Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2137/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi mübahisəsi, kameral yoxlama Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(104)-215/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********616400 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0314 nömrəli qərarı ilə İddiaçı məx sus olan ünvan 1 ünvanında yerləşən “Gənclik” elektrik-məişət avadanlıqları mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildiyi və ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğu məlum olmuşdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2021-ci ili n oktyabr ayı üzrə 22 noyabr 2021-ci ildə təqdim edilmiş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlam asının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir. 4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cü il tarixli, **********236600 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 34242 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 655.92 manat məbləğ də üzərinə gəli nməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 34897.92 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu və təsərrüfat subyektində sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malı aşkar edilmiş və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğu müəyyən edilmişdir. 2021-ci ilin əvvəlinə mal qalığının 1257676.15 olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 olduğu (bəyannamə, e-kassa) müəyyən edilmişdir. 5. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********761200 nömrəli qərar ı ilə oktyabr 2021 dövrünə ƏDV üzrə 68264.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1.024.32 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 69288.98 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2023-cü ilin noyabr ayı üzrə 19 dekabr 2023-cü il tarixində təqdim olunmuş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+3 01.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində 2021-ci ilin sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildyiyi və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğunun, ilin əvvəlindən OVN tədbiri keçirilən tari xədək 346959.18 mal aldığının, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğunun (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olduğu bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir. 8. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********583500 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59.346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59346.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir. 9. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********312700 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 33040.91 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 33040.91 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiql əşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim e dilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir. 11. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********398400 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 68255.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70112.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir. 12. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hes ablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-21306/2024 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59665.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+30 1.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, tərəflərindən 10 sentyabr 2024-cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmadığı, belə ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yarandığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiql əşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir. 14. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/224130/2024 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 9 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 70112.67 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70121.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, 2021-ci il təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətr ində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********312700 saylı və xx.xx.2024-cü il tarixli, **********583500 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********312700 nömrəli qərarına əsasən 2021-ci ilin sentyabr ayı üzrə 33040.91 (otuz üç min qırx manat doxsan bir qəpik) manat ƏDV və “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********583500 nömrəli qərarına əsasən 2023-cü ilin noyabr ayı üzrə 59346.55 manat ƏDV hesablanmışdır. Sözügedən qərarlar qanunsuz və əsassızdır. 2021-ci ilin sentyabr ayı üzrə hesablamaya münasibətdə bildirir ki, vergi orqanı satış üzrə dövr üzrə malların satışına 45 faiz ticarət əlavəsi hesablamış, bu isə reallıqdan çox uzaq olmuşdur. 2023-cü ilin noyabr ayı üzrə hesablama ilə bağlı isə bildirir ki, 2021-ci ilin yanvar ayında ƏDV depozit hesabına ƏDV məbləği daxil olmuş, lakin əsas məbləğ bank hesabına daxil olmamış, bu səbəbdən də ƏDV öhdəliyi yaranmamışdır. Göstərilən səbəblərdən qərarlar ləğv olunmalıdır.
17. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024cü il tarixli, **********398400 saylı və xx.xx.2024-cü il tarixli, **********583500 saylı qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
18. Sonrada iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3- 21-2- 18/2-24130/2024 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
19. Cavabdehin iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı poçt və ya internet ilə sifariş vasitəsilə alınan bütün malların pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisinə göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktuba əsasən 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dö vriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50 manat məbləğində fərq yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş 2021-ci il üzrə dəqiqləşmiş gə lir vergisi bəyannaməsinin 1200-cü sətrində malların təqdim edilməsindən gəlir hissəsində 1261157.73 manat göstərmiş, bununla əlaqədar olaraq 21452.99 manat gəlir vergisi hesablanmışdır. 2021-ci ildə 1261157.73 manat mal təqdim etməsinə baxmayaraq əsasən 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərində 1261107.73 manat məbləğ göstərilmiş, bu isə uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi İddiaçı (VÖEN:**********) fəaliyyəti araşdırılarkən vergi ödəyicisinin mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli mal olduğu və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin 3 obyektində - xx.xx. 2021-ci il tarixli, **********0310 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi” haqqında qərar əsasında Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə (Topdansatışanbar) ünvanında, xx.xx.2021-ci il tarixli, **********0314 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi” haqqında qərar əsasında Gəncə şəhəri, Dədə Qorqud 21 ünvanında, xx.xx.2021-ci il tarixli, **********0313 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi” haqqında qərar əsasında Göygöl rayonu, Balçılı ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində müvafiq olaraq Bakı şəhərindəki ünvanda 477831.18 manat, Gəncə şəhərindəki ünvanda 99889.2 manat və Göygöl rayonundakı ünvanda 109113.5 manat, ümumilikdə 686833.88 sənədli mal aşkar olunmuş, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 ma nat olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 manatlıq mal alındığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 təşkil etdiyi (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olmuşdur. Göründüyü kimi vergi ödəyicisinin ilin əvvəlinə olan mal qalığı və alışına münasibətdə anbarlarında qalan sənədli mal arasında fərq olmuş, bu isə təqdimetmə kimi qəbul edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edil ən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 3.1.2 yarımbəndinə əsasən yəni, 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çəşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə taqdim edi lmiş mallara münasibətdə)- riskli vergi ödəyicisi hesab edilmişdir və bununla bağlı xx.xx.2021-ci il tarixli, **********616400 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi vergi orqanı tərəfindən göndərilən “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi barədə” məktuba cavab məktubunda 2021-ci ilin yanvar ayında ƏDV depozit hesabına pul vəsaitinin daxil olduğunu qeyd etmiş, lakin əsas məbləğin onun bank hesabına köçürülmədiyini bildirmişdir. İddiaçının bu arqumenti ilə bağlı bildirilir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin ƏDV depozit hesabına avans olaraq köçürülmüş 50000.0 manat məbləğ müqabilində həmin ilin iyun ayı ərzində qarşı tərəfə 94120.14 manat ƏDV məbləği dəyərində mal təqdim edildiyi müəyyən edilmişdir.
20. Cavabdeh daha sonra etirazına əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci tarixli, **********616400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin ƏDV DH-na xx.xx.2020 tarixdə "xxxx" QSC-dən VÖEN **********) 11088.0 manat vəsait daxil olub, təqdim edilmiş qaimə məlumatlarına esasən 61600.0 manat (ƏDV-siz) dəyərində 52 ədəd “kondisioner” təqdim edilmişdir. 2020-ci il ərzində vergi ödəyicisinin alışında kondisioner müəyyən edilməmişdir. Vergi ödəyicisi izahatında kondisionerləri "xxxx" MMC-dən əldə etdiyini bildirmişdir. Araşdırma nəticəsində vergi ödəyicisinin 2019-cu il ərzində "xxxx" MMC-dən 69 ədəd kondisioner əldə etdiyi, eyni zamanda həmin ildə 45 ədəd kondisioner təqdim etdiyi müəyyən edilmişdir. 2019-cu ildən qalmış mallar (69-45=24 ədəd) nəzərə alınmaqla vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi kondisionerlərin sayında 28 ədəd (28-52=-28) fərq yaranır. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə (VÖEN **********) 323888.9 manat dəyərində “skameyka, İSO stul, uzunluğu 3950 mm olan stollar, şkaf, yemək masası və s.” təqdim edilmişdir ki, həmin malların alışı və idxalı müəyyən edilməmişdir. Vergi ödəyicisinin 3 təsərrüfat subyekti (“Gənclik” elektrik məişət avadanlıqları mağazası, Banu RRR mebel salonu və icarə obyekti) qeydiyyata alınmışdır. Əmək müfəttişliyinin bazasına əsasən 7 işçisi var. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfi ndən aparılmış əməliyyatlar riskli hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 3.1.2 yarımbəndin uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası A li Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1462/2024 nömrəli qərarının 25-30-cu bəndlərinə əsasən: “...İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsi zliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyri-sabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cin ayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə isteminin sağlamlığını qorumağa kömək edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cü bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskl i hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi ha lını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“O” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.” Ali Məhkəmənin də mövqeyindən aydın olduğu kimi, vergi ödəyicisi İddiaçı alışında və ya idxalında öz əksini tapmayan ma lların satışını həyata keçirdiyindən riskli vergi ödəyicisi hesab olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, vergi ödəyicisi Vergi Məcəlləsinin və müvafiq aktların tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisinin qanunvericiliyi pozmaqla həyata keçirdiyi sahibkarlıq fəaliyyəti təkcə xx.xx.2021-ci il tarixli, **********616400 №-li qərarla deyil, həmçinin hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-24130/2024 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-212-18/2- 21306/2024 nömrəli qərarlarda da öz əksini tapmışdır. Bu səbəbdən yuxarıdakı qərarlarla bağlı vergi ödəyicisinə müvafiq ol araq 70121.67 manat və 59665.67 manat ƏDV hesablanmışdır.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2309/2024 saylı qərarı ilə (hakim X3) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-218/2-24130/2024 saylı qərarlarının ləğv edilmısi qərara alınmışdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasi bat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanmalı olduğu halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü ilin noyabr ayına hesablanmışdır. Halbuki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin dövr üzrə elektron-qaimə verilməmiş və bank hesabına pul mədaxili olmamışdır.
23. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-215/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(114)-2309/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16.1.3, 23.1.1, 23.1.2, 32.4, 37.2-ci və s. maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
28. Belə ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zam anı 2021-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin ƏDV depozit hesabına avans olaraq köçürülmüş 50 000,0 manatməbləğ müqabilində həmin ilin iyun ayı ərzində qarşı tərəfə 94120.14 manat ƏDV məbləği dəyərində mal təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 166.1.-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmçinin Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Göründüyü kimi, m əhkəmə qərarında əsaslandırma düzgün aparılmamış, 2023-cü ilin noyabr ayına olan ƏDV hesablamasına həmin dövrün hesablamasına aid olmayan, qərarda, uyğunsuzluq məktubunda göstərilməyən məsələlər öz əksini tapmışdır. Lakin 2023-cü ilin noyabr ayı ilə bağlı ƏDV hesablanması məhz yuxarıda qeyd olunan qaydada, yəni qarşılıqlı əlaqələrin təhlili ilə əlaqədar aparılmış və VM-nin 163.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə vergi hesablanmışdır. Məhkəmə qərarında geniş yer verilən 2021-ci ilin oktyabr ayı mübahisənin predmetini təşkil etmir və yuxarıda qeyd olunanlardan aydın olur ki, 2023-cü ilin noyabr ayı ilə bağlı hesablamanın əsası heç də 2021-ci ilin oktyabr ayı üzrə düzəliş edilə bilməməsi səbəbi ilə bağlı deyil. He sablamanın o əsasla aparılması ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-24130/2024 nömrəli qərar (2021 sentyabr ƏDV) və xx.xx.2024-cüil tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərar (2023 noyabr ƏDV) olsa da, məhkəmə 2021 sentyabr hesablamasına ümumiyyətlə münasibət bildirməmiş, 2023 noyabr ayına münasibətdə isə həmin dövrün hesablaması ilə əlaqəsi olmayan əsaslandırma etməklə, qərarımızı ləğv etmişdir. Mübahisə predmetini təşkil etməməsinə baxmayaraq 2021 oktyabr ayına isə qərarında geniş yer vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqınd a arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə
163. Vergi tutulan dö vriyyənin dəqiqləşdirilməsi 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə
174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstəri lən hallarda ödənilməli olan ƏDVnin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 3
6. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiy yət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 il lik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
40. Qeyd edilən maddəni hazırkı işə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 37.2 və 85.4-cü maddələrinin müddəalarına riayət etməmiş, qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 21(104)-215/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.