Məhkəmə qərarları › İş №2-1(102)-2134/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2134/2021

03.11.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2134/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1882/2021 nömrəli iş üzrə 08.07.2021-ci il tarixli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranlarına verilən müavinətlərin ona ödənilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulmasına dair qərar çıxarılmasını xahiş e tmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçərkən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar verilmiş “Müharibə veteranı” vəsiqəsini naməlum şəraitdə itirmişdir. 3il 8 ay hərbi xidmətdə olmuşdur. Daxili Qoşunların bir hərbi hissəsindən digər hərbi hissəsinə keçirilərək N hərbi hissədə respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. X1 1994-cü il mayın 8-də şəhid olmasını nəzərə alaraq onu hərbi xidmətdən tərxis etmişlər, şəhid qardaşı Malik “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. “Müharibə veteranı” vəsiqəsini itirdiyini nəzərə alaraq yenisi ilə əvəz olunması barədə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir rəsmi istinad olmadan cavabdeh tərəfi ndən ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Onun döyüşlərdə iştirak etdiyini təsdiq edən şahidlər və rəsmi sənədlər vardır. Müdafiə Nazirliyinin arayışında Şuşa batalyonunun sənədlərinin təhvil verilməməsi yazılır. Veteranlar haqqında 28 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)271N/2021 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Veter anlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 21N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.04.200N-cı il tarixli 39N nömrəli Fərmanının 1.3-cü bəndinə, İnzibati Prosessual Məcəlləsinin 14.3, 73.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh i nzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-271N/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 08.07.2021-ci il tarixli, 2-1(103)-1882/2021 nömrəli (hak imlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərardadı ilə İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271N/2021 saylı, 08.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətin mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 24.1, 24.2, 87.3-cü maddələrini tətbiq etməklə, belə hesab etmişdir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və icraata qəbul edilməkdən imtina edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. İd diaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qeydiyyatda olduğu ünvanda onun qardaşı X3 yaşayır və qərar onun tərəfindən qəbul edilmişdir. İddiaçı qardaşı ilə aralarında münasibətlər pis olduğundan ona vaxtında məlumat verməmişdir. Sonradan poçtdan özü qərarın göndərilib-göndərilməməsi barədə maraqlandıqdan sonra qərarın qardaşına verildiyi bildirilmiş, qərarı 13 may 2021-ci il tarixdə əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərir ki, İddiaçı 12 may 2021-ci il tarixdə anasının rəhmətə getməsini bildirsə belə, həmin tarixə qədər şikayət verməsi üçün kifayət qədər - 27 gün vaxtı olmasına baxmayaraq bunu etməmişdir. İddiaçının anası onkoloji ağır xəstə olub. Vəfatında 1 ay boyunca ağır vəziyyətdə olub. Bu müddət ərzində iddiaçı anasının yanında qalmış, a nasının ağır xəstəliyi və vəfatı onda gərginlik və stress yaratmışdır. Eyni zamanda anasının yas mərasimlərini təşkil etmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(103)-1882/2021 nömrəli qərardadının ləğv edilməsini şikayətin mümkün sayılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1N.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 1N.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (07 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 9N.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kas sasiya baxışının hədləri

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli, 2-1(112)-271N/2021 nömrəli qərarının sürəti iddiaçı tərəfindən 1N.04.2021-ci il tarixdə qəbul edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə işə əlavə edilmişdir. Buna baxmayaraq, iddiaçının apelyasiya şikayəti 08.0N.2021-ci il tarixdə, yəni apelyasiya şikayətinin verilməsi müddəti başa çatdıqdan sonra təqdim edilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.

19. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “İddiaçı bu müddət ərzində apellyasiya şikayətini verməmiş, O, 12 may tarixində anasının rəhmətə getməsini bildirsə belə, həmin tarixə qədər şikayət verməsi üçün kifayət qədər – 27 gün vaxtı olmasına baxmayaraq bunu etməmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətini poçt rabitə orqanına 08.0N.2021-ci il tarixdə vermiş və ötürülmüş müddətin bərpası haqqında ərizəni şikayətə əlavə etməmişdir. Apellya siya məhkəməsi iddiaçıya hüquqi yardım göstərmək və onun dinlənilmə hüququnun təmin edilməsi üçün göndərdiyi müvafiq bildirişdə yuxarıda sözügedən ərizənin 08.07.2021-ci il tarixədək məhkəməyə təqdim edilməsini xahiş etsə də, iddiaçı yenidən prosessual müddətin bərpasına dair ərizəni təqdim etməmişdir. Belə olan halda iddiaçının şifahi məhkəmə iclasında göstərdiyi səbəb üzrlü səbəb kimi nəzərə alına bilməz.”

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi prosessual hüquq normaları düzgün olmuşdur.

21. Belə ki, birinci instansiya məhkəməsinin qərarından onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apelyasiya şikayəti verilməmiş, eyni zamanda apelyasiya şik ayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

23. Həmin Məcəllənin 24.1-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

24. Həmin Məcəllənin 24.2-ci maddəsinə müvafiq olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl o lunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin N8, N9, 9N.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 2-1(103)-1882/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar