Məhkəmə qərarları › İş №2-1(102)-214/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-214/2025

05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qulluq stajına görə əlavələr azaldılmadan fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yeni dən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2-1(103)-1515/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xüsusi rütbəli şəxs kimi xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Pensiya təyin olunduqdan sonra iddiaçı əmək fəaliyyətini davam etdirmiş və onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmışdır. Sığortaolunanın hesabından çıxarışdan görünür ki, iddiaçının pensiya kapitalı 16719,79 manat təşkil edir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində top lanmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023ci il tarixli, 3-17-1/3-7-10807/2023 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 12564,19 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, onun sonuncu dəfə işdən azad olunduğu tarixədək (xx.xx.2022-ci il) topladığı sığorta kapitalı sonrakı il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 12564,19 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3. 1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (12564,19:72=174,50 manat) əmək pensiyasının sığorta hissəsinin (313,01 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 487,51 (313,01+174,50) manat müəyyən edilmişdir. Eyni zamanda, sözügedən Qanunun xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (529,25 manat) həmin artım qədər (174,50 manat) azaldılıb. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 487,51 manat, qulluq stajına görə əlavənin məbləği 354,75 (529,25-174,50) manat və “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə 84,23 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icra at

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16719,79 manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qan unun 37.3.1ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin cavabdeh tərəfindən verilmiş məlumatlarda onun pensiya kapitalının məbləği 16719,79 manat olaraq göstərilir, lakin cavabdehin apardığı hesablamada pensiya kapitalının məbləği 12564,19 manat olaraq göstərilmişdir. Bu da, bir daha cavabdeh tərəfindən aparılmış hesablamanın düzgün olmadığını təsdiq edir.

8. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlillərə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunma mış pensiya kapitalı qalmadığından, iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) 01 dekabr 2023-cü il tarixli, 2-1(112)-14629/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-ci il tarixli, 3-17-1/3-710807/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmı ş sığorta kapitalının, yəni 16719,79 manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) yenidən hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edərək pensiya təyin olunduqdan sonra işlədiyi müddətdə yığılmış kapitala əsasən pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh iddiaçının əmək pensiyasının sığorta hissəsini yenidən hesablasa da, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə istinad edərək bu zaman qulluq illərinə əlavənin məbləğini artım qədər azaltmış, bu hesablama qaydasını iddiaya yazılı etirazında göstərm iş, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. İddiaçı hazırda bununla razılaşmır və ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını və bu zaman qulluq illərinə görə əlavənin məbləğinin azaldılmamasını xahiş edir.

11. Hazırkı işin mübahisəli halı iddiaçının pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. İddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya həmin Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından, iddiaçı pensiya yenid ən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır.

12. Bundan başqa, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüşdür. Cavabdeh etirazını qüvvədən düşmüş normaya və onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək əsaslandırır. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, qüvvədə olduğu dövrdə belə, həmin norma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı idi və iddiaçı indeksləşdirmə ilə bağlı deyil, yığılmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanmasını tələb edir. Digər tərəfdən, cavabdeh əvvəlki dövrlər üzrə artıq pensiyanın yenidən hesablanmasının aparıldığını qeyd etsə də, cavabdehin bu ba rədə hər hansı qərarı mövcud deyil. Cavabdeh yalnız iddiaçının 2023-cü ilin may ayında müraciətindən sonra, xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir. Yenidən hesablanma aparılmış pensiyanın yenidən hesablanmasının praktiki-proqram təminatının imkanları baxımından mümkün olmaması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu, iddiaçının pensiyasının yenidən hesablanmasına mane olan hal deyildir. İstinad edilən hal, texniki məsələdir və proqram təminatını təkmilləşdirmək cavabdehin vəzifəsidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Ka mran Əkbərov və Mehriban Qarayeva) 31 iyul 2024-cü il tarixli, 2-1(103)-1515/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəmədənkənar qaydada iddiaçının əmək pensiyası fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla qulluq illərinə görə əm ək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5103/2024 nömrəli qərar qəbul edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinə vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iş üzrə icraata xitam verməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunmasına dair yeni inzibati akt qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə olmadığı üçün qanunvericiliyə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə xitam verilməs i barədə qərardad qəbul edilməli idi. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda cavabdehin icraata xitam verilməsi barədə vəsatətinə münasibət bildirməmiş, həmçinin vəsatətin təmin edilibedilməməsi barədə ayrıca bir qərardad qəbul etməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri g əlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılard an ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə 29.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbl əği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikd ə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; Maddə

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə mü əyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Na zirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunla rı ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbiri n görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən mə hkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarı “Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yen idən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçular ın pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təm in edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin xx.xx.2023-ci il tarixli, 3-17-1/37-10807/2023 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyası təyin olunduqdan sonra iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının qulluq stajına görə əlavələr azaldılmadan yenidən hesablanması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, habelə onun əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

34. Odur ki, əmək pensiy asının yenidən hesablanması haqqında cavabdehin xx.xx.2023-ci il tarixli, 3-17-1/3-7-10807/2023 nömrəli qərarının ləğv edilməsini və əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyasının qulluq stajına görə əlavələr azaldılmadan yenidən hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya icraatı zamanı məhkəmədənkənar qaydada iddiaçının əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla qulluq illərinə görə əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5103/2024 nömrəli qərar qəbul etdiyini, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə olmadığından tərəflərindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət verildiyini, lakin apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarda cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatətinə münasibət bildirilmədiyini, həmçinin vəsatətin təmin edilib-edilməməsi barədə ayrıca bir qərardad qəbul etmədiyini qeyd etmişdir.

37. İş üzrə materiallardan görünür ki, cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatətinə apellyasiya instansiya məhkəməsinin iş üzrə xx.xx.20 24-cü il tarixli iclasında baxılmış, iddiaçı tərəfindən etiraz edilərək həmin vəsatətin təmin olunmaması xahiş edilmişdir. Belə ki, iclas zamanı cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının 12564,19 manat pensiya kapitalı əsasında yenidən hesablandığı qeyd olunmuş, iddiaçı tərəfindən isə, cavabdehin sistemindən çıxarışa əsasən pensiya kapitalının 16719,79 manat təşkil etdiyi və pensiyasının da həmin məbləğ əsasında hesablanmalı olduğu bildirilmişdir.

38. Digər tərəfdən, məhkəmədənkənar qaydada iddiaçının əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla qulluq illərinə görə əmək pensiyasına əlavənin məbləği azaldılmadan yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5103/2024 nömrəli qərarda xx.xx.2023-ci il tarixli, 3-17 1/3-7-10807/2023 nömrəli qərara hər hansı münasibət bildirilməmiş, eləcə də xx.xx.2024cü il tarixli, 3-17-1/3-7-5103/2024 nömrəli qərarın hansı tarixdən qüvvəyə minməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməmişdir. Halbuki iddiaçının tələbi baxımından qeyd olunan xüsusatların müəyyən olunmasının da əhəmiyyət kəsb etdiyi nəzərə alınmalıdır. Məhz bu səbəblərdən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin olunmamışdır.

39. İnzibati Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qəbul edilm iş yeni inzibati aktla – xx.xx.2024-cü il tarixli qərarla iddiaçının tələbi tam təmin olunmamışdır və tərəflər arasında işin mahiyyəti üzrə mübahisə hələ də qalmaqdadır. Belə ki, cavabdeh iddiaçının əmək pensiyasının 12564,19 manat pensiya kapitalı əsasında yenidən hesablandığını bildirir, halbuki cavabdehin elektron sistemindən iddiaçıya təqdim edilmiş çıxarışa əsasən, onun pensiya kapitalı 16719,79 manat təşkil edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin iş üzrə icraata xitam verilməsi barədə vəsatətinin təmin olunmamasına dair protokol qaydasında qərardad qəbul etmişdir və bununla bağlı ayrıca qərardad qəbul edilməsinə dair inzibati prosessual qanunvericilikdə hər hansı tələb nəzərdə tutulmamışdır.

40. Bundan əlavə, hazırda mübahisə predmeti olmasa da, məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 21(103)-1515/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar