Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2153/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarş ı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-28/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********146580 nömrəli qərarı əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etməklə İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə VM-nin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır.
2. Yoxlamanın nəticəsi ilkin olaraq xx.xx.2022-ci il tarixli **********146603 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktına baxılmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixli **********155215 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmış, qərar əsasında vergi ödəyicisində təqdim edilmiş sənədlərə görə əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və 25 aprel 2022ci il tarixli **********146603 nömrəli Səyyar vergi yoxlama sı Aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya cəmi 103391.06 manat əlavə vergi, 2182,03 manat artıq hesablama və 53173.41 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin po zulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli, **********158982 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş 25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli akt qanunsuz və əsassızdır. Belə ki, hesablanan gəlir vergisinin, X1nin və azaldılmış dövriyyəyə əsasən hesablanan maliyyə sanksiyasının olmadığı qənaətindədir. Bu səbəbdən onun tərəfindən aktı qəbul etməkdən imtina olunmuşdur. Yuxarıda göstərilənləri aydınlaşdırmaq məqsədilə hesablamaların düzğün formasını məhkəməyə təqdim etmək istəyirlər. Belə ki, 25 aprel 2022-ci il tarixdə **********146603 nömrəli akta əsasən 2019-cu il üzrə müəyyən olunmuş 10873703,61 manat dövriyyə üzrə 18% dərəcə ilə hesab lamış ƏDV məbləği 1957266,65 manat məbləğində müəyyən edilmişdir. Aktdan da göründüyü kimi e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat məbləğində (səhifə № 8) olduğu müəyyən olunaraq qeyd edilmişdir. 2020-ci il üzrə isə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat müəyyən olunmaqla 18 % dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan aktdan da göründüyü kimi, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat məbləğində müəyyən edilmişdir (səhifə № 9). 2019-cu ilə 2020-ci illər üzrə hesablanmış 38365,70 manat məbləğində ƏDV vergisi qanunsuz və əsassız olmaqla artıq hesablanmışdır. Belə ki, malların yararlılıq müddətinin bitməsinə az qalması malın dəyərinin bazar qiymətinə düşməsinə səbəb olduğundan, həmin malların hədiyyə formasında təqdim edilməsi və maya dəyəri ilə satışa cəlb edilməsi zərurəti yaranmışdır. Belə olan halda tərəfindən 18% ƏDV ödənilməklə alınan malın bazar dəyərindən aşağı qiymətə satılması hətta tərəfindən artıq ödəmələrin yaranmasına gətirib çıxarmışdır. Bu səbəbdən 213142,83 manat məbləğ ümumi dövriyyədən çıxarılmaqla vergiyə cəlb olunmadan azad edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetiril mirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafıq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə verginin heşablanması bazar qiyməti əsasında həyata keçirilə bilər. Sözügedən akt əsasında ƏDV ilə yanaşı yuxarıda qeyd olunan 2019- cu və 2020-ci illər üzrə hədiyyə formasında və dəyərindən aşağı qiymətə satılan malların dəyəri üzrə (213142,83 manat) 20% məbləğində gəlir vergisi tətbiq olunmuşdur. 213142,83 x 20% = 42628,56. Lakin yuxarıda da qeyd olunmuş əsaslar üzrə həmin mallardan heç bir gəlir əldə edilmiş olmadığından gəlir vergisinin tətbiq olunması əsassızdır. Yuxarıda qeyd olunan ƏDV və gəlir vergiləri ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasında 80994,26 manat məbləğinin (38365,70+42628,56) 50%-i miqdarında olmaqla 40497,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məblə ği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bildirmək istəyir ki, hesabatları hər ay vaxtıvaxtında və bütün zəruri məbləğlər tam şəkildə əks etdirilməklə təqdim edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfindən həmin sanksiyanın tətbiq olunması hüquqaziddir. Belə ki, qeyd olunan məbləğlər nə azaldılmamış, nə də təqd im edilməkdən yayındırılmamışdır.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, X1 üzrə Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X1 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 10.759.884,15 manat məbləğində ƏDV-yə cəlb olunan əməliyyatların aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə tətbiq olunmaqla 1.936.779,15 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləğinin 1.853.864,78 manat olduğu nəzərə alınmaqla büdcəyə ödəniləsi ƏDV məbləği 82914,37 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2020-ci ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X1 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 9555727,57 manat məbləğində (103369,19 manat dəyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 1720030,96 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 1769778,43 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 49747,47 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2021-ci ilin yanvar-fevral ayları üzrə təqdim olunmuş aylıq X1 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 1270725,66 manat məbləğində (17030,40 manat d əyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 228730,62 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 237253,25 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 8522,63 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Malların geri qaytatılması barədə” aktları ilə geri qaytarılmış 2019-cu il üzrə 81793,98 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərilmədiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlir dən azaldıldı. Qanunvericiliyə əsasən xx.xx.2020-ci il tarixdən "Malların geri qaytarılması barədə” elektron qaimələr mövcuddur. Həmin tarixdən malların geri qaytarılması elektron qaimələr tətbiq edilməklə həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 16 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 17474,73 manat dəyərində, 2021-ci ilin yanvarfevral ayları üzrə 46 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 4115,63 manat dəyərində, cəmi (ƏDV-siz) 21590,36 manat dəyərində mallar geri qaytarılmış, geri qaytarılmış malın 20106,19 manat dəyərində alış dəyərinə görə əvəzləşdirilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ləğv edildiyi üçün 21590,36 manat dəyərində geri qaytarma məbləği yoxlama ilə satış kimi nəzərə alınmadı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud o lan "Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Malların geri qaytatılması barədə” Aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 10873703,61 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2020-ci il tarixə 64657,65 manat debitor borc məbləği nəzərə alınmaqla vergi tutulan dövriyyə 10695153,98 manat, e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 73549,43 manat və maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi 105000,20 manat) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1957266,65 m anat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1852636,89 manat və büdcəyə ödəniləsi ƏDV məbləği 104629,76 manat müəyyən edildi. Yoxlama ilə 2019cu il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 22743,23 manat azaldılması, 1027,83 manat artıq hesablanması, cəmi (22743,23 - 1027,83) 21715,54 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 113819,46 manat azaldılması və alınmış mallar üzrə əsas dəyər ödənilmədən artıq əvəzləşdirilmiş 1227,89 manat ƏDV məbləğinin yoxlama ilə azaldılması olmuşdur. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat (o cümlədən: e-qaimə ilə tə qdim edilmiş malın xx.xx.2020 tarixə 64657,65 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 10318220,63 manat, e-qaimə ilə geri qaytarılmış malların dəyəri 17474,73 manat, ləğv edilmiş e-qaimələr 67169,85 manat, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, xx.xx.2021-ci il tarixə debitor borc məbləği 568386,66 manat, eqaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 202,21 manat, (64657,65+10318220,63- 17474.7367169,85+34593,20568386.66+202.21)) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1770887,94 manat və büdcədən ödənilməli ƏDV məbləği 13252,30 manat müəyyən edildi. Yoxlama ilə 2020ci il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 37813,88 manat azaldılması, 1318,72 manat artıq hesablanması, cəmi (37813,88-1318,72) 36495,16 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 208914,88 manat azaldılması və alınmış mallar üzrə az əvəzləşdirilmiş 1109,51 manat ƏDV məbləğinin yoxlama ilə əvəzləşdirilməsi olmuşdur. Yoxlama ilə 2021-ci ilin yanvar-fevral aylarında malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 1307191,16 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2021-ci il tarixə 568386,66 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 1696774,54 manat, eqaimə ilə geri qaytarılmış malların dəyə ri 24221,82 manat, xx.xx.2021-ci il tarixə debitor borc məbləği bəyannaməsində ümumi gəlirin 96683,11 manat az, ümumi xərclərin 96401,25 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə təqdim olunmuş illik gəlir vergisi bəyannaməsində ümumi gəlir 10227483,43 manat, ümumi xərclər 9907558,71 manat (o cümlədən; işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9568322,89 manat, icarə haqqı 46800,00 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 36878,28 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2141,00 manat), vergiyə cəlb olunan mənfəət 319924,72 manat və vergi məbləği 63984,94 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud olan "Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Malların geri qaytatılması barədə” aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azal dıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2020-ci il üzrə ümumi gəlir 10165000,00 manat, ümumi xərclər 9585970.0 manat (o cümlədən: işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9522210,00 manat, icarə haqqı 46800.0 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 manat, bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 40680,00 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2863,47 manat), vergiyə cəlb olunan mənfəət 309030,00 manat və vergi məbləği 61806,00 manat müəyyən edildi. Yoxlama zamanı 2020-ci il üzrə gəlir vergisinin 2178,94 manat məbləğdə artıq hesablanması aşkar edildi. Bu da vergi ödəyicisi tərəfindən bu dövr üzrə təqdim olunmuş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 62483,43 manat artıq, ümumi xərclərin 51588,71 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Ümumilikdə yoxlama nəticəsində vergi ödəyicisinə 36437,94 manat gəlir vergisi hesablandı. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2019-cu il ərzində e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə ilə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat, 2020-ci il üzrə maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, cəmi 2019-2020ci illər üzrə 213142,83 manat məbləğə hesablanmış 38365,70 manat ƏDV və 42628,56 manat gəlir vergisi əsassız olaraq artıq hesablanmışdır. Bununla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göründüyü kimi, Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə hədiyyə formasında təqdim edilən və maya dəyərindən aşağı satılmış mallara görə X1 və gəlir vergisinin hesablanması vergi qanunvericiliyinin tələbindən irəli gəlir. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır.
6. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-625/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin 25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktında və həmin akt əsasında qəbul edilmiş “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli, **********158982 nömrəli qərarda öz əksini tapmış vergi (ƏDV və mənfəət) məbləğlərinin və vergiyə cəlb olunan dövriyyələrin düzgün olmaması müəyyən olunu r. Eyni zamanda qeyd edilmişdir ki, hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına və hesablamaların aparılmasına dair qanunvericiliyin (Vergi Məcəlləsi və s.) tələblərinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 3.606,52 manat məbləğində, gəlir vergisinin 4.007,28 (2019-cu il üzrə 3.774,82 manat, 2020-ci il üzrə 232,46 manat) manat məbləğində az hesablanması müəyyən olunmuşdur.
8. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-625/2023 nömrəli qərarı ilə (hakim F.Abbasov) cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ha qqında” xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarı qismən, yəni X1 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Mübahisələndi rilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edil məməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-28/2025 nömrəli qərarı ilə (hakimlər S.Həsənov – sədrlik edən və məruzəçi, F.Hüseynov və Q.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 oktyabr 2023-cü qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etmişdir: –- cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmək lə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. –- Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY211577377 nömrəli Çıxarışa əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə kimi aparılmış səyyar vergi yoxlaması ərzində dəfələrlə yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilsə də və həmin qərarlar qeydiyyatdan keçsə də, xx.xx.2021-ci ildən sonra yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilməmiş və həmin qərarlar, o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********155215 saylı qərar qeydiyyatdan keçməmişdir. Yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi (akt tərtib olunduğu vaxta kimi) yoxlama müddətinin uzadılması və aparılması ilə barədə qərar qəbul olunmadığından və həmin qərarlar, o cümlədən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155215 saylı qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyest rdə qeydə alınmadığından onun tərəfindən aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır. –- Vergi orqanı iddiaçının ərizəsi əsasında yoxlamanı dəfələrlə dayandırsa da (VMnin 38.7.2-ci maddəsi), həmin şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamış, uzun müddət əmək qabiliyyətinin itirilməsi nəticəsində fərdi sahibkarın səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilə bilməsi imkanını müzakirə etməmişdir. -Məhkəmə kollegiyası inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyinə qiymət verərərək, işdə olan məhkəmə mühasibatlıq ekspertizasını mötəbər sübut hesab etmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, birincin instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düz gün hesab etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassator şikayətində aşağıdakıları qeyd etmişdir: – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155215 saylı qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır, çünki sözügedən Əsasnamədə yerlərə getməklə bağlı həyata keçirilən yoxlamaların reyestrdən keçməsi nəzərdə tutulmuşdur. əlavə tədbirlərin reyestrdən qeydiyyatdan keçməsi barədə qərar isə sənədlər əsasında keçirilən yoxlamadır. – İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə vergi orqanına müraciət edərək sahibkarın xəstəliyi ilə əlaqədar olaraq səyyar vergi yoxlamasının dayandırılmasını xahiş etmişdir. Vergi məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə əmək qabiliyyəti bərpa olunanadək səyyar vergi yoxlaması dayandırılır. Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadə etməsi, inzibati icraatın səmərəli keçirilməsinə mane olma və prosesin yubadılmasına şərait yaradılması vergi orqanı tərəfindən olunmamışdır. Belə ki, yoxlamanın dayandırılması təşəbbüsü iddiaçı tərəfindən irəli gəlmişdir. – Ekspert 2019-cu ilin fevral mart ayları üzrə ƏDV hesablanmasının Vergi Məcəlləsinin (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3 və 85.4-cü maddələrinin tələblərinə uyğun olmadığı, 3 illik dövrün 25 aprel 2022-ci il tarixli SVY Aktının tərtib olunma tarixinə əsasən müəyyənləşdirərkən yanlışlığa yol vermişdir. Belə ki, 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlki 3 illik dövrü əhatə edir. – Məhkəmə-mühasibatlıq ekspertizasını həyata keçirən ekspert vergi ödəyicisi tərəfindən sonradan məhkəməyə təqdim edilmiş müəyyən sənədləri özünəməxsus qaydada təhlil edərək həmin sənədlərin Vergi Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş uçot sənədləri kimi təsdiq olunması barədə rəy bildirmişdir, lakin ekspertiza tədqiqatının predmeti olmuş sənədlərin nədən ibarət olması, sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi, bu sənədlərdə göstərilən məbləğin nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasını və qanunauyğunluğunu sistemli şəkildə göstərmək əvəzinə mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert ümumiləşdirilmiş şəkildə mülahizələr bildirməklə kifayətlənmiş, aparılmış hesablamanın əsaslandırılmış formada araşdırılması verilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmas ına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə e tmək;... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları:... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirlə ri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. ver gi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidm ətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə da ir məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları) 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarın hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarın adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkar barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq yoxlama obyektinin adı, təsviri, fəaliyyət növ ü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və v əzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);
6. Qanunun 16.7-ci maddəsinə uy ğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömr əli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materia lların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri …
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edil məməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********146580 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı fərdi sahibkar İddiaçı üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bunun nəticəsində xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarla iddiaçıya cəmi 103391.06 manat əlavə vergi (gəlir vergisi, ƏDV), 2182,03 manat artıq hesablama və 53173.41 manat maliyyə sanksiyası hesablanmışdır
25. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarın ləğvinə yönəlmişdir.
26. Məhkəmə kollegiya sı hesab edir ki, cavabdeh tərəfindən keçirilən növbədənkənar səyyar vergi yoxlaması maddi hüquq normalarının pozulması ilə keçirilmişdir.
27. Belə ki, keçirilmiş yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə yekunlaşmışdır. Bu dövr ərzində yoxlama 8 dəfə dayandırılmış, 2 dəfə yoxlamanın müddəti uzadılmış və 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.
28. Məhkəmə kollegiyası səyyar vergi yoxlamalarının keçirilməsinin dayandırılmasına dair vergi orqanının qərarları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur.
30. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla b ilər. Həmin Məcəllənin 38.7-ci maddəsi isə yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsidir ki (əmək qabiliyyəti bərpa olunanadək), hazırkı iş üzrə cavabdeh bu hala istinadən (direktorun ərizəsi əsasında) yoxlamanı 8 dəfə dayandırmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yo xlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericlikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir.
32. Hazırkı iş üzrə cavabdeh vergi orqanının kassasiya şikayətində bildirdiyi kimi, iddiaçının ərizəsi əsasında yoxlamanı 8 dəfə dayandırsa da (VM-nin 38.7.2-ci maddəsi), həmin şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamışdır. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində “vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” halının dayandırmaya əsas kimi göstərilmə sində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.2-ci maddəyə istinadən yoxlamanı dayandırdıqda, həmin ərizənin nəzərə alınmamasının obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz əmək qabiliyyətinin itirilməsi halı mövcud olduqda mümkündür. Ona görə də, cavabdeh inzibati orqan yoxlamanı dayandırmaq üçün yalnız bu barədə ərizəni yetərli saya bilməz, o həm də ərizəyə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sübutların əlavə olunmasını da yoxlamalıdır. Hazırkı işdə isə icraatı a paran inzibati orqan bu qaydada davranmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarına isə ümumiyyətlə iddiaçı tərəfindən təqdim edilmiş sözügedən ərizələr əlavə edilməmişdir.
33. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 8 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır.
34. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY211577377 saylı Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qeydiyyatdan keçməmişdir.
35. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı cavabdehin dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
36. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 37. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparı lması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
38. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsin ə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
39. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. 40. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qe ydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığına baxmayaraq həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
41. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi düzgün olmuşdur.
42. Məhkəmə kollegiyası ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu hissəyə dair apellyasiya məhkəməsinin qərarında aparılmış hüquqi qiymətləndirmə ilə razılaşır.
43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-28/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.