Məhkəmə qərarları › İş №2-1(102)-2134/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2134/2025

11.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2134/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvafiq meyarlara uyğun diaqnozu təsdiq edilmiş şəxsə əlilliyin təyin edilməsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 11.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 2-1(103)-370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli M00137288RTİ nömrəli tibbi göndərişə əsasən əlillik təyinatından imtina etməsi barədə qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnz ibati Məhkəməsinin 2-1(112)-6547/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir. 3.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilmiş və T282/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyin” phş-in müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəlikərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına xx.xx.2023-cü il tarixli M00137288RTİ saylı Forma 088 göndərişində qeyd edilən “Başın travmalarının nət icələri. Keçirilmiş ağır qapalı kəllə beyin travmasının nəticələri, tez-tez təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. 4.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 21(103)-370/2025 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, E.Əliyev və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin M00137288RTİ nömrəli tibbi göndərişə əsasən əlillik təyinatından xx.xx.2023-cü il tarixli imtinası qanunsuz sayılmış, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. 6.Məhkəmə kollegiyası gəldiyi nəticəni o nunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib olunmuş sonuncu göndərişdə qeyd olunan xəstəliklər onun təqdim etdiyi tibbi sənədlərdə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh qurum iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə sonuncu olan qiymətləndirmədə iddiaçıya “Başın travmalarının nəticələri, keçirilmiş ağır qapalı kəllə beyin travmasının nəticələri, tez-tez təkrarlanan generalizə olunmuş tonik klonik qıcolma tutmaları (stasionarda olduğu müəddətdə 3-4 dəfə böyük tutması olmuşdur)” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli 95/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdu ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək “X1”ndə olmuş, XBT: 10 kodu üzrə iddiaçının hal-hazırda əziyyət çəkdiyi xəstəliklər- “T90.5-keçirilmiş ağır qapalı kəlləbeyin travmasının nəticələri, M51.1-diskogen bel-oma radikulopatiyası, G40.3-tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (2 dəfə), G92.3posttravmatik ensofalopatiya, F06.6-üzvi mənşəli emosional labil pozuntu, F06.7-koqnitiv funksiyaların enməsi ilə, G83.1-sağ aşağı ətrafın süst monoparezi, M17.2-ikitərəfli posttravmatik qonartroz, M14*-digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə artropatiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuşdur. İddiaçı barəsində göndərilmiş sonuncu xx.xx.2023-cü il tarixli göndərişdə onun əsas diaqnozu: T90 Başın travmalarının nəticələri, keçirilmiş ağır qapalı kəllə beyin travmasının nəticələri, tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (stasionarda olduğu müddətdə 3-4 dəfyə böyük tutması olmuşdur), Ağırlaşma: G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan tonikklonik generalizə olunmuş qıcolma tutmaları (stasionarda olduğu müddətdə 3-4 dəfyə böyük tutması olmuşdur), Ağırlaşma: F06.6-üzvi mənşəli emosional labil pozuntu, Ağırlaşma: H90.3 eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli yüngül (İ) dərəcəli eşitmə azlığı” qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı barəsində sonuncu xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan xəstəliklər məhkəmə icraatı dövründə təyin edilmiş ekspertizanın nəticəsində verilmiş rəydə qeyd olunan iddiaçıda hazırda mövcud olan xəstəliklərlə ey nilik təşkil edir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçıya bundan öncə xx.xx.2018ci ildə əlillik təyin olunarkən bunun üçün əsas məhz xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan xəstəliklər və ağırlaşmaların mövcud olması olmuşdur. Həmin əlilliyin verilmə səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin prak tikaya uyğun davranmağa borcludurlar. 7.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 8.Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 9.Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da no rmaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yön əlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. 10.Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. 11.Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarı da sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=4ea27dbc4e7d4f44abac3a162ba0ebfa 13.Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılmas ı da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 14.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2025-ci il tarixli, 21(103)-370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılması

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar