Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2139/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təminat xərcliyində baş vermiş artıma görə əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanmasından imtina) 02.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üz rə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 21(104)-162/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2018-ci il tarixdən 35 il 8 ay 17 gün (təqvimi xidmət illəri 20 il 2 ay 26 gün, ali təhsil illəri 2 il 6 ay, güzəştli xidmət illəri 12 il 11 ay 22 gün) xidmət müddətinə müvafiq olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği, xx.xx.2017-ci il tarixədək olan xidmət müddətinin 20 ili üçün – təminat xərcliyinin 50 faizi; qalan 14 ili üçün – hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi, x x.xx.2017-xx.xx.2018ci il tarixləri arasındakı 11 ay (natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq) xidmət müddəti üçün isə – təminat xərcliyinin 1,83 faizi miqdarında olmaqla, ümumilikdə təminat xərcliyinin 93,83 faizi miqdarında müəyyən edilmişdir. 3. xx.xx.2022-ci il tarixdə iddiaçının təminat xərcliyində baş verən artımla bağlı onun əmək pensiyası yenidən hesablanmış və bu zaman artım məbləğinin 81,33 faizi (35 il 8 ay 17 gün xidmətinin 20 il üçün – təminat xərcliyinin 50 faizi; qalan 15 ili üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi və natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi) miqdarında onun artımdan əvvəlki pensiya məbləğinin üzərinə əlavə edilmişdir.
4. İddiaçı həmin hesablam a ilə razılaşmayaraq təminat xərcliyindəki artım məbləğinin də ona pensiya təyin edilərkən tətbiq edilən 93,83 faizə uyğun hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh, tərəflərindən aparılmış hesablamanın qanunvericiliyə uyğun olduğunu əsas gətirərək, onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyasına xx.xx.2022-ci il tarixdən edilmiş 32% artımın ona təyin olunmuş pensiya məbləğinin 93,83%-nə uyğun yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ilin mart ayından 2018-ci ilin iyun ayına kimi Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında qulluq etmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra 2018-ci ilin iyun ayının 1-dən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə təminat xərcliyinin 93,83% məbləğində hərbi qulluqçu kimi pensiya təyin olunmuşdur (ümumi xidmət 35 il 8 ay 17 gün). xx.xx.2022-ci il tarixdən o, pensiya məbləğinə edilmiş 32%-lik artımın qanunvericiliyə uyğun yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunan hesablama tamamilə qanunsuz və əsassızdır. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 93,83 faiz təşkil etməli və onun pensiyası həmin faiz dərəcəsinə uyğun hesablanmalı idi. Qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixədək olan təminat xərcliyi (1893 manat) ilə xx.xx.2022-ci il tarixindən sonrakı təminat xərcliyi (2411,50 manat) arasındakı fərq məbləğinin (518,50 manat) 93,83 faizi - 486,50 manat, xx.xx.2020-ci il tarixədək olan pensiyanın (1776,20 manat) üzərinə əlavə olunmaqla 2262,71 manat məbləğində əmək pensiyası müəyyən edilməli idi. Belə ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli, 142 nömrəli Fərmanı qüvvəyə minənədək o, pensiya hüququ əldə etmiş və ona 2018-ci ilin iyun ayının 1-dən təminat xərcliyinin (1893 manat) 93,83%-i – 1776,20 manat məbləğində pensiya təyin olunmuşdur. Bu səbəbdən də onun pensiyasına edilmiş sonrakı artımlar (indeksləşməl ər istisna olmaqla) əldə etdiyi pensiya hüququnun 93,83%-nə uyğun hesablanmalı idi.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müxtəlif tarixlərdə ərizələrlə cavabdehə müraciət etmişdir. Tərəflərindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla iddiaçıya ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən eyni məzmunlu ərizə ilə cavabdehə orqana müraciət etmiş, tərəflərindən ona pensiyasının yenidən hesablanması barədə bir daha məlumat verilmişdir. İddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pe nsiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xidmət etdiyi orqandan xx.xx.2018-ci il tarixdə tərxis olunması ilə (xidmət müddəti başa çatdığına görə) əlaqədar təqdim olunmuş məlumat vərəqində onun cəmi xidmət müddəti 35 il 8 ay 17 gün (təqvimi xidmət illəri 20 il 2 ay 26 gün, ali təhsil illəri 2 il 6 ay, güzəştli xidmət illəri 12 il 11 ay 22 gün) göstərilmişdir. Bu halda iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır. 1) Təqvim illəri üzrə onun stajından (ali təhsil illəri ilə birlikdə) xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzindəki stajı (11 ay) çıxılır; 22 il 8 ay 26 gün (təqvim ili) – 11 ay= 21 il 9 ay 26 gün. Deməli, iddiaçının xx.xx.2017-ci il tarixədək stajı ümumilikdə 34 il 9 ay 17 gün (21 il 9 ay 26 gün+12 il 11 ay 22 gün) təşkil etmişdir. 2) xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə, 20 il üçün – təminat xərcliyinin 50 faizi; 14 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) – hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi. 3) xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı müddət üçün isə, 11 aya görə – təminat xərcliyinin 1,83 faizi miqdarında müəyyən edilir. 4) İddiaçının əmək pensiyası tərxis olunduğu günə təminat xərcliyinin (1893 manat) 93,83 (50+42+1,83) faizi – 1776,20 manat məbləğində təyin edilərək ödənilmişdir. xx.xx.2022-ci il tarixdən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən iddiaçının vəzifə maaşı 1270 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 317,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, cəmi onun təminat xərcliyi 2411,50 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli, 142 nömrəli Fərmanının 2.5-ci bəndinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı kimi hesablanır: 20 il üçün – təminat xərcliyinin 50 faizi; 15 il üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81,33 faiz təşkil edir. Qeyd olunanlara əsasən, xx.xx.202 0-ci il tarixədək olan təminat xərcliyi (1893 manat) ilə xx.xx.2022-ci tarixdən sonrakı təminat xərcliyi (2411,50 manat) arasındakı fərq məbləğinin (518,50 manat) 81,33 faizi – 421,70 manat xx.xx.2020-ci il tarixədək olan pensiyanın (1776,20 manat) üzərinə əlavə olunmaqla 2197,90 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən müvafiq indeksləşdirmələr ilə əlaqədar iddiaçının əmək pensiyası 3083,67 manat məbləğində olmaqla müvafiq kart hesabına köçürülür. Beləliklə, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə uyğun olaraq yenidən hesablandığı və indeksləşdirildiyi üçün, onun hərbi qulluqçu kimi güzəştl i şərtlərlə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Ruhiyə Tağıyeva) 16 noyabr 2024-cü il tarixli, 2-1(114)-3538/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pensiyasına xx.xx.2022-ci il tarixdən edilmiş yeni artımın iddiaçının 20 ildən artıq hərbi xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla, ümumi olaraq təminat xərcliyinin 93,83 faizi miqdarında olan pensiya məbləğinə uyğun yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının 20 ildən artıq xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üzrə təminat xərcliyinin 2 faiz məbləğində hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 25 fevral 2025-ci il tarixli, 2-1(104)-162/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən id diaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə, 20 il üçün təminat xərcliyinin 50 faizi, 14 il üçün hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı 11 aylıq müddət üçün təminat xərcliyinin 1,83 faizi, ümumi olaraq da təminat xərcliyinin 93,83 (50+42+1,83) faizi miqdarında hesablanmışdır. İddiaçının pensiyasına yeni artım əlavə edilərkən isə cavabdeh iddiaçının əmək pensiyasının məbləğini 20 il üçün təminat xərcliyinin 50 faizi, 15 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi, natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi, ümumi olaraq təminat xərcliyinin 81,33 faizi nəzər ə alınmaqla hesablanmışdır. Qanunvericiliyin tələbinə görə, hərbi qulluqçuların əmək pensiyasına əlavə 20 ildən artıq xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üçün təminat xərcliyinin 3 faizi, 2017-ci ilin 1 iyul tarixindən sonrakı müddət üçün 2 faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş p ensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Göründüyü kimi, cavabdeh inzibati orqan normada müvafiq dəyişiklik edilənədək iddiaçı tərəfindən əldə edilmiş hüququn saxlanılmasını təkzib edən fərqli mövqeyini əsaslandıra bilməmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kas sasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hə rbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi — əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüq uquna malikdirlər. Maddə 9.5 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki s onrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdə n buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;
17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı art ımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instans iyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya xx.xx.2018-ci il tarixdən 35 il 8 ay 17 gün xidmət müddətinə müvafiq olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixədək olan xidmət müddətinin 20 ili üçün – təminat xərcliyinin 50 faizi; qalan 14 ili üçün – hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi, xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı 11 ay (natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq) xidmət müddəti üçün isə – təminat xərcliyinin 1,83 faizi miqdarında olmaqla, ümumilikdə təminat xərcliyinin 93,83 faizi miqdarında müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının təminat xərcliyində baş verən artımla bağlı onun əmək pensiyası yenidən hesablanmış və bu zaman artım məbləğinin 81,33 faizi (35 il 8 ay 17 gün xidmətinin 20 il üçün – təminat xərcliyinin 50 faizi; qalan 15 ili üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (15x2) təminat xərcliyinin 30 faizi və natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi) miqdarında məbləğ onun artımdan əvvəlki pensiya məbləğinin üzərinə əlavə edilmişdir.
24. İddiaçı həmin hesablama ilə razılaşmayaraq təminat xərcliyindək i artım məbləğinin də ona pensiya təyin edilərkən tətbiq edilmiş 93,83 faizlə hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir.
25. İddianı əsaslı hesab edən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının 20 ildən artıq xidmətinin hər ilinə görə 2017-ci ilin 1 iyul tarixinədək olan müddət üzrə təminat xərcliyinin 2 faizi məbləğində hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, iddiaçının əmək pensiyasının məbləği onun 35 il 8 aylıq xidmət müddətinə müvafiq ola raq ümumilikdə təminat xərcliyinin 93,83 faizi miqdarında müəyyən edilmişdir. Qanunvericiliyə əsasən təminat xərcliyindəki sonrakı artımlar müvafiq qaydada hesablanmaqla artıma qədərki pensiya məbləğinin üzərinə əlavə edilir. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə də məhz iddiaçının təminat xərcliyindəki artımın hesablanmasına münasibətdə yaranmışdır.
27. Bu qərarın 17-ci bəndində istinad edilən normaya əsasən, əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq tə minat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
28. İş üzrə materiallardan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə iddiaçının təminat xərcliyindəki artım məbləği yuxarıda istinad edilən normanın tələbinə uyğun qaydada hesablanmış və onun təminat xərcliyindəki artımadək müəyyən edilmiş pensiya məbləğinin üzərinə əlavə edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. 3
0. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2-1(104)-162/2025 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.