyətində olan torpaq sahəsinin ü zərində olmuşdur. Hazırkı halda, məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma iş materiallarında olduğundan və həmin ağac kollarının yerində müəyyən edilməsi ilə bağlı araşdırma aparıldığından, yenidən təkrar mütəxəssis rəyi alınmasına zərurət olmaması qənaətinə gəlinmişdir. Bundan başqa, cavabdeh kəsilən ağacların onun istifadəsində olan torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə üçün təşəbbüs göstərməsini təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Belə olan halda, cavabdeh torpaq üzərində iqtisadi marağının olduğunu və ya həmin iqtisadi maraqdan doğan mənfəət gözləntisinin mövcudluğunu və ona hər hansı zərər dəydiyini sübuta yetirə bilməmişdir.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, **********56 nömrəli məktubundan da göründüyü kimi, tikinti altına düşən və kəsilən ağaclar faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsində olmuşdur. Bununla da, müəyyən edilir ki, cavabdehə ödənilmiş vəsaitin geri qaytarılması qanunsuz və əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Yaşıllıqların mühafizəs i haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 1.0.11. yaşıllıqların bərpa dəyəri - yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir.

3. Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaş ıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda.... 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”: 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyy ətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıq ların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda. 4.7. Bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir. 2.1. Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər: 4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən öd ənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir.... 4.3. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. 27. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın ( onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;... 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərt i ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilmə z).

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;

81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları... torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;...

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəf li araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Məhkəmə kollegiyası, ilk növbədə, mübahisənin məhkəmə aidiyyətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə iddiaçı Azərbaycan Avtomobil X3 tərəfindən X4 üzrə Dövlət Fonduna ödənilməli olan, lakin səhvən cavabdeh “X5” ASC-nin hesabına köçürülmüş 17.212 pulun geri qaytarılması ilə bağlı olmaqla, cavabdehin publik hakimiyyət səlahiyyətlərindən irəli gələn məsələ deyil, tərəflər arasında bərabərhüquqlu mülki hüquq münasibəti olmaqla, qeyd olunan pul məbləği Mülki Məcəllənin əsassız varlanma haqqında müddəalarına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında tələb edilə bilərdi.

36. Lakin işdən görünür ki, iddiaçı Agentlik tərəfind ən cavabdeh ASC-yə hazırkı iddiadan əvvəl eyni məzmunlu tələblə kommersiya məhkəməsinə müraciət edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 2015/2022 nömrəli qərardadı ilə pulun geri qaytarılması tələbinə dair iş üzrə icraata, mübahisəyə inzibati qaydada baxılmalı olması əsası ilə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-2(104)-224/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, kassasiya instansiyası məhkəməsi də 28 fevral 2023-cü il tarixli, 2-2(102)-112/2023 nömrəli qərardadı ilə aşağı instansiya məhkəmələrinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır.

37. Odur ki, hazırkı təl əb üzrə məhkəmə aidiyyətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən hüquqi qiymət verildiyindən, məhkəmə kollegiya hesab edir ki, hazırda mübahisəyə mahiyyəti üzrə baxılması mümkündür.

38. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, cavabdeh “X5” ASC-nin hesabına köçürülmüş 17.212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Avtomobil X2 hesabına köçürülməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır.

39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

40. İşin hazırkı qərarın 1–10-cu bəndlərində qeyd olunan hallarından göründüyü kimi, tərəflər arasındakı hazırkı mübahisə cavabdeh “X5” ASC-nin istifadəsində olmuş 210 ədəd ağac dövlət ehtiyacları - iddiaçı tərəfindən həyata keçirilmiş “Bakı-Ələt-QazaxGürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşməsi ilə əlaqədar alınmış, yaşıllığa dəymiş ziyana görə iddiaçı tərəfindən cavabdeh ASC-nin bank hesabına 17.212,0 manat məbləğində pul ödənilmişdir. Daha sonra iddiaçı tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən bu pul məbləği cavabdehə deyil, X4 üzrə Dövlət Fonduna ödənilməlidir. Müvafiq səlahiyyətli orqan olan X1 Xidməti tərəfindən isə yaşıllığa dəymiş ziyanın məbləği 17.212,0 m anat deyil, 33.600,0 manat olaraq müəyyən edilmişdir. Dəymiş ümumi ziyanın qalan hissəsi, yəni 15.788,0 manat vəsait isə daha sonra iddiaçı tərəfindən X4 üzrə Dövlət Fondunun bank hesabına ödənilmişdir.

41. Hazırda iddiaçı vəsaitin 17.212,0 manat hissəsinin də Fondun hesabına ödənilməsi üçün tərəfindən səhvən “X5” ASC-nin hesabına ödənilmiş həmin vəsaitin geri qaytarılmasını tələb edir.

42. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərindən göründüyü kimi, yaşıllıqların kəsilməsi zamanı onların bərpa dəyəri hesablanaraq ödənilir. 43. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun: - 15.1-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onla rın bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq X4 üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.

44. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 15.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazir liyi həyata keçirir.

45. Həmçinin, NK-nın 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydasının 4.2-ci bəndində qeyd edilmişdir ki, yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X4 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

46. Sadalanan normaların tələbindən müəyyən edilir ki, dövlət mülkiyyətində olan yaşıllıqların götürülməsi zamanı onun bərpa dəyəri yaşıllığın istifadəsində olduğu şəxsə deyil, X4 üzrə Dövlət Fonduna ödənilməlidir.

47. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 12/X85560T-22 nömrəli təqdimatda da cavabdeh ASC-nin istifadəsində olmuş yaşıllıqlara dəymiş ziyanın məhz X4 üzrə Dövlət Fondunun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı ASCnin hesabına köçürülmüş 17.212,0 manat məbləğində pulun geri çəkilməsi məqsədəmüvafiq hesab edilmişdir.

48. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-120/2-019366/2025 nömrəli məktubu ilə apellyasiya məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, “Yaşıllı qlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən, tikinti məqsədilə kəsilmiş hər bir kola görə 160 manat məbləğində ziyan hesablanmalı və həmin məbləğ X4 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməlidir.

49. Qanunvericiliyin tələbinə görə, dövlət mülkiyyətində olan və götürülmüş yaşıllıqların bərpa dəyərinin X4 üzrə Dövlət Fonduna ödənilməli olduğu, bununla bağlı iddiaçı tərəfindən ASC-yə ödənilmiş həmin vəsaitin geri qaytarılmasının məqsədəuyğun olduğuna dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdimatın verildiyi nəzərə alınaraq, kollegiya hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, işə baxan məhkəmələr iddianın təmin edilməs i ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişlər.

50. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, agentlik tərəfindən götürülmüş 210 ədəd ağacın həqiqi bərpa dəyəri 17.212,0 manat deyil, onların suvarılmasına və s. çəkilən xərclər nəzərə alınmaqla, 501.000 manat təşkil edir.

51. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, Qanunun 15.4-cü maddəsinə əsasən, yaşıllığın götürülməsi ilə əlaqədar torpaq istifadəçisinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məh kəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 21(104)-26/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar