Məhkəmə qərarları › İş №2-1(102)-2145/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2145/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2145/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(1 03)505/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya ilkin olaraq xx.xx.2021-ci il tarixdə “H47.2 – Görmə sinirinin atrofiyası, Ağırlaşma: H54.4 – Monokulyar korluq. Vis OD = 1.0 (vahid). Vis OS = işıq duyğusu. Yanaşı xəstəliklər: G83.2 – Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın distal parezi; S22.0 – Döş fəqərəsinin sınığı, Th10 fəqərə sınığına görə laminektomiya və transpedikulyar biksasiyadan sonrakı vəziyyət; S06.0 – Baş beynin silkələnməsi, hidrosefaliya səbəbli qapalı kəllə beyin travması, arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət; H90.4 – Eşitmənin əks tərəfdə nor mal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, sağ tərəfdə ağır dərəcədə sensonevral tipdə eşitmə azlığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində ona “Görmə sinirinin atrofiyası, Baş beynin silkələnməsi, hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikuloperitoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük” diaqnozu ilə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulması ilə müddətsiz əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü dərəcə gözdən əlildir. Ona xx.xx.2021-ci ildə görmə sinirinin atrofiyası və yanaşı digər ağır xəstəliklərə görə 3-cü dərəcə əlillik təyin edilmişdir. Qiymətləndirmədən razı olmadığından xx.xx.2023-cü il tarixdə əlillik vəziyyəti təkrar qiymətləndirilmiş, eyni xəstəliklərlə və daha da ağırlaşma ilə ona yenidən üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı həmin qiymətləndirmə ilə də razılaşmır. Belə ki, onun yanaşı a ğır xəstəliklərinin nəzərə alınmaması ədalətli deyildir. Sol gözü sıfır dərəcədir, atrofiya, sağ qulaqda 4-cü dərəcəli ağır eşitmə, başında şunt (aparat), sağ əlin 50% işləməsi – barmaqlarında hissiyyat yoxdur, onurğasında 10-cu fəqərədə 8 şurub plastinka, kürəyi skalioz əyrilik, gəzəndə sağ tərəfə aşmaları var, baş ağrılar da hər gün olur, saçında sebariya – dəri xəstəliyi qaşınır, qanıyır. Bu vəziyyətdə normal hərəkət edə bilmir, hər kəs kimi eyni ola bilmir. Düşünür ki, cavabdehin qiymətləndirməsi əsassız və qərəzlidir, dəfələrlə təkrar eyni dərəcə ilə qiymətləndirilməsi qanunvericiliyə əsasən hüquqlarının kobud şəkildə pozulmasıdır.

5. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il ta rixli göndərişi əsasında əlavə əyani müayinə zamanı qiymətləndirilmiş və ona “Görmə sinirinin atrofiyası, baş beynin silkələnməsi, hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük” diaqnozu ilə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulması ilə müddətsiz əlillik təyin edilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertiza nəticəsində Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən cavabdehin nümayəndəsinin iştirakı ilə verilmiş xx.xx.2023-cü il tarixli, T 601/2023 nömrəli ekspert rəyində qe yd edilmişdir ki, iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı iddiaçı barəsində müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilən “Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük” diaqnozu onun hazırkı vəziyyətini əks etdirir. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik düzgün təyin ed ilmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçını əyani müayinədən keçirərək onda olan yanaşı xəstəliklərdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsir dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəsi aparılmış, nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulması ilə müddətsiz əlilliyin təyini barədə qərar qüvvədə saxlanılmışdır.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il t arixli qərardadına əsasən təyin edilmiş təkrar məhkəmə tibbi ekspertiza nəticəsində Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən cavabdehin nümayəndəsinin iştirakı olmadan verilmiş xx.xx.2024-cü il tarixli, T 407/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı iddiaçı barəsində müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilən “H47.2 – Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük. Xarici çəpgözlük” diaqnozu onun hazırkı vəziyyətini əks etdirir. Həmin diaqnoz Azərbaycan Respublika sı Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 8.1.4-cü bəndinin orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatı düzgün olmuşdur. İddiaçının sol qulağında eşitmə dərəcəsinin normal, sağ qulaqda ağır dərəcəli sensonevral tipli eşitmə azlığının olması, eşitmənin praktiki itirilməsi deyil, eşitmənin bir tərəfli neyrosensor tipli itirilməsi deməkdir. İddiaçının akad. Z.Əliyeva adına Milli Oftalmologiya İnsitutunda tərtib edilmiş tibbi rəyə əsasən xx.xx.2020-ci il tarixdə müayinəsi zamanı “Monokulyar korluq. Mürəkkəb xarici çəpgözlük, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir. Bu isə İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) v ə ya praktiki görmənin itirilməsi demək deyildir. Onun sağ gözünün görmə itiliyi =1,0 (vahid), sol gözündə isə işıq duyğusu müəyyən edilir. İddiaçının xx.xx.2021-ci il tarixdə baş beyinin MRT müayinəsi zamanı şunt kateteri müəyyən edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 29 avqust 2024-cü il tarixli, 2-1(112)-1462/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçıda “H47.2 – Görmə sinirinin atrofiyası. M üştərək xarici çəpgözlük” xəstəliyi ilə yanaşı “Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyi mövcuddur. Həmçinin xx.xx.2021-ci il tarixdə baş beynin MRT müayinəsi zamanı şunt kateteri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bənd - beyin maddəsində yad cismin olması əlillik (orqanizmin funksiyalarının 80 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verər ək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Cahangir Yusifov) 02 aprel 2025-ci il tarixli, 2-1(103)-505/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının baş beyninə əməliyyat nəticəsində yerləşdirilmiş şuntun sözdə yad cisim olmasını bildirməklə kifayətlənmiş, şuntun qanunvericiliyin tələbləri baxımından həqiqətən də yad cisim hesab edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməmişdir, halbuki iddia tələbin in əsaslılığının qiymətləndirilməsi üçün ilk növbədə şuntun qanunvericiliyin tələbləri baxımından yad cisim hesab edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7 və 6.1.8-ci bəndlərində beyin maddəsində yad cismin olması və ventrikulo-peritoneal şuntlama fərqləndirilmiş, beyin maddəsində yad cismin olmasına görə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz, ventrikulo-peritoneal şuntlama üçün isə orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçıda olan “Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət” diaqnozu, başqa sözlə baş beyninə əməliyyat nəticəsində şunt kateterinin yerləşdirilməsi də elə qanunvericilik anlamında ventrikuloperitoneal şuntlamanı özündə ehtiva edir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi X2 məktub ünvanlanaraq həkim-mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, məhkəmə iclasında iştirak edən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-mütəxəssis X3 izahatında qeyd etmişdir ki, şunt taxılması əməliyyatı beyində olan artıq mayenin qarın boşluğuna evakuasiyasını təmin etmək üçün edilir, şunt beyinə taxılan materialdır, b ütün şunt əməliyyatları zamanı şunt kateterinin bir ucu beynin sağ və ya sol mədəciyinə və digər ucu qarın boşluğuna taxılır, bütün şuntlama əməliyyatı keçirən xəstələr həyatları boyu orta hesabla 4 dəfə yenə şuntlama əməliyyatı keçirirlər. Sədrlik edənin sualına cavab olaraq həkim-mütəxəssis qeyd etmişdir ki, tibbi cəhətdən beyində yad cisim dedikdə, adətən qəlpə, daş və s. bu kimi yad cisimlər nəzərdə tutulur, şunt kateteri yad cisim hesab olunmur, şunt kateteri əməliyyat vasitəsilə şəxsin beyninə yerləşdirilir və yad cisimdən fərqli olaraq məqsədi şəxsin həyatı fəaliyyətini yaxşılaşdırmağa xidmət edir. Yad cisim isə orqanizmə hər an təhlükə yaradır. Beləliklə, iddiaçının baş beyninə əməliyyat nəticəsində yerləşdirilmiş şunt kateteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2 022-ci il tarixli, 187 nömrəli qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bənddə nəzərdə tutulmuş beyin maddəsində olan yad cisim hesab olunmadığından, hazırkı iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haq qında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum )müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem ) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (b undan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 19. 01.07.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığın ın aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı bir inin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 20. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə. Orqanizmin funksiyalarının pozu lmasının faiz göstəricisi və müddəti

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1. S02Başın travmaları S09 Baş və boynun açıq yaraları T01.0 Baş və boyun nahiyəsinin sınıqları T02.0 Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər T06.0 sinirlər ilə müştərək travmaları Başın travmalarının nəticələri T90 Yumşaq toxumalarda qalmış yad cisim M79.5 Anensefaliya və buna oxşar inkişaf Q00 qüsurları Ensefalosele Q01 Mikrosefaliya Q02 Anadangəlmə hidrosefaliya Q03 Beynin digər anadangəlmə inkişaf Q04 qüsurları Spina bifida Q05 Onurğa beynin digər anadangəlmə Q06 inkişaf qüsurları Sinir sisteminin digər anadangəlmə Q07 inkişaf qüsurları Kəllə və üz sümüklərinin digər Q75 anadangəlmə inkişaf qüsurları Vegetativ (avtonom) sinir sisteminin G90 pozuntuları Hidrosefaliya G91 Toksiki ensefalopatiya G92 Qiymətləndirmə 6.1.7. beyin maddəsində yad cismin olması 80 müddətsiz 6.1.8. ventrikuloperitoneal şuntlama 50 2 il

8. Gözün və gözün əlavə aparatının xəstəlikləri Qeyd. Tibbi-sosial ekspertizanın aparılması zamanı gözün və onun əlavə aparatının xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn davamlı funksiya pozuntusunun təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi görmə funksiyalarının pozuntularının xarakterinə və təzahür dərəcəsinə (bunlardan əsasları: görmə itiliyi şərti vahidlərlə - v) və görmə sahəsi dərəcələrlə -( ̊ əsaslanır. Görmə funksiyalarının vəziyyəti onların XBT-10-da verilmiş göstəricilərinin sıralanması vasitəsilə müəyyən olunur. Görmə analizatorunun pozulması dərəcəsi daha yaxşı görən (və ya yeganə) gözün funksiyasının optimal korreksiya ilə vəziyyətinə görə qiymətləndirilir. Daha dərin müayinə tələb olunanda elektrofizioloji və digər xüsusi morfofunksional müayinə üsullarından istifadə oluna bilər (görmənin reti nal itiliyinin, törədilmiş görmə potensiallarının müəyyən edilməsi). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və mərhələsi, prosesin aktivliyi, çatışmazlığın əmələgəlmə vaxtı, ona qarşı adaptasiya dərəcəsi, korreksiyanın növü və xüsusiyyətləri (eynək, kontakt, intraokulyar). 8.1. Görmə itiliyi H00-H59 Göz qapağının, göz yaşı aparatının və göz yuvasının anadangəlmə inkişaf Q10 qüsurları Anoftalm, mikroftalm və makroftalm Q11 Büllurun anadangəlmə inkişaf Q12 qüsurları Gözün ön seqmentinin anadangəlmə Q13 inkişaf qüsurları Gözün arxa seqmentinin Q14 anadangəlmə inkişaf qüsurları Gözün digər anadangəlmə inkişaf Q15 qüsurları Baş və ya boynun bir hissəsinin Z90.0 qazanılma olmaması Qiymətləndirmə 8.1.4. görmə itiliyi bir gözdə korreksiya ilə 050 müddətsiz 0,05, dig ər gözdə korreksiya ilə 0,3dən yuxarı

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə müddətsiz əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyə t və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(103)-505/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar