Məhkəmə qərarları › İş №2-1(102)-2130/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2130/2024

09.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2130/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin edilmədən imtina) 09.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsində geriləmə halının aradan qaldırılması və mənzillə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 2-1(103)602/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli, 373 nömrəli sərəncamı ilə iddiaçı 2 nəfər ailə tərkibi (özü və oğlu) ilə birinci qrup əlil kimi mənzil uçotuna götürülmüşdür.

2. Cavabdehin 2018-ci il tarixli məktubunda birinci qrup əlillərin güzəştli mənziluçot siyahısında iddiaçının sıra nömrəsinin 153 olduğu qeyd edilmişdir.

3. Cavabdehin 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı birinci qrup ümumi əlil kimi güzəştli mənzil uçotu siyahısındadır və sıra nömrəsi 154-dür. Həmin növbə üzrə də mənzil ilə təmin ediləcəkdir.

4. Cavabdehin məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, digər rayon icra hakmiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsində olan vətəndaşlar daimi qeydiyyat ünvanını ünvan 1əri onlara göndərilir və həmin şəxslərin mənzil növbəlilik tarixi saxlanılır. Bununla əlaqədar mənzil növbəsində sıralamada dəyişikliklər yarana bilir.

5. Cavabdeh məktubunda həmçinin qeyd etmişdir ki, vətəndaş X1 ikinci qrup ümumi əlillərin güzəştli mənzil növbəsindən birinci qrup ümumi əlillərin güzəştli mənzil növbəsinə keçirilmişdir. Bununla əlaqədar olaraq da iddiaçının mənzil növbəsi 154-cü sıraya keçmişdir. Həmin məktuba birinci qrup ümumi əlillərin güzəştli mənzil uçotu siyahısı da əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil növbəsində geriləmə halının aradan qaldırılması və onun həqiqətə uyğun siyahı üzrə mənzillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə birinci qrup əlil kimi iddiaçı mənzil növbəsinə götürülmüşdür. 11 il ərzində hər dəfə mənzil uçotu sırası barədə məlumat əldə etmək istədikdə ona fərqli rəqəmlər deyilmişdir. Ona 2018-ci il tarixli məktubla rəsmi olaraq bildirilmişdir ki, uçot siyahısında 153-cü sıradadır. 2020-ci ildə şifahi məlumata əsasən isə onun 74-cü sırada olduğu bildirilmişdir. 2023-cü il tarixli məktubla isə onun növbəsi heç bir əsaslı səbəb olmadan 154-cü sıraya salınmışdır. Göründüyü kimi növbə sırası irəliləmək əvəzinə geriləmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 07 avqust 2023-cü il tarixli, 2-1(112)-9121/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya aid hissədə birinci qrup əlilliyi müəyyən edilmiş şəxslərin güzəştli mənzil uçotu siyahısında onun sıra nömrəsində geriləmə halının aradan qaldırılması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı birinci qrup əlilliyi olan şəxs kimi həmin kateqoriya şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsi üzrə uçota durmaq və siyahı üzrə müəyyən edilən tarixdə mənzillə təmin edilmək hüququna malikdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2007-ci il tarixli sərəncamla mənzil növbəsinə götürülmüş, iddiaçının müraciəti üzrə ona 2018-ci il tarixli məktubla sıra nömr əsinin 153 olduğu bildirilmiş, növbəti müraciətində isə həmin müraciətin üzərindən 5 il keçməsinə baxmayaraq sıra nömrəsi nəinki irəliləmiş, hətta 1 ədəd geriləmə ilə nəticələnən hal yaranmışdır.

10. Cavabdeh sorğuya cavab məktubunda həmin halın başqa rayonlardan daxil olmuş, qeydiyyat yerini dəyişmiş şəxslərin uçot sənədlərinin növbəyə götürülmə tarixi əsas götürülməklə uçot sənədlərinin yenidən tərtib edilməsi nəticəsində yarandığını, dəyişikliyin həmin hallarla əlaqədar olduğunu, eyni zamanda 1 nəfər şəxsin 2-ci növbədən 1-ci növbəyə keçməsi ilə əlaqədar mənzil növbəsində geriləmə halının yarandığını bildirmiş, nəticədə geriləmə halının yaranmasında hər hansı qanunsuzluğa yol verilmədiyini qeyd etmişdir.

11. Məhkəmə isə hesab edir ki, həmin əsaslara istinadən yaranmış geriləmə halı həm əsassız, həm də qanunsuz olmuşdur. Belə ki, başqa rayon üzrə mənzil növbəsinə götürülmüş şəxslər üçün Yasamal rayonu üzrə mənzil növbəsində də eyni tarixin müəyyən edilməsi, digər əlilliyi olan şəxslərin, indiki iddiaya uyğun isə iddiaçının hüquqlarının pozulması nəticəsini yaradır. Qeyd olunmalıdır ki, əlilliyi olan şəxslər əhalinin xüsusi kateqoriyasına aiddirlər. Bərabərlik prinsipi baxımından hər bir əlil olan şəxsin hüquqlarının qorunması təmin olunmalıdır.

12. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, mənzil növbəsi əvvəlki rayon üzrə əsas götürülməklə Yasamal rayonu üzrə mənzil növbəsinə daxil edilmə barədə inzibati akta və ya yerli icra hakimiyyətlərinin mənzil uçot sənədlərinin göndərilməsi üzrə inzibati akt xarakterinə malik məktublarına münasibətdə həmin şəxslərin etimad hüququn un qorunması iddiaçının etimad hüququna müdaxilə xarakteri daşıyır. Mənzil növbəsinin sırası barədə konkret məlumatı olan və əlillik növbəsinin gəlməsini gözləyən şəxslərə, indiki halda iddiaçıya münasibətdə siyahıya faktiki olaraq başqa icra hakimiyyətinin müəyyən etdiyi siyahıda növbədə olmuş şəxsin qeyd edilməsi, növbə gözləyən şəxslərin hüquq və mənafelərinin pozulmasına, mülkiyyət hüququnun nisbətən gec realizə edilməsinə səbəb olacaqdır ki, hazırkı halda cavabdehin həmin hərəkəti ictimai və dövlət maraqlarının tarazlığı, qanunvericiliyin tələbləri baxımından iddianı qeyd olunan hissədə əsaslı edir.

13. İddiaçıya 2018-ci il tarixdə onun sıra nömrəsinin 153 olması barədə məlumat verilmiş, iddiaçı həmin məlumatlara etimad etmiş, həssas qrup təbəqə kimi həmin mənzil növbəsinin irəliləməs inə etibar etmiş, lakin onun sonrakı müraciətinə sıra nömrəsinin dəyişdirilməsi barədə cavab verilmişdir. Halbuki, hazırkı halda iddiaçı yox, rayon dəyişikliyi səbəbi ilə öz ərizələri əsasında mənzil uçot sənədləri köçürülmüş şəxslər mənzil növbəsinə götürülmə barədə yeni sərəncamın qəbulu nəticəsində sıra nömrəsinin yenilənməsini gözləməli, əvvəlki növbə üzrə mənzil növbəsinə götürülmə tarixinə əsaslanmaqla mövcud olan siyahıda eyni kateqoriyada şəxsin sıra nömrəsinin geriləməsinə səbəb olmama barədə məlumatlı olub, qəbul etməli idilər. Lakin cavabdehin qanunazidd hərəkəti səbəbindən həmin şəxslər mövcud olan şəxsin mənzil növbəsinin geriləməsinə səbəb olmuş, nəticədə iddiaçının hüququ kobud pozulmuşdur.

14. Qeyd olunmalıdır ki, təqdim edilən siyahıdan görünür ki, 115-ci sırada olan şəxs 1998-ci il tarixdə başqa rayon üzrə növbədə olmuş, barəsində qəbul edilmiş sərəncamdan sonra iddiaçının sıra nömrəsinin geriləməsinə səbəb olmuşdur. Analoji hallar ən azından cavadehin təqdim etdiyi siyahı üzrə 147, 150-ci sıra üzrə də xarakterik olmuşdur. Məhkəmə, həmçinin hesab edir ki, mənzil növbəsində əvvəllər başqa kateqoriyada olmuş, sonradan isə kateqoriya dəyişikliyi ilə əlaqədar siyahıya daxil olmuş şəxsin mənzil növbəsinə ilkin götürülmə tarixinin əvvəlki tarix olması da, iddiaçının sıra nömrəsinin dəyişikliyinə səbəb olmamalıdır.

15. Təqdim edilən siyahıdan uyğunsuzluq halı müəyyən edilmiş, cavabdeh də bunu qəbul etmişdir. Bu səbəbdən də məhkəmə həmin uyğunsuzluğun aradan qaldırılması barədə öhdəlik müəyyən etməklə cavabdehin nəzərinə çatdırır ki, həmin uyğunsuzluğun mövcud o lması və aradan qaldırılmalı olması barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi, təkcə təqdim edilən siyahı üzrə dəyişikliyin edilməsi görüntüsü yaratmamalı, məhkəmə icraatı ilə əvəz edilməsi mümkün olmayan icra icraatı həyata keçirilməli, siyahıda dəyişiklik edilərək yeniləmə üçün səbəb olub-olmama, mənzil növbəsinə götürülmə tarixlərinin sərəncamlarda qeyd edildiyi kimi yazılıb-yazılmaması və s. kimi konkret hallar müəyyən edilməklə, istər kateqoriya dəyişikliyi ilə əlaqədar, istər mənzil uçot sənədlərinin dəyişikliyi ilə əlaqədar iddiaçının sırasının geriləməsinə səbəb olmuş hallar konkret olaraq bütün materiallara baxılmaqla müəyyən edilməli və geriləmə halları icra icraatı qaydasında konkret olaraq aradan qaldırılmalıdır.

16. Məhkəmə, iddia tələbinin mənzil ilə təmin edilmə hissəs i ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, növbədənkənar mənzillə təmin edilmə hissəsində iddia rədd edilməlidir. İşin faktiki hallarından, o cümlədən müvafiq qanunvericilik aktlarından göründüyü kimi, müəyyən kateqoriya şəxslərə mənzillərin verilməsi növbəyə götürülmə tarixi əsas götürülməklə verilir. İddiaçının isə tələbi, faktiki növbədənkənar mənzillə təmin edilməsi ilə bağlıdır. Halbuki, təqdim edilən siyahıdan da göründüyü kimi iddiaçının mənzil növbəsinə götürüldüyü tarixdən illər əvvəl, hətta 1980-ci illər tarixində birinci qrup əlilliyi müəyyən edilmiş şəxslər mövcuddur ki, həmin şəxslər nəzərə alınmadan iddiaçıya mənzilin verilməsi, bu dəfə mənzil növbəsinə götürülmə tarixi səbəbi ilə ondan üstün olan iddiaçı ilə eyni kateqoriyada olan şəxslərin qanunla qorunan hüquq və mə nafelərinin pozuntusuna səbəb olacaqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya növbədəkənar mənzilin verilməsi hissəsində iddia qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı halda da siyahı üzrə növbədə olan şəxslərə, o cümlədən də iddiaçıya mənzilin verilmə imkanı öz təsdiqini tapmamışdır. Mənzil mövcud olsa belə, ondan öncə sırada olan şəxslər saxlanılmaqla növbədənkənar iddiaçıya mənzilin verilməsi barədə iddianın təminini istisna edən faktiki hallar kifayət qədərdir.

17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya in stansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 09 aprel 2024cü il tarixli, 2-1(103)-602/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil e dir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı yazılı ərizə təqdim etmədiyi halda, məhkəmələr iddiaçının şifahi qaydada bildirdiyi iradə ifadəsi əsasında onun tələbini fərqli qaydada və əsasla qiymətləndirmiş, mübahisənin mahiyyətindən və iddia tələbindən kənara çıxmışlar. İddiaçı geriləmə halının aradan qaldırılmasından sonra real və qanuni növbə sırasının konkret müəyyən olunmasını və həmin sıraya uyğun olaraq mənzillə təmin olunmasını tələb etmişdir. İddiaçı növbədənkənar mənzillə təmin olunması barədə tələb irəli sürməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və di gər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kat eqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir.

27. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisləndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı kassasiya icr aatının predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı və məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şə rh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. İddiaçı kassasiya şikayətində geriləmə halının aradan qaldırılmasından sonra real və qanuni növbə sırasının konkret müəyyən olunmasını və həmin sıraya uyğun olaraq mənzillə təmin olunmasını tələb etdiyini, növbədənkənar mənzillə təmin olunması barədə tələb irəli sürmədiyini, lakin işə baxan məhkəmələrin mübahisənin mahiyyətindən və iddia tələbindən kənara çıxdıqlarını qeyd etmişdir.

35. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə ko llegiyası qeyd edir ki, iddiaçı tələbinin təmin edilən hissəsində kassasiya şikayətində qeyd etdiyi tələblə çatmaq istədiyi hüquqi məqsədə artıq nail olmuşdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya aid hissədə birinci qrup əlilliyi müəyyən edilmiş güzəştli mənzil uçotu siyahısında onun sıra nömrəsində geriləmə halının aradan qaldırılması öhdəliyi cavabdehə həvalə edilmiş, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilən siyahıdan uyğunsuzluq halı müəyyən edilmiş, cavabdeh də bunu qəbul etmişdir. Bu səbəbdən də məhkəmə həmin uyğunsuzluğun aradan qaldırılması barədə öhdəlik müəyyən etməklə cavabdehin nəzərinə çatdırır ki, həmin uyğunsuzluğun mövcud olması və a radan qaldırılmalı olması barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi, təkcə təqdim edilən siyahı üzrə dəyişikliyin edilməsi görüntüsü yaratmamalı, məhkəmə icraatı ilə əvəz edilməsi mümkün olmayan icra icraatı həyata keçirilməli, siyahıda dəyişiklik edilərək yeniləmə üçün səbəb olub-olmama, mənzil növbəsinə götürülmə tarixlərinin sərəncamlarda qeyd edildiyi kimi yazılıb-yazılmaması və s. kimi konkret hallar müəyyən edilməklə, istər kateqoriya dəyişikliyi ilə əlaqədar, istər mənzil uçot sənədlərinin dəyişikliyi ilə əlaqədar iddiaçının sırasının geriləməsinə səbəb olmuş hallar konkret olaraq bütün materiallara baxılmaqla müəyyən edilməli və geriləmə halları icra icraatı qaydasında konkret olaraq aradan qaldırılmalıdır.

36. Nəzərə alınmalıdır ki, İPM-in 116.2-ci maddəsinə əsasən, məhkəm ə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə uyğun icra edilmədiyi halda, iddiaçı həmin qərarın icrasını təmin edən birinci instansiya məhkəməsinə müraciət etmək hüququndan istifadə edə bilər.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

38. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2024-cü il tarixli, 21(103)-602/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar